20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
28-02-2023, 23:51
İranın milli valyutası rekord həddə dəyərdən düşüb


İranın milli valyutası rekord həddə dəyərdən düşüb

İranın milli valyutası rekord həddə dəyərdən düşüb. Hazırda 1 dollar 600 min İran realına bərabərdir. Məlumata görə, İranın milli valyutasının dəyərdən düşməsinin səbəbi ölkədə baş verən kütləvi aksiyalardır. Maliyyə üzrə mütəxəssislər hesab edir ki, ABŞ və Avropa dövlətləri ilə rəsmi Tehranın nüvə proqramını məhdudlaşdırılması ilə əlaqədar apardıqları danışıqların pozulması və beynəlxalq iqtisadi sanksiyalar rialın dəyərdən düşməsinə səbəb olub. Onu da bildirək ki, hazırda İranda inflyasiyanın səviyyəsi 53,4 faizdir.
28-02-2023, 23:47
Bosniya və Herseqovina rəsmisi Azərbaycana gəlib


Bosniya və Herseqovina rəsmisi Azərbaycana gəlib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç fevralın 28-də Azərbaycan Respublikasına səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
28-02-2023, 23:44
Səfirimiz İsraildə fəaliyyətə başlayıb


Səfirimiz İsraildə fəaliyyətə başlayıb

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov fəaliyyətə başlayıb. Bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb. Diplomat paylaşımı ilə İsraili salamlayıb: “Şalom, İsrail!” Xatırladaq ki, yanvarın 11-də Prezident İlham Əliyevin sərəncamı ilə Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
28-02-2023, 23:41
Avropa Ukrayna üçün lazımi sayda “Leopard 2” tədarükünə hazır deyil


Avropa Ukrayna üçün lazımi sayda “Leopard 2” tədarükünə hazır deyil

Avropa ölkələri Ukraynaya lazımi sayda "Leopard 2" tankları tədarük etməyə hazır deyil. Bu barədə "The New York Times" nəşri yazıb. Bildirilir ki, Avropa ölkələri Ukrayna Silahlı Qüvvələrinə lazımi sayda tank verməyə mane olan çətinliklərlə üzləşib. Nəşrin alman mənbələri bildirir ki, fevralın 24-də Ukraynaya 10 ədəd "Leopard 2A5" tankı verməyə hazır olduğunu elan edən İsveçdə hərbçilər Ukrayna Silahlı Qüvvələrinə maşınların verilməsinə qarşı çıxıblar. Qeyd edək ki, Almaniya, Danimarka, İspaniya, Kanada, Niderland, Norveç, Polşa və Portuqaliya Ukraynaya "Leopard 2" tankı verəcəyini açıqlayıb.
28-02-2023, 23:38
Putin START iştirakını dayandıran qanunu imzalayıb


Putin START iştirakını dayandıran qanunu imzalayıb

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandıran qanunu imzalayıb. Sənəd rəsmi dərc edildiyi gündən qüvvəyə minib. Bildirilir ki, ölkənin START-da iştirakının bərpası barədə qərarı Rusiya Prezidenti verə bilər. Qeyd edək ki, fevralın 21-də Vladimir Putin Rusiyanın START müqaviləsində iştirakını dayandırdığını elan edib. Fevralın 22-də qərar Dövlət Duması və Federasiya Şurası tərəfindən təsdiqlənib.
28-02-2023, 23:34
Rusiyadan heç bir təhlükə hiss etmirik - Qazaxıstan XİN


Rusiyadan heç bir təhlükə hiss etmirik - Qazaxıstan XİN

Qazaxıstan hazırda Rusiyadan heç bir təhlükə hiss etmir və görmür. Bunu Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında deyib. O vurğulayıb ki, Qazaxıstan Rusiyaya sanksiyalardan yayınmağa kömək etmir. “Qazaxıstan Rusiya ilə həmsərhəd olan və ya bu regionda yerləşən digər dövlətlərlə birlikdə Avrasiya İqtisadi Birliyinin, KTMT-nin, MDB-nin üzvüdür, biz Rusiya ilə münasibətləri bu çoxtərəfli strukturlar çərçivəsində fəaliyyət göstərən bir ittifaq kimi qiymətləndiririk”, - deyə XİN başçısı vurğulayıb. Nazir əlavə edib ki, Qazaxıstan bütün dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq üçün çoxvektorlu xarici siyasətini davam etdirir. Tleuberdi onu da qeyd edib ki, Qazaxıstan Rusiya şirkətlərinin sanksiyalardan yayınması ehtimalından qaçmağa çalışır. O vurğulayıb ki, ölkədə ABŞ-ın ikinci dərəcəli sanksiyalarına məruz qalacaq şirkət və sektor yoxdur. Bununla belə, nazir bildirib ki, Qazaxıstan üçün vəziyyət ağırdır, çünki respublikanın iqtisadiyyatı Rusiyanın iqtisadiyyatı ilə bağlıdır. Blinken isə öz növbəsində bildirib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyaların Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri üçün nəticələrini anlayır. O, bəyan edib ki, ABŞ xüsusi lisenziyalar verir və C5+1 formatlı ölkələri (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) dəstəkləyir. Dövlət katibi, həmçinin Ukraynaya humanitar yardım göstərdiyinə, həmçinin ölkəsini tərk etmiş 200 mindən çox Rusiya vətəndaşını qəbul etdiyinə görə Qazaxıstana təşəkkür edib.
28-02-2023, 23:30
Çavuşoğlu Hindistanın XİN başçısı ilə görüşüb


Çavuşoğlu Hindistanın XİN başçısı ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hindistanın XİN başçısı Subramanyam Cayşankar ilə görüşüb. Bu barədə Çavuşoğlu özünün "Twitter" hesabında məlumat yayıb. Görüş Çavuşoğlunun G20 xarici işlər nazirlərinin iclası üçün getdiyi Yeni Dehlidə baş tutub. “Dost üçün əməliyyat” adı altında ölkəmizə verdikləri kömək və humanitar dəstəyə görə onlara təşəkkür etdik”, – deyə nazir bildirib.
28-02-2023, 23:26
Çindən Ermənistana 14 milyon dollarlıq yardım


Çindən Ermənistana 14 milyon dollarlıq yardım

Çin Ermənistana 100 milyon yuan (14,5 milyon dollardan çox) yardım verəcək. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan məlumat verib. O qeyd edib ki, yarım Ermənistan və Çin arasında imzalanan texniki-iqtisadi əməkdaşlıq haqqında sazişin ratifikasiyasından sonra veriləcək. “Vəsait Ermənistan İctimai Televiziya Şirkətinin yayım zalının layihələndirilməsi və tikintisinə, eləcə də digər birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək”, - Səfəryan qeyd edib.
28-02-2023, 23:24
Ukrayna NATO-ya üzvlük perspektivindən uzaqdadır - Stoltenberq


Ukrayna NATO-ya üzvlük perspektivindən uzaqdadır - Stoltenberq

"Ukraynanın NATO-ya üzvlük perspektivi hələ də uzaqdadır. Bununla belə, alyans müharibədən sonra müdafiəni gücləndirmək üçün Ukraynaya dəstəyini davam etdirəcək". Bunu NATO baş katibi Yens Stoltenberq deyib. "NATO üzvləri əvvəllər Ukraynanın alyansa daxil olacağı barədə razılığa gəliblər. Bu, uzaq perspektivdir. İndi vacib olan Ukraynanın suveren və müstəqil dövlət kimi saxlanmasını təmin etməkdir, ona görə də biz Ukraynanı dəstəkləməliyik", - Stoltenberq bildirib. O əlavə edib ki, NATO Ukraynaya müharibə bitdikdən sonra güclü müdafiə qurmağa kömək etməlidir ki, Rusiya yenidən təcavüzə başlamasın. Bundan əlavə, NATO-nun baş katibi təhlükəsizlik təminatlarının vacibliyini qeyd edib və hərbi alyansın Ukraynaya 100 milyard avro həcmində hərbi yardım göstərdiyini diqqətə çatdırıb.
28-02-2023, 20:53
Ukrayna NATO-ya üzvlük perspektivindən uzaqdadır - Stoltenberq


Ukrayna NATO-ya üzvlük perspektivindən uzaqdadır - Stoltenberq

"Ukraynanın NATO-ya üzvlük perspektivi hələ də uzaqdadır. Bununla belə, alyans müharibədən sonra müdafiəni gücləndirmək üçün Ukraynaya dəstəyini davam etdirəcək". Bunu NATO baş katibi Yens Stoltenberq deyib. "NATO üzvləri əvvəllər Ukraynanın alyansa daxil olacağı barədə razılığa gəliblər. Bu, uzaq perspektivdir. İndi vacib olan Ukraynanın suveren və müstəqil dövlət kimi saxlanmasını təmin etməkdir, ona görə də biz Ukraynanı dəstəkləməliyik", - Stoltenberq bildirib. O əlavə edib ki, NATO Ukraynaya müharibə bitdikdən sonra güclü müdafiə qurmağa kömək etməlidir ki, Rusiya yenidən təcavüzə başlamasın. Bundan əlavə, NATO-nun baş katibi təhlükəsizlik təminatlarının vacibliyini qeyd edib və hərbi alyansın Ukraynaya 100 milyard avro həcmində hərbi yardım göstərdiyini diqqətə çatdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!