19-06-2023, 17:13
Hərbi qulluqçumuz atəş açaraq özünü öldürdüMüdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Əzizov Fərid Əbülfəz oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
19-06-2023, 17:00
Polşa prezidenti bu şəxslərin dövlət qulluğunda olmasını qadağan etdiPolşa prezidenti Anjey Duda 1944-1990-cı illərdə ölkənin dövlət təhlükəsizlik orqanlarında işləmiş şəxslərin dövlət qulluğunda olmasını qadağan edən qanunu imzalayıb. Bu barədə "RİA Novosti" məlumat yayıb. Qanuna əsasən, təhlükəsizlik orqanlarında çalışmış şəxslər dövlət qurumlarındakı işlərindən kənarlaşdırılacaq.
19-06-2023, 16:50
Kılıçdaroğlunun müşaviri dünyasını dəyişdiTürkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin müşaviri Kənan Nuhut vəfat edib. CHP İdman Şurasının sədri olan K.Nuhut Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun uzun sürən xəstəlikdən vəfat etdiyi bildirilir.
19-06-2023, 16:42
Prezident keçən ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq etdiPrezident İlham Əliyev "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" Qanunu təsdiqləyib. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası gəlirlər 30 679 646,4 min manat, xərclər 32 064 568,0 min manat məbləğində olmaqla təsdiq edilib. Sənədə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Qanunun tələbinə uyğun olaraq istifadə edilməlidir.
19-06-2023, 15:45
Faciəvi qəza: Üzünü “laqonda” kəsən kişi həyatını itirdiAstarada üzünü "laqonda" kəsən kişi dünyasını dəyişib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, iyunun 16-sı saat 09 radələrində 1961-ci il təvəllüdlü Firudin Zeynalov Astara rayonun Pensər kəndindəki mağazalardan birinin həyətində diskli kəsici alətlə ("laqonda") işləyərkən val yerindən çıxaraq sifət nahiyəsini kəsib və nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
19-06-2023, 15:27
Ümit Özdağ CHP qərargahına baş çəkdiTürkiyədə Zəfər Partiyasının sədri Ümit Özdağ Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahına baş çəkib. Burada o, CHP sədri Kemal Kılıçdaroğlu ilə 45 dəqiqəlik qapalı görüş keçirib. Görüşdə CHP sədrinin müavini və partiyanın baş katibi, eləcə də sözçü iştirak edib. "Seçkilərdən sonra bir dəyərləndirmə aparmaq imkanımız olmadı. Ona görə keçən həftə randevu istədim. Gözəl keçdi, təşəkkür edirəm", - Özdağ qeyd edib.
Xatırladaq ki, seçkilərin ikinci turunda Zəfər Partiyası Kılıçdaroğlunun prezidentliyə namizədliyini müdafiə edib.
19-06-2023, 15:13
Çindəki təmaslar əsaslı, səmimi və konstruktiv idi - Blinken"Çindəki təmaslar əsaslı, səmimi və konstruktiv idi". Nunu Pekində Çin sədri Si Tsinpinlə görüşün nəticələrini dəyərləndirən ABŞ dövlət katibi Antoni Blinken deyib. "ABŞ Tayvanla bağlı fikir ayrılıqlarının sülh yolu ilə həllinə ümid edir. Çində keçirilən görüşlərdə ABŞ-ın Çinin Tayvan boğazındakı hərəkətləri ilə bağlı narahatlığı məsələsi gündəmə gətirildi. ABŞ və Çin ikitərəfli münasibətlərin sabitləşdirilməsinin zəruriliyi barədə razılığa gəliblər. ABŞ Çinin Ukraynada sülhün bərqərar edilməsində konstruktiv rolunu alqışlayacaq. Pekində keçirilən görüşlərdə taxıl sazişinin saxlanmasının vacibliyi vurğulandı. Çinin xarici işlər naziri Vaşinqtona səfərə dəvət olundu, o, dəvəti qəbul etdi", - Blinken əlavə edib.
19-06-2023, 14:50
Yaşı 60 və yuxarı olan müəllimlər MİQ imtahanında iştirak etməyəcəkYaşı 60 və yuxarı olan müəllimlərin MİQ imtahanında iştirakı ləğv edilib. Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib. "20-24 iyul tarixində keçirilən imtahanda yaşı 60 və daha artıq olan müəllimlərin iştirakı nəzərdə tutulmur. Könüllü də iştirak edə bilməyəcəklər. Onların iştirakı ləğv olunub", - deyə qurum rəhbəri qeyd edib.
19-06-2023, 14:14
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
19-06-2023, 14:11
Ukraynanın birinci xanımı İsrailə səfər edibUkraynanın birinci xanımı Yelena Zelenskaya İsrailə səfər edib. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Səfər İsrail prezidentinin xanımı Mixal Hersoqun dəvəti ilə baş tutub. O, İsraildə prezident İsxak Hersoq və onun xanımı ilə görüşüb. "Genişmiqyaslı müharibə başlayandan bəri biz İsrailin birinci xanımı ilə psixi sağlamlıq sahəsində bir sıra layihələr üzərində işləyirik", - deyə Zelenskaya qeyd edib.