Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                       
22-11-2023, 18:39
Hakan Fidan britaniyalı həmkarıyla görüşdü


Hakan Fidan britaniyalı həmkarıyla görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda britaniyalı həmkarı Devid Kemeron ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
O, Qəzzada müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi üçün beynəlxalq təşəbbüslər göstərmək vəzifəsi daşıyan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının nümayəndə heyətinin tərkibində Londona gedib.
Görüşdə İsrial və HƏMAS arasındakı toqquşmalar müzakirə olunub.
22-11-2023, 18:17
Çin sədri və ABŞ Prezidenti onlayn sammitə qoşulmadı


Çin sədri və ABŞ Prezidenti onlayn sammitə qoşulmadı

G20 ölkələrinin onlayn sammiti keçirilib.
Sammitdə Rusiya prezidenti Vladimir Putin, Hindistanın baş naziri Narendra Modi, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.
Putin Ukraynaya qarşı bir sıra ittihamlar səsləndirib. O, həmçinin deyib ki, Rusiya heç vaxt Ukrayna hakimiyyəti ilə sülh danışıqlarından imtina etməyib.
Sammitdə ABŞ prezidenti Co Bayden iştirak etməyib, onun yerinə ABŞ-ı dövlət katibi Antoni Blinken təmsil edib. Zirvə toplantısında Çin sədri Si Cinpin də iştirak etməyib, onu Baş nazir Li Qiang əvəzləyib.
Qeyd edək ki, sentyabrın 9-10-da Yeni Dehlidə keçirilən G20 sammiti zamanı G20 nümayəndələrinin virtual görüşünün keçirilməsi təşəbbüsü Hindistanın baş naziri Narendra Modi tərəfindən irəli sürülüb.
22-11-2023, 18:10
Yeni “AH-12,7” adlı iri çaplı pulemyot təqdim olundu


Yeni “AH-12,7” adlı iri çaplı pulemyot təqdim olundu

Azərbaycan yeni “AH-12,7” adlı iri çaplı pulemyot hazırlayıb.
Pulemyot noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgidə təqdim olunur.
Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. olmaqla 88 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilir.
22-11-2023, 17:48
Zərdabda çöllük ərazidən tapança aşkarlandı


Zərdabda çöllük ərazidən tapança aşkarlandı

Zərdab Rayon Polis Şöbəsinə rayonun Böyük Dəkkə kəndinin çöllük ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd sandıqça və 8 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
22-11-2023, 16:58
Komitə köçkünlərin Xankəndiyə köçürülməsiylə bağlı cavab verdi


Komitə köçkünlərin Xankəndiyə köçürülməsiylə bağlı cavab verdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ərazisi işğaldan azad olunmuş müxtəlif rayonlardan olan məcburi köçkünlərdən Xankəndiyə köçməklə bağlı çoxsaylı müraciətlər gəlir.
Bu barədə Komitədən məlumat verilib.
Məlumatda bildirilib ki, ərazisi işğaldan azad olunmuş ərazilərdə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində, bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülmə aparılır.
"Bu zaman məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər. Buna uyğun olaraq, Xankəndi şəhərinə də həmin ərazidən olan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur", - Komitə qeyd edib.
22-11-2023, 16:40
İlham Əliyev Kahramanmaraşla bağlı Sazişi təsdiqlədi


İlham Əliyev Kahramanmaraşla bağlı Sazişi təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması haqqında Sazişi təsdiqləyib.
2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” təsdiq edilib.
22-11-2023, 16:33
Rusiya XİN Ermənistanı tənqid etdi


Rusiya XİN Ermənistanı tənqid etdi

"İrəvanın Qərbə qarşı ehtiyatsız "stavkası" fiasko idi".
Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
“Sülh müqaviləsi üzrə danışıqlara dair təkliflərə baxmayaraq, onlar hələ də dondurulmuşdur. Fransa silahlarının tədarükünün faydaları ilə bağlı arqumentlər də sadəlövh görünür", - o əlavə edib.
Zaxarova bəyan edib ki, Ermənistandakı Aİ missiyası təhlükəsizliyi təmin etmir. O, KTMT-nin bunu daha yaxşı bacara biləcəyinə eyham vurub.
Rusiyanın Cənubi Qafqazdan çıxarılmağa çalışıldığını vurğulayan sözçü Qərbin Azərbaycan və Ermənistan arasında vasitəçiliyini də tənqid edib. O, Qərbi nəticəsizlikdə günahlandırıb.
22-11-2023, 16:21
Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı artıb


Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı artıb

Gürcüstan 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycana 371,98 milyon ABŞ dolları dəyərində 19 820 ədəd avtomobil ixrac edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, hesabat dövründə Azərbaycana ixrac edilən avtomobillərin sayı illik müqayisədə 5 276 ədəd və ya 21,02% azalıb, lakin dəyəri 126,78 milyon dollar və ya 51,7% artıb.
Belə ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 245,2 milyon dollar dəyərində 25 096 ədəd avtomobil ixrac edib.
Cari ilin ilk 3 rübü ərzində Gürcüstan ümumilikdə 1 milyard 762 milyon dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 2,65 dəfə çoxdur. Bu il avtomobil Gürcüstanın əsas ixrac məhsulu olub və ölkənin ümumi ixracının 34,5%-ni təşkil edib.
22-11-2023, 15:48
Qəzza zolağında vəziyyət çoxdan kritik həddi aşıb - Putin


Qəzza zolağında vəziyyət çoxdan kritik həddi aşıb - Putin

"KTMT ölkələrinin vahid hava hücumundan müdafiə sisteminin formalaşdırılması istiqamətində xeyli iş görülüb".
Bunu Rusiya prezidenti Vladimir Putin hökumətin onlayn iclasında deyib.
"Rusiya Tacikistana iki S-300 divizionu tədarük edib və KTMT-nin vahid hava hücumundan müdafiə sistemi üçün tədarükləri başa çatdırmağa hazırdır", - o əlavə edib.
Putin Nazirlər Kabinetinə KTMT üçün vahid hava hücumundan müdafiə sisteminin yaradılması barədə qərarı gözdən qaçırmamağı və müvafiq addımlar atmağı tapşırıb.
"Qəzza zolağında vəziyyət çoxdan kritik həddi aşıb. Oradan təxliyə olunmaq üçün Rusiya Federasiyasına 900-ə yaxın insan üz tutub ki, onlardan 639-u rus, 271-i isə onların qohumlarıdır", - Rusiya prezidenti məlumat verib.
O, Qəzza zolağından Rusiya vətəndaşlarının təxliyəsini "müqəddəs vəzifə" adlandırıb.
Putin iqtisadi məsələlərdən danışarkən iddia edib ki, Rusiya Federasiyasında rekord sayda yerli brendlər meydana çıxıb.
22-11-2023, 14:57
Laçına köçürülən ailələr artıq doğma yurdlarındadır


Laçına köçürülən ailələr artıq doğma yurdlarındadır

Laçına köçürülən ailələr artıq doğma yurdlarına çatıb.
Səhər saatlarında Bakı şəhərindən yola düşən 81 nəfərdən ibarət 21 ailə artıq Laçın şəhərinə çatıb.
Belə ki, yeni köçürülən ailələri burada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri qarşılayıb.
Bununla da Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki,​ köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!