20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
28-02-2023, 16:58
Ukrayna NATO-ya üzvlük perspektivindən uzaqdadır - Stoltenberq


Ukrayna NATO-ya üzvlük perspektivindən uzaqdadır - Stoltenberq

"Ukraynanın NATO-ya üzvlük perspektivi hələ də uzaqdadır. Bununla belə, alyans müharibədən sonra müdafiəni gücləndirmək üçün Ukraynaya dəstəyini davam etdirəcək". Bunu NATO baş katibi Yens Stoltenberq deyib. "NATO üzvləri əvvəllər Ukraynanın alyansa daxil olacağı barədə razılığa gəliblər. Bu, uzaq perspektivdir. İndi vacib olan Ukraynanın suveren və müstəqil dövlət kimi saxlanmasını təmin etməkdir, ona görə də biz Ukraynanı dəstəkləməliyik", - Stoltenberq bildirib. O əlavə edib ki, NATO Ukraynaya müharibə bitdikdən sonra güclü müdafiə qurmağa kömək etməlidir ki, Rusiya yenidən təcavüzə başlamasın. Bundan əlavə, NATO-nun baş katibi təhlükəsizlik təminatlarının vacibliyini qeyd edib və hərbi alyansın Ukraynaya 100 milyard avro həcmində hərbi yardım göstərdiyini diqqətə çatdırıb.
28-02-2023, 16:54
Ermənistan prezidenti gürcü səfirlə görüşüb


Ermənistan prezidenti gürcü səfirlə görüşüb

Ermənistan prezidenti Vahaqn Xaçaturyan Gürcüstanın İrəvana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Georgi Şarvaşidze ilə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə mövzusu olub. "Gürcüstanla münasibətlər Ermənistanın xarici siyasətində xüsusi yer tutur. Əlaqələrin inkişafı, iqtisadi, siyasi və mədəni sahələrdə gücləndirilməsi prioritet təşkil edir. Ermənistan-Gürcüstan münasibətləri səviyyəsi nümunə ola bilər", - deyə Xaçaturyan söyləyib. Səfir isə qeyd edib ki, biznes dairələri arasında təmasları stimullaşdırmaq və gənclər dialoqu üzərində işləmək lazımdır.
28-02-2023, 16:48
Akar zəlzələdən sonra vətəninə dönən suriyalıların sayını açıqlayıb


Akar zəlzələdən sonra vətəninə dönən suriyalıların sayını açıqlayıb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar zəlzələdən sonra ölkəsinə qayıdan suriyalı qaçqınların sayı ilə bağlı son rəqəmi açıqlayıb. O, qaçqınların könüllü şəkildə Suriyaya geri döndüyünü xüsusi vurğulayıb. "Kahramanmaraş mərkəzli zəlzələdən sonra 42 min suriyalı öz xoşu ilə vətəninə qayıdıb", - deyə nazir bildirib. Akar ordunun zəlzələ ilə bağlı gec müdaxilə etməsi barədə deyilənlərə də yenidən münasibət bildirib: "Kənardan danışmaq asandır. Bəs sərhədləri kim qorusun, Suriyaya kim getsin. Məlumatlar həqiqəti əks etdirmir".
28-02-2023, 15:50
Lavrov “3+3” formatından danışdı


Lavrov “3+3” formatından danışdı

3+3 formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) diqqətimizdədir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən Rusiya-Azərbaycan ekspert şurasının 3-cü iclası çərçivəsində "XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq" adlı konfransın açılışında deyib. "İndiyədək 3+3 formatında yalnız bir görüş olub. Gürcüstan iştirakdan imtina edib, lakin biz Gürcüstan üçün qapını həmişə açıq saxlayırıq", - o deyib.
28-02-2023, 15:46
Ərdoğan Kahramanmaraşa səfər edib


Ərdoğan Kahramanmaraşa səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşa səfər edib. Ərdoğan Əlbistan və Afşində araşdırma aparmaq üçün Kahramanmaraşa gedib. Qeyd edək ki, Kahramanmaraş Türkiyənin zəlzələ bölgəsidir. Prezident Ərdoğan bundan öncə də bölgəfə səfər etmişdi.
28-02-2023, 15:07
Biz vəziyyətin gərginləşməsinə qarşıyıq - Ceyhun Bayramov


Biz vəziyyətin gərginləşməsinə qarşıyıq - Ceyhun Bayramov

Azərbaycan tərəfi gərginliyin azaldılmasının tərəfdarıdır. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycan ilk gündən öz açıq mövqeyini sərgiləyib. "Biz bu mövzuda qətiyik. Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərə humanitar yardımların göndərilməsində öz üzərinə düşən vəzifəni yerinə yetirir. Biz vəziyyətin gərginləşməsinə qarşıyıq. Amma Ermənistan tərəfi əsasız çıxışlar edir”, - deyə C.Bayramov vurğulayıb.
28-02-2023, 14:59
Biz öz fəaliyyətimizdə “zərər verməmək” prinsipini rəhbər tuturuq - Lavrov


Biz öz fəaliyyətimizdə “zərər verməmək” prinsipini rəhbər tuturuq - Lavrov

"Rusiya öz fəaliyyətində “zərər verməmək” prinsipini rəhbər tutur". Bunu Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib. "Biz öz fəaliyyətimizdə “zərər verməmək” prinsipini rəhbər tuturuq və üçtərəfli razılaşmalara əsaslanacaq, regionda qarşılıqlı hörmət və əməkdaşlığa zəmanət verəcək problemlərin bu prinsip əsasında həllini təşviq edir. Amma bütün oyunçular, xüsusən də regiondan uzaqda yerləşən oyunçular eyni prinsipləri rəhbər tutmur. Onlar burada kiminsə xeyrinə deyil, kiminsə əleyhinə işləmək istəyirlər", - deyə nazir əlavə edib.
28-02-2023, 14:49
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Martın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.
28-02-2023, 14:46
Zəlzələ bölgəsində olan qəhrəman həkimlərimiz geri qayıtdı


Zəlzələ bölgəsində olan qəhrəman həkimlərimiz geri qayıtdı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini başa vuraraq Vətənə qayıdıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi həkimlərimiz Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərib. Tibb heyətimiz tərəfindən qardaş ölkədə ümumilikdə 81 cərrahi əməliyyat icra edilib, 517 nəfərə isə ambulator yardım göstərilib. Qeyd edək ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalının fəaliyyəti Türkiyədə yüksək qiymətləndirilib.
28-02-2023, 14:43
Sankt-Peterburq səmasında naməlum uçuş aparatları aşkarlanıb


Sankt-Peterburq səmasında naməlum uçuş aparatları aşkarlanıb

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Pulkovo hava limanı təyyarələrin qəbulunu dayandırıb. Bu barədə şəhər administrasiyası məlumat yayıb. Təyyarələrin hərəkətini izləyən "Flightradar24" xidmətinin məlumatına görə, Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzərində səmada uçuşlarını dayandırıb. Moskvadan Sankt-Peterburqa gedən sərnişin təyyarələri dövrə vurur və ya geri qayıdır. Məlumata görə, Sankt-Peterburq səmasında naməlum uçuş aparatları aşkarlanıb. REN telekanalı anonim mənbəyə istinadən xəbər verir ki, Pulkovo hava limanı üzərində 200 km radiusda hava məkanı bağlanıb. “Göydə hərbi təyyarələr var, hava məkanında uçuş aparatlarının axtarışı davam edir”, - telekanal bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!