“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
6-02-2023, 19:31
Başın sağolsun Türkiyə!

Başın sağolsun Türkiyə!

Çox təəssüf ki, Türk Dünyasının bu səhəri acı xəbərlə açıldı. Türkiyənin Qəhrəmanmaraş vilayətində baş verən zəlzələ zamanı dağıntılar nəticəsində 1121 nəfərin ölümü, 7 min 634 nəfərin xəsarət alması hamımızı sarsıtdı. Azərbaycan Prezidenti İlham Əliyevin həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına xalqımız adından başsağlığı verməsi, ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını bildirməsi, 420 nəfərdən ibarət xilasedici heyəti qardaş ölkəyə göndərməsi ürəyimizdən xəbər verdi.
Biz də Zəngəzur mahalının Qafan Rayon icması olaraq ürəyimizin Türkiyədəki qardaşlarımızla birgə döyündüyünü diqqətə çatdırırr, dərin hüznlə başsağlığı verir, hər zaman yanlarında olduğumuzu bildiririk.
Sevgi və sayğılarla: Qafan Rayon İcması adından
İcmanın sədri Pofessor Eldar Abasov
6-02-2023, 18:50
FHN-nin çevik xilasetmə qrupu artıq Türkiyədədir


FHN-nin çevik xilasetmə qrupu artıq Türkiyədədir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hazırda çevik xilasetmə qüvvələri axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Türkiyənin Adana şəhərindən dağıntıların daha çox baş verdiyi bölgələrə doğru hərəkət edir.

6-02-2023, 18:47
Zəlzələ qurbanlarının sayı 1498 nəfərə çatıb


Zəlzələ qurbanlarının sayı 1498 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1498 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib. Məlumata görə, zəlzələ zamanı 8533 nəfər yaralanıb, 2834 bina dağılıb. Həlak olanların sayının artacağı istisna edilmir.
6-02-2023, 18:45
Gürcüstandan Türkiyəyə 60 xilasedici yollandı


Gürcüstandan Türkiyəyə 60 xilasedici yollandı

Gürcüstan Türkiyədə baş verən zəlzələnin nəticələrini aradan qaldırmağa kömək etmək üçün 60 xilasedici göndərib. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Xilasedicilər qrupu Baş nazir İrakli Qaribaşvilinin qərarı ilə müvafiq avadanlıqlarla birlikdə Türkiyəyə yola salınıb. Qrupa şəxsən Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəisi Teymuraz Mğebrişvili rəhbərlik edəcək. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb. Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub. Hazırda zəlzələ nəticəsində həyatını itirənlərin ümumi sayı 1121 nəfər, yaralıların sayı isə 7634 nəfər təşkil edir.
6-02-2023, 18:42
Bütün məktəblərdə tətil elan edildi


Bütün məktəblərdə tətil elan edildi

Türkiyənin bütün məktəblərində tətil elan edilib. Bu barədə milli təhsil naziri Mahmut Özer bildirib. O, məktəblərdə fevralın 13-nə qədər tətil elan edildiyini açıqlayıb.
6-02-2023, 18:38
İran rəhbərinin nümayəndəsi Xoy şəhərinə getdi


İran rəhbərinin nümayəndəsi Xoy şəhərinə getdi

İran İslam Respublikasının ali rəhbəri ayətullah Xameneinin nümayəndəsi höcətülislam Abdolhossein Moezzi Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinə gedib. Xameneinin nümayəndəsi 28 yanvar tarixli zəlzələ nəticəsində Xoyda yaranmış vəziyyət və görülən tədbirlərlə tanış olub. Abdolhossein Moezzinin zəlzələdən dağılmış şəhəri gəzərək problemləri və çətinlikləri öyrənəcəyi qeyd olunur. Hadisə nəticəsində yaralananların vəziyyətinin araşdırılması da gündəmdədir. Xoy şəhərində zəlzələdən zərər çəkənlər əsasən azərbaycanlı əhalidir. On minlərlə yerli sakin evlərinin dağılması səbəbindən hazırda çadırlara sığınıb.
6-02-2023, 18:35
Zəlzələ bölgəsindəki azərbaycanlılarla bağlı məlumat verildi


Zəlzələ bölgəsindəki azərbaycanlılarla bağlı məlumat verildi

Bu gün səhər saatlarında Türkiyədə baş verən dəhşətli zəlzələnin episentri olan Kahramanmaraş şəhərində yaşayan azərbaycanlıların vəziyyəti necədir? Müsahibəni tam şəkildə aşağıdakı linkdən izləmək mümkündür:

[media=https://youtu.be/MuHMcGjiXdg]
6-02-2023, 18:31
Avropa Birliyi Türkiyəyə xilasedici qrup göndərdi


Avropa Birliyi Türkiyəyə xilasedici qrup göndərdi

Yanvarın 6-da səhər tezdən Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Avropa Birliyi Türkiyəyə xilasedicilər qrupu göndərib. Bu barədə Böhranların idarə edilməsi üzrə Avropa komissarı Janez Lenarçiç bildirib. “Bu səhər Türkiyədə baş verən zəlzələdən sonra biz Avropa İttifaqının mülki müdafiə mexanizmini işə saldıq. Avropa İttifaqının Fövqəladə Hallara Cavab Koordinasiya Mərkəzi Avropadan xilasetmə qruplarının göndərilməsini koordinasiya edir. Niderland və Rumıniya komandaları artıq yoldadır”, - deyə Janez Lenarçiç bildirib.
6-02-2023, 18:24
Malatya şəhərində yenidən zəlzələ baş verib


Malatya şəhərində yenidən zəlzələ baş verib

Türkiyənin Malatya şəhərində yenidən zəlzələ olub. Yeraltı təkanlar 4,8 bal gücündə baş verib. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb. Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub.
6-02-2023, 18:22
Suriyada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artır


Suriyada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artır

Suriyada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı artır. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin sayı 592 nəfərə çatıb. Bundan əvvəlki məlumatlarda ölü sayının 427 nəfər, yaralı sayının 600 nəfər olduğu bildirilirdi. Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ Livan, İraq, Fələstin, İsrail və digər ölkələrdə, habelə Kipr adasında da hiss olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!