Güclü qadın , güclü şəxsiyyət , güclü alim .....                        Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                        Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                       
5-03-2023, 16:34
Qarabağda atışma baş verib - İtkilər var


Qarabağda atışma baş verib - İtkilər var

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. "Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir. Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur. Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti sürətdə yolverilməzdir. Xatırladırıq ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunub. Qeyd olunan marşrut üzrə minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar edib. Əlavə olaraq bildiririk ki, 2022-ci ildə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin Ermənistan tərəfindən basdırılan və sonradan aşkar edilən minalara baxış üçün əraziyə səfərləri də təşkil edilmişdir. Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir. Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir. Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Müdafiə Nazirliyinin yaydığı məlumatda vurğulanıb.
5-03-2023, 16:30
Xarkovun Kupyansk şəhəri atəşə tutuldu


Xarkovun Kupyansk şəhəri atəşə tutuldu

Rusiya qüvvələri tərəfindən Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərinin atəşə tutulması nəticəsində bir nəfər həlak olub. Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, martın 4-də axşam saatlarında başlayan hücum zamanı Kupyanskda 5 yaşayış binası dağılıb, yanğınlar başlayıb. Həmçinin 65 yaşlı yerli sakin yaşayış binasına düşən mərmi nəticəsində həlak olub. Martın 5-də səhər saatlarında Kupyanskın təkrar atəşə tutulması nəticəsində şəhərdə nəqliyyat infrastrukturu obyektinə ziyan dəyib. Mərmi dəmiryol vağzalının binasına düşüb. Dnepropetrovsk vilayətində parlayış səsləri eşidilməsi barədə də məlumatlar var.
5-03-2023, 16:28
Ukrayna və Rusiyaya silah tədarük etmirik - Serbiya prezidenti


Ukrayna və Rusiyaya silah tədarük etmirik - Serbiya prezidenti

Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin nə Rusiyaya, nə də Ukraynaya silah tədarük etdiyini bildirib. Vuçiç Serbiyanın silah-sursatın üçüncü tərəfə ötürülməsindən qorunmaq üçün əlavə tədbirlər gördüyünü açıqlayıb. "Hər bir müqavilədə ölkənin istehsal etdiyi silahların Belqradın icazəsi olmadan yenidən satışına qadağa qoyulub", - deyə o söyləyib. Vuçiç xatırladıb ki, ölkəsi əvvəllər münaqişə zonalarına silah çatdırılmasında ittiham olunub.
5-03-2023, 16:25
Xankəndində erməni təxribatının qarşısı alındı


Xankəndində erməni təxribatının qarşısı alındı

Azərbaycanın Xankəndi şəhəri ətrafında silah səslərinin eşidildiyi bildirilir. Bu barədə Ermənistan mediası məlumat yayıb. Sosial şəbəkələrin erməni seqmentində Azərbaycan Ordusunun antiterror əməliyyatına başlaması ilə bağlı müxtəlif iddialar səsləndirilir. “Caliber”in əldə etdiyi məlumata görə, Azərbaycan tərəfi Laçın yoluna alternativ olan Xələfəli torpaq yolundan yan keçərək Ermənistan ərazisindən Qarabağ bölgəsinə silah-sursatın daşınması barədə siqnallar alıb. Növbəti analoji siqnal alan əməliyyatçılarımız yerində yoxlama aparmaq üçün yola çıxıblar. Azərbaycan hərbçiləri yoldan keçən erməni avtomobilini saxlamağa çalışıblar və həmin avtomobilin sərnişinləri atəş açıblar. Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib. Sosial şəbəkələrdə yayılan xəbərlərə əsasən, Azərbaycana qarşı təxribat törədən polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyan məhv edilib. Leytenant David Ovsepyan isə yaralanıb.
5-03-2023, 16:23
Sabahın havası meteohəssas insanlarda narahatlıq yarada bilər


Sabahın havası meteohəssas insanlarda narahatlıq yarada bilər

Martın 6-da müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bildirilib ki, gündüz saatlarında Abşeron yarımadasında arabir güclənən gilavar küləyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
5-03-2023, 16:16
Yollarda görmə məsafəsi məhdudlaşacaq


Yollarda görmə məsafəsi məhdudlaşacaq

Sabah Azərbaycanın bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Martın 6-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq, gecə və səhər saatlarında bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.
5-03-2023, 16:13
Ağrılı günlərdə ölkələrin göstərdiyi həmrəylik ürəklərimizi isitdi - Çavuşoğlu


Ağrılı günlərdə ölkələrin göstərdiyi həmrəylik ürəklərimizi isitdi - Çavuşoğlu

Türkiyənin arici işlər naziri Mövlud Çavuşoğlu Qətərin paytaxtı Dohada keçirilən Birləşmiş Millətlər Təşkilatının EAGU-V konfransında iştirak edib. Konfransın açılış hissəsində çıxış edən Çavuşoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb. Ərdoğanın hər zaman ən az inkişaf etmiş ölkələrin davamlı inkişafını prioritet hesab etdiyini deyən Çavuşoğlu onun bu konfransın yeni qlobal tərəfdaşlığın inkişafında özəl mərhələ olacağına inandığını vurğulayıb. “Biz ən az inkişaf etmiş ölkələrin sosial, iqtisadi və ekoloji inkişafdan faydalanmasına imkan yaradacaq tərəfdaşlıqdan, qlobal iqtisadi və maliyyə sisteminin bərabərsizliyin daha da dərinləşməsinə mane olacaq əməkdaşlığından ötrü çalışırıq. Fevralın 6-da Türkiyənin iki böyük zəlzələ ilə sarsıldığını və türk xalqının dərin hüzn içində olduğunu qeyd etməliyəm. Bu ağrılı günlərdə beynəlxalq ictimaiyyətin göstərdiyi səmimi həmrəylik ürəklərimizi isitdi, bizə güc verdi", - deyə o söyləyib. Ən az inkişaf etmiş ölkələrin çətin anlarda Türkiyəyə dəstək verən və həmrəylik göstərən ilk ölkələr arasında olduğunu bildirən Çavuşoğlu türk millətinin bunu heç vaxt unutmayacağını əlavə edib.
5-03-2023, 16:08
Silahlı insidentdə həyatını itirən şəxs dəfn olundu


Silahlı insidentdə həyatını itirən şəxs dəfn olundu

Martın 4-də Bakının Xətai rayonu ərazisində yerləşən hipermarketlərin birindəki bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu dəfn olunub. Mərhum Bibiheybət qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, martın 4-də polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z.Tağıyev küçəsindəki binaların birində gizlənməsi müəyyən edilib. O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Cinayətkar görülən tədbirlərlə zərərsizləşdirilib. Xatırladaq ki, insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb. Mərhum Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olmaqla yanaşı, həm də İkinci Qarabağ müharibəsi iştirakçısı olub.




5-03-2023, 15:41
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda martın 6-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gecə bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
5-03-2023, 15:38
Bakıda tank mərmisi aşkarlandı


Bakıda tank mərmisi aşkarlandı

Bakıda döyüşə yararlı tank mərmisi aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 125 mm-lik ZBM-29 tank mərmisi olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!