Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
10-09-2023, 11:09
Füzuli istiqamətində törədilən təxribatın qarşısı alındı


Füzuli istiqamətində törədilən təxribatın qarşısı alındı

Sentyabrın 10-u saat 09:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.
9-09-2023, 17:13
Ceyhun Bayramov ABŞ dövlət katibiylə telefon danışığı apardı


Ceyhun Bayramov ABŞ dövlət katibiylə telefon danışığı apardı

9 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında növbəti telefon danışığı olub.
XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı regionda son vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Ermənistanın və onun tərəfindən Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatlarının, öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı qüvvələrinin bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olduğunu diqqətə çatdırıb.
Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin 9 sentyabr tarixində “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyətin Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozuntusu olduğu, bu addımın bölgədə normallaşma və erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbə vurduğu bildirilib.
Erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasının zəruri olduğu nazir tərəfindən vurğulanıb.
Nazir beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə uyğun olaraq, Azərbaycan ərazisində “seçki” adı altında aparılan bu qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırıb.
Telefon danışığı zamanı, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
9-09-2023, 16:43
XİN Ukraynada keçirilmiş qondarma “seçkiləri” pislədi


XİN Ukraynada keçirilmiş qondarma “seçkiləri” pislədi

Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ukraynanın bir sıra ərazilərində keçirilmiş qondarma “seçkilərə” dair bəyanatında bildirilib.
“Bundan irəli gələrək, Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir.
Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır.
Bu meyarlara cavab vermədiyi üçün, Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son “seçkilər”in, ümumiyyətlə, heç bir qanuni qüvvəsi yoxdur”, - XİN-in bəyanatında deyilir.
9-09-2023, 16:19
Şahdağa qar yağdı


Şahdağa qar yağdı

ETSN Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 9-u saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Oğuz, Qəbələ, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Cəfərxan, Hacıqabul, Yardımlı, Lənkəranda şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.
Xidmətdən verilən məlumata görə, Şahdağda 3500-3700 metr yüksəkliklərə qar yağması müşahidə olunub.
9-09-2023, 16:03
Paşinyan Blinkenlə telefon danışığında danışıqlara hazır olduğunu bildirdi


Paşinyan Blinkenlə telefon danışığında danışıqlara hazır olduğunu bildirdi

Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Laçın yolu, Qarabağdakı vəziyyət, eləcə də Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması tendensiyalarına toxunublar.
Paşinyan 6 oktyabr 2022-ci ildə Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalar əsasında bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə sadiqliyini bir daha təsdiqləyib.
Antoni Blinken bütün məsələlərin dialoq və dinc diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayaraq, ABŞ-ın bu istiqamətdə fəal səylərini davam etdirəcəyini qeyd edib.
Ermənistanın baş naziri və ABŞ dövlət katibi vəziyyətin gərginləşməsini qəbuledilməz hesab edərək, regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.
Nikol Paşinyan bu məqsədlə Azərbaycan prezidenti ilə təcili müzakirələr aparmağa hazır olduğunu vurğulayıb.
9-09-2023, 15:38
Rusiya ermənilərə Ağdam-Xankəndi yoluyla yük göndərdi


Rusiya ermənilərə Ağdam-Xankəndi yoluyla yük göndərdi

Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 yük avtomobili ərzaq yükünün Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, 14:30 radələrində Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən verilən məlumata görə, hazırda həmin yük Samur-Bakı, Bakı-Bərdə, Ağdam-Əsgəran istiqamətində hərəkət edir.
Yük son təyinat məntəqəsinə çatdırıldıqdan sonra əlavə məlumat veriləcək.
9-09-2023, 15:23
Paşinyan iranlı həmkarıyla telefon danışığı apardı


Paşinyan iranlı həmkarıyla telefon danışığı apardı

Ermənistanın baş naziri Nikol Paşinyanla İran İslam Respublikasının prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Danışıq zamanı regiondakı vəziyyətlə bağlı məsələlər ətrafında müzakirə aparılıb.
Paşinyan gərginliyin azaldılması üçün Azərbaycan prezidenti ilə təcili danışıqlara hazır olduğunu bildirib.
Ermənistan-İran ikitərəfli gündəliyi ilə bağlı məsələlər də müzakirə olunub.
9-09-2023, 15:14
Nazirlik Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin reyestrini təsdiqlədi


Nazirlik Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin reyestrini təsdiqlədi

Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin reyestrini təsdiqləyib.
Bunu AXCP sədri Əli Kərimli sosial şəbəkədə bildirib:
“Dostlar, AXCP olaraq növbəti maneəni aşdıq. Ədliyyə nazirliyi təqdim etdiyimiz partiya üzvlərinin reyestrini qəbul etdi. Zəhməti olan bütün cəbhədaşlarıma təşəkkür edirəm”, - Ə.Kərimli qeyd edib.
9-09-2023, 15:02
Mərakeşdə güclü zəlzələ: 800-dən çox insan həlak oldu


Mərakeşdə güclü zəlzələ: 800-dən çox insan həlak oldu

Mərakeşdə zəlzələdə ölənlərin sayı 820 nəfərə çatıb.
Bu barədə Mərakeşin Daxili İşlər Nazirliyi məlumat yayıb.
670-dən çox insanın isə yaralı olduğu bildirilib.
Qeyd edək ki, Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib.
9-09-2023, 14:50
Arif Hacılının partiyası qeydiyyata alındı


Arif Hacılının partiyası qeydiyyata alındı

Ədliyyə Nazirliyi Müsavat Partiyasını da yenidən qeydiyyata alıb.
Bu barədə partiyanın sədri Arif Hacılı bildirib.
Beləliklə, yenidən qeydiyyata alınan partiyaların sayı 17-yə çatdı.

1. Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev)

2. Ağ Partiya (sədr Tural Abbaslı)

3. Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı)

4. Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev)

5. Milli Cəbhə Partiyası (sədr Razi Nurullayev)

6. Ana Vətən Partiyası (sədr Fəzail Ağamalı)

7. Haqq Ədalət Partiyası (sədr Əli İnsanov)
Ətraflı


8. Azərbaycan Milli İstiqlal Partiyası (sədr Arzuxan Əlizadə)

9. Ümid Partiyası (sədr İqbal Ağazadə)

10. Böyük Azərbaycan Partiyası (sədr Elşad Quliyev)

11. Azərbaycan Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu)

12. Azərbaycan Xalq Partiyası (sədr Pənah Hüseyn)

13. Vəhdət Partiyası (sədr Tahir Kərimli)

14. Azad Vətən Partiyası (sədr Akif Nağı)

15. Klassik Xalq Cəbhəsi Partiyası (sədr Mirmahmud Mirəlioğlu)

16. Müasir Müsavat partiyası (sədr Hafiz Hacıyev)

17. Müsavat Partiyası (sədr Arif Hacılı)
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!