Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
31-05-2023, 17:30
Vladimir Putin heç bir müharibəni uduzmayıb - Polşa Prezidenti


Vladimir Putin heç bir müharibəni uduzmayıb - Polşa Prezidenti

Rusiya Prezidenti Vladimir Putin müharibəni uduzmayıb. Bunu Polşa Prezidenti Anjey Duda "The Wall Street Journal"a müsahibəsində deyib. "Bu gün deyirlər ki, Vladimir Putin müharibəni uduzdu. Onun məğlubiyyəti isə Finlandiyanın NATO-ya qoşulmasıdır. Baxmayaraq ki, uzun illər fin xalqı neytrallıqdan əl çəkib-çəkməməkdə tərəddüd edirdi. Xanımlar və cənablar, Vladimir Putin heç bir müharibəni uduzmayıb", - deyə Duda bildirib. O, həmçinin vurğulayıb ki, Rusiya ordusu Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənara çıxarılanda Putin uduzacaq. "Bu arada Rusiya getdikcə daha çox səfərbər olur, iqtisadiyyatı hərbi müstəviyə keçir, təbliğat isə əhalini zombiləşdirir", - Prezident əlavə edib.
31-05-2023, 17:17
İranın Kərəc həbsxanasında 3 məhkum edam edildi


İranın Kərəc həbsxanasında 3 məhkum edam edildi

İranın Kərəc şəhərinin həbsxanasında 3 məhkum edam edilib. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Edam edilən şəxslərin narkotik maddələrin alverində ittiham olunduğu bildirilir. Qeyd edək ki, son 1 ay ərzində İran həbsxanalarında 130-dan çox məhkum edam olunub.
31-05-2023, 17:03
Paşinyana andiçmə mərasimində iştrak üçün dəvət göndərilmədi


Paşinyana andiçmə mərasimində iştrak üçün dəvət göndərilmədi

Növbəti dəfə Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminin iyunun 3-də keçirilməsi dəqiqləşib. Andiçmə mərasiminə Türk dövlətlərinin liderləri, Rusiya, ABŞ, Misir və Ukrayna daxil olmaqla bir sıra ölkələrin rəhbərləri dəvət olunub. Digər qonşu ölkələrdən fərqli olaraq, Ermənistanın Baş naziri Nikol Paşinyana mərasimdə iştirak üçün dəvət göndərilməyib. Bundan əlavə, Putin rəsmi dəvətlilər sırasında olsa da, onun Türkiyəyə andiçmədən sonra gedəcəyi bildirilir. Ukrayna Prezidenti Volodimir Zelenski isə Ərdoğanın dəvətini qəbul edərək, Ankaraya səfər edəcəyini təsdiqləyib. Qeyd edək ki, mayın 28-də keçirilən ikinci tur seçkilərində Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçilib.
31-05-2023, 14:36
Ukrayna haqqında heç nə Ukraynasız danışılmamalıdır - Leyen


Ukrayna haqqında heç nə Ukraynasız danışılmamalıdır - Leyen

"Rusiya qoşunları çıxarılmadan Ukraynada atəşkəs sülh gətirə bilməz”. Bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib. "İndi sülh planları və atəşkəs ətrafında çox danışılır. Bunda ilk növbədə bir prinsip olmalıdır: Ukrayna haqqında heç nə Ukraynasız danışılmamalıdır. Biz Ukrayna ilə birlikdə ədalətli sülh istəyirik, bu sülh işğalçı üçün mükafat olmayacaq, lakin BMT Nizamnaməsinin prinsiplərinə və Ukrayna xalqının öz gələcəyinin sahibi olmaq hüququna uyğun olacaq. Münaqişəni donduran atəşkəs davamlı sülh gətirməyəcək. Biz bilirik ki, münaqişə hər an yenidən alovlana bilər. Ədalətli dünya Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasının nəticəsi olmalıdır”, - o vurğulayıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
31-05-2023, 13:53
İstənilən halda Rusiya lazımi səviyyədə təmsil olunacaq - Peskov


İstənilən halda Rusiya lazımi səviyyədə təmsil olunacaq - Peskov

"Putinin ŞƏT sammitində iştirakının müxtəlif variantları hazırlanır, lakin istənilən halda Rusiya lazımi səviyyədə təmsil olunacaq". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O, həmçinin bildirib ki, Kreml Kosovada vəziyyətin gərginləşməsindən narahatdır və hadisələrin inkişafını diqqətlə izləyir: "Rusiya Federasiyası Serbiyanı dəstəkləyir, hesab edir ki, Kosova serblərinin hüquq və mənafelərinə hörmət edilməlidir. Kosovada vəziyyətin gərginləşməsi ilə bağlı Putin və Vuçiç arasında təmas planları yoxdur, lakin diplomatik kanallar vasitəsilə əlaqə daim davam edir". "Kütləvi informasiya vasitələri Moskvaya hücum edən PUA sayı barədə əsas məlumat mənbəyi ola bilməz, siz Müdafiə Nazirliyinin məlumatlarına diqqət yetirməlisiniz", - sözçü əlavə edib. "Putin və Ərdoğan telefon danışığında yaxın gələcəkdə şəxsi görüş keçirmək niyyətlərini təsdiqləyiblər. Putinlə Ərdoğanın görüşünün tarixi və yeri razılaşdırılır", - Peskov qeyd edib.
31-05-2023, 13:47
Baş nazirin müavini İrəvana səfər etdi


Baş nazirin müavini İrəvana səfər etdi

Macarıstanın baş naziri Viktor Orbanın müavini Zolt Şeymen İrəvana səfər edib. Səfər çərçivəsində o, Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirib. Söhbət zamanı diplomatik münasibətlərin bərpası və ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyinə toxunulub. Bu kontekstdə İrəvan və Budapeşt arasında birbaşa uçuşların bərpasına yönəlmiş addımlara nəzər yetirilib. Görüşdə həmçinin regional və beynəlxalq problemlər, iqtisadiyyat, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, Laçın dəhlizi ətrafındakı vəziyyət və Qarabağ məsələsi müzakirə olunub.
31-05-2023, 13:32
Türkiyə Prezidentinin yeni hökümət “siyahısı” saxta çıxdı


Türkiyə Prezidentinin yeni hökümət “siyahısı” saxta çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən formalaşdıracağı Nazirlər Kabinetinin kimlərdən ibarət olacağı ilə bağlı sosial şəbəkələrdə yayılan siyahı rezonans doğurub. Həmin siyahıda bəzi sürpriz adlar yer alıb. Müzakirə doğuran siyahı ilə bağlı Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi açıqlama yayıb. "Saxta infoqrafikalarla yayılan "kabinə siyahıları" həqiqətə uyğun deyil, bu cür xəbərlər dezinformasiyadan başqa bir şey deyil. Cəmiyyətin bu cür dezinformasiyalara inanmaması sağlam siyasi mühit üçün olduqca vacibdir", rəsmi məlumatda qeyd olunub.
31-05-2023, 13:29
Türkiyədə ticarət nümayəndəmiz təyin edildi


Türkiyədə ticarət nümayəndəmiz təyin edildi

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi təyin edilib. Tamerlan Tağıyev Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. Bundan əlavə, Dövlət İqtisad Universitetinin biznesin idarəolunması proqramı üzrə MBA, həmçinin, ABŞ-ın Corcia Dövlət Universitetində dövlət idarəçiliyi üzrə magistr təhsili alıb. 2001-ci ildə əmək fəaliyyətinə başlayıb, müxtəlif özəl və dövlət qurumlarında çalışıb, o cümlədən Avropa Məhkəməsinə Müraciətetmə Mərkəzində və İqtisadi İnkişaf Nazirliyində işləyib. 2008-ci ildən İslam İnkişaf Bankı (İİB) Qrupunun Azərbaycandakı təmsilçisi vəzifəsini yerinə yetirib, 2021-ci ildən isə Azərbaycan, Albaniya və Orta Asiya ölkələrini İİB-in Direktorlar Şurasında icraçı direktor qismində təmsil edir. 2020-2021-ci illər ərzində Dünya İqtisadi Forumunun Rəqəmsal Ticarət Platforması çərçivəsində mübadilə proqramının iştirakçısı olub. 2021-2023-cü illərdə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru vəzifəsində çalışıb. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru vəzifəsi Mərkəzin icraçı direktorunun müavini Fariz Cəfərova həvalə olunub. Fariz Cəfərov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr, Madrid və Milan politexnik universitetlərində dövlət xidmətlərində süni intellektin tətbiqi üzrə ikili magistr, “London Webster Graduate School” məktəbində biznesin idarə edilməsi, Dyuk Universitetinin Fuqua Biznes məktəbində adaptiv strateji idarəetmə və Corc Vaşinqton Universitetində layihələrin idarə edilməsi üzrə magistr təhsili alıb. 2019-2022-ci illərdə Fariz Cəfərov Azərbaycan Hökumətini Avropa Şurasının Süni İntellekt Komitəsində təmsil edib. Fariz Cəfərov dövlət sektorunda bir sıra istiqamətlər, xüsusilə dövlət xidmətlərinin rəqəmsallaşdırılması, kənd təsərrüfatı, turizm, tikinti və sosial xidmətlər üzrə on ildən artıq təcrübəyə malikdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mərkəzi Bank və bir sıra özəl və dövlət qurumlarında rəhbər vəzifələrdə fəaliyyət göstərib. Son 5 ildə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru vəzifəsində çalışıb, ölkə üzrə 50-dən çox strateji əhəmiyyətli rəqəmsal layihəyə, o cümlədən ASAN Viza, ASAN Bridge, ASAN Ödəniş, “e-satınalma”, Elektron Hökumət və “MyGov” portalları, eləcə də digər layihələrə rəhbərlik edib.

31-05-2023, 13:20
Bu şəxslər ödənişli hüquqi xidmətdən azad olunur


Bu şəxslər ödənişli hüquqi xidmətdən azad olunur

Mülki Prosessual Məcəlləyə dəyişiklərlə bağlı qanun layihəsinə əsasən əlillər, insan alverinin qurbanları, valideyn himayəsindən məhrum olmuş şəxslər ödənişli hüquqi xidmətdən azad olunur. Bununla bağlı məsələ Milli Məclisin mayın 31-də keçirilən iclasının gündəliyinə daxil edilib. İkinci oxunuşda təqdim edilən qanun layihəsinə əsasən Mülki Prosessual Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir:
- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
- insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;
- valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar;
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
- müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;
- maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.
Qanun layihəsi səsvermədən sonra ikinci oxunuşda qəbul edilib.
31-05-2023, 13:03
İyunun ilk gününün hava proqnozu


İyunun ilk gününün hava proqnozu

Azərbaycanda iyunun 1-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq. Azərbaycanın rayonlarının bəzi yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 27-32° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!