20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
23-02-2023, 20:00
Ərdoğan Gürcüstanın baş nazirini qəbul edib


Ərdoğan Gürcüstanın baş nazirini qəbul edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın baş naziri İrakli Qaribaşvilini qəbul edib. Görüş Qaribaşvilinin Türkiyəyə səfəri çərçivəsində baş tutub. Prezidentin iqamətgahında keçirilən görüşdə tərəflərin iki ölkə arasındakı əlaqələri müzakirə etdiyi vurğulanıb. Bundan əvvəl Qaribaşvilinin güclü zəlzələ nəticəsində dağıntıların və çoxsaylı insan itkisinin baş verdiyi Hatay vilayətinə səfər edəcəyi barədə məlumat verilmişdi.
23-02-2023, 19:57
“Shell” Ermənistanda fəaliyyətə başlayacaq


“Shell” Ermənistanda fəaliyyətə başlayacaq

Böyük Britaniya və Niderlandın birgə neft-qaz istehsalı korporasiyası olan "Shell" Ermənistanda fəaliyyətə başlayacaq. Şirkət bu ölkənin bazarına gələn aydan daxil olacaq. Belə ki, şirkət martdan etibarən Ermənistan ərazisində avtomobillər üçün yanacaqdoldurma məntəqələri açacaq. Məlumata görə, yanacaq Yunanıstanda istehsal ediləcək və daha sonra satış üçün Ermənistana nəql olunacaq. Yanacağın Yunanıstandan Ermənistana hansı marşrutla nəql olunacağı barədə isə detallar açıqlanmayıb.
23-02-2023, 14:38
Sabahın havası - Arabir sulu qar yağacaq


Sabahın havası - Arabir sulu qar yağacaq

Azərbaycanda fevralın 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağacağı, gecə və səhərin erkən saatlarında Abşeron yarımadasının şimalında qısamüddətli qara keçəcəyi gözlənilir. Günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0°-yə yaxın, gündüz 3°-dək isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti isti, gündüz 3-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq.
23-02-2023, 14:36
Həqiqətən əlimizdə konkret faktlar yoxdur - Paşinyan


Həqiqətən əlimizdə konkret faktlar yoxdur - Paşinyan

Ötən gün Haaqa məhkəməsində ermənilərin irəli sürdüyü bir sıra iddialar rədd edilib. Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında İrəvanın irəli sürdüyü iddiaların rədd edilməsindən söz açıb. O etiraf edib ki, Qarabağa təbii qaz və elektrik enerjisinin verilməməsi ilə bağlı erməni tərəfindən qaldırılan iddia sübuta yetirilmədiyi üçün rədd edilib. "Həqiqətən də bununla bağlı əlimizdə konkret faktlar yoxdur", - deyə Paşinyan bildirib. Qeyd edək ki, bu gün mətbuata açıqlama verən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun sözlərinə görə, Ermənistan konkret olaraq həmin ərazinin qaz və elektrik enerjisi ilə təchizatı, sonradan buna əlavə olaraq, hətta fiberoptik internetlə təchizatı ilə əlaqədar qəsdən, qərəzli şəkildə hansısa müdaxilə edildiyini irəli sürmüşdü: “Bu məsələləri Ermənistan 2021-ci ilin martından mütəmadi şəkildə qaldırıb. Azərbaycan da davamlı şəkildə öz mövqeyini bildirib. Mövqeyimiz ondan ibarət olub ki, 30 il müddətində həmin əraziyə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilib və Azərbaycan öz öhdəliyinə düşə biləcək bu və ya digər məsələlərin təmin edilməsi, öz ərazimizdən keçən qaz xəttinin təmiri ilə bağlı Ermənistanla əməkdaşlığa hazırdır. Orada yaşayan hansısa bir vətəndaşın hüquqlarının pozulmadığına dair sübutlar məhkəməyə təqdim olunub. Məhkəmə də Azərbaycanın bu mövqeyini dəstəkləyib. Qərarda qeyd olunub ki, Azərbaycan tərəfi qaz, elektrik və internet xidmətinin təchizatına heç bir müdaxilə etməyib və bu iddiaların heç bir əsası yoxdur”.
23-02-2023, 14:33
Mirzoyan suriyalı həmkarı ilə görüşdü


Mirzoyan suriyalı həmkarı ilə görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı daşıyan təyyarə Suriyanın paytaxtı Dəməşq şəhərinin hava limanına eniş edib. Onu Suriya XİN başçısı Faysal Mikdad qarşılayıb.
23-02-2023, 14:30
İsrail və Fələstin qarşılıqlı zərbələr endirib


İsrail və Fələstin qarşılıqlı zərbələr endirib

İsrail və Fələstinin Qəzza zolağı arasında qarşılıqlı zərbələr endirilib. İsrail ordusunun yaydığı məlumata görə, Qəzza zolağından İsrail ərazisinə 6 raket atılıb. Onlardan 5-i zenit müdafiə vasitələri ilə zərərsizləşdirilib, biri isə açıq ərazilərə düşüb. "İsrail ordusu cavab zərbələri endirir", - məlumatda deyilir. İsrailin Aşkelon, Sderot şəhərlərində və Qəzza zolağına bitişik ərazilərdə hava hücumu ilə bağlı həyəcan siqnalı səslənib. Qeyd edək ki, İsrail və Qəzza zolağı bu yaxınlarda da qarşılıqlı raket atəşinə tutulub. İsrail ordusu daha sonra ərazisinin atəşə tutulmasına cavab olaraq Fələstində HƏMAS-ın hərbi postlarına zərbələr endirib.
23-02-2023, 14:23
İranda dolların məzənnəsi 100 min tümənə çatacaq


İranda dolların məzənnəsi 100 min tümənə çatacaq

“ABŞ və Avropa ölkələri 2023-cü ilin sentyabrında BMT Baş Assambleyasının iclasına qədər İran rejiminə qarşı sanksiyalar tətbiq edəcək”. Bu barədə İsrailin xarici işlər naziri Eli Koen “I24” telekanalına müsahibəsində deyib. O qeyd edib ki, sanksiyalar nəticəsində İranda dolların məzənnəsi tezliklə 100 min tümənə çatacaq. "Eyni zamanda İsrail İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün lazım olan bütün addımları atacaq. Bu gün İran dünya miqyasında terrorizmi maliyyələşdirən bir nömrəli ölkədir. Digər tərəfdən İran Ukrayna ilə mübarizə aparmaq üçün Rusiyaya silah verir. Ona görə də İsrail İrana qarşı mübarizəsini gücləndirəcək”,- deyə XİN rəhbəri bildirib. Xatırladaq ki, İranda son günlər tümənin dollar qarşısında ucuzlaşması Tehran bazarlarında etirazlara səbəb olub. Tehran bazarından, “Əlaəddin” alış-veriş mərkəzindən çəkilən videoda satıcılar və mağaza sahibləri öz həmkarlarını ölkədə dolların məzənnəsinin kritik rekord həddə - 51 min tümənə yüksəlməsinə etiraz olaraq tətilə qoşumağa çağırıblar.
23-02-2023, 14:19
Keçən illə müqayisədə dərmanların qiyməti artıb


Keçən illə müqayisədə dərmanların qiyməti artıb

Azərbaycanda dərmanların qiyməti bahalaşıb. Bu barədə "Banker.az" Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb. Azərbaycanda dərmanlar 2023-cü ilin yanvar ayı 2022-ci ilin yanvar ayına nisbətən 17.8%, dekabr ayına nisbətən isə 6% bahalaşıb. Onu da qeyd edək ki, bu ilin yanvarında 324.1 min manat dərmanlar istehsal edilib ki, bu da illik müqayisədə 62.3% artım deməkdir.
23-02-2023, 14:15
Türkiyədə söküləcək binaların sayı müəyyən edilib


Türkiyədə söküləcək binaların sayı müəyyən edilib

Türkiyədə zəlzələ ilə bağlı sökülməsi vacib olan tikililərin sayı məlum olub. Bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilib ki, zəlzələyə görə qəzalı vəziyyətə düşən 17 100 bina təcili şəkildə uçurulacaq. Həmçinin o da qeyd olunub ki, Qaziantep vilayətində dəyən ziyanın həcminin təsbit olunması ilə bağlı işlərin 78 faizi tamamlanıb. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
23-02-2023, 14:12
Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları həyata keçirildi


Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları həyata keçirildi

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq helikopterlər bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edib. Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!