Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
9-06-2023, 17:03
“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları artırıldı


“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları artırıldı

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb. Artım qurumun Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin imzaladığı protokola və səhmdar cəmiyyətinin sədri Zaur Hüseynovun imzaladığı qərara əsasən baş tutub. Qərar metroda çalışan 5000-ə yaxın əməkdaşın hamısına şamil edilib. Qərar mayda imzalansa da, artımlar bu ilin əvvəlindən nəzərə alınıb.
9-06-2023, 16:44
XİN başçısı Klaarla görüşdü


XİN başçısı Klaarla görüşdü

9 iyun 2023-cü il tarixində nazir Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqların cari vəziyyəti, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov sülh sazişi üzrə cari vəziyyət, öhdəliklərə uyğun olaraq nəqliyyat-kommunikasiyaların açılması üzrə aparılmış müzakirələr, eləcə də delimitasiya məsələsi üzrə Azərbaycan tərəfinin mövqeyini bir daha diqqətə çatdırıb. Qarşı tərəf Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə dəstəyini və bu istiqamətdə gələcəkdə hər iki ölkənin siyasi rəhbərlikləri arasında təmasların davam etdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib. Tərəflər, eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
9-06-2023, 16:35
Orxan Fikrətoğlu yeni vəzifəyə təyin olundu


Orxan Fikrətoğlu yeni vəzifəyə təyin olundu

Orxan Fikrətoğlu Kino Agentliyinin müşaviri təyin edilib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, O.Fikrətoğlu bundan öncə Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
9-06-2023, 16:00
Hər şey plan üzrə gedir və hər şey sabitdir - Putin


Hər şey plan üzrə gedir və hər şey sabitdir - Putin

Rusiya taktiki nüvə silahlarının Belarusa təhvil verilməsinə iyulun 7-8-dən sonra, yəni onlar üçün qurğuların tikintisi başa çatdıqdan sonra başlanacaq. Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə deyib. “Bildiyiniz kimi, iyulun 7-8-də müvafiq obyektlərin hazırlığı başa çatacaq və biz dərhal ərazinizdə müvafiq silah növlərinin yerləşdirilməsi ilə bağlı tədbirlərə başlayacağıq. Hər şey plan üzrə gedir və hər şey sabitdir", - deyə Putin bildirib.
9-06-2023, 15:51
Polşa, Almaniya və Fransa prezidentləri bu məqsədlə bağlı görüşəcək


Polşa, Almaniya və Fransa prezidentləri bu məqsədlə bağlı görüşəcək

Polşa prezidenti Anjey Duda və Almaniya kansleri Olaf Şolts Fransa prezidenti Emmanuel Makronla görüşəcəklər. Bu barədə "Politico" nəşri yazıb. Görüş iyunun 12-də Fransanın paytaxtı Paris şəhərində baş tutacaq. Məlumata görə, görüş zamanı tərəflər Ukraynanın NATO-ya daxil olması imkanlarını, eləcə də Kiyevin ala biləcəyi təhlükəsizlik təminatlarını müzakirə edəcəklər.
9-06-2023, 15:40
Aşot Paşinyanı oğurlayan qadına məhkəmə iş kəsdi


Aşot Paşinyanı oğurlayan qadına məhkəmə iş kəsdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamaqda təqsirli bilinən Qayane Akopyana məhkəmə tərəfindən iş kəsilib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Akopyan Paşinyanın oğlunun "oğurlanması" işində təqsirli bilinərək 3 il şərti cəza alıb ki, bunun 1 ili sınaq dövrü hesab olunur. O, məhkəmə zalından sərbəst buraxılıb.
9-06-2023, 15:36
Belarus-Rusiya münasibətləri əsasdır - Lukaşenko


Belarus-Rusiya münasibətləri əsasdır - Lukaşenko

"Belarus-Rusiya münasibətləri Aİİ və MDB-nin əsasını təşkil edir". Bunu rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Belarus prezidenti Aleksandr Lukaşenko deyib. O qeyd edib ki, iki liderin Soçi görüşü çoxdan planlaşdırılıb: "Bu günlərdə burada Avrasiya Hökumətlərarası Şurasının və MDB Hökumət Başçıları Şurasının iclasları keçirilir". "Biz Moskvada sizinlə razılaşdıq ki, o vaxt yollarımız kəsişəcək, baş nazirlərimiz işləyəcək. Axı Belarus-Rusiya münasibətləri əsasdır. Hər hansı bir sualınız olarsa, cavablandıracağıq. Hesab edirəm ki, bu, bizim keçirdiyimiz hərtərəfli tədbirdir. Bəli, iqtisadi məsələlər var. Onlar qərar verirlər. Hərəkət etmək üçün yer var. Ən əsası odur ki, biz nə edəcəyimizi və hansı istiqamətdə hərəkət edəcəyimizi bilək”, - Aleksandr Lukaşenko bildirib.
9-06-2023, 14:20
İranın nüvə proqramına qarşı güc tətbiq etməyə hazırıq - İsrailin Baş naziri


İranın nüvə proqramına qarşı güc tətbiq etməyə hazırıq - İsrailin Baş naziri

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranın nüvə proqramına qarşı güc tətbiq etməyə hazır olduğunu bildirib. Bu barədə "Sky News" telekanalı məlumat yayıb. Baş nazir İsrailin İranın nüvə proqramının qarşısını almaq üçün hərbi rıçaqlardan istifadə edəcəyini bəyan edib. “Mən tək diplomatiyanın işləyəcəyini düşünmürəm. İnanıram ki, diplomatiya yalnız real hərbi varianta müraciət etmək istəyi ilə birgə işləyə bilər",- deyə Netanyahu vurğulayıb. Onun sözlərinə görə, İranın nüvə proqramının qarşısının alınması cəhdləri heç bir nəticə verməyəcəksə, güclü qətnamə müzakirə oluna bilər.
9-06-2023, 14:06
Krımın şimal hissəsi boşaldılır


Krımın şimal hissəsi boşaldılır

Rusiya işğal etdiyi Krımın şimalındakı idarələrə evakuasiyaya hazırlaşmaq əmri verib. Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb. Məlumata görə, işğalçılar yarımadanın dərinliklərinə və ya Rusiya Federasiyasının ərazisinə məcburi evakuasiya üçün əhalinin siyahısını tərtib etməyə başlayıb. İddialara əsasən, artıq Armyansk şəhərində müvafiq hazırlıq işləri görülüb. Qeyd olunub ki, həmin ərazidəki qondarma rejimin nümayəndələri, onların ailə üzvləri, texnika və sənədlərin çıxarılmasına başlanılıb. Lakin Rusiya tərəfi Krımın şimal hissəsinin boşaldılması ilə bağlı rəsmi açıqlama verməyib.
9-06-2023, 13:59
Akşener CHP ilə əməkdaşlıq üçün şərtini açıqladı


Akşener CHP ilə əməkdaşlıq üçün şərtini açıqladı

Türkiyənin İYİ Partiyası ölkənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyası (CHP) ilə əməkdaşlıq üçün şərtini açıqlayıb. Bu barədə İYİ Partiyasının sədr müavini Erhan Usta danışıb. "Yerli seçkilərdə bəzi böyük şəhər bələdiyyələrinin İYİ Partiyaya buraxılması şərtilə CHP ilə əməkdaşlıq edilə bilər",- o deyib. İYİ Partiyasının əvvəlki seçkilərdə böyük şəhər bələdiyyələrini tələb etmədiyini bildirən sədr müavini, “bu, sırf mövcud siyasi mühiti dəyişmək üçün edilən əməkdaşlıq idi”, - deyə qeyd edib. “Siyasi partiyalar bir araya gələndə ancaq bir tərəfin fədakarlıq etməsini gözləmək olmaz", - Erhan Usta CHP-yə səslənib. Meral Akşenerin rəhbəri oldu partiyanın əməkdaşlıq təklifinə Kemal Kılıçdaroğlunun liderlik etdiyi CHP-nin necə reaksiya verəcəyi maraq doğurur. Onu da bildirək ki, Akşenerin Kılıçdaroğlunun müxalifətin prezidentliyə namizədi olmasına münasibəti birmənalı olmayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!