Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
10-06-2023, 15:30
Ruslar su altında qalan Xerson əyalətini atəşə tutdu


Ruslar su altında qalan Xerson əyalətini atəşə tutdu

Rusiya qoşunları "Kaxovka" su elektrik stansiyasının partladılması nəticəsində su altında qalan Xerson vilayətini atəşə tutub. Bu barədə vilayətin hərbi administrasiyası məlumat yayıb. Bildirilib ki, Rusiya hərbçiləri vilayətə artilleriya zərbələri endirib. Zərbələr nəticəsində 52 və 25 yaşlı iki kişi yaralanıb. Yaralanan şəxslərin daşqından əziyyət çəkən sakinlərə kömək edən könüllülər olduğu deyilir.
10-06-2023, 14:23
17 yaşlı gəncin meyiti kanaldan tapıldı


17 yaşlı gəncin meyiti kanaldan tapıldı

Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batmış 1 nəfərin axtarışları başa çatıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışı aparılan 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlunun meyiti batdığı ehtimal olunan yerdən 450 metr aralıda aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
10-06-2023, 14:10
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdi


SOCAR Ukraynaya 20 ton yanacaq göndərdi

Dövlət Neft Şirkəti (SOCAR) Ukraynaya 20 ton yanacaq verib. Bu barədə SOCAR məlumat yayıb. Məlumata görə, Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə SOCAR Ukraynanı 20 ton yanacaqla təmin edib.
10-06-2023, 14:10
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdi


SOCAR Ukraynaya 20 ton yanacaq göndərdi

Dövlət Neft Şirkəti (SOCAR) Ukraynaya 20 ton yanacaq verib. Bu barədə SOCAR məlumat yayıb. Məlumata görə, Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə SOCAR Ukraynanı 20 ton yanacaqla təmin edib.
10-06-2023, 14:10
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdi


SOCAR Ukraynaya 20 ton yanacaq göndərdi

Dövlət Neft Şirkəti (SOCAR) Ukraynaya 20 ton yanacaq verib. Bu barədə SOCAR məlumat yayıb. Məlumata görə, Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə SOCAR Ukraynanı 20 ton yanacaqla təmin edib.
10-06-2023, 13:50
Hərbiçimiz odlu silahdan atəş nəticəsində həlak oldu


Hərbiçimiz odlu silahdan atəş nəticəsində həlak oldu

Dövlət Sərhəd Xidmətinin (DSX) 2000-ci il təvəllüdlü müddətdən artıq xidmət keçən hərbçisi (MAXE) Rahil Əhmədov odlu silahdan açılan atəş nəticəsində həlak olub. Hadisə Qubadlı rayonunda baş verib. Bildirilir ki, hərbçi odlu silahla ehtiyatsız davranıb. Faktla bağlı araşdırma aparılır. Məlumata görə, Rahil Əhmədov Göyçay rayonunun Mallı-Şıxlı kəndində doğulub.
10-06-2023, 13:05
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyunun 11-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz. Gecə və səhər zəif duman. Mülayim cənub küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
10-06-2023, 12:49
Tokayev bu ilki Beynəlxalq İqtisadi Forumda iştirak etməyəcək


Tokayev bu ilki Beynəlxalq İqtisadi Forumda iştirak etməyəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu il Sankt-Peterburqda keçiriləcək Beynəlxalq İqtisadi Forumda iştirak etməyəcək. Bu barədə "Reuters" agentliyi Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Qərarın səbəbləri açıqlanmayıb. Forumda Qazaxıstanı baş nazirin müavini Roman Sklyar və iqtisadiyyat nazirinin müavini Timur Jaksılıkov təmsil edəcək. Forum 14-17 iyun tarixlərində keçiriləcək. Tədbir “Suveren inkişaf ədalətli dünyanın əsasıdır. Gələcək nəsillər naminə gücümüzü birləşdirək” adı altında baş tutacaq. Proqrama 140 tədbir və 1000 məruzəçinin iştirakı daxildir. Vladimir Putinin ənənəvi olaraq iyunun 16-da forumda çıxış edəcəyi gözlənilir.
10-06-2023, 12:36
Ombudsman əsir götürülmüş hərbiçilərimizlə bağlı etiraz etdi


Ombudsman əsir götürülmüş hərbiçilərimizlə bağlı etiraz etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan hərbi qulluqçusunun həbs müddətinin uzadılmasına etiraz edib. Etiraz bəyanatında xatırladılıb ki, 2023-cü il aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum ediliblər: "Bu dövr ərzində onlar vəkillə təmin olunmamış, müxtəlif işgəncələrə və pis rəftara məruz qalmış və beləliklə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulmuşdur. Təəsüflə qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı dəfələrlə edilən müraciətlərə baxmayaraq, düşmənçilik mövqeyini hələ də davam etdirən Ermənistan hakimiyyəti həmin şəxslərin həbs müddətini uzatmaqla növbəti dəfə beynəlxalq hüququn tələblərini heçə sayaraq, aparılan sülh danışıqlarına zərbə vurmaq niyyətini nümayiş etdirmişdir. Ermənistan tərəfindən keçirilmiş qondarma "məhkəmə prosesi" nəticəsində hərbi qulluqçularımızın qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və bu günlərdə onların həbs müddətinin uzadılması ilə bağlı verilmiş qərəzli "qərar"ın beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə zidd olduğunu bildirir və əsgərlərimizin dərhal azad olunmasını bir daha qəti şəkildə tələb edirik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, beynəlxalq ictimaiyyəti bir daha əsirlikdə olan hərbi qulluqçularımızın azad edilməsi məqsədilə ciddi və təsirli addımlar atmağa çağırıram".
10-06-2023, 11:42
Ankarada yerləşən raket zavodunda partlayış baş verdi - 5 nəfər öldü


Ankarada yerləşən raket zavodunda partlayış baş verdi - 5 nəfər öldü

Türkiyənin paytaxtı Ankarada yerləşən raket zavodunda güclü partlayış baş verib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə MKE raket və partlayıcı zavodunda qeydə alınıb. İlkin məlumata görə, partlayış nəticəsində 5 nəfər ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!