Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
17-11-2023, 21:57
Özbəkistana məxsus Mİ-8 helikopteri qəzaya düşdü


Özbəkistana məxsus Mİ-8 helikopteri qəzaya düşdü

Özbəkistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri qəzaya uğrayıb.
Hadisə Səmərqənd vilayətindəki Kattakurqan poliqonunda baş verib.
Hadisə nəticəsində ekipaj üzvləri həlak olub.
Qeyd edək ki, Kattakurqan poliqonu Özbəkistanda 2019-cu ilin noyabrında açılmış ən böyük hərbi poliqondur.
17-11-2023, 21:27
Ayxan Hacızadə Avropa İttifaqının komissarına cavab verdi


Ayxan Hacızadə Avropa İttifaqının komissarına cavab verdi

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stanonun 17 noyabr 2023-cü il tarixində Brüsseldə “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı ölkəmizlə bağlı səsləndirdiyi fikirlər Avropa İttifaqı nümayəndəsinin qərəzli yanaşmasının növbəti göstəricisidir.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stanonun səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.
Avropa İttifaqının nümayəndəsinin 30 il ərzində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün işğalçı və təcavüzkar Ermənistan tərəfindən pozulması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütməsi, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktlarını görməzdən gəlməsi təəssüf doğurur.
44 günlük Vətən müharibəsinin, habelə 2023-cü ilin sentyabr ayında həyata keçirilən 24 saatlıq antiterror tədbirlərinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın suveren ərazilərində həyata keçirildiyini və ölkəmizin legitim üsullarla öz suverenliyini bərpa etdiyini Aİ nümayəndəsinə bir daha xatırladırıq.
Azərbaycanın dəfələrlə ərazilərimizdə qanunsuz mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinin bölgədə təhlükə mənbəyi olduğunu bidlirməsinə və beynəlxalq hüquqa uyğun olaraq onların dərhal çıxarılmasına dair çoxsaylı çağırışlar etməsinə baxmayaraq, Aİ nümayəndəsinin Azərbaycanın birtərəfli hərbi addımlar atmaqda günahlandırılması qəbuledilməzdir.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin şəxsi qərarları əsasında Ermənistana miqrasiyası ilə bağlı Aİ nümayəndəsinin erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsündən söz açmasını Azərbaycanın reinteqrasiya prosesinə müdaxilə kimi qiymətləndiririk. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcəkdir.
Bir daha vurğulayırıq ki, Azərbaycanın Ermənistanla normallaşma və sülh gündəliyinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən sülh müqaviləsinin təşəbbüskarı olaraq tərəfimizdən atılan ardıcıl addımlarla sübut edilib
17-11-2023, 21:14
Türkiyə və Almaniya rəhbərləri Qəzzadakı vəziyyəti müzakirə etdi


Türkiyə və Almaniya rəhbərləri Qəzzadakı vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan alman həmkarı Frank-Valter Ştaynmayerlə görüşüb.
Bu barədə TRT kanalı məlumat yayıb.
Görüşdə Qəzzadakı vəziyyət, Türkiyə ilə Almaniya arasındakı ikitərəfli əlaqələr və qlobal problemlər müzakirə edilib.
17-11-2023, 20:35
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 7 iddiasını rədd etdi


Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 7 iddiasını rədd etdi

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) 17 noyabr 2023-cü il tarixli qərarı ilə Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-ni rədd edib.
Məhkəmə Azərbaycanın Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü təsdiq edib.
Məhkəmə Azərbaycanın hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini rədd edib.
Məhkəmə Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edib. Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir.
Məhkəmə Ermənistanın BMT agentliklərinin Qarabağ bölgəsinə səfəri və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq barədə iddiasına əhəmiyyət verməyib, bununla da, beynəlxalq təşkilatların bölgəyə girişi ilə bağlı ölkəmizə qarşı bütün iddiaları mahiyyətcə əsassız edib.
Məhkəmənin Azərbaycan tərəfindən mədəniyyət abidələrinin və artefaktlar ilə bağlı Ermənistanın iddialarını rədd etməsi Azərbaycanın həyata keçirdiyi müsbət tədbirlərin təsdiqidir.
Məhkəmə müvafiq ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib.
Azərbaycanın İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiya (CERD) öhdəliklərinin pozuntusu Məhkəmə tərəfindən təsdiqlənməyib və Ermənistanın bu iddiası da rədd edilib.
17-11-2023, 20:12
XİN: “Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb”


XİN: “Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb”

Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin insan hüquqlarını Azərbaycanın digər vətəndaşları ilə bərabər əsasda müdafiə etməyə sadiqdir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı yaydığı məlumatda deyilir.
Bildirilib ki, məhkəmə tərəfindən qeyd olunan tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edir:
"Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir. Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb və regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə köçmək onların qərarı olub", - XİN-dən qeyd olunub.
17-11-2023, 19:33
Naxçıvanda publik hüquqi şəxsin yaradılmasıyla bağlı fərman imzalandı


Naxçıvanda publik hüquqi şəxsin yaradılmasıyla bağlı fərman imzalandı

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov fərman imzalayıb.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib.
17-11-2023, 19:00
Azərbaycan nümayəndə heyəti İrəvana getməkdən imtina etdi


Azərbaycan nümayəndə heyəti İrəvana getməkdən imtina etdi

Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (AƏTƏT PA) İrəvanda keçiriləcək payız sessiyasında iştirak etməyəcək.
Bu barədə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev bildirib.
Azay Quliyev deyib ki, Azərbaycan Respublikası Milli Məclisinin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti təşkilatın bu il noyabrın 18-20-də Ermənistanın İrəvan şəhərində keçiriləcək payız sessiyasında iştirak etməyəcəyi barədə ATƏT PA-da təmsil olunan nümayəndə heyətlərinə və qurumun beynəlxalq katibliyinə məktub ünvanlayıb.
Məktubda Azərbaycan tərəfinin Ermənistanda ölkəmizə qarşı hökm sürən düşmənçilik və nifrət hissindən, özünü qabarıq şəkildə büruzə verən anti-Azərbaycan təbliğatı və azərbaycanofobiyadan narahatlıq ifadə olunub.
Qeyd edilib ki, cari ilin aprelin 14-də keçirilən beynəlxalq idman tədbiri zamanı bu ölkənin baş naziri Nikol Paşinyanın gözləri önündə Azərbaycan bayrağına qarşı edilən hörmətsizlik, Ermənistan parlamentinin üzvləri, jurnalistlər, bloqerlər tərəfindən bu cinayət əməlini törədən şəxsin dərhal azad edilməsi ilə bağlı mitinqin təşkili Azərbaycan ictimaiyyətində haqlı narazılıq yaradıb. Bildirilib ki, bu cinayəti törətmiş şəxsin qısa müddət ərzində sərbəst buraxılması və “milli qəhrəman” elan edilməsi Ermənistan ictimaiyyətində ölkəmizə qarşı güclənən nifrət mühitinin nə qədər təhlükəli həddə olduğundan xəbər verir.
Beynəlxalq forumlarda bu cür əməlləri törədənlərin isə cəzasız qalması, qanunsuz olaraq həbsdə saxlanılan Azərbaycan hərbçilərinə qarşı qeyri-insani rəftar, sosial şəbəkələrdə azərbaycanlılara qarşı zorakılıq tədbirlərinin görülməsinə dair açıq çağırışlar Ermənistan dövləti tərəfindən dəstəklənən sistemli nifrət siyasətinin digər bariz nümunələrindəndir.
Məktubda daha sonra deyilir: “Azərbaycan nümayəndə heyətinin iştirak edə bilmədiyi payız sessiyasında ölkəmizlə bağlı hər hansı məsələnin müzakirəsi doğru olmazdı. Parlament Assambleyası ATƏT-in 57 iştirakçı dövləti arasında dialoq və əməkdaşlıq üçün forumdur və bir nümayəndə heyətinin qurumun sessiyasında əsaslandırılmış səbəblərdən iştirak edə bilməməsi, həmin ölkə ilə bağlı hər hansı məsələnin konstruktiv və balanslaşdırılmış şəkildə müzakirəsini imkansız edir.
Azərbaycanın iştirak edə bilmədiyi sessiyada birtərəfli müzakirələrin nəticəsi faydasız və qəbuledilməz olmaqla yanaşı, ATƏT PA-nın Cənubi Qafqaz regionunda sülhü və barışığı təşviq etmək istiqamətində yürütdüyü parlament diplomatiyasına mənfi təsir göstərəcəkdir”.
Məktubda ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətimiz birmənalı bəyan edir ki, qurumun iştirak edə bilmədikləri payız sessiyası çərçivəsində Azərbaycanın maraqlarına zidd qəbul ediləcək istənilən qərar və ya tövsiyə etibarsız hesab olunacaq.
17-11-2023, 18:20
Ərdoğan Almaniyada səfərdədir


Ərdoğan Almaniyada səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada səfərdədir.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Onun təyyarəsinin artıq Berlinə çatdığı qeyd edlib.

17-11-2023, 17:56
Bu il əhalinin ümumi gəliri 13 faiz artıb


Bu il əhalinin ümumi gəliri 13 faiz artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 64 milyard 341,6 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 12,5 % artaraq 6 339 manata çatıb.
17-11-2023, 17:43
Azərbaycanda əhalinin sayı açıqlandı


Azərbaycanda əhalinin sayı açıqlandı

Azərbaycanın sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin son siyahıyaalınmasının nəticəsi hesablanmış əhalinin sayı bu ilin oktyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 168 369) nəfər təşkil edib.
Əhalinin ümumi sayında şəhərin xüsusi çəkisi 54,6 faiz, kəndin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi 50,2 faiz olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!