Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
8-06-2023, 12:58
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
8-06-2023, 12:41
Ukrayna prezidenti Xersona səfər etdi


Ukrayna prezidenti Xersona səfər etdi

Ukrayna prezidenti Volodimir Zelenski Xersona səfər edib. Bu barədə o, özünün teleqram kanalında məlumat yayıb. Məlumata görə, Zelenski Xersonda iclas keçirib, "Koxovka" su elektrik stansiyasının partladılması nəticəsində yaranan daşqınlar zamanı itkilərin hesablanması və insanlara kompensasiya verilməsi üçün vəsaitin ayrılmasının vacibliyini qeyd edib. İclasda regionda yaranmış əməliyyat şəraiti, əhalinin potensial daşqın zonalarından təxliyəsi, fövqəladə vəziyyətin aradan qaldırılması kimi məsələlər müzakirə olunub.
8-06-2023, 12:01
BQXK Azərbaycanda saxlanılan erməni hərbiçilərlə görüşdü


BQXK Azərbaycanda saxlanılan erməni hərbiçilərlə görüşdü

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bu yaxınlarda Azərbaycan Ordusu tərəfindən saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər. Bu barədə BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Məlumata görə, görüş iyunun 7-də baş tutub. Qeyd olunub ki, saxlanılan şəxslərlə təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. "Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - açıqlamada vurğulanıb.
8-06-2023, 11:55
İranlı həkimlər müalicəyə gedən azərbaycanlıları “tələyə” salmağa çalışır


İranlı həkimlər müalicəyə gedən azərbaycanlıları “tələyə” salmağa çalışır

İrana gedən azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi xidmət orqanlarının əməkdaşları olması barədə iddialar yayılıb. Yeni həkimlər azərbaycanlı xəstələri “tələyə” salmağa çalışırlar. Hətta onları casusluğa cəlb edirlər. Buna görə də İrana müalicə üçün gedən azərbaycanlılardan diqqətli olmaları, yeni və tanımadıqları həkimlərlə ünsiyyət qurmamaları xahiş olunur.
8-06-2023, 11:39
“Barselona” Neymarı geri qaytarmağa qərar verdi


“Barselona” Neymarı geri qaytarmağa qərar verdi

Lionel Messini heyətinə qata bilməyən “Barselona”nın yeni hədəfi bəlli olub. İspaniya nəhəngi Neymarı geri qaytarmağa qərar verib. PSJ-nin braziliyalı ulduzunun keçidində əsas problem onun maaşının yüksək olmasıdır. PSJ də transfer üçün böyük məbləğ tələb edə bilər. Qeyd edək ki, PSJ-dən ayrıldıqdan sonra azad agent olan Messi “İnter Mayami”yə keçəcəyini açıqlayıb.
8-06-2023, 11:06
İran 2 atom elektrik stansiyasının tikintisinə başladı


İran 2 atom elektrik stansiyasının tikintisinə başladı

İran Buşəhrdə 2 atom elektrik stansiyasının tikintisinə başlayıb. IRNA-nın məlumatına görə, buşəhrdə hər birinin gücü 1800 meqavat olan 2 atom elektrik stansiyasının tikintisinə başlanılıb. Qeyd edilib ki, sözügedən layihələrdə bir nəfər də olsun xarici işçi yoxdur və bu atom elektrik stansiyalarının icra əməliyyatlarının bütün mərhələləri iranlı mütəxəssislər tərəfindən həyata keçirilir.
8-06-2023, 10:47
QHT-lər Ermənistanın yeni ekoloji fəlakəti əleyhinə bəyanat yaydılar


QHT-lər Ermənistanın yeni ekoloji fəlakəti əleyhinə bəyanat yaydılar

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıblar. Bəyanatda deyilir: "Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 m, sahəsi 16 500 kvadratmetr olacaq. Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır. Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Ermənistanın bu tələblərə riayət etməməsi bir daha onu göstərir ki, Ermənistan regionda destruktiv siyasət aparır, tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozur. Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji terror və ekosid siyasətinin aparılması yenilik deyil. “Metsamor”un uzun illər regionun ətraf mühitinə təhdid kimi qalması, işğal dövründə Qarabağda törədilmiş geniş miqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır. Ermənistan Oxçuçayı kəskin şəkildə çirkləndirib. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi hissənin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyub. Alman şirkəti “Cronimet” bu ekoloji cinayətdə Ermənistanla birgə iştirak edib. Təəssüflər olsun ki, bu günə qədər də Almaniya hökuməti bu istiqamətdə heç bir praktik addım atmayıb. Törətdiyi ekoloji cinayətlərlə Ermənistan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və sanitariya ilə bağlı 6-cı, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair 13-cü, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərinin tamamilə əleyhinə gedir. Məlum olduğu kimi, 2022-ci ildə BMT təmiz, sağlam və davamlı ətraf mühiti insan hüququ kimi tanımışdır. Ermənistan ekologiyaya ciddi ziyan vurmaqla, Azərbaycan, o cümlədən region əhalisinin insan hüquqlarını kobud şəkildə pozur. Bundan başqa, müxtəlif beynəlxalq sənədlər, o cümlədən biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir. Bu halda da Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur və sırf özünün iqtisadi maraqlarını önə çəkir. Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları olaraq biz, başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq. Amerika Birləşmiş Ştatları hökumətinə müraciət edirik ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın. Amerika Birləşmiş Ştatları rəsmiləri, o cümlədən Azərbaycandakı və Ermənistandakı ABŞ səfirlikləri susmamalı, məsələyə münasibət bildirməlidirlər.
Biz buradan Ermənistandakı ekofəallara da müraciət edirik. Bu, ilk növbədə, Ermənistanın özünün də ekoloji vəziyyətinə mənfi təsir edəcək. Bölgəni təhlükəyə sürükləyən bu prosesi durdurmaq üçün hərəkət zamanıdır".
8-06-2023, 10:43
Ukraynanın Kardaşinka kəndi su altında qaldı


Ukraynanın Kardaşinka kəndi su altında qaldı

Ukraynanın "Kaxovka" su elektrik stansiyasının (SES) partladılması nəticəsində Rusiyanın işğal etdiyi Kardaşinka kəndi su altında qalıb. Bu barədə "ASTRA" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, daşqın nəticəsində kənd sakinləri böyük təhlükə ilə üzləşiblər. "Beş nəfərdən ibarət ailəm oradadır. Biri xərçəng xəstəsi olan iki nənəm, əmim arvadı 13 yaşlı oğlu ilə kənddə qalıb. Çarəsizlikdən dağa sığınan çox sayda adam var. Bəziləri deyir ki, artıq ölənlər var", - Kardaşinkada qalan sakinlərin yaxınları bildiriblər. Hazırda vəziyyətin acınacaqlı olduğunu deyən yerli vətəndaşlar dövlət qurumlarından kömək istəyiblər.
8-06-2023, 10:24
Ruslar Dneprin sol sahilində olan mövqeylərini itirdilər


Ruslar Dneprin sol sahilində olan mövqeylərini itirdilər

"Kaxovka" Su Elektrik Stansiyasının partlaması nəticəsində Rusiya hərbçiləri Dneprin sol sahilində olan mövqeylərini itiriblər. Bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat verib. Analitiklərin fikrincə, "Kaxovka" su elektrik stansiyasının bəndinin dağıdılması cəbhədə Xerson sektorunun coğrafiyasını və topoqrafiyasını xeyli dəyişib. Daşqın Dnepr çayının şərq sahilində hazırlanmış Rusiya müdafiə mövqelərini, xüsusən, Qola Pristan və Aleşkidəki bir sıra mövqeləri ciddi şəkildə dağıdıb.
8-06-2023, 10:04
Ukraynanın Xerson vilayətini su basdı


Ukraynanın Xerson vilayətini su basdı

Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətinin 600 kv. km sahəsini su basıb. Bunu Xerson vilayətinin dövlət administrasiyasının başçısı Aleksandr Proskudin bildirib. Onun sözlərinə görə, Dnepr çayının sağ sahilinin 32 faizini, sol sahilinin isə 68 faizini su basıb. Aleksandr Proskudin deyib ki, həmin ərazidə suyun səviyyəsi 5,61 metrdir. Ərazidən 1999 nəfər təxliyə edilib. O, bu prosesin davam etdiyini deyib. Qeyd edək ki, Ukraynada Kaxovka SES-in bəndi partladılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!