Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
15-09-2023, 15:19
Prezident İƏT-ə üzv dövlətlərin baş prokurorlarına müraciət ünvanladı


Prezident İƏT-ə üzv dövlətlərin baş prokurorlarına müraciət ünvanladı

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş prokurorlarının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Hörmətli tədbir iştirakçıları!
Sizi İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının Bakı şəhərində keçirilən 4-cü iclasında səmimiyyətlə salamlayıram.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının üzvü olduğu ilk təşkilatlardan biri də İƏT olmuşdur.
Sevindirici haldır ki, İƏT-in fəal üzvü kimi təşkilata üzv dövlətlərlə dostluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımız beynəlxalq platformalar çərçivəsində də uğurla inkişaf edir.
Bildiyiniz kimi, Ermənistan Respublikası 30 ilə yaxın ölkəmizin 20% torpaqlarını işğal altında saxlamışdır. Fürsətdən istifadə edərək, işğal zamanı və sonrakı mərhələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə İƏT-ə üzv ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Bu dövr ərzində orada insanlıq əleyhinə və hərbi cinayətlər törədilmiş, etnik təmizləmə aparılmış, həmin ərazilərimiz narkotik vasitələrin yetişdirilməsi və daşınması, habelə beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilmişdir.
2020-ci ildə bu ərazilərimiz işğaldan azad edildikdən sonra isə Azərbaycan digər çağırışlarla qarşılaşmışdır. Ölkəmizin şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr dağıdılmış, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə 4000-ə yaxın insan itkin düşmüşdür ki, onların taleyi ilə bağlı qarşı tərəf hələ də heç bir məlumat vermir. Ermənistan işğal etdiyi ərazilərimizdə bir milyona yaxın mina basdırmış, urbisid, kultursid və ekosid cinayətləri törətmişdir. İşğala son qoyulan kimi dövlətimiz bütün gücünü səfərbər edərək bu ərazilərdə geniş quruculuq və bərpa işlərinə, erməni vandalizminin nəticələrini aradan qaldırmağa başlamışdır.
Hörmətli iclas iştirakçıları, hər bir dövlətdə xalqın rifahının təmin edilməsini şərtləndirən iqtisadi inkişaf və hüquq qaydasının mövcudluğudur. Cinayətkarlıq qeyd olunan amillərə ciddi təhlükə olmaqla beynəlxalq səviyyədə mübarizənin aparılmasını tələb edən fenomendir. Bu sahədə, xüsusilə transmilli cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir.
Qlobal və regional təhdidlərin, islamafobiya meyllərinin artdığı bir zamanda İƏT-ə üzv dövlətlərin prokurorlarının qarşısında yeni vəzifələr durur. Narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması və sair cinayətlər beynəlxalq terrorçuluğun maliyyə mənbəyi olmaqla bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır.
Əminəm ki, vacib məsələlərin müzakirəsi iştirakçılara beynəlxalq təcrübədən faydalanmaq imkanı verməklə insan hüquqlarının müdafiəsi və iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması istiqamətində əməkdaşlığı daha da möhkəmləndirəcəkdir.
Hesab edirəm ki, ölkəmizin İƏT-də sədrliyi dönəmində üzv dövlətlərin baş prokurorlarının bugünkü iclası regionumuzda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, iclasın işinə uğurlar diləyirəm".
15-09-2023, 15:01
KXDR-dən Rusiyaya silah ixracı qətnamələrin pozulması deməkdir - ABŞ rəsmisi


KXDR-dən Rusiyaya silah ixracı qətnamələrin pozulması deməkdir - ABŞ rəsmisi

"KXDR-dən Rusiyaya istənilən silah ixracı BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin, o cümlədən Rusiyanın özünün səs verdiyi qətnamələrin birbaşa pozulması deməkdir".
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
O, Yaponiya və Koreya Respublikasından olan həmkarları arasında telefon danışığı zamanı bu məsələyə toxunub.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn bugünlərdə Rusiyaya səfər etmiş və prezident Vladimir Putinlə danışıqlar aparmışdı.
15-09-2023, 14:47
Körpünün bərpası 10 gün müddətində yekunlaşacaq - AAYDA


Körpünün bərpası 10 gün müddətində yekunlaşacaq - AAYDA

Xəbər verdiyimiz kimi, bu gün Xaçmaz-Xudat yolunun üzərindəki körpü uçub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov hadisə yerinə gedib. Açıqlama verən Saleh Məmmədov körpünün qəzalı olması ilə bağlı iddiaların mümkünsüz olduğunu deyib:
“Təxminən 50 il əvvəl tikilən körpünün dayaqlarının bünövrəsi sıvaylar üzərində qurulmayıb. O dövrün tələblərinə uyğun tikilib. İndi isə yeni tələblərə uyğun bərpa edəcəyik”.
AAYDA sədri körpünün bərpasının 10 gün müddətinə yekunlaşacağını diqqətə çatdırıb.
15-09-2023, 14:33
Güney Azərbaycanda milli fəallar həbs edilir


Güney Azərbaycanda milli fəallar həbs edilir

Güney Azərbaycan vətəndaşları və milli fəalların göndərdiyi xəbərlərə görə, İran təhlükəsizlik qüvvələri həbslər həyata keçirblər.
Məlumatlara görə, İran polisi Güney Azərbaycanın milli fəallarının yaşayış və iş yerlərinə hücum edərək, onlardan bir neçəsini naməlum istiqamətə aparıblar. Həbs edilən 8 fəalın adı belədir:
Peyman İbrahimi, Dinvər Murtuza Nurməhəmmədi, Nadarlı Əli Babayi, Davud Şiri, Məhəmməd Rza Movəhed, Araz İbrahimnejad, Cavad Sudbər, Əmir Hüseyn Ağayi Mehrdad Qadiri
15-09-2023, 14:26
Bakıda İƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclası keçirilir


Bakıda İƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclası keçirilir

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclası keçirilir.
Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini, Türkiyə, Özbəkistan, İran, Qazaxıstan, Qırğız, Tacikistan Baş prokurorları, Türkiyə Respublikasının Ədliyyə nazirinin və Türkmənistan Respublikası Baş prokurorunun müavininin rəhbərlik etdikləri nümayəndə heyətləri, eləcə də Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Əli Əlizadə iştirak edir.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla və nüfuzlu təşkilatlarla səmərəli əməkdaşlığını davam etdirir.
Qonaqları salamlayan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev təşkilatın 4-cü iclasının müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsini tarixi hadisə adlandıraraq ulu öndərin İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə daim önəm verdiyini, bu gün ölkəmizlə təşkilat arasındakı qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin məhz dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində olduğunu vurğulayıb.
Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 4-ü iclasının iştirakçılarına ünvanladığı müraciəti səsləndirib.
15-09-2023, 14:11
İstanbulda silahlı insident zamanı azərbaycanlı yaralandı


İstanbulda silahlı insident zamanı azərbaycanlı yaralandı

İstanbuldakı kafelərdən birinə silahlı hücum olub, nəticədə bir azərbaycanlı yaralanıb.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, motosikletlə hərəkət edən iki şübhəli kafeyə atəş açıblar. Bundan sonra içəridəki bir qrup şəxs də hücum edənlərə silahlarla cavab verib.
Polisin keçirdiyi əməliyyat nəticəsində 7 şübhəli saxlanılıb. Onlardan 6-nın İsveç vətəndaşı olduğu bildirilib. Onların motosikleti və yaşadıqları ünvana baxış zamanı 3 tapança, tüfəng, narkotik maddə və güllə ələ keçirilib.
Şübhəlilələrdən 5-i həbs edilib. Onlardan biri sərbəst buraxılıb, biri isə deportasiya edilib.
Məlumata görə, yaralanan azərbaycanlının həyati təhlükəsi yoxdur.
O, xəstəxanaya yerləşdirilib.
15-09-2023, 13:50
Azad edilmiş bölgələrdəki şagirdlərin sayı açıqlandı


Azad edilmiş bölgələrdəki şagirdlərin sayı açıqlandı

15 Sentyabr - "Bilik Günü" münasibətilə Füzuli şəhərində Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə olan elm və təhsil naziri Emin Əmrullayev bu il işğaldan azad edilən ərazilərdə fəaliyyətə başlayan məktəblər barədə məlumat verib.
Bununla bağlı jurnalistlərin suallarını cavablandıran nazir deyib ki, bu tədris ilində Füzuli şəhər 1 saylı Mirzə Uluqbəy adına məktəbdə, o cümlədən Laçında 2 saylı məktəbdə açılışlar oldu.
"Füzulidə hazırda 160-a yaxın şagirdimiz var. Amma, bu say hər gün artır. Çünki bu gün də Füzuli şəhərinə növbəti köç prosesi baş tutdu. Yəqin ki, bu tədris ili çərçivəsində şagirdlərin sayı 400-ə çatacaq. Eyni zamanda, Laçın şəhərində də bizim 140-a yaxın şagirdimiz var. Orda da artım gözləyirik. O cümlədən, Zabux qəsəbəsində də 100-dən artıq şagirdin bu tədris ilinin sonuna qədər təhsilə qoşulacağına inanırıq. Zəngilanın Ağalı kəndində də məktəbin fəaliyyəti günü-gündən genişlənir. Ötən il orada cəmi 70-ə qədər şagird vardısa, artıq Ağalıda 120 şagirdlə bu tədris ilinə start verilib. Eyni zamanda, Talış kəndində də məktəbimizdə təhsil davam edir", - nazir qeyd edib.
15-09-2023, 13:08
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sentyabrın 16-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.
15-09-2023, 12:07
Ata tələbə adını qazanmış qızına maşın hədiyyə etdi


Ata tələbə adını qazanmış qızına maşın hədiyyə etdi

Bu gün ali təhsil müəssisələrində yeni dərs ilinin başlanması bəzi qeyri-adi hadisələrlə müşayiət olunur.
Bakıda ata universitetə qəbul olunmuş qızına üzərində “Tələbə qızım” yazılmış avtomobil hədiyyə edib.
Hadisənin Bakı Dövlət Universitetinin (BDU) qarşısında yaşandığı bildirilir.
Sosial şəbəkələrdə həmin maşının fotoşəkli paylaşılsa da, BDU-ya qəbul olunmuş xoşbəxt I kurs təkləbəsi olan qızın ad-soyadı açıqlanmayıb.
15-09-2023, 11:04
Qudyalçayın üzərində salınmış körpü uçdu


Qudyalçayın üzərində salınmış körpü uçdu

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.
Azərbaycan Avtomobvil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, əraziyə AAYDA-ın xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.
Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!