"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
15-11-2023, 13:38
Hərbi qulluqçumuz dəm qazından öldü


Hərbi qulluqçumuz dəm qazından öldü

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
N saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Xələfov Nemət İlham oğlu yaşadığı mənzildə dəm qazından zəhərlənərək vəfat edib.
N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış.
Faktla bağlı araşdırma aparılır.
15-11-2023, 13:25
İran Qarabağın Azərbaycanın olmasının tərəfdarıdır - Səfir


İran Qarabağın Azərbaycanın olmasının tərəfdarıdır - Səfir

İranın prinsipial mövqeyi daima Qarabağın Azərbaycanın olmasından yana olub.
Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sosial şəbəkə hesabında bildirib.
"Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb. Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyi təmini yalnız Azərbaycanın suverenliyi və qanunları ilə məna tapır", - səfir qeyd edib.
15-11-2023, 13:09
Mirzoyan Brüsselə rəsmi səfərə gedir


Mirzoyan Brüsselə rəsmi səfərə gedir

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsselə gedir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.
Onun sözlərinə görə, bu gün xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfərə gedir.
15-11-2023, 12:42
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 11-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
15-11-2023, 00:26
Fransaya bəyanat: “Dünya mediasını bizimlə bağlı əks təbliğata çəkməsi yolverilməzdir”


Fransaya bəyanat: “Dünya mediasını bizimlə bağlı əks təbliğata çəkməsi yolverilməzdir”

Fransanın dünya mediasını Azərbaycanla bağlı əks-təbliğata çəkməsi yolverilməzdir.
Bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda əks olunub.
"Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərə dair qərəzli, ermənipərəst mövqeyi Azərbaycan ictimaiyyətində və ölkəmizin jurnalist camiəsində narazılıq və narahatlıq doğurmaqdadır. Bu narazılığın müxtəlif media materiallarında, eləcə də ayrı-ayrı vətəndaşlara məxsus sosial şəbəkə profillərində ifadəsini tapması təbiidir. Təəssüf ki, dünyanın bəzi media orqanları məsələyə xüsusi rəng qatmaqda, cəmiyyətimizin Fransanın birtərəfli və qərəzli mövqeyindən haqlı etirazlarına qeyri-adekvat məzmun qazandırmaqda və mövcud xüsusda Azərbaycan dövlətini hədəfə almaqda, bütövlükdə respublikamız əleyhinə mənfi beynəlxalq rəy formalaşdırmaqdadırlar. Fransanın dezinformasiya ilə mübarizə qrupunun yaydığı son məlumatın Qərb mediasında tirajlanması da bu cür xoşagəlməz niyyətin göstəricisidir" - bəyanatda deyilib.
Qeyd edilib ki, “Reuters“ agentliyinin xəbərinə görə, sözügedən qrup 2024-cü ildə Parisdə keçirilməsi nəzərdə tutulan Olimpiya oyunlarının boykot edilməsi istiqamətində fəaliyyət göstərənlər arasında bir azərbaycanlının olduğunu müəyyənləşdirib:
"Həmin şəxs X sosial şəbəkəsindəki profilində Fransanı qınayaraq bildirib ki, insan hüquqlarının pozulduğu ölkədə Olimpiya oyunlarının keçirilməsi yolverilməzdir. Hazırda dünyada Fransanın qlobal miqyasda apardığı siyasətdən narazılığın artdığı şəraitində bu təşkilatın qərəzli şəkildə yalnız Azərbaycana köklənməsi anlaşılan deyil və son dərəcə bəsit yanaşmanın göstəricisidir.
Əvvəla, hər bir şəxsin sosial şəbəkədə öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ var. İkincisi, hazırkı qloballaşma dövründə sosial şəbəkələrdə xalq və millət məsələləri deyil, fərd anlayışı, o cümlədən istifadəçilərin öz düşüncə və baxışlarını yayması aktualdır. Əgər həmin baxışlarda qaydalara zidd cəhətlər varsa, bunun araşdırılması və müvafiq tədbir görülməsi sosial şəbəkələrin müstəsna hüququdur. Üçüncüsü, sıravi bir sosial şəbəkə istifadəçisinin bölüşdüyü fikirlərin dövlətlə, indiki halda Azərbaycan dövləti ilə əlaqələndirilməsinə cəhdin özü belə olduqca qeyri-peşəkar və bəsit yanaşmadır. Belə təqdimat təsdiq edir ki, Fransanın sözügedən təşkilatı da ölkəmiz əleyhinə aparılan qərəzli təbliğatın alətidir.
Onu da bildirməliyik ki, Azərbaycana münasibətdə qərəzli və çirkin kampaniya aparan Fransa mediasının davamlı və ardıcıl xarakter daşıyan yarıtmaz xəttinin təkanverici qüvvəsinin məhz Fransa dövləti olması artıq hamıya aydındır. Ölkənin nüfuzlu media orqanları belə təlimatların Yelisey sarayından aldıqlarını gizlətmirlər. Aydın görünür ki, bu addımlarla Fransa dövləti özünün daxili və xarici siyasətdəki uğursuzluğunu, ölkədə hökm sürən ksenofobiya, antisemitizm kimi meylləri, rasizmin getdikcə güclənən təzahürlərini, insan hüquqlarının pozulması hallarının artmasını, habelə neokolonialist siyasətinin yaratdığı fəsadları pərdələməyə çalışır. Cənubi Qafqaz coğrafiyasında erməni avantürizmini körükləyən, onu maliyyələşdirən, silahlandıran Fransa fəaliyyətinə qloballıq libası geyindirdiyini zənn edir, əslində isə neokolonializm siyasətini növbəti regiona transfer etməklə orada yeni münaqişə ocaqları yaradır. Bu xüsusda Azərbaycanın hədəfə alınması, ayrı-ayrı media orqanlarında ölkəmizlə bağlı qərəzli məqamların qabardılması Fransa dövləti adına son dərəcə miskin mənzərə formalaşdırır.
Azərbaycan Mətbuat Şurası belə mənfi təmayülləri qətiyyətlə pisləyir, dünya mediasını Azərbaycan əleyhinə aparılan təbliğat kampaniyasında iştirakdan uzaq durmağa, həssaslıq nümayişinə, ölkəmizlə bağlı dezinformasiya yayımından, dəqiqləşdirilməmiş, təsdiqini tapmamış məsələləri işıqlandırmaqdan çəkinməyə, əsl həqiqətlərə diqqət yetirməyə çağırır", - bəyanatda bildirilib.
14-11-2023, 23:20
Eli Koen: "Quterreş regionda heç bir sülh prosesini təşviq etmir"


Eli Koen: "Quterreş regionda heç bir sülh prosesini təşviq etmir"

İsrailin xarici işlər naziri Eli Koen Qəzzada dərhal atəşkəsə çağıran BMT-nin baş katibi Antonio Quterreşi tənqid edib.
Bu barədə o, Cenevrədə çıxış edən zaman danışıb.
Nazir deyib ki, Quterreş BMT-nin rəhbəri olmağa layiq deyil.
"Quterreş regionda heç bir sülh prosesini təşviq etmir", - İsrailin xarici işlər naziri bildirib
O, BMT baş katibinin İrana çox yaxın olduğunu vurğulayıb.
14-11-2023, 22:36
Hikmət Hacıyev: ”Top indi Ermənistanın meydançasındadır!”


Hikmət Hacıyev: ”Top indi Ermənistanın meydançasındadır!”

Sentyabrın 11-də Azərbaycan sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahlı qeydləri ilə birlikdə ikitərəfli kanallar vasitəsilə Ermənistan tərəfinə çatdırıb ki, Ermənistanın cavabının tezliklə təqdim ediləcəyi gözlənilir.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial platformasında bildirib.
“Bu ilin sonunadək sülh müqaviləsini imzalamağa hazır olması barədə ictimai bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz variantını təqdim etməyi iki aydan çoxdur ləngidir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu, tarixi fürsətdir və xüsusilə Azərbaycanın suverenliyini bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur. Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi suallar doğurur. Sülh müqaviləsinin mətni nüvə fizikası deyil. Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, intensiv ikitərəfli danışıqlar yolu ilə sülh sazişinin mətni daha tez tamamalana bilərdi. Top indi Ermənistanın meydançasındadır!”- deyə Hacıyev vurğulayıb.
14-11-2023, 21:41
Lukaşenko Paşinyanla bu məsələləri müzakirə etdi


Lukaşenko Paşinyanla bu məsələləri müzakirə etdi

Xəbər verdiyimiz kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Belarus prezidentinin mətbuat xidməti telefon danışığı ilə bağlı məlumat yayıb.
Lukaşenkonun KTMT-nin Minsk sammitinə gəlməkdən imtina etməsinə sakit reaksiya verib və tələsik qərarlar qəbul etməməyi təklif edib.
Belarus lideri Ermənistanın baş nazirinə təşkilatı “parçalanmaya yönələ biləcək növbəti addımları ciddi şəkildə nəzərdən keçirməyi” tövsiyə edib.
Qeyd edək ki, Paşinyan Belarus prezidentinə görüşdə iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kreml Paşinyanın KTMT-nin Minskdə keçiriləcək iclasında iştirak etməyəcəyinə təəssüflənir.
"Belə görüşlər qeydləri müqayisə etmək və fikir mübadiləsi aparmaq üçün yaxşı səbəbdir. Moskva başa düşür ki, hər bir hökumət və ya dövlət başçısının öz iş qrafiki və şəraiti ola bilər. KTMT aktual olaraq qalır və blok çərçivəsində təşkil olunan görüşlər bu qarşılıqlı fəaliyyət formatına olan tələbatı göstərir", - o bildirib.
14-11-2023, 21:23
ATƏT Qarabağın Azərbaycana məxsus region olduğunu təsdiqlədi


ATƏT Qarabağın Azərbaycana məxsus region olduğunu təsdiqlədi

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pia Kauma və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen Azərbaycanın Ermənistanla sülh sazişinin yekunlaşdırılması istiqamətindəki səylərini davam etdirməyə sadiqliyini alqışlayıb.
Bu barədə ATƏT PA-nın bəyanatında bildirilib.
Pia Kauma və Kari Henriksenin Azərbaycana səfərləri ilə bağlı təşkilatın yaydığı bəyanatda qeyd olunub ki, səfər çərçivəsində Azərbaycanın siyasi rəhbərliyi ilə Ermənistanla hərtərəfli tənzimləməyə nail olunması istiqamətində müzakirə aparılıb. Bəyanatda Qarabağın Azərbaycanın regionu olduğu vurğulanıb.
“Azərbaycana bu gün başa çatan səfəri çərçivəsində ATƏT PA prezidenti Pia Kauma (Finlandiya) və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen (Norveç) ölkənin siyasi liderliyi ilə sentyabrda Azərbaycan öz Qarabağ regionu üzərində nəzarətini bərpa etməsindən sonra Ermənistanla tam nizamlamaya nail olunmasına ehtiyac müzakirə edilib. Sülh sazişi və əlaqələrin normallaşmasının irəliyə aparılması üçün konstruktiv iştirak vacibdir”.
Bildirilir ki, indi Azərbaycan və Ermənistan arasında tam nizamlanmaya nail olmaq üçün sürət qazanmağın vaxtıdır. Rəsmi Bakının indi davamlı sülhün bərqərar olması naminə əsl liderlik nümayiş etdirmək imkanı var.
Bəyanatda vurğulanıb ki, Azərbaycanın ATƏT PA-da güclü iştirakı regionda çoxtərəfli diplomatiya və dialoq üçün müsbət işarədir.
ATƏT rəsmiləri Azərbaycan tərəfinin etnik ermənilərin geri qaytarılmasına kömək göstərilməsi ilə bağlı təşəbbüsünü alqışlayıblar. Nümayəndə heyəti, həmçinin ərazilərin minalardan təhlükəsizliyini təmin etmək, yenidənqurma və reinteqrasiya sahəsində irəliləmək üçün əhəmiyyətli səyləri yüksək qiymətləndirib, beynəlxalq ictimaiyyəti Azərbaycanda təhlükəsizlik və humanitar vəziyyətin inkişafında iştirakını davam etdirməyə çağırıb.
14-11-2023, 20:25
Türkiyə İsrailin Baş naziriylə bağlı məhkəməyə müraciət etdi


Türkiyə İsrailin Baş naziriylə bağlı məhkəməyə müraciət etdi

Türkiyə hökuməti İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırıb.
Bu barədə Türkiyənin hakim partiyası bəyanat yayıb.
İddiada qeyd edilir ki, Qəzza zolağına davam etdirdiyi zərbələrə görə İsrail hökumətinin başçısı məsuliyyət daşıyır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!