Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
28-11-2023, 18:14
Xalq yazıçısı kanalı məhkəməyə verəcəyini açıqladı


Xalq yazıçısı kanalı məhkəməyə verəcəyini açıqladı

Xalq yazıçısı Çingiz Abdullayev ATV telekanalını məhkəməyə verəcəyini açıqlayıb.
Bu barədə yazar sosial media hesabında paylaşım edib.
"ATV kanalının rəhbərliyi məni yox, həlak olan şəhidlərin, general Polad Həşimovun xatirəsini təhqir edirlər. Polad Həşimov mənim oxucum olub. Ceyhun Şalıyev mənim kitablarımı oxuyub, toplayıb. Füzuliyə ilk girənlərdən biri olub. Onun atası məni oğlunun ölümünün bir illiyinə dəvət elədi və mənim xeyli kitabımın onların evində olduğunu söylədi.
Başqa bir şəhidimiz – ingilis dilində təhsil alan Rüfət Əhmədzadənin anası onun axırıncı məktubunu mənə bağışladı. Şəhidlərdən biri Bakıya gəlməzdən əvvəl çamadanını mənim kitablarımla doldurub. Bu haqda onun anası danışıb. Belə çıxır ki, onlar hamısı “zir-zibil” oxuyub, öz vətənləri uğrunda ölümə gediblər. Axı mən nə deyim? Sizi Allaha həvalə edirəm. Sizin bu dünyada cəzanız yoxdur! Siz məni deyil, yüzlərlə şəhidin xatirəsini və oxucularımı təhqir etdiniz!" deyə, Ç.Abdullayev yazıb.
Qeyd edək ki, bir müddət əvvəl ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb. Bunun ardından AYB bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır. Bu gün isə Audiovizual Şuradan APA-ya deyilib ki, bu hadisə ilə bağlı ATV-yə irad bildirilib və müvafiq tövsiyələr verilib.
28-11-2023, 18:05
Milli Məclis erməni spikerin açıqlamasına münasibət bildirdi


Milli Məclis erməni spikerin açıqlamasına münasibət bildirdi

Azərbaycan Respublikasının Milli Məclisi Ermənistan parlamentinin spikeri Alen Simonyanın 2023-cü il 28 noyabr tarixli açıqlamasına münasibət bildirib.
Bu barədə Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrın 28-də jurnalistlərə açıqlamasında növbəti dəfə regionda mövcud olan reallıqları təhrif edərək, həqiqətdən uzaq fikirlər səsləndirib. Ermənistan parlamenti spikerinin bu müsahibəsi Ermənistan rəhbərliyinin “absurd iddialar” növbəsinə dayandığını aşkar şəkildə göstərməklə yanaşı, xarici havadarlarının gözünə girmək uğrunda yarışdığına da dəlalət edir. Son səsləndirilən fikirlərə başqa cür izahat vermək mümkün deyil.
Qeyd edilib ki, Simonyan Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı faktını yaddaşlardan silmək və Ermənistan tarixinin bu qara ləkəsini beynəlxalq ictimaiyyətin gündəmindən çıxarmaq “arzusu”nu gələcəyə baxış adı altında pərdələməyə çalışır.
"Yaxşı olardı ki, Simonyan Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsinə, Xocalı soyqırımının törədilməsinə, işğal dövründə 9 şəhər və yüzlərlə kəndin darmadağın edilməsinə görə üzr istəyərək, gələcək haqda danışmağa başlasın. Təəssüf ki, bu baş verməyəcək.
İşğal olunmuş torpaqlarda və Ermənistan ərazisində azərbaycanlılara məxsus yüzlərlə tarixi, mədəni və dini abidələri yerlə-yeksan edən, abidələrin və yaşayış yerlərinin adlarını dəyişərək, saxta tarix yazan monoetnik Ermənistanın parlamentinin spikerinin müxtəlif etnik qrupların mehriban və dinc şəkildə birgə yaşadığı, tarixi və mədəni irsinin dövlət səviyyəsində mühafizə edildiyi Azərbaycanı öz arşını ilə ölçməsi, əslində onun həqiqi simasını ifşa edir.
Simonyanın Qazax rayonunun 7 kəndinin və Kərkinin hələ də Ermənistanın işğalı altında qalmasına primitiv düşüncə tərzi ilə hüquqi don geyindirməyə çalışması, əksinə, Azərbaycanı işğalda ittiham etməsi isə xəstə təfəkkürün təzahüründən başqa bir şey deyil".
Vurğulanıb ki, Ermənistan rəhbərliyinin “Azərbaycanın müharibəyə hazırlaşması”, “sülh danışıqlarından imtina etməsi” kimi beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik yalanları təkrarlamağa nə dərəcədə alışdığı artıq bir faktdır:
"Simonyana bir daha xatırlatmaq istərdik ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib. Ötən 3 il ərzində Ermənistan öz siyasi və hərbi təxribatları ilə sülh prosesini əngəlləməyə çalışıb. Hazırda regionda uzunmüddətli sülhün bərqərar olması üçün tarixi şans yaranıb. Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında Ermənistanla sülhə hazır olduğunu dəfələrlə bəyan edib. Belə bir məqamda isə Ermənistan sülh müqaviləsinin mətni üzrə Azərbaycanın təkliflərinə cavabını uzun müddət gecikdirməklə, danışıqlar prosesini uzatmağa çalışır".
“Bir daha qeyd edirik ki, Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır və Ermənistanla münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Biz inanırıq ki, sülh müqaviləsinin imzalanması üçün hazırda geniş imkanlar vardır. Ona görə də, Ermənistan tərəfini bu cür təxribatçı və həqiqətdən uzaq bəyanatlar səsləndirməkdən çəkinməyə və sülhə töhfə verməyə çağırırıq”, - deyə açıqlamada qeyd edilib.
28-11-2023, 17:59
Paşinyanın mətbuat katibi Putinlə bağlı suala cavab vermədi


Paşinyanın mətbuat katibi Putinlə bağlı suala cavab vermədi

"Hazırda mən bu xəbəri heç bir şəkildə şərh etməyəcəyəm".
Bunu Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan Ermənistan baş nazirinin MDB ölkələri liderlərinin dekabrda keçirləcək qeyri-rəsmi ənənəvi görüşündə iştirak edib-etməyəcəyi barədə suala cavabında bildirib.
O, Paşinyanın Sankt-Peterburqakı görüşdə iştirakını nə inkar edib, nə də təsdiqləyib.
“Ermənistan hökuməti hər zaman baş nazirin səfərləri ilə bağlı rəsmi məlumat verir, o getsə, mütləq məlumat verəcəyik, getməsə, yox”.
Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva İrəvandan Paşinyanın MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın sonunda Sankt-Peterburqa gedəcəyi barədə siqnal alıb.
28-11-2023, 17:47
Erməni deputatın nəvəsi adam bıçaqladı


Erməni deputatın nəvəsi adam bıçaqladı

Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Qaqik Melkonyanın nəvəsi adam bıçaqlayıb.
“Hraparak”ın məlumatına görə, hadisə İrəvandakı Hüquq, İqtisadiyyat və İdarəetmə Kollecində baş verib. Deputatın onun öz adını daşıyan tələbə nəvəsi Qaqik Kareni Melkonyan digər bir tələbəyə bıçaqla xəsarət yetirib.
Xəsarət alan tələbə Qriqor Lusavoriç adına tibb mərkəzinə aparılıb. Dindirilmə zamanı xəsarət alan tələbə hüquq-mühafizə orqanlarının əməkdaşlarına ağacdan yıxıldığını bildirib. Lakin hadisə yerinə gələn polis xəsarəti deputat Qaqik Melkoyanın nəvəsinin törətdiyini müəyyən edib.
Məlumata görə, bıçaqlanma hadisəsindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları deputatın tələbə nəvəsini tapa bilmirlər.
Artıq hadisə ilə bağlı müvafiq materiallar Ermənistan İstintaq Komitəsinə göndərilib.
28-11-2023, 17:44
Ukrayna və Baltikyanı ölkələr ATƏT-in toplantısını boykot edəcək


Ukrayna və Baltikyanı ölkələr ATƏT-in toplantısını boykot edəcək

Ukrayna, habelə Baltikyanı ölkələr olan Latviya, Litva və Estoniya ATƏT XİN başçılarının toplantısını boykot edəcək.
Buna səbəb Rusiya xarici işlər naziri Sergey Lavrovun toplantıya dəvət olunmasıdır.
Qeyd edək ki, Rusiya noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyada keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasına dəvət olunub. Şuranın toplantısı Skopye şəhərində baş tutacaq. İllik iclas ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin dəvəti ilə baş tutacaq.
Aİ-nin Xarici Siyasət İdarəsindən Lavrovun Şimali Makedoniyaya səfər edərək tədbirdə iştirakının sanksiya rejimini pozmayacağı bildirilib.
28-11-2023, 17:37
Hakan Fidan estoniyalı həmkarıyla görüşdü


Hakan Fidan estoniyalı həmkarıyla görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Estoniya XİN başçısı Marqus Tsahkna ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi rəsmi X səhifəsində məlumat yayıb.
Görüş Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO XİN başçıları toplantısı çərçivəsində gerçəkləşdirilib.
"NATO-dakı daimi nümayəndəliyimizdə keçirilən görüşdə ikitərəfli əlaqələr, Ukraynadakı son hadisələr və ittifaqın gündəmindəki mövzular müzakirə olunub", - deyə paylaşımda qeyd olunub.
28-11-2023, 17:25
Aşqabadda SOCAR-ın ofisi açıldı


Aşqabadda SOCAR-ın ofisi açıldı

Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəliyinin ofisi açılıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Aşqabadda SOCAR-ın nümayəndəliyinin ofisinin açılışında iştirak etdik. Bu təşəbbüs şirkətin Türkmənistanda uzunmüddətli fəaliyyətinin möhkəmləndirilməsinə, ölkələrimizin energetika sahəsində ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür”, - deyə M.Cabbarov bildirib.


28-11-2023, 17:18
Əziz Orucov 3 ay müddətinə həbs edildi


Əziz Orucov 3 ay müddətinə həbs edildi

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.
Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki. Əziz Orucov ötən gün saxlanılıb və evində axtarış aparılıb. Ona Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham verilib.
28-11-2023, 17:11
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır - Simonyan


Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır - Simonyan

Ermənistan Qarabağda daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır.
Bunu noyabrın 28-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
O, həmçinin bildirib ki, artıq Ermənistan Respublikası üçün “Dağlıq Qarabağ məsələsi” mövcud deyil.
“Artsax məsələsinin həll olunması nə deməkdir? Artsax məsələsinin həlli və ya qeyri-həlli yolu nədir? İndi Ermənistan Respublikasının belə bir sualı yoxdur”, - Simonyan bildirib.
Onun sözlərinə görə, bu gün Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır.
Xatırladaq ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında deyib: “Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla 86,6 min kvadrat kilometr ərazisi olan Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.
28-11-2023, 17:07
Britaniyalı nazir xalqından üzr istədi


Britaniyalı nazir xalqından üzr istədi

Britaniyalı nazir Maykl Qov hökumətin etdiyi səhvlərə görə üzr istəyib.
Britaniyanın mənzil-məişət məsələləri üzrə dövlət naziri Maykl Qov, COVID-19-la bağlı aparılan araşdırma çərçivəsində bu gün suallara cavab verib. O, çıxışı zamanı koronavirus qurbanlarından və onların ailələrindən hökumətin etdiyi səhvlərə görə üzr istəyib. Maykl Qov Nazirlər Kabinetinə cavabdeh və qəbul edilən bir çox qərarlara yaxın olan bir nazir kimi məsuliyyəti öz üzərinə götürüb:
“Pandemiyaya cavab olaraq hökumətin buraxdığı səhvlər nəticəsində bu qədər ağrıya dözən qurbanlardan, bu qədər itkiyə məruz qalan ailələrdən üzr istəmək istəyirəm. Siyasətçilər insandır, biz səhv edə bilirik. Əminəm ki, aparılan araşdırma mənim və başqalarının buraxdığı bir çox səhvlərə ətraflı baxmaq imkanı verəcək”,- deyə nazir qeyd edib.
Maykl Qov pandemiyanın ilk 18 ayı ərzində Nazirlər Kabinetinin işinə və siyasətinə məsul olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!