"Pensiya və müavinətlərin artırılmasına daim diqqət göstərəcəyik” .....                        Prezident iqtisadi vəziyyətdən danışdı .....                        Güclü zəlzələdə ölənlərin sayı 126-a çatdı .....                        24 yaşlı ana özünü asdı .....                        Həmzə Məmmədliyə hökm oxundu .....                        Prezident yerli telekanallara müsahibə verdi .....                        Qalmaqallı idmançılar federasiyadan qovuldu .....                        Bu il pensiyaların ödənilməsinə 7 milyard manatdan çox vəsait ayrılacaq .....                        Çində virusa görə məktəblər bağlanır .....                       
24-06-2023, 13:23
Putin bizi xəyanətdə ittiham etməklə yanılır - Priqojin


Putin bizi xəyanətdə ittiham etməklə yanılır - Priqojin

"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinin açıqlamasına münasibət bildirib. O, Putinin yanıldığını vurğulayıb. "Biz vətənpərvərlərik, bizə qarşı olanlar isə zibilin ətrafına toplaşanlardır. Putin bizi xəyanətdə ittiham etməklə yanılır", - o deyib. Priqojin silahı yerə qoymayacağını qeyd edib. "Biz Putinin və FTX-nin (Federal Təhlükəsizlik Xidməti - red.) tələbi ilə silahımızı yerə qoymaq fikrində deyilik. Biz korrupsiyanın hökm sürdüyü ölkədə yaşamaq istəmirik".
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.
24-06-2023, 13:14
Moskvanın cənubuna gedən magistral yollar bağlandı


Moskvanın cənubuna gedən magistral yollar bağlandı

Moskvadan cənub istiqamətində gedən bütün magistral yollar bağlanıb. Bu barədə Moskva vilayətinin Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, Moskva vilayətində “Don”, “Ural” və “Krım” magistralları qismən bağlanıb.
24-06-2023, 12:49
Bugün Əbülfəz Elçibəyin doğum günüdür


Bugün Əbülfəz Elçibəyin doğum günüdür

Bu gün Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri, AXC-nin qurucularından biri Əbülfəz Elçibəyin 85 yaşı tamam olur. Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri yaradıb və azadlıq ideyalarını geniş şəkildə yayıb. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri olub. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub. 1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və 1993-cü il iyunun 17-də doğulduğu Ordubad rayonunun Kələki kəndinə gedib. İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib. Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.
24-06-2023, 12:44
Putin belarusiyalı həmkarıyla telefon danışığı apardı


Putin belarusiyalı həmkarıyla telefon danışığı apardı

Rusiya prezidenti Vladimir Putin və Belarusun dövlət başçısı Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Bu barədə Belarusun rəsmi BelTA agentliyi məlumat yayıb. Bildirilib ki, Putin ölkədə baş verən hadisələr və son vəziyyətlə bağlı Lukaşenkoya müfəssəl informasiyaları çatdırıb. Həmçinin qeyd olunub ki, son hadisələr geniş müzakirə edilib.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.
24-06-2023, 12:32
Erməni silahlı qüvvələri Naxçıvanı atəşə tutdu


Erməni silahlı qüvvələri Naxçıvanı atəşə tutdu

İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
24-06-2023, 12:26
Rusiyanın bədbəxtliklərindən biri də daxili parçalanmadır - Volodin


Rusiyanın bədbəxtliklərindən biri də daxili parçalanmadır - Volodin

"Rusiyanın problemləri və bədbəxtliyi həmişə təkcə satqınlıqdan, daxili parçalanmadan və elitanın xəyanətindən olub". Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. "Vaqner" döyüşçüləri yeganə doğru seçimi etməlidirlər: Öz xalqları ilə olmaq, qanunun tərəfində dayanmaq, vətənin təhlükəsizliyini və gələcəyini müdafiə etmək, Ali Baş Komandanın göstərişlərini yerinə yetirmək. Yerdə qalan nə varsa, satqınlıqdır", - o qeyd edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ölkədəki vəziyyətlə əlaqədar xalqa müraciət edib. O, "Vaqner"in rəhbəri Yevgeni Priqojinin hərəkətlərini xəyanət adlandırıb. Putin hərbi qiyamın qarşısını almaq üçün hüquq-mühafizə orqanlarına müvafiq tapşırıqların verildiyini bildirib. Rusiya lideri "üsyanın" kim tərəfindən təşkil edildiyini açıqlamayıb. O, çıxışı müddətində Priqojinin adını çəkməyib.
24-06-2023, 12:14
Ruslar üçün ədalət anlayışı həmişə müqəddəsdir - Vaqner


Ruslar üçün ədalət anlayışı həmişə müqəddəsdir - Vaqner

"Rus insanı üçün ədalət anlayışı həmişə müqəddəs olub". Bu barədə "Vaqner"in rəsmi teleqram kanalı yazıb. "Müdafiə naziri Şoyqunun və Baş Qərargah rəisi Gerasimovun bütün bu illər ərzində etdiklərinə baxanda Priqojin və "Vaqner" döyüşçülərini başa düşmək olar. Baxmutdakı mərmi çatışmazlığını... xatırlayaq. Vladimir Vladimiroviç satqınların adlarını çəkməyib. Priqojinə ədaləti bərpa etmək və uğursuzluqla nəticələnən əsl xəyanətə görə məsuliyyət daşıyanları cəzalandırmaq imkanı vermək deyilmi?", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ölkədəki vəziyyətlə əlaqədar xalqa müraciət edib. O, "Vaqner"in rəhbəri Yevgeni Priqojinin hərəkətlərini xəyanət adlandırıb. Putin hərbi qiyamın qarşısını almaq üçün hüquq-mühafizə orqanlarına müvafiq tapşırıqların verildiyini bildirib. Rusiya lideri "üsyanın" kim tərəfindən təşkil edildiyini açıqlamayıb. O, çıxışı müddətində Priqojinin adını çəkməyib.
24-06-2023, 12:00
Deputatdan quru sərhədlərinin bağlı qalması barədə açıqlama


Deputatdan quru sərhədlərinin bağlı qalması barədə açıqlama

"Bu gün dünyadan çox həyəcanlı xəbərlər gəlir, təhlükəsizlik məsələləri vacibdir". Bu barədə Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu bildirib. “Ötən gün Operativ Qərargahın nəyə görə quru sərhədlərinin bağlı qalması ilə bağlı qərar qəbul etdiyi indi hər kəsə məlum olmuşdur. Ona görə də biz bu gün ideoloji, siyasi minalardan təmizlənməyə köklənməliyik”, - deyə deputat vurğulayıb. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminin oktyabr ayınadək uzadılmasına qərar verib.
24-06-2023, 11:34
Bitməyən dərs..

Bitməyən dərs...
(...Məzunların müəllimlərlə görüşü)

65 illik ömrümüzün yarıdan çoxunu yurddan aralı, qürbətlərdə odsuz-ocaqsız, bir-birimizdən ayrı keçirdik. Uşaq vaxtı nə qədər çox dalaşırdıqsa, böyüdükcə bir-birimiz üçün o qədər çox darıxdıq. Qarı düşmən bizə burnumuzu göynədən qəriblikdən xilas yolu saxlamadı. 1988-ci ildən sonra ümumilikdə ellərimiz pərən-pərən salındı. Bu dərd yükün şələlənib hərəmiz dünyanın bir ucuna üz tutduq. İllərlə bir-birimizdən xəbər tuta bilmədik. Sən demə sıralarımız yavaş-yavaş seyrəlirmiş. Bəzilərinin heç ölümündən xəbərimiz olmayıb. Ömrümüzün ahıl çağlarında -Gığı kənd orta məktəbindən məzunluğumuzun 48-ci ildönümü münasibətilə görüşmək istədik. Təəssüf ki, bu görüşə əzizlərimizdən Söhbət Mətiyev, Zahid Kərimov, Əyyub Balakişiyev, İmamverdi Orucov, Adil Azadəliyev, Xavər Həmzəyeva, Zahid Quliyev, Elenora Mahmudova, İslah Mahmudov, Mirim Əsədov, Südabə və Tamella Niftalıyeva əmiqızları gələ bilmədilər. Çünki ruhları göylərə çəkilib, xaraba kəndlərimizin viranələrini dolaşırdı. Yeniyetməlik illərimizin yadigarlarından bizə acılı-şirinli xatirələr qaldı:
Əzizim, dərdə sarı,
Dərd çəkər dərdə sarı.
Qürbətdə dərd əlindən,
Sinəm oldu dərd hasarı... (T.Z)


Bu görüş üçün özəl bir gün seçilmişdi- 28 may Azərbaycan Dövlətinin Müstəqilliyi günü. Zəngəzur mahalının Qafan bölgəsindəki Gığı kənd orta məktəbinin 1975-ci il məzunlarının 2023-cü ilə təsadüf edən görüşünün qonaqları da özəl idi. Əslində biz sinif yoldaşlarımızın bir qismi ilə martın 26-da Masazır qəsəbəsindəki “Qədim Naxçıvan” Ailəvi İstirahət Mərkəzində görüşmüşdük. Elə orda da növbəti dəfə müəllimlərimizin işığına yığışmağı qərara almışdıq.
Qəribədir ki, həmişə müəllimlərin sinif otağına geç girməsini arzulayan qoca “məktəbli”lər bu dəfə müəllimlərin gəlişini həsrətlə gözləyirdilər. Kimisi yola baxır, kimisi yaxınlaşan maşının qabağına qaçır, kimisi də bu duyğulu anları kameranın lent yaddaşına alırdı. Sucəddin müəllim məkana hamıdan qabaq gəlmişdi. Ürəyi çox yuxalmışdı. Heç kimdən dərs soruşmadı, heç gecikənləri tənbehləmədi də. Hər kəsi illərlə həsrətini çəkdiyi balası kimi bağrına basdı. Müəllimimiz 48 illik ayrılıqdan sonra bizi öpdü, biz də elə 48 il əvvəlki kimi uşaqlaşdıq...
Beləcə ömrümüzün ən yaddaqalan bir gününü yaşadıq... Yuxarıda adları qeyd olunan mərhum sinif yoldaşlarımızın xatirəsini sayğı duruşu ilə yad elədik. Dünyasını dəyişən müəllimlərimizin ruhları qarşısında, görüşümüzə gələn müəllimlərimizin- Sucəddin Məmmədovun, Mübariz Vəliyevin və Tofiq Hüseynovun şəxsiyyətləri qarşısında baş əydik.
Beləcə görüşün təşkilatçısı Sərvər Azadəliyev hər kəsə xoş gəldin deyib, Sucəddin müəllimdən məclisimizi axara salmağı xahiş etdi.

Sucəddin Məmmədov: Xoş gördük hamınızı! Aradan keçən illər ərzində çox şey dəyişib. Çöldə dayanmışdıq, gələnlərinizin bəzilərini çətinliklə tanıdım. Bunların hamısı deportasiyanın, ayrılığın yaddaşımızda buraxdığı izlərdir. Halbuki tanıya bilmədiyim “uşaq”ların hamısının adları mənim siyahımda var. Dediyim siyahıda ali məktəbə qəbul olan 1803 şagirdimin adı yazılıb. O cümlədən aranızda əyləşənlərin hamısının.
Mən arzu edirəm ki, belə görüşlər davamlı olsun. Çünki belə görüşlərin, ünsiyyətlərin davamlılığı insanlar arasında səmimiyyətin artmasına, mehribançılığın yaranmasına səbəb olur. Sizi görəndə mən 1973, 74, 75-ci illəri xatırladım. O vaxt sinif otaqlarına sığmayan, qanı qaynar yeniyetmələr idiniz. Amma indi hərəniz bir peşə sahibisiniz, bir süfrə arxasındayıq, artıq bəzilərinizlə iş yoldaşı olmuşuq. Yəni müəllim şagird münasibətləri fərqli çalar alıb. O vaxtkı mühit başqaydı, abu-hava isə bambaşqaydı. Bilirsiniz insanlar arasında səmimiyyətin azalması insanlığın yox olması ilə nəticələnir. Səmimiyyət varsa, demək hər şey var...
Bu arada Sucəddin müəllim öz müəllimlərini də xatırladı. Muxtar Baxşəliyevi rəhmətlə andı. Dedi ki, Muxtar Baxşəliyev həm mənim müəllimim olub, həm xeyirxahım olub, həm də ixtisas seçimimə vasitəçi olub. Beləki böyük qızı Nüşabə ailə həyatı quranda cəbr, həndəsə, fizika kitabları ata evində qalmışdı. Muxtar müəllimin mənə verdiyi həmin kitablar ali məktəbə qəbul olmağımda çox köməyimə çatdı. Gəlin fürsətdən istifadə edib aramızdakı tək bacımız, həm də Muxtar müəllimimin yadigarı İradə xanımı dinləyək:

İradə Baxşəliyeva: İnanın ki, bu görüşü çox həsrətlə gözləyirdim. Biz bu yaxınlarda bir WotshApp qrupu yaratmışıq. O qrupdakı sinif yoldaşlarımızın hamısının səsini eşitmək üçün ürəyim əsir. Uşaqlarımdan qabaq sinif yoldaşlarımın səsini dinləyirəm. Sinif yoldaşımız Muxtarın səsinə həmişə azı 3-4 dəfə qulaq asıram. Hər dəfə də gözlərim dolur. Çünki Muxtarın həm adı mənə doğmadır, atamın adını daşıyır, həm də elə danışıq forması mənə atamı xatırladır. Sizinlə hərəmiz bir kənddən gəlirdik, amma Sucəddin müəllimlə eyni kənddənik. Kartof əkini yerlərimiz yan-yana idi. Anası Əsmər xala həmişə kartof yığımı vaxtı bizi yanına çağırıb, böyük ağacın qanadları altında süfrə salardı, qonşuları qonaq edərdi. Bir də bizim çoxlu gilas ağacımız vardı. Atam ağacın birini Bakıda yaşayan əmilərim, birini də şagirdləri Sucəddin müəllim, Mübarək, Feruz, Oktay və Arif üçün ayırmışdı.
İradə xanım qonşuluq münasibətindən tutmuş kənd toylarına, müəllimlərimizin şagirdlərinə göstərdiyi diqqət və qayğıya qədər hamısını xatırladı...

Müəllimimiz Mübariz Vəliyev 28 May Respublika Günü münasibətilə müəllim yoldaşlarını və şagirdlərini təbrik etdi. Ünvanımıza bütün şagirdlərin öz müəllimindən eşitmək istədiyi ən xoş sözləri söylədi. Bizlərlə qürur duyduğunu bildirdi. Hamıya uzun ömür, sağlamlıq arzuladı. Bir də arzu etdi ki, bayrağımız həmişə yüksəklərdə dalğalansın. Onun şagirdləri olaraq dost, yoldaş və vətəndaş kimi bir-birimizin üzünə, gözünə dik baxa bilək.
Uşaq həkimi Ələmşah Əliyev, Şikarı müəllim Nəcəfov, Nəbi müəllim, mühəndis Ramiz Tahirov, Vahid həkim Umudov, Firudin, Kərəm Ağalarov və başqaları ayrı-ayrılıqda müəllimlərimizə olan sevgilərindən danışdılar. Məktəb illərinin xatirələri çözələndi...
Tamxil Ziyəddinoğlu bildirdi ki, insan həyatında 3 yaradılmış var ki, onlara münasibət ömür boyu dəyişmir. Birinci valideyndir ki, övlad onun qabağında 1 yaşında da uşaqdır, 100 yaşında da. İkincisi və daha müqəddəsi müəllimdir ki, şagirdi 7 yaşında da 77-sində də müəlliminin qarşısında şagirddir və hərtətəfli cavabdehdir. Müəllimlərim bağışlasın, ölüncə dəyişməyən üçüncü hiss isə valideynlik hissidir.
Tamxil Ziyəddinoğlu müəllimlərinin onun həyatında, ixtisas seçimində oynadığı rolu ibtidai sinifdən başlamış ali məktəbə qədər təhlil etdi. Müəllim sevgisi ilə fənn sevgisi arasında qırılmaz bağ olduğunu bildirdi. Qeyd etdi ki, ibtidai sinif müəllimim Əlayət Bayramov olub:
Yazmağı mənə Əlayət müəllim öyrətdi. Bizim sinfin bütün şagirdləri, necə oxumasından asılı olmayaraq, gözəl xətlə yazırdı. Çünki müəllimimiz fərq qoymadan hamımıza, özü kimi, yaxşı yazmağı öyrədirdi. İbtidai təhsil vaxtı mərhum Möhbalı Bəndəliyev hesab-riyaziyyat dərsi keçirdi. Bizi yarışdırır daha yaxşı oxumağa həvəsləndirirdi. Riyaziyyatı sevə-sevə öyrənib, yaxşı oxuyurdum. 1970-ci ildə sevimli müəllimim kənddən köçüb getdi. Sanki özü ilə bərabər riyaziyyata olan sevgimi də apardı. Texniki fənlərə marağım azaldı, həvəssiz oxumağa başladım. Kəndimizdə orta məktəb olmadığından 9-10-cu siniflərə Gığı kəndinə getdik. Orda məktəbə yenicə təyinat almış gənc, yaraşıqlı, ciddi görkəmi olan Sucəddin Məmmədovun şövqlə tədris etdiyi Fizika fənnini eyni şövqlə öyrənib, yaxşı hazırlaşırdım. Amma bu dəfə də bəxtim gətirmədi. Aradan üç ay keçmişdi, sevimli müəllimim Sovet Ordusu sıralarında xidmətə getdi. Fizikaya “qonan quşumu”da onun gedişi uçurdu.
Beləcə müəllimlərim dəyişdikcə ovqatım da, dünyaya baxışım da dəyişdi. Orta təhsil illərimin son ruhdaşı ədəbiyyat müəllimimiz mərhum İdris Piriyev bir gün mənə dedi ki, əgər yaxşı oxusan baban Əbdürrəhimin nağılını sənə danışacam...
Rüblük, illik 5 yazdı, amma nağılı danışmadı. İmtahandan 5 alarsan danışaram,-dedi. Beləcə məni ovuda-ovuda jurnalist elədi. Fəqət 1937-ci illərin repressiya qurbanı babamın nağılını danışmağa ömrü vəfa etmədi...

...O illər bambaşqaydı. 15, 16, 17 yaşlar arası. Yeniyetməlikdən gəncliyə keçid dövrü, ömrün ən qaynar çağı. Qonşu kəndlərdən qəşəng qızlar, çılğın-çılğın yaraşıqlı oğlanlar bir mərkəzə- Gığı kənd orta məktəbinə axışırdı. Bəzən od çıxan, şimşək çaxan baxışlardan ürəklərə eşq atəşi düşürdü. Kimisi səadətini burda tapırdı, kimisi bir ömür daşıyacağı könül yarası alırdı, kimisinnin də qismətinə sevdasını ürəyinə gömmək düşürdü. Beləcə hərə öz taleyinə düşəni götürüb ömür yoluna davam edirdi.
Budur, 48 ildən sonra yollarımız yenə kəsişib. Amma hərənin bir umudla gəldiyi bu yollar o yollar deyil. Nə Çayarasında haçalanan dağ yolları var, nə Həçətinin sıldırım qayaları, nə də Gülxacın köhlənyoran yoxuşları. Nə Pəyhanda işıq yanır, nə Pürülüdə tüstü çıxır, nə də Qazangöldə kef məclisi, çal-çağır var. Bu dəfə hərə öz öləzimiş arzularının qanadıyla yurd həsrətini körükləyir...
Xatirələrini bölüşən Xürrəm Bədəlov 28 may günü Türkiyədə prezident seçkilərinin ikinci turunun keçirildiyini xatırladaraq, Türk Dünyasının lideri Rəcəb Tayyib Ərdoğana müqəddəs Turan yolçuluğunda uğur dilədi. Bəlkə bu yol bizim də kəndlərimizdən keçər deyə,- öz şeirini oxudu:
Allah mənə qanad verə,
Göydə uçan quş olaydım.
Uçub gedib o yerlərə,
Bir anlığa tuş olaydım.

Getmə, dayan, a boz duman,
Dağlar yada düşüb yaman.
Əgər keçsəniz Qafandan,
Mən də sizə qoşulaydım.

Gəzəydim o dağ dərəni,
Görəydim bəndi, bərəni.
Toplayanda göy tərəni,
Toz torpağa bulaşaydım...


Muxtar İsmayılov əvvəlcə bütün sinuf yoldaşlarımız adından müəllimlərimizin qarşısında baş əydi. Sonra yaddaşına həkk elədiklərini bölüşdü, hətta bir az da irəli gedib müəllimlərimizi xarakterizə elədi. Dedi,- Tofiq müəllim xasiyyətcə bir az mülayim idi. Ancaq Sucəddin müəllim, sizin zəhminiz bu gün də mənim gözümün qabağındadır. Bizim heç birimiz sinifdə hansısa qeyri-normal hərəkət edə bilməzdik. Hər adamın həyatda bir idealı olur. Mənim idealım sizsiniz. Oturuşunuz, duruşunuz, bir müəllim kimi, şagirdləriniz qarşısında davranışınız, dediyiniz dərs, tələb elədiyiniz cavab və s. Gığı kənd klubunda Üzeyir bəyin “O olmasın, bu olsun” operettasını səhnələşdirmişdiniz. Tarda ifa edirdiniz, Kərəm də qəşəng zəngulə vururdu.
Muxtar o vaxtlar müəllimlərindən soruşa bilmədiklərini fürsət tapmışkən burda soruşdu. Amma deyim ki, soruşduqlarının fizikaya heç bir dəxli yox idi. Yəqinki elə o vaxtlarda bu emosianal gəncin fikri dərsdə yox, dağda-daşda, bir gözü müəllimlərdə, biri pəncərədən keçənlərdə, qulağı zəng səsində olub...
Görüşə yekun vuran Tofiq müəllim erməni faşizminin xalqımıza, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə vurduğu yaralardan, onların xisləti ucbatından sevimli şagirdlərindən ayrı düşməsindən təəssüflə söhbət açdı. Sucəddin müəllimlə deportasiyadan sonra da eyni kollektivdə çalışmasından danışdı...

...Arada yenə uşaq zarafatları, bir-birinə söz atmalar başladı. Müəllimlərimizin gözündən iraq düşən kimi qoca “uşaqlar” bir-birinin paxırın açdı. Bilmədiyimiz, unutduğumuz o qədər hadisələr yada düşdü ki, o illərə, o günlərə, elə o yerlərə qayıtmaq istədik.
Görüş təəssüratlarımı, 2004-cü ildə yazdığım və ilk dəfə sonradan quda olan sinif yoldaşlarım Əlisahiblə Tərgül xanımın övladlarının toyunda səsləndirdiyim “Özüm gələcəyəm, Qafanım mənim!” şeirilə yekunlaşdırıram:

Qafanım mənim!

Dözə bilməm sən yağıda qalınca,
Gözlə, ordum döyüş əmri alınca.
Azərbaycan əsgərinin dalınca,
Özüm gələcəyəm, Qafanım mənim!

İlanbaşlı yağıları əzməyə,
Əsir düşmüş oymaqları gəzməyə,
Lalələri, nərgizləri üzməyə,
Özüm gələcəyəm, Qafanım mənim!

Köç gözləyir bir gün geri dönməyə,
Gədiklərdən bulaq üstə enməyə,
Yorğa köhlənləri yenə minməyə,
Özüm gələcəyəm, Qafanım mənim!

Laçında düşmənin kəfənin biçib,
Mehridə atlanıb, Gorusdan keçib,
Orda qan içənin qanından içib,
Özüm gələcəyəm, Qafanım mənim!

Əl uzatdı qol boynuna salmağa,
Dədəm dözəmmədi sənsiz qalmağa,
Oğul böyüdürəm qisas almağa,
Özüm gələcəyəm, Qafanım mənim!

Çevirib düşmənin taxtı-tacını,
Siləcəm köksündən ağrı-acını,
Ziyarət etməyə Acıbacını.
Özüm gələcəyəm, Qafanım mənim!

Tamxil deyər, ormanlara baxmağa,
Qartal kimi qayalara çıxmağa,
Al bayrağı başın üstə taxmağa,
Özüm gələcəyəm, Qafanım mənim!


Tamxil ZİYƏDDİNOĞLU
Gığı məktəbinin 1975-ci il məzunu

"Bütöv Azərbaycan" qəzeti
23 iyun 2023
24-06-2023, 11:31
"Vaqner" Rusiyanın Voronej vilayətində bütün hərbi obyektləri nəzarətə götürdü


"Vaqner" Rusiyanın Voronej vilayətində bütün hərbi obyektləri nəzarətə götürdü

"Vaqner" muzdluları Rusiyanın Voronej vilayətində bütün hərbi obyektləri nəzarətə götürüb. Bu barədə "Reuters" agentliyi Rusiya xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən bildirib. Məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) mərkəzi ofisinə yaxın mənbə BBC-yə təsdiqləyib. "Voronejdəki bütün əsas obyektlər də nəzarətə götürülüb, hər şey Rostovdakı kimidir", - mənbə deyib. Onu da bildirək ki, sözügedən məlumat "Vaqner"ə yaxın teleqram kanallarında da yayılıb. Rusiya rəsmiləri hələlik açıqlama verməyib. Bundan əvvəl Voronej vilayətində antiterror əməliyyatı rejimi tətbiq edilib. BBC qeyd edib ki, FTX-nin hələlik "Vaqner"in üsyanını yatırmaq üçün konkret planı yoxdur.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət və qiyam adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!