Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
27-03-2023, 20:06
COVID-19 pasportu tələbi ləğv edildi


COVID-19 pasportu tələbi ləğv edildi

Azərbaycanda bir sıra yerlərə, o cümlədən iri ticarət mərkəzləri, mehmanxana və şadlıq saraylarına girişdə COVID-19 pasportu tələbi ləğv edilib. Bununla bağlı "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" sənədi Baş nazir Əli Əsədov imzalayıb. Sənədə əsasən, müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv olunub.
27-03-2023, 19:49
Türkiyədə seçkilərlə bağlı püşkatma aprelin 2-də baş tutacaq


Türkiyədə seçkilərlə bağlı püşkatma aprelin 2-də baş tutacaq

Türkiyədə prezident seçkiləri ilə bağlı püşkatma mərasimi aprelin 2-də keçiriləcək. Püşkatma prosesi namizədlərin seçki siyahısında yerlərinin sıralanması ilə əlaqədardır. Məlumata görə, aprelin 11-dən sonra namizədlərin təbliğat-təşviqat kampaniyasına start veriləcək. AKP-nın seçki kampaniyalarına ilk olaraq paytaxt Ankaradan başlanılması gözlənilir. Eyni zamanda seçki kampaniyası ilə əlaqədar böyük mitinqlərin keçirilməsi planlaşdırılmır. Xatırladaq ki, Türkiyədə parlament və prezident seçkiləri 14 may tarixində keçiriləcək. Seçkinin favorit namizədləri hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və "Millət ittifaqı"nın vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu hesab olunur.
27-03-2023, 19:46
Putinin Türkiyəyə səfəriylə bağlı məlumatlar həqiqətə uyğun deyil - Peskov


Putinin Türkiyəyə səfəriylə bağlı məlumatlar həqiqətə uyğun deyil - Peskov

"Qərbin reaksiyası Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi planlarına təsir etməyəcək". Bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb. "Məlumatlar göstərir ki, "Şimal axını"na hücum dövlətlərin və onların xüsusi xidmət orqanlarının iştirakı olmadan həyata keçirilə bilməzdi. Qərb “Şimal axını” mövzusunu geri plana atmaq üçün bütün tədbirləri görür, lakin Rusiya Federasiyası buna imkan verməyəcək", - deyə o bildirib. "Putinin Türkiyəyə səfərinin hazırlığı ilə bağlı məlumatlar həqiqətə uyğun deyil", - deyə sözçü Rusiya prezidentinin Ankara səfəri barədə məlumatlara aydınlıq gətirib.
27-03-2023, 19:27
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Martın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.
27-03-2023, 16:56
Fransada etirazçılar muzeyin girişlərini bağladı


Fransada etirazçılar muzeyin girişlərini bağladı

Fransanın paytaxtı Parisdə mədəniyyət sektoru işçiləri mübahisəli pensiya islahatına qarşı etiraz aksiyası keçirib. Etirazçılar Luvr Muzeyinin girişlərini bağlayıb. Ümumi İş Birliyi (CGT) daxilindəki mədəniyyət işçiləri əllərində birlik bayraqları ilə muzeyin həyətindəki piramidanın qarşısına toplaşıblar. Muzeyin qapıları qarşısından keçərək girişləri kəsən izdiham “Biz geri çəkilməyəcəyik” sözləri yazılmış plakatlar qaldırıblar. Qeyd edək ki, martın 16-dan bəri ölkə boyu keçirilən etiraz aksiyalarında 1000-dən çox adam saxlanılıb.
27-03-2023, 16:53
Rusiya İsrailin daxili işlərinə qarışmır - XİN müavini


Rusiya İsrailin daxili işlərinə qarışmır - XİN müavini

Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov İsraildə baş verənlərə münasibət bildirib. O, Rusiyanın İsrailin daxili işlərinə qarışmadığını bəyan edib. "Biz istəyirik ki, vəziyyət siyasi prosedurlar çərçivəsində nizamlansın. Rusiyada İsraildə vəziyyətin gərginləşməsində ABŞ-ın mümkün izinə dair məlumat yoxdur, lakin Vaşinqtonun digər ölkələrin daxili işlərinə qarışması təbiidir", - deyə Boqdanov söyləyib. O əlavə edib ki, Moskva İsrail vətəndaşları, eləcə də oradakı Rusiya vətəndaşları üçün sabitlik və təhlükəsizliyə ümid edir. Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.
27-03-2023, 16:50
Rusiya Liviyadakı diplomatik missiyasını bərpa etmək niyyətindədir


Rusiya Liviyadakı diplomatik missiyasını bərpa etmək niyyətindədir

Rusiyanın Liviyadakı səfiri Aydar Aqanin yenidən paytaxt Tripoliyə qayıdır. Rusiya Liviyada diplomatik missiyasının işini tam bərpa etmək niyyətindədir. Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanovun sözlərinə görə, Moskva ölkədəki diplomatik missiyasının təhlükəsizliyini təmin etməyə ümid edir və bu, prioritet olaraq qalır. Qeyd edək ki, bundan əvvəl Boqdanov Liviyanın ikinci böyük şəhəri olan Benqazidə baş konsulluq açmağı planlaşdırdıqlarını bildirmişdi.
27-03-2023, 16:46
NATO ölkələri Ukraynada hərbi düşərgə yaradıb - Patruşev


NATO ölkələri Ukraynada hərbi düşərgə yaradıb - Patruşev

"NATO ölkələri Ukraynada hərbi düşərgə yaradıb, Kiyevi peyk və dronlardan istifadə edərək kəşfiyyat məlumatı ilə təmin edib". Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. "Vaşinqton əslində başqa ölkələrin suverenliyini tapdalayır və dünyanın əsas diktatorudur. NATO ölkələri Ukraynadakı münaqişənin tərəfidir, əsas məqsədlərini - Rusiyanın məğlubiyyətini və onun daha da parçalanmasını gizlətmirlər. NATO peyklər və PUA-lar vasitəsilə Kiyevi kəşfiyyat məlumatları ilə təmin edir. ABŞ müharibələrin sayında çempion oldu və ölkələrin suverenliklərini pozdu", - deyə Patruşev söyləyib.
27-03-2023, 16:42
ABŞ prezidenti Suriyada qoşunları saxlamağı düşünür


ABŞ prezidenti Suriyada qoşunları saxlamağı düşünür

ABŞ prezidenti Co Bayden Suriyada Amerika qoşunlarının mövcudluğunu saxlamağı planlaşdırır. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib. “Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada qeyd edilən qruplaşmaya qarşı vuruşan 1000-ə qədər hərbçimiz var. Bu qruplaşma azalsa da, hələ canlıdır”, - deyə Kirbi vurğulayıb. Qeyd edək ki, ABŞ hazırda Suriyada kiçik hərbi birləşmələr saxlayır. Onlar neft və qaz yataqlarını nəzarətdə saxlayır. Rəsmi Dəməşq həmin qüvvələrin öz ərazisindən çıxarılmasını tələb edib.
27-03-2023, 15:02
İsrail Prezidenti etirazçılara çağırış etdi


İsrail Prezidenti etirazçılara çağırış etdi

İsrail Prezidenti İsxaq Hersoq baş nazir Benyamin Netanyahu və hökumətini ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmağa çağırıb. Bu barədə o, özünün twitter hesabında yazıb. Prezident bildirib ki, davam edən etirazlar fonunda İsrailin təhlükəsizliyi və iqtisadiyyatı təhdid altındadır. Hersoq qeyd edib ki, Knessetin (parlament) bütün fraksiyaları “ölkə vətəndaşlarını hər şeydən üstün tutmalı və gecikmədən məsuliyyətlə və cəsarətlə hərəkət etməlidir”. "İsrail xalqının birliyi naminə, üzərimizə götürməli olduğumuz məsuliyyət naminə, sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram”, - Prezident bəyan edib. Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!