9-06-2023, 15:40
Aşot Paşinyanı oğurlayan qadına məhkəmə iş kəsdiErmənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamaqda təqsirli bilinən Qayane Akopyana məhkəmə tərəfindən iş kəsilib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Akopyan Paşinyanın oğlunun "oğurlanması" işində təqsirli bilinərək 3 il şərti cəza alıb ki, bunun 1 ili sınaq dövrü hesab olunur. O, məhkəmə zalından sərbəst buraxılıb.
9-06-2023, 15:36
Belarus-Rusiya münasibətləri əsasdır - Lukaşenko"Belarus-Rusiya münasibətləri Aİİ və MDB-nin əsasını təşkil edir". Bunu rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Belarus prezidenti Aleksandr Lukaşenko deyib. O qeyd edib ki, iki liderin Soçi görüşü çoxdan planlaşdırılıb: "Bu günlərdə burada Avrasiya Hökumətlərarası Şurasının və MDB Hökumət Başçıları Şurasının iclasları keçirilir". "Biz Moskvada sizinlə razılaşdıq ki, o vaxt yollarımız kəsişəcək, baş nazirlərimiz işləyəcək. Axı Belarus-Rusiya münasibətləri əsasdır. Hər hansı bir sualınız olarsa, cavablandıracağıq. Hesab edirəm ki, bu, bizim keçirdiyimiz hərtərəfli tədbirdir. Bəli, iqtisadi məsələlər var. Onlar qərar verirlər. Hərəkət etmək üçün yer var. Ən əsası odur ki, biz nə edəcəyimizi və hansı istiqamətdə hərəkət edəcəyimizi bilək”, - Aleksandr Lukaşenko bildirib.
9-06-2023, 14:20
İranın nüvə proqramına qarşı güc tətbiq etməyə hazırıq - İsrailin Baş naziriİsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranın nüvə proqramına qarşı güc tətbiq etməyə hazır olduğunu bildirib. Bu barədə "Sky News" telekanalı məlumat yayıb. Baş nazir İsrailin İranın nüvə proqramının qarşısını almaq üçün hərbi rıçaqlardan istifadə edəcəyini bəyan edib. “Mən tək diplomatiyanın işləyəcəyini düşünmürəm. İnanıram ki, diplomatiya yalnız real hərbi varianta müraciət etmək istəyi ilə birgə işləyə bilər",- deyə Netanyahu vurğulayıb. Onun sözlərinə görə, İranın nüvə proqramının qarşısının alınması cəhdləri heç bir nəticə verməyəcəksə, güclü qətnamə müzakirə oluna bilər.
9-06-2023, 14:06
Krımın şimal hissəsi boşaldılırRusiya işğal etdiyi Krımın şimalındakı idarələrə evakuasiyaya hazırlaşmaq əmri verib. Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb. Məlumata görə, işğalçılar yarımadanın dərinliklərinə və ya Rusiya Federasiyasının ərazisinə məcburi evakuasiya üçün əhalinin siyahısını tərtib etməyə başlayıb. İddialara əsasən, artıq Armyansk şəhərində müvafiq hazırlıq işləri görülüb. Qeyd olunub ki, həmin ərazidəki qondarma rejimin nümayəndələri, onların ailə üzvləri, texnika və sənədlərin çıxarılmasına başlanılıb. Lakin Rusiya tərəfi Krımın şimal hissəsinin boşaldılması ilə bağlı rəsmi açıqlama verməyib.
9-06-2023, 13:59
Akşener CHP ilə əməkdaşlıq üçün şərtini açıqladıTürkiyənin İYİ Partiyası ölkənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyası (CHP) ilə əməkdaşlıq üçün şərtini açıqlayıb. Bu barədə İYİ Partiyasının sədr müavini Erhan Usta danışıb. "Yerli seçkilərdə bəzi böyük şəhər bələdiyyələrinin İYİ Partiyaya buraxılması şərtilə CHP ilə əməkdaşlıq edilə bilər",- o deyib. İYİ Partiyasının əvvəlki seçkilərdə böyük şəhər bələdiyyələrini tələb etmədiyini bildirən sədr müavini, “bu, sırf mövcud siyasi mühiti dəyişmək üçün edilən əməkdaşlıq idi”, - deyə qeyd edib. “Siyasi partiyalar bir araya gələndə ancaq bir tərəfin fədakarlıq etməsini gözləmək olmaz", - Erhan Usta CHP-yə səslənib. Meral Akşenerin rəhbəri oldu partiyanın əməkdaşlıq təklifinə Kemal Kılıçdaroğlunun liderlik etdiyi CHP-nin necə reaksiya verəcəyi maraq doğurur. Onu da bildirək ki, Akşenerin Kılıçdaroğlunun müxalifətin prezidentliyə namizədi olmasına münasibəti birmənalı olmayıb.
9-06-2023, 13:48
Vaşinqton görüşü tezliklə baş tuta bilər - Erməni müavinErmənistan və Azərbaycan xarici işlər nazirləri arasında təxirə salınmış Vaşinqton görüşü tezliklə baş tuta bilər. Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryan yerli jurnalistlərə açıqlamasında bildirib. O, İrəvanın sülh sazişi ilə bağlı təkliflərinə Azərbaycanın cavabından söz açaraq qeyd edib ki, tərəflər arasında fikir mübadiləsi aparılır. “Vacib olan budur ki, son müzakirələr və danışıqlar zamanı tərəflərin mövqelərinin bir-birinə yaxınlaşması qeydə alınıb”, - Ermənistan rəsmisi vurğulayıb.
9-06-2023, 13:13
Ərdoğanın Azərbaycana səfəri gözlənilirTürkiyənin yenidən Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərinə hazırlaşır. Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək. Orada həmkarı Ersin Tatarla görüşəcək. Bir gün sonra, iyunun 13-də Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Türkiyə liderinin çərşənbə axşamı Azərbaycanda olacağı, Prezident İlham Əliyev ilə görüşəcəyi bildirilir.
9-06-2023, 13:04
Kolleclerdə yekun attestasiya imtahanı ləğv edilirOrta ixtisas təhsili müəssisələrində yekun attestasiya aparılmayacaq. Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib. Onun sözlərinə görə, bu il tələbələrin 50, gələn il isə 100 faizi yekun attestasiya imtahanı verməyəcək.
9-06-2023, 12:52
Paşinyan bu gün Putinlə görüşəcəkErmənistanın Baş naziri Nikol Paşinyan bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. O, görüşün Soçidə keçiriləcəyini bildirib. Qeyd edək ki, liderlər sonuncu dəfə mayın 25-də Moskvada görüşüblər.
9-06-2023, 12:41
Növbəti tədris ilindən dövlət imtahanı ləğv olunacaqNövbəti tədris ilindən etibarən tələbələr dövlət imtahanı verməyəcək. Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşündə deyib. Nazirlik rəsmisi bildirib ki, bu il yalnız 4 ixtisas üzrə ali təhsil müəssisələrini bitirənlərə dövlət yekun attestasiyası şamil olunmayacaq. Ümumilikdə isə təxminən 2500 nəfərə şamil olunacaq.