9-06-2023, 13:48
Vaşinqton görüşü tezliklə baş tuta bilər - Erməni müavinErmənistan və Azərbaycan xarici işlər nazirləri arasında təxirə salınmış Vaşinqton görüşü tezliklə baş tuta bilər. Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryan yerli jurnalistlərə açıqlamasında bildirib. O, İrəvanın sülh sazişi ilə bağlı təkliflərinə Azərbaycanın cavabından söz açaraq qeyd edib ki, tərəflər arasında fikir mübadiləsi aparılır. “Vacib olan budur ki, son müzakirələr və danışıqlar zamanı tərəflərin mövqelərinin bir-birinə yaxınlaşması qeydə alınıb”, - Ermənistan rəsmisi vurğulayıb.
9-06-2023, 13:13
Ərdoğanın Azərbaycana səfəri gözlənilirTürkiyənin yenidən Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərinə hazırlaşır. Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək. Orada həmkarı Ersin Tatarla görüşəcək. Bir gün sonra, iyunun 13-də Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Türkiyə liderinin çərşənbə axşamı Azərbaycanda olacağı, Prezident İlham Əliyev ilə görüşəcəyi bildirilir.
9-06-2023, 13:04
Kolleclerdə yekun attestasiya imtahanı ləğv edilirOrta ixtisas təhsili müəssisələrində yekun attestasiya aparılmayacaq. Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib. Onun sözlərinə görə, bu il tələbələrin 50, gələn il isə 100 faizi yekun attestasiya imtahanı verməyəcək.
9-06-2023, 12:52
Paşinyan bu gün Putinlə görüşəcəkErmənistanın Baş naziri Nikol Paşinyan bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. O, görüşün Soçidə keçiriləcəyini bildirib. Qeyd edək ki, liderlər sonuncu dəfə mayın 25-də Moskvada görüşüblər.
9-06-2023, 12:41
Növbəti tədris ilindən dövlət imtahanı ləğv olunacaqNövbəti tədris ilindən etibarən tələbələr dövlət imtahanı verməyəcək. Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşündə deyib. Nazirlik rəsmisi bildirib ki, bu il yalnız 4 ixtisas üzrə ali təhsil müəssisələrini bitirənlərə dövlət yekun attestasiyası şamil olunmayacaq. Ümumilikdə isə təxminən 2500 nəfərə şamil olunacaq.
9-06-2023, 12:09
Sabahın hava proqnozuİyunun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.
9-06-2023, 11:52
Rusiyada yaşayış binası PUA hücumuna məruz qaldıRusiyanın Voronej vilayətində PUA hücumu qeydə alınıb. PUA çoxmərtəbəli yaşayış binasına çırpılıb. Məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb. Hücumun detalları hələlik məlum deyil.
9-06-2023, 11:40
Əsir düşən hərbiçimizin bu gün “məhkəmə”si olacaqNaxçıvan istiqamətində yolu azaraq Ermənistan tərəfinə keçən əsgər Hüseyn Axundovun bu gün “məhkəmə”si olacaq. Qondarma “məhkəmə prosesi” Qərbi Zəngəzur vilayətinin ümumi yurisdiksiya məhkəməsində keçiriləcək. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundov saxta qətl işində ittiham olunur. Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bu yaxınlarda keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib.