Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
20-06-2023, 12:30
Reseptlər elektron formada tətbiq olunacaq


Reseptlər elektron formada tətbiq olunacaq

“Dərman vasitələri haqqında” Qanuna edilməsi nəzərdə tutulan dəyişiklərin istiqamətləri müəyyənləşib. Bu barədə qanun layihəsini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib. “1.0.35-ci maddəyə əsasən dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron təqib və izləmə (track and trace) sisteminin tətbiq edilməsini və bununla bağlı yeni hüquqi tənzimləməni nəzərdə tutur. Bu sistem istehsal və idxal olunan markalanmalı malların dövriyyəsinə, topdan və pərakəndə satışına nəzarəti həyata keçirən və bununla bağlı məlumatları qeydə alan informasiya ehtiyatı olacaqdır. Növbəti istiqamət üzrə dəyişiklik dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqini nəzərdə tutur ki, bu da “Dərman vasitələrinə reseptlərin yazılması” adlı yeni 12-1-ci maddədə təsbit edilir. Bütövlükdə reseptin yeni və geniş anlayışının verilməsi, elektron reseptin tətbiqi, dərman vasitələrinin reseptə yazılması qaydası layihədə qeyd edilən bir digər yenilikdir. Elektron reseptin tətbiqi reseptdə dövlət qeydiyyatına alınmamış dərman vasitələrinin yazılması hallarının qarşısının alınması, reseptə bioloji fəallığa malik qida əlavələrinin yazılması hallarının qarşısının alınması və resept üzərində dövlət nəzarətinin gücləndirilməsi məqsədi müəyyən edilib. Reseptə yalnız dərman vasitəsinin təsiredici maddəsinin yazılması nəzərdə tutulur. 9.6-cı maddəyə görə dövlət qeydiyyatında olmayan dərman vasitələrinin reseptə yazılması zərurəti yarandıqda, həmin resept Səhiyyə Nazirliyi tərəfindən yoxlanılıb təsdiq edildikdən sonra pasient və topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan arasında müqaviləyə əsasən yalnız reseptdə yazılan miqdarda dərman vasitəsi ölkəyə gətirilə bilər. Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır.
20-06-2023, 12:21
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyunun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
20-06-2023, 12:09
Şuşanı almaqla Laçın yoluna nəzarət əldə etdilər - Paşinyan


Şuşanı almaqla Laçın yoluna nəzarət əldə etdilər - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Şuşanın
strateji əhəmiyyətindən danışıb. Bu barədə o, 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında söz açıb. "Oktyabrın 4-də düşmənin müdafiəni yarıb Cəbrayıla çatdığı 9-cu müdafiə bölgəsində ciddi problemlər yaşadıq. Orduya Azərbaycan Silahlı Qüvvələrinin irəliləyişini dayandırmaq tapşırılmışdı, çünki atəşkəs yaratmaq cəhdləri göstərdi ki, biz onların irəliləyişini dayandıra bilməyincə, müharibəni dayandırmaq üçün bütün cəhdlər faydasız olacaq. Yaxud ağrılı güzəştləri etməli idik", - Baş nazir qeyd edib. "Amma nə qədər ağrılı güzəştlərə ehtiyac olduğunu başa düşsəm də, Şuşa və Mehridə sülhməramlıların yerləşdirilməsini qəbul edə bilməzdim. Şuşa uğrunda döyüşlər davam etdikcə mübarizənin mənası və motivi var idi və Azərbaycanın məqsədinin Şuşa olduğu bəlli idi. Şuşanı almaqla Laçın yoluna nəzarət əldə etdilər, Xankəndiyə arxadan hücuma keçmək imkanı əldə etdilər", - Paşinyan əlavə edib.
20-06-2023, 11:44
Şuşa ssenari üzrə Azərbaycana təslim edilməliydi - Paşinyan


Şuşa ssenari üzrə Azərbaycana təslim edilməliydi - Paşinyan

"Oktyabrın 1-də günortadan sonra mənim Putinlə telefon danışığım oldu və o, Rusiyanın illər əvvəl işləyib hazırladığı plan əsasında müharibəni dayandırmağa cəhd etməyin mümkün olduğunu təsdiq etdi". Bunu ölkənin baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında deyib. "Şərtlər belə idi ki, 5+2 düsturuna əsasən 7 rayon geri qaytarılır, Qarabağla Ermənistan arasında Laçın dəhlizi boyunca kommunikasiyanın təmin edilməsi məsələsi həll olunur, Rusiya sülhməramlıları bölgəyə yerləşdirilir, status isə qeyri-müəyyən olaraq qalır. Putinlə razılaşdıq ki, axşam mövqeyimizi bildirəcəyəm. Günün ikinci yarısında parlamentdənkənar müxalifət nümayəndələri ilə görüşdüm. Daha sonra prezidentin, katolikosun və parlament qüvvələrinin nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurası çağırıldı və bu zaman mən zəng edib Putinin təklifini qəbul etdiyimi bildirmək fikrində olduğumu dedim. Eyni zamanda əlavə etdim ki, mən orada olanlardan kiminsə bu qərara görə məsuliyyəti mənimlə bölüşəcəyini gözləmirəm, sadəcə olaraq onlara gedən proseslər barədə məlumat verdim", - baş nazir qeyd edib. Paşinyan müxalifət təmsilçiləri ilə görüşü və Putinlə telefon danışığından da söz açıb: "Parlamentdənkənar qüvvələrlə görüşdə dedim ki, mən onları ona görə dəvət etmişəm ki, onlara məlumat verməklə mən ictimaiyyəti məlumatlandırıram, çünki canlı yayımda insanlara hər şeyi deyə bilmərəm. Axşam Putinə zəng edib dedim ki, bu şərtlərlə müharibəni dayandırmağa razıyam. Rusiya prezidenti dedi ki, Əliyevlə danışacaq, mənə zəng edəcək. O zaman 2 rayon praktiki olaraq Azərbaycanın nəzarətində idi. Ertəsi gün, oktyabrın 20-də səhər saatlarında Putin zəng edərək diqqətə çatdırdı ki, Azərbaycan 7 rayonun hamısını alarsa, müharibəni dayandırmağa razıdır və şəhər əhalisinin 90 faizini təşkil edən Şuşanın azərbaycanlı sakinlərinin qayıtmasına zəmanət almaq istəyir. Bu, Rusiya üçün məqbul həll idi. Çünki onlar deyirdilər ki, uzun illər əvvəl müzakirə olunan həll planında həmişə qaçqın və köçkünlərin qayıtması ilə bağlı bənd olub. Bu bənd ortaya çıxanda soruşdum ki, Azərbaycanın fikrincə, bu təminatlar necə olmalıdır? Məlum oldu ki, mən bəyan etməliyəm ki, azərbaycanlıların Şuşaya və Qarabağın digər yaşayış məntəqələrinə qayıtmasına razıyam. Putin təklif etdi ki, bu məsələ status ilə bağlı qalsın, yəni azərbaycanlıların qayıtması statusun müzakirəsi kontekstində müzakirə olunsun. Razılaşdım, lakin Azərbaycan statusla bağlı heç nəyi müzakirə etmək fikrində olmadığını bildirərək bu təklifi rədd etdi. Üstəlik, indiki təklifə görə, təkcə Şuşa azərbaycanlılarının deyil, bütün rayonların azərbaycanlılarının şəhərə birbaşa və maneəsiz çıxışı olmalıdır. Daha bir tələb əlavə olundu ki, Azərbaycanın Naxçıvanla əlaqəsini təmin etmək üçün sülhməramlılar təkcə Qarabağ və Laçında deyil, Mehridə də yerləşdirilməlidir". "Mən buna razı olmadım, Ermənistan ərazisindən eksterritorial dəhlizin yaradılmasına razı olmadım, bildirdim ki, dəhlizə yox, yolların açılmasına razıyam. Beləliklə, 19 oktyabr təklifi kontekstində müharibənin dayandırılması üçün şərtlər belə idi ki, 7 rayonun hamısı Azərbaycanın nəzarəti altında olmalıdır, Qarabağın statusu dəqiqləşdirilməməlidir, keçmiş DQMV-nin əldən çıxmış əraziləri Azərbaycanın nəzarətində olmalıdır, Şuşa yuxarıdakı ssenari üzrə Azərbaycana təslim edilməlidir, sülhməramlılar Mehridə yerləşdirilməli və faktiki olaraq eksterritorial dəhliz yaradılmalıdır. Vəziyyətin ağırlığını başa düşsəm də, belə şərtlərlə razılaşa bilməzdim. İndi arxaya baxıb yenə deyirəm ki, razılaşa bilməzdim. Əgər bu şərtlərlə razılaşa biləcəyinə inanan varsa, açıq desin. Oktyabrın 23-də ABŞ-ın hərbi əməliyyatları dayandırmaq təşəbbüsü ortaya çıxdı. Təşəbbüs yalnız oktyabrın 25-də razılaşdırıldı. Oktyabrın 26-da səhər saat 8-dən atəşkəs başlamalı idi. Amma olmadı", - Paşinyan çıxışına əlavə edib.
19-06-2023, 21:54
Düşmən atəş açarkən biz silahsız idik - Yaralanan hərbiçimiz


Düşmən atəş açarkən biz silahsız idik - Yaralanan hərbiçimiz

Ermənilərin iyun ayının 15-də “Laçın” sərhəd-buraxılış məntəqəsini atəşə tutması nəticəsində sərhədçimiz yaralanıb. Ermənistan tərəfinin təxribata əl ataraq, atəşkəsi pozması nəticəsində yaralanan hərbçimiz Elşən Rüstəmov Trend-ə açıqlama verib. O bildirib ki, xidməti ərazimizdə üçrəngli Zəfər bayrağımızı dalğalandıran zaman düşmən tərəfi növbəti təxribata əl atıb. “Bizə atəş açmağa başladılar. Düşmən atəş açarkən biz silahsız idik. Atəş açıldığını görüb tez mövqe tutduq. Mən mövqe tutarkən sol ayağımdan yaralandım. Mənə heyətimiz tərəfindən orada ilkin tibbi yardım göstərildi və həmin ərazidən Füzuli Rayon Xəstəxanasına təxliyə edildim. Xəstəxanada mənə lazımı ilkin tibbi müayinələr göstərildi və Bakı şəhərinə gətirildim”. E.Rüstəmov qeyd edib ki, iki dəfə sol ayağından əməliyyat olunub. “Hazırda özümü yaxşı hiss edirəm. Xəstəxananın tibbi heyəti və Dövlət Sərhəd Xidmətinin bütün rəhbərliyinə təşəkkür edirəm. Yaxın müddətdə ayağa qalxıb xidmətimi davam etdirəcəyəm. Sərhədçi olmağımla qürur duyuram”, - deyə sərhədçimiz bildirib.
Xatırladaq ki, 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan silahlı qüvvələri “Laçın” sərhəd-buraxılış məntəqəsi istiqamətini pulemyotla atəşə tutublar. Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
19-06-2023, 21:18
Rusiya ordusu bizi öldürmək məqsədilə ölkəmizə daxil olub - Podolyak


Rusiya ordusu bizi öldürmək məqsədilə ölkəmizə daxil olub - Podolyak

"Rusiya ilə danışıqlar bizim üçün məğlubiyyət deməkdir". Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib. O bildirib ki, Ukrayna Rusiya ilə danışıqlara başlamayacaq, çünki Moskva bununla növbəti hücuma hazırlaşa bilər. "Rusiya ordusu bizi öldürmək məqsədilə ölkəmizə daxil olub”, - Podolyak qeyd edib.
19-06-2023, 20:06
13 məcburi köçkün ailəsi evlərinin açarını təhvil aldı


13 məcburi köçkün ailəsi evlərinin açarını təhvil aldı

Böyük Qayıdış proqramı çərçivəsində bu gün geri qayıdan 13 keçmiş məcburi köçkün ailəsi evlərinin açarlarını təhvil alıb. Laçın şəhərinə doğma sakinlərinin qayıdışı davam edir. Bu gün Laçına qədəm qoyan ailələrə evlərinin açarları təqdim olunub. Bununla da, Laçın şəhərində ümumilikdə 55 ailənin, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar.
19-06-2023, 19:41
Türkiyə prezidentinə müavin və köməkçiləri təyin olundu


Türkiyə prezidentinə müavin və köməkçiləri təyin olundu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında (AKP) sədr müavini təyin edilib. Bu barədə TRT kanalı məlumat yayıb. Partiyanın xarici əlaqələr üzrə sədr köməkçisi Efkan Ala sədr müavini təyin edilib. Xarici Əlaqələr üzrə sədr köməkçisi vəzifəsinə Zəfər Sırakaya, İnsan Hüquqları üzrə sədr köməkçisi vəzifəsinə isə Mehmet Ali Zengin gətirilib.
19-06-2023, 18:22
Blinken Tayvanın müstəqilliyinə qarşı olduğunu vurğuladı


Blinken Tayvanın müstəqilliyinə qarşı olduğunu vurğuladı

Pekinin Tayvan boğazında fəaliyyəti Vaşinqtonun narahatlığına səbəb olur. ABŞ Tayvan ətrafında yaranan fikir ayrılıqlarının dinc yolla tənzimlənməsinin tərəfdarıdır. Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Pekində keçirilən mətbuat konfransında deyib. “Mən Tayvan boğazında, həmçinin Şərqi-Çin və Cənubi-Çin dənizlərində Pekinin fəaliyyətinin ABŞ da daxil olmaqla, daha çox ölkənin narazılığına səbəb olduğu məsələsini qaldırmışam”, - deyə o bildirib. Blinken qeyd edib ki, ABŞ Tayvan məsələsində “vahid Çin” prinsipini dəstəkləyir və “status-kvo”da istənilən dəyişikliyə qarşıdır. Dövlət katibi, həmçinin Çində keçirilən görüşlərdə Vaşinqtonun regionda birtərəfli fəaliyyətlərə və Tayvanın müstəqilliyinə qarşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Tayvan ətrafında yaranan vəziyyət bütün dünyaya təsir edəcək iqtisadi böhrana səbəb ola bilər.
19-06-2023, 18:06
Sülh Rusiyanın diktə etdiyi sazişi nəzərdə tuta bilməz - Stoltenberq


Sülh Rusiyanın diktə etdiyi sazişi nəzərdə tuta bilməz - Stoltenberq

Şimali Atlantika Alyansı (NATO) Ukraynada müharibənin dondurulmasının və Rusiyanın şərtləri ilə saziş imzalanmasının əleyhinədir. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. “Hamımız münaqişənin sona çatmasını istəyirik, lakin ədalətli sülh müharibənin dondurulmasını və Rusiyanın diktə etdiyi sazişi nəzərdə tuta bilməz”, - deyə NATO rəhbəri bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!