Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
2-06-2023, 22:38
Heç bir NATO ölkəsini müharibəyə sürükləməyəcəyik - Zelenski


Heç bir NATO ölkəsini müharibəyə sürükləməyəcəyik - Zelenski

Müharibə bitməsə, Ukrayna NATO-ya üzv ola bilməyəcək. Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. "Biz adekvat insanlarıq və başa düşürük ki, heç bir NATO ölkəsini müharibəyə sürükləməyəcəyik. Ona görə də başa düşürük ki, bu müharibə davam edərkən biz NATO üzvü olmayacağıq. İstəmədiyimizə görə yox, ona görə ki, mümkün deyil”, - o, Estoniya prezidenti Alar Karis ilə birgə brifinq zamanı bildirib. Zelenski bundan əvvəl deyib ki, Kiyevin NATO-ya qəbulundan əvvəl Avropa liderlərinin ifadə edəcəyi şübhələr Rusiyanı daha çox hücum etməyə sövq edəcək.
2-06-2023, 21:46
Əsas odur ki, Rusiya görür, həm də hiss edir - Zelenski


Əsas odur ki, Rusiya görür, həm də hiss edir - Zelenski

Rusiya Ukrayna ordusunun əks-hücum əməliyyatını görməli və hiss etməlidir, bu məqsəd ölkəmiz üçün prioritet məsələlərdən biridir. Bunu estoniyalı həmkarı ilə keçirdiyi mətbuat konfransı zamanı Ukrayna lideri Volodimir Zelenski bildirib. "Bu, film deyil, əks-hücum əməliyyatını necə görəcəyinizi söyləmək mənim üçün çətindir. Əsas odur ki, Rusiya bunu görür və nəinki görür, həm də hiss edir”, - deyə Ukrayna dövlətinin başçısı bildirib. Onun sözlərinə görə, Ukrayna ordusu əraziləri ruslardan azad etməyə başlayanda xalq anlayacaq ki, artıq əks-hücum gedir.
2-06-2023, 19:49
Erməni silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu


Erməni silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

İyunun 2-si saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 18:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
2-06-2023, 18:27
İran və Səudiyyə XİN rəhbərləri arasında rəsmi görüş baş tutdu


İran və Səudiyyə XİN rəhbərləri arasında rəsmi görüş baş tutdu

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl Səud ilə görüşüb. Görüş Cənubi Afrika Respublikasının Keyptaun şəhərində baş tutub. BRİCS Xarici İşlər Nazirləri toplantısı çərçivəsində aparılan danışıqlar iki ölkənin XİN başçıları arasında son üç ayda keçirilən ikinci rəsmi görüşdür. Görüşün detalları hələlik açıqlanmayıb.
2-06-2023, 17:39
Mikayıl Cabbarov Gürcüstanın Baş naziriylə görüşdü


Mikayıl Cabbarov Gürcüstanın Baş naziriylə görüşdü

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Bu barədə Mikayıl Cabbarov özünün "Twitter" hesabında məlumat paylaşıb. "Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin qəbulunda olduq. Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə etdik, birgə həyata keçirilən layihələrin önəmi və iqtisadi əlaqələrin genişləndirilməsi sahəsində təşəbbüslər barədə fikirlərimizi bölüşdük", - nazir bildirib.
2-06-2023, 16:47
Ərdoğanın kitabı tərcümə edilərək Rusiyada təqdim olundu


Ərdoğanın kitabı tərcümə edilərək Rusiyada təqdim olundu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabı Rusiyada təqdim olunub. “Daha ədalətli dünya mümkündür” adlanan kitab rus dilinə tərcümə edilib. Ərdoğanın kitabı BMT-də islahatlar aparılması ilə bağlıdır. Kitab Moskvada Qırmızı Meydanda keçirilən festivalda təqdim olunub. Qeyd edək ki, “Daha ədalətli dünya mümkündür” Azərbaycanda da satışa çıxarılıb.
2-06-2023, 16:09
Şərur rayonunda Günəş Elektrik Stansiyası istifadəyə verildi


Şərur rayonunda Günəş Elektrik Stansiyası istifadəyə verildi

İyunun 2-də Şərur rayonunda gücü 3 meqavat olan yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verib ki, Şərur Günəş Elektrik Stansiyasının layihə gücünün daha 3 meqavat artırılaraq 11 meqavata çatdırılması üçün 10 may 2022-ci il tarixdə İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanıb. Kənd təsərrüfatına yararsız 5,3 hektar ərazidə şirkətin Naxçıvanda yerləşən “Duzqala” MMC podratçı şirkəti tikinti-quraşdırma işlərini həyata keçirib, stansiyada hər birinin gücü 330 Vatt olan 9108 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovatt olan 60 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunmuş 3 ədəd 35/0,4 kilovoltluq 1250 kilovatt gücündə transformator yarımstansiyası quraşdırılıb. Stansiyada, ümumilikdə, 11 video-müşahidə kamerası qoyulub. Səlahiyyətli nümayəndə günəş elektrik stansiyalarının qurulması ilə bərabər, enerji saxlanmasının vacibliyini xüsusilə, vurğulayıb. Sonra stansiyaya baxış olub. Qeyd olunub ki, mövcud 8 meqavat stansiyanın qapalı paylayıcı quruluşundan yeni 3 meqavat stansiyaya qədər 35 kilovoltluq əlaqələnmə güc kabeli və digər kommunikasiya kabelləri döşənib. Stansiyada daxilində 7 ədəd 35 kilovoltluq hücrələr olan ümumi qapalı paylayıcı quruluş tikilib. Şərur Günəş Elektrik Stansiyası 110/35/10 kilovoltluq “Şərur” yarımstansiyasından qidalanan 35 kilovoltluq “Arpaçay” hava elektrik verilişi xəttinə 2 dövrəli hava xətti ilə qoşulub. Stansiyanın layihə gücü 11 meqavata çatdırıldığı üçün il ərzində 16,5 milyon kilovatt-saat elektrik enerjisi istehsal ediləcək ki, bu da Şərur rayonunun elektrik enerjisinə olan tələbatının 21 faizini təşkil edəcək. Bununla da Naxçıvan Muxtar Respublikasında günəş elektrik stansiyalarının gücü 39 meqavata, illik istehsal gücü isə 58,5 milyon kilovatt-saata çatdırılacaq. Bildirilib ki, “Pure Energy Development” SARL şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə “Mitsubishi L200” markalı avtomobil hədiyyə edilib. Stansiya ilə tanışlıqdan sonra Dövlət Energetika Xidmətinin əməkdaşları ilə görüşən səlahiyyətli nümayəndə deyib ki, Naxçıvanda Azərbaycanın digər bölgələri ilə müqayisədə günəş radiasiyasının faizi olduqca yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanı, ümumilikdə, “yaşıl enerji” dəhlizinə çevirməyi qarşısına məqsəd qoyduğunu bildirib, bunu üzərimizə strateji vəzifə kimi qoyub. İsveçrənin “Pure Energy Development” SARL şirkətinin icracı direktoru Mişel Kalerami deyib ki, bu gün Naxçıvan Muxtar Respublikası üçün əlamətdar bir gündür: “3 meqavat gücündə Günəş Elektrik Stansiyası uğurla tamamlanaraq istifadəyə verilir. Bunun üçün Naxçıvan sakinlərini təbrik edirəm. Şirkətim adından Naxçıvan Muxtar respublikasında enerji sektoruna az da olsa töhfə verdiyim üçün məmnunluq ifadə etmək istərdim. 2015-ci ildən etibarən burada olmaqla bizim əsas hədəfimiz ən yüksəkkeyfiyyətli Avropa komponentləri ilə yüksək standartlara uyğun günəş elektrik stansiyalarının tikilməsi olub. Coğrafi mövqeyi və əlverişli iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Təsadüfi deyil ki, Naxçıvan alternativ enerji üzrə regionda lider hesab olunur. Yeni stansiyaların tikintisi ilə birlikdə növbəti addım Naxçıvanda “Yaşıl enerji”nin toplanması olacaq. Azərbaycan hökumətinin dəstəyi sayəsində əminəm ki, Naxçıvan qısa zamanda “Yaşıl enerji” zonasına çevriləcək. Yaradılan şəraitə və dəstəyə görə təşəkkür edir, əməkdaşlığımızın gələcəkdə də davam etməsini diləyirəm”.
2-06-2023, 16:03
Polşa Prezidentindən İlham Əliyevə təbrik məktubu


Polşa Prezidentindən İlham Əliyevə təbrik məktubu

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Polşa Respublikası adından və şəxsən öz adımdan Sizə, ölkənizə, bütün vətəndaşlarınıza səmimi-qəlbdən təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Polşa Respublikası ilə Azərbaycan Respublikasının dinamik inkişaf edən ikitərəfli əlaqələri ölkələrimiz arasında hörmətin, rəğbətin, əməkdaşlığa verilən əhəmiyyətin ən yaxşı ifadəsidir. Azərbaycan Polşa üçün Cənubi Qafqaz regionunda çox mühüm tərəfdaşdır və biz Azərbaycanla bir çox sahələrdə - iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində və ölkələrimizin yüksək iqtisadi potensialına uyğun səviyyəyə çatdırılmasında xüsusilə maraqlıyıq. Hörmətli cənab Prezident, Sizə cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının bütün vətəndaşlarına sülh, əmin-amanlıq, ölkənizin hərtərəfli inkişafının möhkəmləndirilməsi üçün fəaliyyətinizdə uğurlar arzulayıram. Cənab Prezident, fürsətdən istifadə edərək, Sizin üçün əlverişli vaxtda Polşaya dəvətimi təkrarlayıram".
2-06-2023, 15:52
Bəzi rayonlara dolu düşüb


Bəzi rayonlara dolu düşüb

Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 15:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Gəncə, Lerikdə yağış yağıb, Gədəbəy rayonunun Slavyanka, Maarif, Daşbulaq, Nərimankənd və Söyüdlü kəndlərinə saat 14:30-14:40 radələrində dolu düşüb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Aran rayonlarında isə 23-27 dərəcə isti qeydə alınıb. Respublikanın bəzi çaylarında sululuq azalıb, Qarasuçay-Zərdab çayında isə 21 sm artım müşahidə olunub.
2-06-2023, 15:40
Rusiya Ukrayna ilə dialoqun ilkin şərtlərini görmür - Peskov


Rusiya Ukrayna ilə dialoqun ilkin şərtlərini görmür - Peskov

"Polşa demək olar ki, həmişə ya Rusiyanın düşməni olub, ya da Rusiyanın bir hissəsi olub, ölkələrimiz arasında münasibətlərin “zəngin tarixi” var". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya Federasiyası ilə Polşa arasında münasibətlər indi sıfır və hətta mənfi səviyyədədir. Rusiya Federasiyası Ukrayna ətrafındakı münaqişə ilə bağlı Ermənistanın mövqeyini nəzərə alır, lakin İrəvanla müttəfiqlik münasibətlərini inkişaf etdirməkdə davam edir. Rusiya Federasiyası Ukrayna ilə dialoqun ilkin şərtlərini görmür. Zelenskinin Ukraynanın NATO-ya daxil olması ilə bağlı sözləri Kiyevin danışıqlar masası arxasında problemləri həll edə bilməməsindən xəbər verir", - sözçü bildirib. "Rusiya Federasiyası öz təhlükəsizliyini təmin etməyə çalışacaq, bu, Ukraynanın NATO-ya üzvlüyünü istisna edir. Rusiya Ukraynadakı vəziyyətin həllində öz maraqlarının nəzərə alınmasını əsas prioritet hesab edir. NATO-nun potensial genişlənməsi uzun illərdir ki, qıcıqlandırıcıdır, Avropanın bir çox ölkələri bunu anlayır", - Peskov əlavə edib. "Rusiya OPEC+ üzvləri ilə təmaslarını davam etdirir, lakin Vyana görüşündən gözləntilərini dilə gətirmir. Çinin iqtisadi inkişafı təcrübəsi ən dərindən öyrənilməyə layiqdir. Rusiya Federasiyası ilə ABŞ arasında strateji təhlükəsizliklə bağlı danışıqlara ehtiyac var, lakin hələlik danışıqların aparılması nəzərdə tutulmur", - o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!