Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
20-06-2023, 15:17
Lukaşenko Ermənistan-Azərbaycan münasibətlərindən danışdı


Lukaşenko Ermənistan-Azərbaycan münasibətlərindən danışdı

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan-Azərbaycan münasibətlərindən danışıb. Lukaşenko Minskdə KTMT ölkələrinin xarici işlər nazirləri ilə görüşündə bu mövzuya toxunub. "Azərbaycan və Ermənistanın ən çətin probleminə diqqət yetirsək... Niyə ən çətin? Çünki həm orada - Azərbaycanda yaxın, əziz insanlarımız, həm də orada - Ermənistanda... Bir dövlətdə yaşamışıq. Deməli, birtəhər işə qarışmalıyıq. Məsələnin həlli üçün”, - deyə Lukaşenko bildirib.
20-06-2023, 14:59
KTMT ölkələri birgə fəaliyyət planı hazırlamalıdırlar - Lukaşenko


KTMT ölkələri birgə fəaliyyət planı hazırlamalıdırlar - Lukaşenko

"KTMT ölkələri birlikdə olmalı və iqtisadiyyatda birgə fəaliyyət planı hazırlamalıdırlar". Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə KTMT ölkələrinin xarici işlər nazirləri ilə görüşündə bildirib. O deyib ki, nə qədər çətin olsa da, həll edilməli olan problemlər və vəzifələr var. "Əgər Qərbdən olan “dost-məsləhətçilərimiz” bu problemlərin həllinə qarışsa, onda nəsə etmək xeyli çətinləşəcək", - Lukaşenko əlavə edib. Belarus prezidenti xatırladıb ki, Qırğızıstan çoxdan Tacikistanla münaqişənin həllində kömək istəyir, Ermənistan da iddialarla çıxış edir: "Əgər onlar həll olunmasa, o zaman KTMT ölkələri həmişə bir-birini qınayacaq, təşkilatın işindən narazılıqlarını bildirəcəklər".
20-06-2023, 14:45
İranda spirtli içkidən 15 nəfər dünyasını dəyişdi


İranda spirtli içkidən 15 nəfər dünyasını dəyişdi

İranda saxta spirtli içkidən 15 nəfər ölüb. Bu barədə IRNA məlumat yayıb. Bildirilib ki, İranın Əlburz vilayətində saxta spirtli içkidən zəhərlənənlərin sayı 182-yə, ölənlərin sayı 15-ə çatıb.
20-06-2023, 14:30
Ermənistan tərəfi kommunikasiyaların açılmasına çətinliklər törədir - Nazir


Ermənistan tərəfi kommunikasiyaların açılmasına çətinliklər törədir - Nazir

Aparılan səylərə baxmayaraq, Ermənistan tərəfi kommunikasiyaların açılmasına çətinliklər törədir. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Xəzər Bağlantı Konfransında” çıxışına deyib. Nazir Ceyhun Bayramov ümumilikdə 2022-ci il ərzində Azərbaycan üzərindən tranzitin 75% artdığını bildirərək bütün kommunikasiyaların açılmasının regionumuzda davamlı sülh və sabitliyə daha da töhfə verəcəyinə, ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracağına əminliyini ifadə edib. Bu mənada ön plana çıxan təşəbbüs olan və Orta Dəhliz daxilində əlaqəni daha da artırmaq potensialına malik Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib.
20-06-2023, 14:23
“BakıKart” yeni tətbiqi istifadəyə verdi


“BakıKart” yeni tətbiqi istifadəyə verdi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq məqsədilə sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqini davam etdirir. Belə ki, “BakıKart” plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün yeni tətbiq istifadəyə verilib. Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, “BakıKart” plastik kartların balansını artıra və gediş haqqını ödəyə bilərlər. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün yalnız mobil nömrə və şifrə kifayətdir. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər. Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir. “BakıKart” mobil tətbiqi və www.bakikart.az saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir. Bu o deməkdir ki,www.bakikart.az saytı vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər üçün mobil tətbiqdə yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstifadəçilər yalnız qeydiyyatdan keçdikləri mobil nömrə və şifri daxil etməklə mobil tətbiqdən yararlana bilərlər. “BakıKart” mobil tətbiqinin beta versiyasını həm “App Store”, həm də “Google Play Store”da yükləmək mümkündür. Tətbiq hazırda beta versiyada olduğu üçün istifadəçilər xətalarla və ya qeyri-dəqiq məlumatlarla qarşılaşa bilərlər. Bununla əlaqədar olaraq beta istifadəçilərdən qarşılaşdıqları xətalar barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət etmək mümkündür.
20-06-2023, 13:37
Həkimlərin kommersiya məqsədli resept yazması qadağan edildi


Həkimlərin kommersiya məqsədli resept yazması qadağan edildi

Həkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq. Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib. "Elektron reseptlə bir çox nöqsanlar aradan qalxacaq. Qeydiyyatsız dərman vasitəsinə resept yazılmayacaq. Hətta həkim istəsə belə kommersiya məqsədli dərmanları reseptə yaza bilməyəcək", - deyə nazir müavini qeyd edib.
20-06-2023, 13:23
Dərmanların qiymətinin aşağı düşməsi məqsədəuyğun deyil - Nazir müavini


Dərmanların qiymətinin aşağı düşməsi məqsədəuyğun deyil - Nazir müavini

Dərman vasitələrinin qiymətlərinin aşağı həddinin müəyyən edilməsi məqsədəuyğun hesab edilmir. Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib. “Qiymətlərinin aşağı həddinin müəyyən edilməsinin bazar qaydalarına uyğun olmadığı düşünülür. Ona görə də hazırda qiymətlərin aşağı həddinin müəyyən edilməsi uyğun deyil”, - nazir müavini deyib.
20-06-2023, 13:16
Azərbaycanda dərmanların qiyməti müqayisədə bahadır - Nazir müavini


Azərbaycanda dərmanların qiyməti müqayisədə bahadır - Nazir müavini

Azərbaycanda dərman vasitələrinin qiymətləri müəyyən ölkələrlə müqayisədə bahadır. Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib. “Burada müəyyən ölkələrin də siyahısını təqdim etsək görərik ki, bunun səbəbi nədir. Biz dərman vasitələrinin qiymətini çox zaman Türkiyə ilə müqayisə edirik. Amma nəzərə alaq ki, Türkiyə özü dərman istehsalçıdır. Bu da qiymətə təsir edir. Bəli, qiymətin baha olmasını qəbul edirik. Bu istiqamətdə qiymət siyasətini müəyyənləşdirmək haqqında Tarif Şurası ilə çox ciddi danışıqlar aparılır. Detalları açıqlamaq istəmirəm, bu barədə qanun layihəsi təqdim olunacaq”, - deyə nazir müavini qeyd edib.
20-06-2023, 12:56
Türkiyədə minimum əmək haqqı qalxdı


Türkiyədə minimum əmək haqqı qalxdı

Türkiyə hökumətinin minimum Əmək haqqının müəyyən edilməsi komissiyasının iclası başa çatıb. İclasdan sonra Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıqhan mətbuata açıqlama verib. O bildirib ki, 2023-cü ilin ikinci yarısında ümumi minimum əmək haqqı 13 min 214 lirə, xalis minimum əmək haqqı (tutulmalardan sonra) isə 11 min 402 lirə olaraq müəyyən edilib. "Ötən ilin ikinci yarısı ilə müqayisədə minimum əmək haqqını 107 faiz artırmışıq. Minimum əmək haqqı 2002-ci illə müqayisədə nominal olaraq 61 dəfə artıb", - nazir deyib. Qeyd edək ki, bundan əvvəl Türkiyədə ümumi minimum əmək haqqı 10 min 8 lirə, xalis 8 min 506 lirə olub.
20-06-2023, 12:41
Paşinyan: “..başa düşdüm ki, biz daha Şuşanı tam qaytara bilməyəcəyik”


Paşinyan: “..başa düşdüm ki, biz daha Şuşanı tam qaytara bilməyəcəyik”

"Üçtərəfli bəyanatın imzalanması üzrə danışıqlar noyabrın 6-da başlayıb". Bunu ölkənin baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında deyib. "Mən mətndə Şuşa və Ermənistan ərazisindən keçən dəhlizlə bağlı heç bir müddəa olmaması şərti ilə bu mövzuda danışıqlara başlamağa razı oldum. O cümlədən Ağdam təslim etməyi təklif etdim. Başa düşdüm ki, biz həlledici məqama çatmışıq, Şuşanı qoruya bilsək, bu, dönüş nöqtəsidir. Müdafiə edə bilməsək, yenə dönüş nöqtəsidir", - o əlavə edib. "Ayın 8-də Şuşanın bir hissəsinin bizim nəzarətimizdə olması barədə mənə məlumat verilsə də, başa düşdüm ki, biz daha Şuşanı tam qaytara bilməyəcəyik. Arayik Arutyunyan Xankəndinin müdafiəsinin zəif olması barədə məlumat verdi və ehtimal var idi ki, azərbaycanlılar Şuşadan sonra Şuşakənd istiqamətindən Xankəndiyə keçəcək, oradan Əsgərana doğru irəliləyəcəklər və oradan da ordu hissələrini arxadan vuracaqlar", - Paşinyan açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!