Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
22-03-2023, 22:07
“Qarabağ” Bakı Olimpiya Stadionunun mövcud vəziyyətini əks etdirən fotolar paylaşıb


“Qarabağ” Bakı Olimpiya Stadionunun mövcud vəziyyətini əks etdirən fotolar paylaşıb

“Qarabağ” Türkiyənin “Qalatasaray” klubuna qarşı keçirəcəyi xeyriyyə oyununun baş tutacağı Bakı Olimpiya Stadionunun (BOS) mövcud vəziyyətini əks etdirən fotolar paylaşıb. Ağdam təmsilçisinin sosial şəbəkə hesabında yerləşdirilən şəkillərdə arenanın ot örtüyünün ideal vəziyyətdə olduğu görünür. Klub stadionun qarşılaşmaya hazır olduğunu qeyd edib. Bundan başqa, bir daha matçdan əldə olunacaq gəlirin Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım üçün göndəriləcəyi qeyd edilib. Xatırladaq ki, BOS rəhbərliyi matçın xeyriyyə məqsədli olduğunu nəzərə alaraq, təşkilati işlər üçün "Qarabağ"dan heç bir məbləğ tələb etməyib.“Qarabağ” - “Qalatasaray” matçı martın 26-da saat 20:00-da start götürəcək.
22-03-2023, 22:01
İsraildən Qəzza zolağına PUA hücumu


İsraildən Qəzza zolağına PUA hücumu

İsrail Silahlı Qüvvələrinə məxsus “Dəmir qübbə” (İron Dome) sistemi Qəzza zolağında HƏMAS təşkilatına məxsus pilotsuz uçuş aparatı (PUA) vurub. Bu barədə ölkənin Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti bildirib. MN sözçüsü qeyd edib ki, PUA-nın İsrail ərazisinə keçməsinin qarşısı alınıb, Qəzza səmasının cənub hissəsində vurulub. Qeyd edək ki, İsrail mediası partlayış səslərinin Eşkol Regional Şurasında eşidilməsi barədə məlumat yayıb.
22-03-2023, 21:57
İordaniya deputatlarından təklif: İsrail səfiri ölkədən qovulsun


İordaniya deputatlarından təklif: İsrail səfiri ölkədən qovulsun

İordaniya parlamenti İsrail səfirinin ölkədən çıxarılmasına səs verib. Deputatlar İordaniya hökumətinə İsrail səfirini qovmağı tövsiyə ediblər. Qərarın qəbul edilməsinə səbəb İsrail maliyyə naziri Bezalel Smotriçin çıxışı zamanı nümayiş olunan İsrail xəritəsi olub. Xəritədə İordaniya və Fələstinin əraziləri İsrailin ərazisini kimi göstərilib. Bundan əvvəl İsrail səfiri İordaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
22-03-2023, 21:48
Rus ordusu Ukraynanın 11 bölgəsini atəşə tutdu


Rus ordusu Ukraynanın 11 bölgəsini atəşə tutdu

Rusiya ordusu son sutka ərzində Ukraynanın 11 bölgəsini atəşə tutub. Bu barədə Ukrayna Hərbi Media Mərkəzi məlumat yayıb. Ruslar Ukrayna ərazisinə minaatan, tank, artilleriya, “Qrad” və “Smerç”, “S-300” hava hücumundan müdafiə sistemi ilə zərbələr endirib. Hücumda raket sistemləri və İran pilotsuz uçuş aparatlarından da istifadə edilib. Ümumilikdə 121 yaşayış məntəqəsi atəşə tutulub, 42 infrastruktur obyektinə ziyan dəyib. İlkin məlumatlara görə, zərbələr nəticəsində 14 nəfər ölüb, 24 nəfər yaralanıb. Rusiyanın Ukraynanı növbəti dəfə raket atəşinə tutması nəticəsində Kiyev vilayətində 4 nəfər ölüb. Vilayətin Milli Polis İdarəsinin rəisi Andrey Nebitovun sözlərinə görə, atılan raketlərdən biri beşmərtəbəli yataqxana binasına düşüb.
22-03-2023, 21:46
Rusiyanın Kiyevə PUA-larla hücumu 4 nəfərin ölümünə səbəb oldu


Rusiyanın Kiyevə PUA-larla hücumu 4 nəfərin ölümünə səbəb oldu

Rusiya qüvvələri tərəfindən Ukraynanın paytaxtı Kiyevə PUA hücumu nəticəsində həyatını itirənlərin sayı 4 nəfərə çatıb. Bu barədə "Ukrinform" məlumat yayıb.


22-03-2023, 21:42
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda martın 23-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 7-10°, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 17-22° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.
22-03-2023, 21:40
HDP prezident seçkilərində namizədlik irəli sürməyəcək


HDP prezident seçkilərində namizədlik irəli sürməyəcək

Türkiyənin Xalqların Demokratik Partiyası (HDP) 14 mayda keçiriləcək prezident seçkilərində namizəd irəli sürməyəcək. Bunu partiyanın həmsədri Pervin Buldan açıqlayıb. Qeyd edək ki, HDP eyni tarixdə keçiriləcək parlament seçkilərinə qatılacaq "Əmək və Azadlıq İttifaqı"nın üzvüdür. Bu siyasi ittifaq da prezidentliyə namizəd çıxarmayacağını elan edib.
22-03-2023, 21:02
Çin ABŞ-a çağırış dolu mesaj göndərdi


Çin ABŞ-a çağırış dolu mesaj göndərdi

"Çin ABŞ-ı Ukrayna münaqişəsindəki roluna yenidən baxmağa və Pekini ittiham etməyi dayandırmağa çağırır". Bu, Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Qeyd olunub ki, Çinin Ukrayna məsələsində heç bir "eqoist məqsədləri" yoxdur. "Biz heç vaxt baş verənləri əli-qolu bağlı vəziyyətdə izləməmişik, amma vəziyyəti daha da gərginləşdirməyə də getməmişik və təkcə öz mənfəətimizi güdməmişik", - deyə Çin XİN-in açıqlamasında vurğulanıb.
22-03-2023, 20:59
Rusiya XİN müavinindən ABŞ-la bağlı açıqlama


Rusiya XİN müavinindən ABŞ-la bağlı açıqlama

"ABŞ konqresmenləri kasetli sursatların Kiyevə çatdırılmasının təhlükəsindən bixəbərdirlər. ABŞ Kiyevi təchiz etmək üçün getdikcə ölümcül sistemləri nəzərdən keçirir. Moskva Vaşinqtonu eskalasiya yolu ilə getməməyə çağırır. Vaşinqton Ukrayna münaqişəsində iştirak edən tərəf statusunu bir daha ortaya qoyur". Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. "Rusiya Federasiyası və Çin liderləri ABŞ-ı deeskalasiya yolu ilə getməyə çağırırlar, lakin bunun əksi baş verir. Vaşinqton Qara dənizdə vurulan PUA məsələsində olduğu kimi, Rusiyanın əks tədbirlərinə qarşı çıxır. Rusiya Federasiyasının təhlükəsizliyi bütün mümkün vasitələrlə təmin ediləcək, heç bir ABŞ PUA-sı bu qətiyyəti sarsıda bilməyəcək".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!