Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
12-06-2023, 11:37
Hərbi qulluqçumuz qətl törətdi, özü də bıçaqlandı


Hərbi qulluqçumuz qətl törətdi, özü də bıçaqlandı

Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən "Dəniz" adlı kafedə şəxslər arasında yaranmış mübahisə nəticəsində Tapdıqov Teymur Cümşüd oğlunun ölməsi, Tapdıqov Samir Cümşüd oğlunun və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Elpərəs Bəhman oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Şəmkir hərbi prokurorluğunda cinayət işi istintaq edilir. Bu barədə Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib. Onun sözlərinə görə, aparılmış istintaqla İbrahimov Elpərəs Bəhman oğlunun sözügedən məkanda bıçaqla Tapdıqov Teymur Cümşüd oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən E.B.İbrahimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham elan edilərək, Şəmkir hərbi prokurorunun təqdimatına əsasən Gəncə Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, istintaq zamanı, həmçinin, Tapdıqov Seymur Cümşüd oğlunun qeyd olunan məkanda bıçaqla İbrahimov Elpərəs Bəhman oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunduğundan S.C.Tapdıqova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə ittiham elan edilərək, Şəmkir hərbi prokurorunun təqdimatına əsasən, Gəncə Hərbi Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.
12-06-2023, 11:21
İranın iqtisadiyyat üzrə vitse-prezidenti istefa verdi


İranın iqtisadiyyat üzrə vitse-prezidenti istefa verdi

İran prezidentinin iqtisadiyyat üzrə vitse-prezidenti Möhsün Rezai istefa verib. Bu barədə Möhsün Rezainin ofisindən bildirilib. Məlumata görə, o, istefasını İqtisadi Əlaqələndirmə Şurasının katibliyində daimi olması ilə izah edib. Bildirilib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei İqtisadi Əlaqələndirmə Şurasının uğursuzluğunu tənqid etmişdi. S.Ə.Xamənei Prezident Rəisiyə katibliyin işini təşkil etmək üçün Möhsün Rezainin bu vəzifəyə təyin olunmasını təklif edib. Xatırladaq ki, Möhsün Rezai 2022-ci ilin sentyabrında vitse-prezident vəzifəsinə təyin olunmuşdu. Qeyd edək ki, bir müddət əvvəl İranın daha bir vitse-prezidenti Məsud Mirkazemi də istefa vermişdi.
12-06-2023, 10:59
Prezident Putinə təbrik məktubu ünvanladı


Prezident Putinə təbrik məktubu ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik ünvanlayıb. Təbrikdə deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı – Rusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanı və Rusiyanı xalqlarımız arasındakı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri bağlayır. Bu gün bizim dövlətlərarası əlaqələrimiz, gündən-günə yeni sahələri əhatə edən sıx və etibarlı tərəfdaşlıq münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Böyük məmnuniyyətlə Azərbaycan-Rusiya əlaqələrinin ruhunu və xarakterini əks etdirən, gələcək illər üçün çoxplanlı qarşılıqlı fəaliyyəti müəyyənləşdirən Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməni qeyd etmək istərdim. Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da gələcək əlaqələrimizin möhkəmlənməsinə, ticari-iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsinə xalqlarımızın və ölkələrimizin tərəqqisi naminə fəal kömək edəcəyik. Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, dost Rusiya xalqına isə səadət və rifah arzulayıram.
11-06-2023, 18:21
Türkiyə ordusunun 2 hərbiçisi şəhid oldu


Türkiyə ordusunun 2 hərbiçisi şəhid oldu

İraqın şimalında həyata keçirilən “Pəncə Kilid” bölgəsində Türkiyə ordusunun iki hərbçisi həlak olub. Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya tviter hesabında yazıb. Nazir bildirib ki, əməliyyat çərçivəsində çavuş Cem Ahmet Kaya və Halil Şahin şəhid olublar. Ali Yerlikaya hərbçilərə rəhmət diləyib, ailələrinə, Türkiyə ordusuna və xalqına başsağlığı verib.
11-06-2023, 15:50
Məcburi köçkünlərin Füzuli və Ağdama köçürüləcəyi vaxt açıqlandı


Məcburi köçkünlərin Füzuli və Ağdama köçürüləcəyi vaxt açıqlandı

Keçmiş məcburi köçkünlərin Füzuli və Ağdama köçürüləcəyi vaxt açıqlanıb. Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib ki, ilk növbədə, sosial şəraiti ağır olan, qəzalı vəziyyətdəki müvəqqəti məskunlaşma yerlərində yaşayan, eyni zamanda, tərkibində iş qabiliyyəti olan şəxslərə aid ailələrin məskunlaşmasına üstünlük verilir. "Məsələn, Böyük Qayı­dış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mər­hələdə bu cür şəraitdə yaşayan 20 məc­buri köçkün ailəsinin (90 nəfər) köçürül­məsi bunun bariz ifadəsidir", - E.Hüseynov deyib. Onun sözlərinə görə, hazırda Füzulidə 6 məhəllə inşa olu­nur: "38 binada tikinti-quraşdırma əməliy­yatları sürətlə aparılır. 800 ailənin həmin yaşayış sahəsinə ilin sonunadək köçürül­məsi nəzərdə tutulur. Bu proses iki mər­hələdə planlaşdırılır. Sentyabr ayına kimi reallaşacaq birinci mərhələdə 260 ailənin məskunlaşdırılması gözlənilir". E.Hüseynov qeyd edib ki, əsas məqsəd işğaldan azad olunmuş əra­zilərdə bərpa və reabilitasiya prosesinin ilk mərhələsində Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulması, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafı istiqamətində nəzərdə tutulan layihələrin yüksək key­fiyyətlə, eyni zamanda nəzərdə tutulan vaxtda həyata keçirilməsidir. Xüsusi nümayəndə əlavə edib ki, Ağdam şəhərində ərazi geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaş­manın gələn ilin sonunda başlanacağı nəzərdə tutulur. "Ümumiyyətlə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır", - E.Hüseynov əlavə edib.
11-06-2023, 15:50
Məcburi köçkünlərin Füzuli və Ağdama köçürüləcəyi vaxt açıqlandı


Məcburi köçkünlərin Füzuli və Ağdama köçürüləcəyi vaxt açıqlandı

Keçmiş məcburi köçkünlərin Füzuli və Ağdama köçürüləcəyi vaxt açıqlanıb. Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib ki, ilk növbədə, sosial şəraiti ağır olan, qəzalı vəziyyətdəki müvəqqəti məskunlaşma yerlərində yaşayan, eyni zamanda, tərkibində iş qabiliyyəti olan şəxslərə aid ailələrin məskunlaşmasına üstünlük verilir. "Məsələn, Böyük Qayı­dış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mər­hələdə bu cür şəraitdə yaşayan 20 məc­buri köçkün ailəsinin (90 nəfər) köçürül­məsi bunun bariz ifadəsidir", - E.Hüseynov deyib. Onun sözlərinə görə, hazırda Füzulidə 6 məhəllə inşa olu­nur: "38 binada tikinti-quraşdırma əməliy­yatları sürətlə aparılır. 800 ailənin həmin yaşayış sahəsinə ilin sonunadək köçürül­məsi nəzərdə tutulur. Bu proses iki mər­hələdə planlaşdırılır. Sentyabr ayına kimi reallaşacaq birinci mərhələdə 260 ailənin məskunlaşdırılması gözlənilir". E.Hüseynov qeyd edib ki, əsas məqsəd işğaldan azad olunmuş əra­zilərdə bərpa və reabilitasiya prosesinin ilk mərhələsində Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulması, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafı istiqamətində nəzərdə tutulan layihələrin yüksək key­fiyyətlə, eyni zamanda nəzərdə tutulan vaxtda həyata keçirilməsidir. Xüsusi nümayəndə əlavə edib ki, Ağdam şəhərində ərazi geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaş­manın gələn ilin sonunda başlanacağı nəzərdə tutulur. "Ümumiyyətlə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır", - E.Hüseynov əlavə edib.
11-06-2023, 15:17
Bu il Türkiyəyə 10,2 milyard kubmetr qaz nəql olunacaq


Bu il Türkiyəyə 10,2 milyard kubmetr qaz nəql olunacaq

Bu il TANAP-dan Türkiyəyə 10,2 milyard kubmetr qaz nəql olunacaq. Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "Anadolu" agentliyinə müsahibəsində bildirib. Səfir qeyd edib ki, bu il 22,2 milyard kubmetr qaz ixracı gözlənilir ki, bunun da 10,2 milyard kubmetri Türkiyəyə, 12 milyard kubmetri isə Avropayadır. Azərbaycandan İtaliyaya qədər uzanan Bakı-Tbilisi-Ərzurum, TANAP və Trans-Adriatik Boru Kəmərinin (TAP) ümumi investisiya dəyərinin 40 milyard dollar olduğunu deyən R.Məmmədov vurğulayıb ki, TANAP-ın fəaliyyətə başladığı gündən bu yana 46 milyard kubmetr qaz nəql olunub ki, bunun 22 milyard kubmetri Türkiyəyə, 24 milyardı isə Avropaya tədarük edilib. Statistik göstəricilərə əsasən, 2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz nəqli 8 milyard 705 milyon kubmetr təşkil edib. Sözügedən qaz nəqlinin bu il 10,2 milyard kubmetrə çatdırılması illik bazda təxminən 1,5 milyard kubmetr artım deməkdir. R.Məmmədov əlavə edib ki, ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması həm Azərbaycanın, həm də müxtəlif dövlətlərin qazının həmin kəmər vasitəsilə Avropa dövlətlərinə göndərilməsinə imkan verəcək: "Bu, həm Azərbaycan, həm də Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolunu artıracaq". Azərbaycanın Türkiyənin enerji sektoruna yatırdığı sərmayələrə gəlincə, səfir deyib ki, bu meqalayihələrə əlavə olaraq, SOCAR-ın Türkiyənin enerji sektoruna yatırdığı ikitərəfli investisiya məbləği 20 milyard dollar civarındadır.
11-06-2023, 15:00
Ali təhsil müəsislərinin magistraturalarına qəbul imtahanı keçirildi


Ali təhsil müəsislərinin magistraturalarına qəbul imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib. Bu barədə DİM-dən bildirilib. İmtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Abşeron, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 binada keçirilib. İmtahanda iştirak üçün 17705 bakalavr ərizə təqdim edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. İyunun 12-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
11-06-2023, 14:44
Doktorantura və dissertanturaya qəbul imtahanı keçirildi


Doktorantura və dissertanturaya qəbul imtahanı keçirildi

Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanı keçirilib. Bu barədə DİM-dən bildirilib. İmtahan Bakı və Naxçıvan şəhərlərdə təşkil olunub. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. İmtahanda namizədlərə xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub. İlkin məlumatlara əsasən bir imtahan zalında əvvəlcədən gizlədilmiş “ağıllı” saat aşkar olunub və sahibinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır. İmtahan nəticələri danışıq bloku və yazılı tapşırıqların yoxlanılması prosesi başa çatdıqdan sonra 3 həftə ərzində elan olunacaq. Danışıq bloku üzrə imtahanın iyunun 16-dan 19-dək keçirilməsi planlaşdırılır. Xatırladaq ki, həm xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala ilə qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə qəbul imtahanında minimum 25 bal, fəlsəfə doktoru imtahanında isə azı 30 bal toplamış iddiaçılar, habelə əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 12-də keçiriləcək. Qeyd edək ki, iyunun 11-də keçirilən imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər isə ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.

11-06-2023, 14:10
Qırğızıstan Prezidenti 10 il müddətinə azadlıqdan məhrum edildi


Qırğızıstan Prezidenti 10 il müddətinə azadlıqdan məhrum edildi

2005-2010-cu illərdə Qırğızıstan Prezidenti olmuş Kurmanbek Bakiyev Kumtor qızıl mədənində korrupsiya faktı ilə bağlı qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib. “Məhkəmənin qərarı ilə Kurmanbek Bakiyev cinayət törətməkdə təqsirli bilinib, o, əmlakı müsadirə olunmaqla və üç il müddətinə dövlət vəzifəsi tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib”, - Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidmətinin nümayəndəsi bildirib. Məlumata görə, baxılan iş “Kumtor” mədənində korrupsiyaya aiddir. Bundan başqa, daha bir neçə keçmiş məmur, həmçinin eks-prezidentin kiçik oğlu Maksim Bakiyev də təqsirləndirilən şəxslər arasındadır. Qeyd edək ki, K.Bakiyev 2010-cu ilin aprelində dövlət çevrilişi nəticəsində devrilib. O, təhlükəsizlik məqsədilə respublikanı tərk edib və hazırda Belarusda yaşayır. Bişkek Minskdən keçmiş dövlət başçısının ekstradisiyasını dəfələrlə tələb etsə də, hər dəfə buna rədd cavabı verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!