Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
4-03-2023, 15:09
Ukrayna Avropa İttifaqından daha çox mərmi istəyir


Ukrayna Avropa İttifaqından daha çox mərmi istəyir

Ukrayna Avropa İttifaqından (Aİ) artilleriya mərmilərinin tədarükünün ayda 250 min ədədə çatdırılmasını istəyir. Bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Məlumata əsasən, Ukraynanın müdafiə naziri Aleksey Reznikov Avropa İttifaqı ölkələrindəki həmkarlarına mövzu ilə bağlı məktub göndərib. “Hesablamalarımıza görə, döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi üçün minimum tələb olunan sursat yükü ayda 356400 mərmidir”,- deyə o bildirib. Nəşrin yazdığına görə, Avropanın baş diplomatı Cozep Borrell yaxın vaxtlarda Ukraynaya əlavə 1 milyard avroluq dəstək paketi elan edəcək.
4-03-2023, 15:03
Bakı-Qəbələ sürət qatarının gediş haqqı bəlli oldu


Bakı-Qəbələ sürət qatarının gediş haqqı bəlli oldu

Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarına biletlər martın 4-dən etibarən satışa çıxarılacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı martın 18-dən etibarən fəaliyyətə başlayır. Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 manat, biznes sinfi üçün 31 manat, birinci sinif üçün isə 93 manat təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (//ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür. Bidirilir ki, 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla ümumi 364 yer var. "Hərəkət cədvəlinə gəlincə qatar həftəsonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-da çatacaq", - ADY bildirir. Qeyd edək ki, Qəbələ dəmir yolu vağzalının ümumi sahəsi 2 300 kvadrat metr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir.
4-03-2023, 14:59
TƏBİB silahlı insidentdə yaralananlarla bağlı məlumat yaydı


TƏBİB silahlı insidentdə yaralananlarla bağlı məlumat yaydı

Bakının Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. TƏBİB-dən bildirilib ki, hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 12:21 radələrində çağırış daxil olub. Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Qeyd edək ki, bu gün Xətai rayonu ərazisində yerləşən hiperkarketlərdən birində silahlı insident baş verib.
4-03-2023, 14:55
Beyləqan rayonunda meşə yanğını baş verib


Beyləqan rayonunda meşə yanğını baş verib

Beyləqan rayonu, Eyvazalılar kəndi yaxınlığındakı qamışlıq sahədə baş verən və sonradan meşə sahəsinə keçən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən söndürülüb. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, yanğına səbəb meşə sahəsi yaxınlığındakı ərazidə suvarma-drenaj kanallarının daxilindəki qamışlıqların kənd sakinləri tərəfindən yandırılması olub: “Yanğın nəticəsində 2 hektar qamışlıq sahə yanıb, meşə fonduna ziyan dəyməyib. Hazırda baş verən yanğınla bağlı FHN-in əməkdaşları ilə birgə araşdırma aparılır”. C.Qəribov yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, yanğına şərait yaradan bütün hallara qarşı birgə mübarizəyə çağırıb.
4-03-2023, 14:52
Silahlı insidentdə ölən şəxsin fotosu yayıldı


Silahlı insidentdə ölən şəxsin fotosu yayıldı

Xəbər verdiyimiz kimi, bu gün Bakının Xətai rayonu ərazisində yerləşən hiperkarketlərdən birində silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, daha iki nəfər yaralanıb. Həlak olan şəxs Həsənov Rüfət Rahib oğludur. Hazırda faktla əlaqədar araşdırma aparılır.

4-03-2023, 14:49
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda martın 5-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı ehtimal edilir.
4-03-2023, 14:46
Bakıda silahlı insident baş verib - Ölən və yaralananlar var


Bakıda silahlı insident baş verib - Ölən və yaralananlar var

Bakının Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb. Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə zamanı ölən Həsənov Rüfət Rahib oğlu polis əməkdaşı deyil.
4-03-2023, 14:42
Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır


Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır

“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır. Bu gün ilk səfər baş tutub. Səfərin məqsədi Bakı-Qəbələ dəmir yolu xəttində və Qəbələ dəmir yolu stansiyasında görülən işlərlə tanış olmaqdır. Bakı-Qəbələ və əks istiqamətdə qatarın yolda olma müddəti 3 saat 20 dəqiqədir.
4-03-2023, 14:40
Qarlı tufan 10 nəfərin həyatına soy qoydu


Qarlı tufan 10 nəfərin həyatına soy qoydu

ABŞ-ın bir sıra ştatlarına qarla müşayiət olunan güclü tufan nəticəsində azı on nəfər ölüb. Bu barədə CNN məlumat yayıb. Məlumata görə, təbiət hadisəsi nəticəsində 1,2 milyondan çox amerikalı elektrik enerjisindən məhrum qalıb. Xüsusilə, Kaliforniyada güclü qar səbəbindən 13 əyalətdə fövqəladə vəziyyət elan edilib. Texas və Pensilvaniya güclü küləklə əlaqədar təcili xəbərdarlıq edib. Kaliforniyanın bəzi ərazilərində qar yığınları ikinci mərtəbənin pəncərələrinə qədər böyüyüb.
4-03-2023, 14:36
Xocalıda yol-nəqliyyat hadisəsi baş verib


Xocalıda yol-nəqliyyat hadisəsi baş verib

Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. Bildirilir ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. "İlkin araşdırmalar nəticəsində məlum olub ki, Bərdə rayon sakini Seymur Vəliyev idarə etdiyi "Shacman" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı su arxına aşıb. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə açıqlamada qeyd olunur.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!