Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
16-09-2023, 13:12
Baş nazir yeni qərar imzaladı


Baş nazir yeni qərar imzaladı

2028-ci ilə qədər Azərbaycanda əmək miqrasiyası kvotası Qarabağda işləyən əcnəbilər nəzərə alınmadan müəyyən ediləcək
Nazirlər Kabineti 14 mart 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanda əmək miqrasiyası kvotası müəyyən edilərkən işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər nəzərə alınmayacaq. Xatırladaq ki, bu kvota ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidır.
Bu qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-nə qədər qüvvədədir.
16-09-2023, 12:43
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.
16-09-2023, 11:10
Ermənilərin “Laçın” məntəqəsindən sərbəst keçidi təmin olundu


Ermənilərin “Laçın” məntəqəsindən sərbəst keçidi təmin olundu

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
BQXK-yə məxsus ümumilikdə 7 nəqliyyat vasitəsi keçid edib.
Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nin üzvləri, sürücülər, tibb işçisi, 8 xəstə,7 müşayətçi ümumilikdə 25 nəfər olub.
16-09-2023, 10:19
İlin sonuna kimi sülh müqaviləsi bağlanacağına ümid edirik - Hikmət Hacıyev


İlin sonuna kimi sülh müqaviləsi bağlanacağına ümid edirik - Hikmət Hacıyev

Azərbaycan hələ də ilin sonuna kimi Ermənistanla sülh müqaviləsi bağlayacağına ümid edir.
Bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Biz hələ də bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümid edirik və Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa çağırırıq - rəsmi olaraq, sülh müqaviləsi çərçivəsində öz imzaları ilə Azərbaycanın ərazi bütövlüyünün tanınması, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, gələcəkdə ölkəmizin daxili işlərinə qarışmaqdan çəkinmək öhdəliyi götürsün”, - H.Hacıyev deyib.
H.Hacıyev qeyd edib ki, Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşlarıdır və onların hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası ilə təmin olunacaq.
Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistanın Azərbaycanda separatizmi maliyyələşdirmək siyasətindən əl çəkməlidir. "Beynəlxalq vasitəçilərin fəaliyyətinə gəlincə, biz onların Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına verdiyi töhfəni yüksək qiymətləndiririk", - o əlavə edib.
15-09-2023, 23:21
Erməni bloqları Rusiyanı gözdən salmaq üçün informasiya kampaniyasına başlayıblar


Erməni bloqları Rusiyanı gözdən salmaq üçün informasiya kampaniyasına başlayıblar

“N.Paşinyan administrasiyasının müvafiq departamentlərinin nəzarəti altında olan hökumətyönlü erməni bloqları Rusiya Federasiyasını və Rusiya siyasi rəhbərliyini gözdən salmaq üçün genişmiqyaslı informasiya kampaniyasına başlamaq əmri alıb”.
Bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko özünün “Telegram” kanalında yazıb.
Onun fikrincə, bu prosesdə aparıcı şəxs Rusiyanın yüksək səviyyəli rəsmilərinə qarşı heç bir sivil cəmiyyətdə qəbuledilməz olan tamamilə alçaldıcı və təhqiramiz bəyanatlar verən paşinyanpərəst bloqer Roman Baqdasaryan olub.
Belə ki, Baqdasaryanın çıxışının tezisləri Ermənistanın baş naziri Nikol Paşinyan və onun “sağ əli” parlamentin spikeri Alen Simonyanın bu yaxınlarda açıqladığı anti-Rusiya bəyanatları ilə tam uyğundur. Üstəlik, Baqdasaryan - Simonyanın tezislərini kopyalayıb və “yaradıcı şəkildə inkişaf etdirib”. O, xüsusilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi spikerinə hücum edərək, söyüşdən istifadə edib.
Rəsmi İrəvanın bütün bu iyrənc və rüsvayçı informasiya kampaniyası “Qartal tərəfdaşı 2023” adlı Ermənistan-ABŞ hərbi təlimləri və Avropa İttifaqının kəşfiyyat-müşahidə missiyasının fəal anti-Rusiya təxribatçı işi fonunda baş verir.
Eyni zamanda, erməni hərbi qulluqçuları və Qarabağdakı erməni qeyri-qanuni silahlı birləşmələrinin üzvləri vəziyyəti gərginləşdirmək üçün demək olar ki, hər gün silahlı təxribatlar təşkil edirlər.
Korotçenko Qarabağdakı erməni separatçılarının Rusiya sülhməramlılarına, onların texnikasına və kontingentin dislokasiya məntəqələrinə qarşı birbaşa təxribat xarakterli hərəkətlərini də qeyd edir. Onun fikrincə, Rusiya və Azərbaycan hərbçiləri arasında toqquşma törətmək məqsədi ilə separatçılar tərəfindən sülhməramlılara qarşı genişmiqyaslı silahlı təxribatı da istisna etmək olmaz. Bu Aİ-yə regiona beynəlxalq sülhməramlıları, yəni Qərb hərbçilərini cəlb etməyə şərait yaradacaq.
O, vurğulayıb ki, Kremlin bütün səyləri Ukraynaya və Şimal-Cənub nəqliyyat dəhlizini işə salmaqla Qərbin genişmiqyaslı sanksiyalarını aradan qaldırmağa yönəldiyi bir vaxtda Paşinyan başda olmaqla Ermənistan Rusiyanın kürəyindən zərbə endirib.
15-09-2023, 22:57
Ermənilər Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutdu


Ermənilər Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutdu

Sentyabrın 15-i saat 21:15-dən 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətdə cavab tədbirləri görülüb.
15-09-2023, 22:19
BMT Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı var - Quterreş


BMT Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı var - Quterreş

BMT Təhlükəsizlik Şurasının tərkibi müasir reallıqları əks etdirmir, bu qurumun islahatlara ehtiyacı var.
Bunu Kubada keçirilən “Qrup 77 və Çin” sammitində çıxışı zamanı BMT-nin Baş katibi Antonio Quterreş deyib.
“Çoxqütblülük beynəlxalq arenada liderlik üçün yeni imkanlar yaradır. Lakin bu, özlüyündə sülh və ədalətə təminat vermir, güclü və effektiv beynəlxalq institutlara ehtiyac var. Bununla belə, mövcud institutların bir çoxu, xüsusən də BMT Təhlükəsizlik Şurası və “Bretton Woods” (monetar idarəetmə sistemi - red.) institutlarının maliyyə sistemi keçmiş dövrü əks etdirir”.
BMT Təhlükəsizlik Şurasına 15 ölkə daxildir ki, onlardan beşi (Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa) daimi, 10-u isə qeyri-daimi üzvdür və iki il müddətinə seçilir. Bundan əvvəl Quterreş bildirmişdi ki, BMT ölkələrinin əksəriyyəti Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini vurğulayır.
15-09-2023, 21:53
Hərbiçimiz açılan atəşdən həyatını itirdi


Hərbiçimiz açılan atəşdən həyatını itirdi

Azərbaycan ordusunun hərbi qulluqçusu Ağayev Rüfət Xanəhməd oğlu həlak olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağayev Rüfət Xanəhməd oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində açılan atəşdən vəfat etməsi ilə bağlı faktı təsdiq edirik” - məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır.
Sosial şəbəkələrdə yayılan məlumata görə, hərbçimiz Bakının Binə qəsəbəsində torpağa tapşırılıb.
15-09-2023, 20:58
Xaçmazdakı faciəvi hadisəylə bağlı açıqlama verildi


Xaçmazdakı faciəvi hadisəylə bağlı açıqlama verildi

Bu gün səhər saatlarında Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində yerləşən körpü uçub və hadisə zamanı “VAZ 2106” markalı minik avtomobili çay yatağına düşüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla avtomobilin qaldırıcı kran vasitəsilə çay yatağından təxliyəsi həyata keçirilib.
Həmçinin, FHN-in Şimal Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları avtomobillərin hərəkəti üçün müvəqqəti təşkil olunmuş alternativ yolda təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazidə xidmət aparır.
15-09-2023, 20:34
Günay Malikqızı yeni vəzifəyə təyin olundu


Günay Malikqızı yeni vəzifəyə təyin olundu

Tanınmış jurnalist Günay Malikqızına yeni vəzifə verilib.
O, Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəliyinin media sahəsi üzrə əməkdaşı olacaq.
Günay Malikqızı vəzifəsinin icrasına sabahdan başlayacaq.
Qeyd edək ki, G.Malikqızı daha öncə Milli Olimpiya Komitəsinin mətbuat katibi olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!