Rusiyadan Zəngəzur dəhlizinə yeni ad “Bu il iyulun 2-də Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə üçtərəfli işçi qrupunun sonuncu iclası keçirilib. Tərəflər Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ması istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə ediblər”.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBC-yə müsahibəsində nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyəti barədə danışarkən bildirib.
Bölgədə kommunikasiyaların açılmasından danışan Rusiya Federasiyası xarici işlər nazirinin müavini “Meğri marşrutu” ifadəsini işlədib.
“Axı biz Ermənistan ərazisindən keçən dəmir yolundan danışırıq, ona görə də mən “Meğri marşrutu” adından istifadə etmək istərdim. Bəli, Azərbaycanda buna “Zəngəzur dəhlizi” deyirlər.
Deyək ki, “Meğri marşrutu” formulası hər kəsə uyğundur, biz azərbaycanlı və erməni tərəfdaşlarımıza razılığa gəlməkdə fəal kömək edirik. Biz inanırıq ki, bu saziş Zaqafqaziyada ümumi sabitləşmə üçün çox mühüm amil olacaqdır. Bu, bütün Zaqafqaziya dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək, çünki bu halda Ermənistanın nəqliyyat-logistika mərkəzinə çevrilmək, Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı olacaq. Azərbaycan ölkənin iki bölgəsi arasında fasiləsiz ritmik nəqliyyat əlaqəsinə malik olmaq imkanı əldə edəcək. Zaqafqaziyada vəziyyətin ümumi sabitləşməsi isə Ermənistanla Azərbaycan arasında gələcək üçün etimadın əsaslarının möhkəmlənməsinə xidmət edəcək. Beləliklə, biz üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri daha da inkişaf etdirmək əzmindəyik”, - Qaluzin bildirib.