Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
12-06-2023, 14:50
Nəqliyyat naziri Milli Məclisdə qanunvericiliyə edilən dəyişikliklə bağlı çıxış etdi


Nəqliyyat naziri Milli Məclisdə qanunvericiliyə edilən dəyişikliklə bağlı çıxış etdi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisdə qanunvericiliyə dəyişikliklərlə bağlı çıxış edib. Nazir çıxışında cənab Prezident İlham Əliyevin müəyyən etdiyi istiqamət üzrə ölkəmizin nəqliyyat-logistika infrastrukturunda görülmüş işlər haqqında məlumat verib: “Ölkəmizdə son 20 il ərzində 20 min kilometrə yaxın yol çəkilib, dəmir yolları tikilib və ya bərpa edilib, yeni hava limanları istifadəyə verilib. Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı inşa olunub, Bakı Gəmiqayırma Zavodu istifadəyə verilib”.
Qeyd olunub ki, qurumların idarəedilməsinin effektivliyinin artırılması, institutsional islahatlar və infrastruktura yatırılan investisiyalarla yanaşı, çətinliklər və həlli yollarına dair axtarışlar tənzimləmədə olan boşluqları aşkarlamağa imkan yaradıb: “Bu çatışmazlıqlar əsas etibarilə şəhərlərarası və ölkələrarası sərnişin və yük daşımaları, avtovağzalların işinin təşkili və taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində idi”. Rəşad Nəbiyev əlavə edib ki, bu gün Milli Məclisə təqdim edilən təkliflər məhz sərnişin və yük daşımaları sahəsində müvafiq tənzimlənmənin təmin edilməsini nəzərdə tutur. Təkliflərə əsasən:
Beynəlxalq sərnişin və yük daşımaları, ölkədaxili yük və sifarişli sərnişin daşımaları, taksi minik avtomobili ilə sərnişin daşımaları, taksi sifarişi operatoru fəaliyyəti müvafiq icazə əsasında həyata keçirilməlidir. Eyni zamanda qeyd olunan sərnişin və yük daşımalarında istifadə olunacaq hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartı alınmalıdır. Ümumi istifadədə nəqliyyat vasitələri ilə ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıqdan keçmələri icazələrin verilməsi üçün əsas olmalıdır. Bildirilib ki, analoji tələblər şəhərlərarası və ölkələrarası sərnişin və yük daşımalarına münasibətdə də təklif olunur. Nazir Rəşad Nəbiyev vurğulayıb ki, qanunvericiliyə təklif olunan dəyişikliklər həm sərnişin, həm də yük daşımaları bazarını əhatə etsə də, cəmiyyəti ən çox narahat edən, son zamanlar ictimai müzakirələrə səbəb olan məsələ taksi fəaliyyəti ilə əlaqəlidir. Qeyd olunub ki, mövcud problemləri dərindən öyrənmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məsləhətçi şirkətlərin iştirakı ilə araşdırma həyata keçirib. Bu araşdırma zamanı xoş olmayan nəticələr ortaya çıxıb:
Bakı şəhərində hər min nəfərə düşən taksi sayı oxşar şəhərlərlə müqayisədə 4-5 dəfə çoxdur (tıxac və ekoloji problemlər).
Sürücülər gündə 14-16 saat sükan arxasında olur (təhlükəsizlik riskləri, əmək qanunvericiliyinin pozulması).
Taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin 50%-dən çoxunun yaşı 15-dən çoxdur (ekoloji və təhlükəsizlik riskləri).
Gündəlik səyahətlərin sayı: fərdi maşınlar gündə ortalama 2-2,5 səfər edirlərsə, taksi fəaliyyəti həyata keçirən avtomobil 20-dən çox səfər edə bilər (tıxac və ekoloji risklər).
Kölgə iqtisadiyyatı: mövcud sürücülərin çox kiçik qismi tələb olunan “fərqlənmə nişanı” əldə edib. “Təbii, biz bu vəziyyətə göz yuma bilmərik. Ona görə də qanunvericiliyə taksi fəaliyyətinin tənzimlənməsi, bəlli standartların qoyulması və nəzarət mexanizminin qurulmasını nəzərdə tutan dəyişikliklər təklif olunur. Biz bütün bu islahatlara bütövlükdə Bakı şəhərində mobilliyin genişləndirilməsi, əhalinin ictimai nəqliyyata çıxışının yaxşılaşdırılması və şəhərdə tıxacların azaldılması prizmasından baxırıq”, - deyə nazir vurğulayıb. Rəşad Nəbiyev çıxışının sonunda normativ hüquqi aktlarda dəyişiklik edilməsini nəzərdə tutan təkliflərin sərnişin və yük daşımaları sahəsində qanunvericiliyi təkmilləşdirəcəyinə və sahibkarların maraqlarının qorunmasını təmin etməklə ölkə iqtisadiyyatına töhfə verəcəyinə əminliyini ifadə edib.
12-06-2023, 14:09
Ərdoğan Şimali Kiprə səfərə getdi


Ərdoğan Şimali Kiprə səfərə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın Şimali Kipr Türk Respublikasına səfəri başlayıb. Bu barədə TRT məlumat yayıb. Onu səfərdə xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, prezidentin kommunikasiya direktoru Fahrettin Altun, MİT rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün və Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik müşayiət edir.
12-06-2023, 13:59
Taksi sahəsində yeni qanununun tətbiqindən sonra qiymətlər qalxacaq


Taksi sahəsində yeni qanununun tətbiqindən sonra qiymətlər qalxacaq

Taksi sahəsində yeni qanunun tənzimlənməsindən sonra qiymətlər qalxacaq. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib. “Dünyanın heç bir yerində bu qədər taksi xidməti yoxdur. Ona görə də artım gözlənilir”,- deyə nazir vurğulayıb. "Təxminən ilin sonuna qədər 60-a yaxın qısa zolaqların çəkilməsi və istifadəsinin təmin edilməsini hədəfləyirik. Bizim hazırda əsas məqsədimiz sərnişinlərin A nöqtəsindən B nöqtəsinə rahat və təhlükəsiz çatdırılmasıdır", - Rəşad Nəbiyev əlavə edib.
Xatırladaq ki, komitənin iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər müzakirə edilir.
12-06-2023, 13:44
Məqsədimiz taksilərin sayının deyil, taksi gedişlərinin azaldılmasıdır - Nazir


Məqsədimiz taksilərin sayının deyil, taksi gedişlərinin azaldılmasıdır - Nazir

Yeni qanunla taksilərin sayının azaldılması məsələsinə aydınlıq gətirilib. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev danışıb. “Bizim əsas məqsədimiz taksilərin sayının deyil, taksi gedişlərinin azaldılmasıdır. Bizdə olan statistikaya görə, ümumi taksi gedişlərində həcm 1,5-3 km ətrafındadır. Bunu ya ictimai nəqliyyatla, ya da piyada getmək olar”, -deyə nazir bildirib.
Xatırladaq ki, komitənin iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər müzakirə edilir.
12-06-2023, 13:38
Tanınmış meyxanaçı narkotik vasitəyə görə tutuldu


Tanınmış meyxanaçı narkotik vasitəyə görə tutuldu

Bakıda meyxanaçı saxlanılıb, ondan narkotik vasitə götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Mahir Qonşuyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman yüksək təsiredici xassəyə malik külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib. Araşdırmalarla M.Qonşuyevin sosial şəbəkələrdə “Mahir Ay Brat” adlı səhifə yaradaq əsasən gənclər və yeniyetmələr arasında cinayətkarlığı, eləcə də narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib. Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. M.Qonşuyev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. "Sonda sosial şəbəkə istifaçilərinə, gənclərə, yeniyetmələrə, özündə cinayətkarlığı və zərərli vərdişləri ehtiva edən videolar, musiqilər, həmçinin digər bu tipli mövzularda olan məlumatları paylaşmamağı tövsiyyə edirik", - nazirlikdən bildirilib.
12-06-2023, 13:24
Prezident Putinin köməkçisini qəbul etdi


Prezident Putinin köməkçisini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib. Prezident İlham Əliyev 12 İyun - Rusiya Günü münasibətilə təbriklərini çatdırıb. İqor Levitin təbriklərə görə təşəkkür edib. O, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib. İqor Levitin Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, Ulu Öndərin 100 illiyinin Rusiyada geniş şəkildə qeyd olunduğunu məmnunluqla vurğulayıb. Görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olunub. Söhbət zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə qarşılıqlı səylərin davam etdirilməsi, yük həcmlərinin artırılması, Azərbaycan ərazisində müvafiq infrastrukturdan istifadə imkanları, müasir nəqliyyat habına çevrilən ölkəmizin ərazisindən Bakı-Tbilisi-Qars və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə daşımalar barədə fikir mübadiləsi aparılıb. Gələcəkdə Zəngəzur dəhlizinin potensialından Rusiyanın istifadə imkanlarının araşdırılması ilə əlaqədar məsələlər müzakirə olunub. Azərbaycanda müasir gəmiqayırma sahəsinin imkanlarından istifadə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
12-06-2023, 13:19
Azərbaycanla müxtəlif fasilələrlə 4 dəfə danışıqlar aparılıb - İran XİN


Azərbaycanla müxtəlif fasilələrlə 4 dəfə danışıqlar aparılıb - İran XİN

Azərbaycan və İran xarici işlər nazirləri arasında müxtəlif fasilələrlə 4 dəfə danışıqlar aparılıb. Bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani deyib. O bildirib ki, sonuncu danışıqlar zamanı gərginliyi idarə etmək və mübahisələri həll etmək üçün iki ölkə arasında texniki nümayəndə heyətlərinin mübadiləsi və digər addımlar razılaşdırılıb. Kənaninin sözlərinə görə, Tehranda Azərbaycan səfirliyinin yenidən açılması üçün danışıqlar aparılır. Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib. Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub. Telefon danışığı zamanı həmçinin bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İyunun 5-də Ceyhun Bayramov bildirib ki, İran Azərbaycan səfirinin geri qayıtmasını istəyir: “İran tərəfinin verdiyi məlumata görə, cinayət işi ilə bağlı istintaq hələ davam edir və ona görə də konkret nəticələr barədə hələ danışmaq tezdir. Biz hesab edirik ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir edən amildir. Eyni zamanda, bizə bir neçə dəfə İran tərəfindən diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı müraciətlər daxil olub. Ancaq təbii ki, bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb olunmalı, sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfinə bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir”. Xatırladaq ki, bu ilin mart ayında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra rəsmi Bakı diplomatik nümayəndəliyin fəaliyyətinin dayandırılmasına qərar verib. Başda səfir Əli Əlizadə olmaqla, bütün diplomatlar və onların ailə üzvləri İrandan təxliyə olunub.
12-06-2023, 13:07
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında iyunun 13-də əsasən yağmursuz hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında əsasən gündüz saatlarında bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
12-06-2023, 12:14
Xəzər TV-nin aparıcısı artıq bu sahənin rəhbəri kimi fəaliyyət göstərəcək


Xəzər TV-nin aparıcısı artıq bu sahənin rəhbəri kimi fəaliyyət göstərəcək

Xəzər TV-nin aparıcısı Rüstəm İbadov 13 ildən sonra kanaldan ayrılıb. Bu barədə aparıcı özünün Facebook səhifəsində məlumat yayıb. O bildirib ki, bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dost İş Mərkəzində İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərəcək.
12-06-2023, 12:02
Aşıq Ələsgərin Göyçədəki məzarı ermənilər tərəfindən dağıdılıb


Aşıq Ələsgərin Göyçədəki məzarı ermənilər tərəfindən dağıdılıb

Aşıq Ələsgərin Göyçədəki məzarı erməni vandalları tərəfindən dağıdılıb, məhv edilib. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə keçirilən “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmədə deyib. “Qərbi Azərbaycan İcması Ermənistan tərəfinin tarixi-mədəni irsimizə qarşı törətdiyi bu kimi vandalizm halları barədə, eyni zamanda, öz yurdlarından qovulmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlara, o cümlədən UNCESO-ya müraciətlər ünvanlayıb”, - deputat vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!