"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
19-05-2023, 15:43
Qərbin bütün arsenalı Rusiyaya yönəlib - Putin


Qərbin bütün arsenalı Rusiyaya yönəlib - Putin

"Qərbin demək olar ki, bütün arsenalı Rusiyaya qarşı yönəlib, dəyərlərimizə hücumlar dayanmır". Bunu Rusiya prezidenti Vladimir Putin deyib. "Rusiya Federasiyasının əleyhdarları milli icmalar daxilində təxribatlar təşkil edir və Rusiyanın dekolonizasiyasının zəruriliyini bəyan edirlər. Onlar ölkəni onlarla kiçik hissələrə bölmək zərurətindən danışırlar. Rusiya Federasiyasının əleyhdarları ölkədə yaşayan xalqları parçalamaq üçün hər şeyi edirlər", - deyə o bildirib. "Rusiyanın çoxmillətliliyi onun qələbəsidir", - Putin əlavə edib.
19-05-2023, 15:36
Həlledici qərarı xalqımız verəcək - Ərdoğan


Həlledici qərarı xalqımız verəcək - Ərdoğan

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda qalib gələcəyi təqdirdə ABŞ-la münasibətlərin necə olacağından danışıb. O, CNN-ə müsahibəsində bu barədə sualı cavablandırıb. "Şübhəsiz ki, mən ABŞ prezidenti cənab Co Baydenlə işləyəcəyəm", - Ərdoğan deyib. O, həmçinin ilk turda "ATA İttifaqı"nın namizədi olmuş Sinan Oğanın ikinci turda dəstəkləmək üçün açıqladığı şərtlərə toxunub. "Bu şəkildə sövdələşmələrə getməyi sevən biri deyiləm. Həlledici qərarı xalqımız verəcək", - o əlavə edib.
19-05-2023, 15:14
Azərbaycanla BƏƏ arasında viza rejimi ləğv olundu


Azərbaycanla BƏƏ arasında viza rejimi ləğv olundu

Ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklər. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar 2022-ci il dekabrın 28-də həyata keçirilmiş notalar mübadiləsini təsdiq edib. Memorandumda “diplomatik” sözü “ümumvətəndaş, diplomatik və xüsusi/xidməti” sözləri ilə əvəz edilir. Yəni vizasız giriş əvvəllər yalnız diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərə şamil edilirdisə, dəyişiklikdən sonra ümumvətəndaş pasportlarına malik şəxslərə də şamil ediləcək.
19-05-2023, 15:12
Paşinyanın oğlunu oğurlayan qadına dəstək aksiyası keçirildi


Paşinyanın oğlunu oğurlayan qadına dəstək aksiyası keçirildi

Ermənistanın paytaxtı İrəvanın mərkəzində etiraz aksiyası keçirilib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. 44 günlük müharibədə ölən hərbçilərin ailələri Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamağa cəhd ittihamı ilə saxlanılan, müharibədə ölmüş əsgərin anası olan Qayane Akopyana aksiya ilə dəstək veriblər. Onların tələbi Akopyanın azadlığa buraxılması olub. Aksiya zamanı etirazçılarla polis arasında toqquşma yaşanıb. Saxlanılanlar barədə məlumat yoxdur.
19-05-2023, 14:46
İsveçin NATO-ya üzvlüyünə hazır deyilik - Ərdoğan


İsveçin NATO-ya üzvlüyünə hazır deyilik - Ərdoğan

"Türkiyə indi İsveçin NATO-ya üzv olmasına hazır deyil". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "Türkiyə indi Qərbin etdiyi kimi Rusiyaya qarşı sanksiyalar tətbiq etmək mərhələsində deyil", - deyə o əlavə edib. Finlandiya mart ayında alyansa qoşulduqdan sonra o, İsveçin üzvlüyünün onun gələcək addımlarından asılı olacağını bildirmişdi. Mayın əvvəlində Türkiyə XİN başçısı Mövlu Çavuşoğlu bu məsələdə hələlik irəliləyiş olmadığını bildirmişdi.
19-05-2023, 14:31
Sülh sazişinin bir sıra maddələrində irəliləyiş var - Mirzoyan


Sülh sazişinin bir sıra maddələrində irəliləyiş var - Mirzoyan

"Bakı ilə gələcək sülh sazişinin bir sıra maddələri üzrə əldə olunan irəliləyişlər var". Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan üçtərəfli görüşdə deyib. Rusiya XİN başçısı Sergey Lavrov isə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşün və danışıqların konstruktiv olacağına ümid etdiyini söyləyib.
19-05-2023, 14:19
Ermənsitanda revanşist qüvvələr baş qaldırır - İlham Əliyev


Ermənsitanda revanşist qüvvələr baş qaldırır - İlham Əliyev

"Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən deyib. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd edib ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır. Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.
19-05-2023, 14:14
Suriya XİN-dən qaçqınların ölkəyə qayıtmasıyla bağlı açıqlama


Suriya XİN-dən qaçqınların ölkəyə qayıtmasıyla bağlı açıqlama

Suriyanın Xarici İşlər Nazirliyi qaçqınların ölkə qayıtması barədə açıqlama verib. Bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb. Bildirilib ki, rəsmi Dəməşq qaçqınların Suriyaya geri dönməsini istəyir. "Lakin Suriyaya qarşı sanksiyaların tətbiq olunması buna əngəl törədir", - deyə qeyd olunub. Xatırladaq ki, 2011-ci ildə Suriyada prezident Bəşər Əsədə qarşı etirazlar vətəndaş müharibəsinə çevrildikdən sonra milyonlarla suriyalı ölkəsini tərk etməyə məcbur qalıb. Qaçqınlar əsasən, Türkiyə, Livan və İordaniya kimi həmsərhəd ölkələrə, eləcə də Avropaya köçüb.
19-05-2023, 14:02
Zelenski Səudiyyə Ərəbistanına getdi


Zelenski Səudiyyə Ərəbistanına getdi

Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına gedib. Bu barədə "Unian" məlumat yayıb. Zelenski teleqram kanalında səfər çərçivəsində Ərəb Liqasının sammitində çıxış edəcəyini və vəlihəd Məhəmməd bin Salman əl-Səudla görüşəcəyini bildirib. Əsas müzakirə mövzuları Krım və digər işğal olunmuş ərazilərdən əsir və qeyri-qanuni deportasiya olunmuş girovların qaytarılması, Ukrayna sülh formulunun təqdimatı və Ukraynanın müsəlman icmasının müdafiəsi olacaq.
19-05-2023, 13:57
Kreml üçtərəfli təmasların mümkünlüyü barədə məlumat verəcək - Peskov


Kreml üçtərəfli təmasların mümkünlüyü barədə məlumat verəcək - Peskov

"Kreml Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli təmasların mümkünlüyü barədə operativ məlumat verəcək". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya Federasiyası ilə ABŞ arasında silahlara nəzarət mövzusunda heç bir əsaslı əlaqə yoxdur. Silahlara nəzarət üzrə müqavilə bazasının son qalıqları sıradan çıxır və bunun məsuliyyəti tamamilə ABŞ-ın üzərinə düşür", - deyə o əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!