Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
9-09-2023, 14:22
XİN Ermənistanın qanunsuz fəaliyyətiylə bağlı bəyanat yaydı


XİN Ermənistanın qanunsuz fəaliyyətiylə bağlı bəyanat yaydı

Azərbaycan Respublikasının Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Bu fikirlər Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyəti ilə bağlı yaydığı bəyanatında əksini tapıb.
Bəyanatda, həmçinin bildirilir:
“Azərbaycan Respublikası ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları təşkil edir. Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejim 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir. Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur.
Qeyd edilən addım Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir. Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub. Ermənistan öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı, normallaşma prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Ermənistanın Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilər ilə dialoquna maneə olması Azərbaycan Respublikasının daxili işlərinə kobud müdaxilə, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir. Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaqdır. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.
Azərbaycan Respublikası beynəlxalq cəmiyyətin bütün üzvlərini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn addımlara düzgün siyasi qiymət verməyə, Ermənistanı bölgədə kövrək normallaşma səylərini təhlükə altına alan addımlardan çəkindirmək üçün təsirli tədbirlər görməyə, “seçki” adlandırılan qanunsuz fəaliyyətləri qətiyyətlə pisləməyə çağırır”.
9-09-2023, 14:08
Zakir Həsənovun iranlı generalla danışığının detalları açıqlandı


Zakir Həsənovun iranlı generalla danışığının detalları açıqlandı

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, əvvəlcə iranlı qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən, eləcə də Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraitindən danışıb.
Müdafiə naziri son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayının artdığını və bu təxribatların qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alındığını xüsusi vurğulayıb.
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-mayor M.Əhədi İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin salamlarını çatdırıb. Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykəndiyini və mehriban qonşuluq əlaqələrinin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.
Azərbaycanın azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa-quruculuq işlərindən məmnunluğunu bildirən İran nümayəndə heyəti Ermənistanın bölgədə sabitliyə və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətlərindən narahatçılığını ifadə edib.
Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan-İran Birgə Komissiyanın üzvlərinə fəaliyyətlərində uğurlar arzulayan general-polkovnik Z.Həsənov belə görüşlərin ikitərəfli hərbi əməkdaşlığımıza müsbət töhfələr verəcəyindən ümidvar olduğunu bildirib və onun da salamlarını İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə çatdırmağı xahiş edib.
9-09-2023, 13:35
Şahramanyan qondarma rejimin yeni başçısı seçildi


Şahramanyan qondarma rejimin yeni başçısı seçildi

Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşmış erməni separatçıları bu gün Xankəndidəki qondarma “parlament”də “prezident seçkiləri” keçiriblər.
“Növbədənkənar iclasda” gizli səsvermə yolu ilə Samvel Şahramanyan qondarma rejimin yeni başçısı seçilib.
Verilən məlumata görə, səsvermədə 23 nəfər iştirak edib. Onlardan 22-si Şahramanyanın xeyrinə səs verib.
Qondarma “parlament”in 33 “deputatdan” ibarət olduğu bildirilir.
Xatırladaq ki, separatçıların keçmiş başçısı Arayik Arutyunyan sentyabrın 1-də “istefa verib”.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi hələ dünən diplomatlarla birifinqdə bəyan edib ki, qeyri-qanuni qurumun "prezidentinin" qondarma "seçkiləri" son dərəcə təxribatçı addımdır. Bu, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulmasına yönəlmiş addımdır.
9-09-2023, 13:16
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sentyabrın 10-na gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.
ETSN Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.
9-09-2023, 12:54
Paşinyan Şoltsla telefon danışığı apardı


Paşinyan Şoltsla telefon danışığı apardı

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla da telefon danışığı aparıb.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər Laçın yolunu, Qarabağda yaranmış vəziyyəti, həmçinin Ermənistan-Azərbaycan sərhədində artan gərginliyi müzakirə ediblər.
Paşinyan Almaniya kanslerinə Azərbaycandan şikayətlənib.
“Baş nazir Paşinyan 6 oktyabr 2022-ci ildə Praqada və 14 may 2023-cü ildə Brüsseldə əldə olunmuş razılaşmalar əsasında bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə sadiqliyini vurğulayıb”, - məlumatda deyilir.
Olaf Şolts regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu qeyd edib.
Paşinyan isə gərginliyin azaldılması üçün Azərbaycan prezidenti İlham əliyevlə təcili danışıqlara hazır olduğunu vurğulayıb.
8-09-2023, 22:28
Erməni silahlı qüvvələri bölgədə əsas təhdid mənbəyidir - XİN Başçısı


Erməni silahlı qüvvələri bölgədə əsas təhdid mənbəyidir - XİN Başçısı

Azərbaycan ərazilərindən hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələri bölgədə əsas təhdid mənbəyidir.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borel ilə telefon danışığında bildirilib.
Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət barədə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistanın davam edən hərbi-siyasi təxribatlarının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlarının bölgədə sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb. Ermənistanın bu təxribatlarının qarşısının alınmasının vacib olduğunu qeyd edib.
8-09-2023, 22:10
XİN Başçısı Borellə telefon danışığı apardı


XİN Başçısı Borellə telefon danışığı apardı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borel ilə telefon danışığı aparıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq perspektivləri, bölgədə cari vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub.
Nazir regiondakı son vəziyyət barədə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistanın davam edən hərbi-siyasi təxribatlarının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlarının bölgədə sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb. Ermənistanın bu təxribatlarının qarşısının alınmasının vacib olduğunu qeyd edib.
Ermənistanın Laçın yolundan təxminən iki il yarım ərzində qanunsuz hərbi və digər məqsədlər üçün sui-istifadəni davam etdirməsi barədə ətraflı məlumat verilərək, hal-hazırda heç bir əsas olmadan “bölgədə humanitar vəziyyət” barədə yaydığı iddiaların siyasi manipulyasiya olduğu bildirilib. Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni zamanda yüklərin daşınması barədə əldə edilmiş razılığa baxmayaraq, bu razılıqların pozulmasının və daşınmalara qarşı törədilən maneçiliyin bunu bir daha sübut etdiyi diqqətə çatdırılıb.
Azərbaycan ərazilərindən hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələrinin bölgədə əsas təhdid mənbəyi olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
8-09-2023, 21:58
Azərbaycanın ərazi bütövlüyü, humanitar sahədəki səyləri dəstəklənməlidir - Cahit Bağçı


Azərbaycanın ərazi bütövlüyü, humanitar sahədəki səyləri dəstəklənməlidir - Cahit Bağçı

"Biz Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalisinin öz suverenliyi və ərazi bütövlüyü çərçivəsində ehtiyaclarını ödəmək üçün göstərdiyi yardım səylərini dəstəkləyirik”.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X”də bildirib.
“Türkiyə hesab edir ki, regionda sülhün və sabitliyin təmin olunması üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar sahədəki səyləri dəstəklənməlidir. Vəziyyəti daha da gərginləşdirəcək bəyanatlardan və hərəkətlərdən çəkinmək lazımdır”, - səfir qeyd edib.
8-09-2023, 21:21
Mais Ağayev yeni vəzifəyə təyin olundu


Mais Ağayev yeni vəzifəyə təyin olundu

Ləğv edilmiş BNA-nın sabiq mətbuat katibi Mais Ağayevin yeni iş yeri müəyyənləşib.
O, fəaliyyətini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində davam etdirəcək.
Belə ki, Mais Ağayev AYNA-nın Vətəndaşlarla iş və çağrı mərkəzinin rəhbəri təyin edilib.
8-09-2023, 20:14
Erməni silahlı qüvvələri Şuşada təxribata cəhd etdi


Erməni silahlı qüvvələri Şuşada təxribata cəhd etdi

Sentyabrın 8-i saat 19:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!