24-06-2023, 15:03
Vaqner Rostovun küçələrinə minalar yerləşdirir“Vaqner” muzdlu döyüşçüləri nəzarətə aldıqları Rostov şəhərinin küçələrinə TM-62 tank əleyhinə minalar yerləşdirir. Bu barədə Rusiyaya məxsus teleqram kanalları məlumat yayıb.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.
24-06-2023, 14:34
“Muğam Marafonu” İçərişəhərdə başladıMuğam Marafonu iyunun 24-də İçərişəhərdə Şirvanşahlar Sarayında başlayıb. Sabah, yəni iyunun 25-i saat 12-yədək davam edəcək. 24 saat ərzində keçirilən layihənin hər saatında eyni məkanda 24 xanəndə bir-birini əvəz edərək onları müşayiət edən heyətlə birgə muğam ifa edəcək. Muğam Marafonunda xanəndələrlə yanaşı bir-birini əvəz edən 25 elektron musiqiçi də çıxış edir. “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan “Muğam Marafonu” dinləyicilər üçün bir gün ərzində dayanmadan muğamın ecazkar dünyasına bir səyahətdir.
24-06-2023, 14:15
Polşa Prezidenti ordunun hazırlığa gətirilməsiylə bağlı əmr imzaladıRusiyada “Vaqner” muzdlularının qiyamı ilə əlaqədər olaraq Polşa ordusu yüksək səviyyəli döyüş hazırlığına gətirilir. Bu barədə Polşa Prezidenti Andjey Duda əmr imzalayıb.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.
24-06-2023, 14:00
Şarl Mişel Rusiyada baş verən hadisələrə münasibət bildirdiAvropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Rusiyada baş verən hadisələrə münasibət bildirib. Bu barədə siyasətçi twitter səhifəsində paylaşım edib. "Rusiyada hadisələrin inkişafını yaxından izləyirik. Avropalı liderlər və G7 müttəfiqləri ilə təmas halındayıq. Bu, aşkar surətdə Rusiyanın daxili məsələsidir. Ukraynaya və Zelenskiyə dəstəyimiz sarsılmazdır", - o qeyd edib.
24-06-2023, 13:39
2025-ci ildə futbol üzrə ünya çempionatı ABŞ-da təşkil olunacaq2025-ci ildə futbol üzrə klublararası dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib. Çempionat ABŞ-da təşkil olunacaq. Bu barədə FIFA-nın Şurası qərar qəbul edib. Otuz iki klubun iştirak edəcəyi dünya çempionatı yeni formatda keçiriləcək.
24-06-2023, 13:30
Parçalanma xalqa xəyanətə gedən yoldur - MedvedevRusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkədə baş verənlərə münasibət bildirib. O, sosial şəbəkə hesabında "Vaqner"in qiyam cəhdi ilə bağlı fikirlərini bölüşüb. "Vətənimizi parçalamağa, dövlətimizi məhv etməyə can atan xarici və daxili düşmənə qalib gəlmək üçün ən vacibi prezidentin, ölkə Silahlı Qüvvələrinin Ali Baş Komandanının ətrafında birləşməkdir. Parçalanma xalqa xəyanətə gedən yoldur. Ən böyük faciədir, ümumbəşəri fəlakətdir”, - Medvedev qeyd edib.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.
24-06-2023, 13:23
Putin bizi xəyanətdə ittiham etməklə yanılır - Priqojin"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinin açıqlamasına münasibət bildirib. O, Putinin yanıldığını vurğulayıb. "Biz vətənpərvərlərik, bizə qarşı olanlar isə zibilin ətrafına toplaşanlardır. Putin bizi xəyanətdə ittiham etməklə yanılır", - o deyib. Priqojin silahı yerə qoymayacağını qeyd edib. "Biz Putinin və FTX-nin (Federal Təhlükəsizlik Xidməti - red.) tələbi ilə silahımızı yerə qoymaq fikrində deyilik. Biz korrupsiyanın hökm sürdüyü ölkədə yaşamaq istəmirik".
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.
24-06-2023, 13:14
Moskvanın cənubuna gedən magistral yollar bağlandıMoskvadan cənub istiqamətində gedən bütün magistral yollar bağlanıb. Bu barədə Moskva vilayətinin Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, Moskva vilayətində “Don”, “Ural” və “Krım” magistralları qismən bağlanıb.
24-06-2023, 12:49
Bugün Əbülfəz Elçibəyin doğum günüdürBu gün Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri, AXC-nin qurucularından biri Əbülfəz Elçibəyin 85 yaşı tamam olur. Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri yaradıb və azadlıq ideyalarını geniş şəkildə yayıb. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri olub. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub. 1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və 1993-cü il iyunun 17-də doğulduğu Ordubad rayonunun Kələki kəndinə gedib. İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib. Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.
24-06-2023, 12:44
Putin belarusiyalı həmkarıyla telefon danışığı apardıRusiya prezidenti Vladimir Putin və Belarusun dövlət başçısı Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Bu barədə Belarusun rəsmi BelTA agentliyi məlumat yayıb. Bildirilib ki, Putin ölkədə baş verən hadisələr və son vəziyyətlə bağlı Lukaşenkoya müfəssəl informasiyaları çatdırıb. Həmçinin qeyd olunub ki, son hadisələr geniş müzakirə edilib.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.