Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
9-11-2023, 16:20
Ərdoğan iranlı həmkarıyla bir sıra məsələləri müzakirə etdi


Ərdoğan iranlı həmkarıyla bir sıra məsələləri müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısı zamanı iranlı həmrakı İbrahim Rəisi ilə görüşüb.
Görüşdə İsrailin Qəzzaya hücumları nəticəsində yaranan humanitar böhran və onun həll yolu üçün atılacaq addımlar, Türkiyə-İran ikitərəfli əlaqələri və regional məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı İsrailin hücumlarına son qoyulmasının bölgənin və dünyanın sülhünə xidmət edəcəyini, İslam Əməkdaşlıq Təşkilatının keçiriləcək fövqəladə zirvə toplantısında ədalətli həllə nail olmaq üçün səy göstərməli olduğunu bildirib.
Türkiyənin qarant ölkə rolunu öz üzərinə götürərək problemi həll etməyə hazır olduğunu vurğulayan Ərdoğan İslam dünyasının ortaq mövqe sərgiləməli və İsrailə təzyiqləri artırmalı olduğunu bildirib.
Mətbuata qapalı keçən görüşdə xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat da iştirak edib.
9-11-2023, 15:47
İlham Əliyevin Özbəkistan səfəri başa çatdı


İlham Əliyevin Özbəkistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri noyabrın 9-da başa çatıb.
Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər yola salıblar.
9-11-2023, 15:35
Azərbaycan və Naxçıvan arasındakı yola Rusiya nəzarət etməlidir - Zaxarova


Azərbaycan və Naxçıvan arasındakı yola Rusiya nəzarət etməlidir - Zaxarova

İrəvanın təşəbbüsləri bir çox cəhətdən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində ötən illər ərzində müzakirə edilmiş layihələrlə uzlaşır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
Onun sözlərinə görə, üçtərəfli işçi qrupu regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə məşğuldur:
“Biz qəti inanırıq ki, bu proses Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında mühüm rol oynayır, stabilləşməyə və tranzitin açıqlanmasına töhfə verir və bütün Cənubi Qafqazın logistik potensialını gücləndiri.
Üç ölkənin liderləri 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan bir neçə ay sonra məhz bu işçi qrupunu yaratmaq qərarına gəliblər. Artıq bu qrupun 12 iclası keçirilib, çox böyük işlər görülüb və biz bütün tərəflər üçün faydalı olan paket həllinə çox yaxınlaşa bilmişik. Təəssüf ki, hələ də bu məsələlərə son qoymaq mümkün olmayıb. Bəli, bəzi insanların bunu etmək üçün siyasi iradəsi yoxdur və bu, biz deyilik. Biz regional kommunikasiyaların açılması proseslərinə lazımi yardımı göstərməyə davam etməyə hazırıq”.
Ermənistan Milli Təhlükəsizlik Xidmətində regional və beynəlxalq əhəmiyyətli yolların və digər kommunikasiyaların təhlükəsizliyinə nəzarət edən bölmənin yaradılmasına münasibət bildirən Zaxarova qeyd edib:
“Diqqəti cəlb etmək istərdim ki, qeyd olunan üçtərəfli qaydada Sazişlərə əsasən, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiyanın FTX-nin sərhəd xidməti orqanları həyata keçirməlidir”.
O, həmçinin izah edib ki, Rusiya həm də Ermənistanın blokadasını açmaq vəzifəsini, o cümlədən İrəvan və Ankara arasında dialoqun yenidən başlamasına töhfə verərkən, onu rəhbər tutur. Zaxarova xatırladıb ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin münasibətlərin normallaşdırılması üzrə ilk görüşü 2021-ci il yanvarın 14-də Moskvada baş tutub.
"Rusiya həmçinin ölkələr arasında qarşılıqlı fəaliyyət üçün daha bir yaxşı platforma olan "3+3”ü məsləhətçi regional platforma hesab edir. Platformanın 2024-cü ildə Türkiyədə keçiriləcək növbəti iclasında nəqliyyat mövzuları da nəzərdən keçiriləcək. Bu format çərçivəsində mən əminəm ki, İrəvanın konstruktiv təklifi tələb olunacaq”, - deyə Zaxarova yekunlaşdırıb.
9-11-2023, 15:04
Prezident Zirvə toplantısı iştirakçılarının şərəfinə təşkil olunan tədbirdə iştirak etdi


Prezident Zirvə toplantısı iştirakçılarının şərəfinə təşkil olunan tədbirdə iştirak etdi

Noyabrın 9-da Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
9-11-2023, 14:42
“Zəngəzur” tankerində bayrağımız qaldırıldı


“Zəngəzur” tankerində bayrağımız qaldırıldı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yaradılmış “SA Maritime AFEZCO” Birgə Müəssisəsinə məxsus “Aframax” tipli sayca üçüncü gəmidə Dövlət Himninin sədaları altında üçrəngli Azərbaycan Bayrağı qaldırılıb.
ASCO-dan bildirilib ki, digər "Aframax" tipli tankerlər kimi, bu gəmi də Prezident İlham Əliyevin tapşırığı ilə xalqımız üçün mühüm olan tarixi torpağımızın şərəfinə adlandırılıb. Belə ki, yeni istismara verilən gəmiyə “Zəngəzur” adı verilib.
“Zəngəzur”un dedveyti də (ümumi yükgötürmə qabiliyyəti) bundan öncə istismara verilən “Şuşa” və “Qarabağ” “Aframax” tipli tankerlər kimi təxminən 115 min tondur.
“ASCO Ship Management AFEZCO” tərəfindən idarə olunacaq “Aframax” tipli bu tanker də Xəzərdənkənar sularda istismar ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin dəstəyi ilə alınan bu nəhəng gəmilər ölkəmiz üçün strateji əhəmiyyətə malik olmaqla, milli gəmiçiliyin yükdaşıma potensialının artırılmasına xidmət edəcək, neft sənayemizin beynəlxalq dəyər zəncirinə töhfə verəcək.
Onu da əlavə edək ki, “Aframax” tipli tankerlərin alınması layihəsi üzrə ASCO-nun payı bir müddət əvvəl yerli bazarda uğurla buraxılan “ASCO istiqrazları”ndan cəlb olunan vəsait hesabına maliyyələşdirilib.
9-11-2023, 14:33
Paşinyan və xanımı Fransaya səfərə getdi


Paşinyan və xanımı Fransaya səfərə getdi

Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Fransaya işgüzar səfərə ediblər.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan bu gün Fransa prezidenti Emmanuel Makronla görüşəcək.
Ermənistanın baş naziri noyabrın 10-da keçiriləcək 6-cı Paris Sülh Forumunda iştirak edəcək.
9-11-2023, 13:03
Ərdoğan İrəvana çağırış etdi


Ərdoğan İrəvana çağırış etdi

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ mövzusuna da toxunub.
Ərdoğan çıxışı zamanı "Qarabağda 30 ildən artıq davam edən işğala tam son qoyulması ilə bölgəmizdə daimi sülhə bir addım daha yaxınlaşdığımızı görürük" deyib
Ərdoğan rəmi İrəvana çağırış edərək “Ermənistan öhdəliklərini yerinə yetirsə, sülh prosesi daha da asanlaşacaq” söyləyib.
Türkiyə lideri bildirib ki, Azərbaycanın Qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin ən yaxın zamanda həyata keçirilməsi son dərəcə vacibdir.
9-11-2023, 12:31
Sabahın havası


Sabahın havası

ETSN Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.
Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
9-11-2023, 11:52
Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım etdi


Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində 9 Noyabr - Bayraq Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir:
"Qoy qəlbimiz hər zaman Vətənimizə, bayrağımıza və xalqımıza görə qürur hissi ilə dolsun!".

9-11-2023, 11:27
İlham Əliyev Pakistanın Baş naziriylə görüşdü


İlham Əliyev Pakistanın Baş naziriylə görüşdü[/size]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 9-da Daşkənddə Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar ilə görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub.
Pakistanın Baş naziri Azərbaycanı antiterror tədbirlərinin uğurla başa çatması və Azərbaycanın suverenliyinin tam şəkildə təmin olunması münasibətilə təbriklərini çatdırıb. Pakistanın həmişə Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalı dövründə, həmçinin 44 günlük Vətən müharibəsində Pakistanın ölkəmizə göstərdiyi siyasi-diplomatik dəstəyini və Ermənistanın işğalçı dövlət kimi tanımasını yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycanın Cəmmu və Kəşmir məsələsində BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarını rəhbər tutaraq haqq-ədalətin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məsələlərinə toxunulub. Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib. Həmçinin enerji və nəqliyyat bağlantıları sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
İmtiyazlı ticarət münasibətlərinin ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcminin artırılmasına müsbət təsir göstərəcəyi qeyd edilib. İnformasiya-kommunikasiya texnologiyaları, turizm sahələrində əməkdaşlığın, iki ölkənin şəhərləri arasında bu yaxınlarda birbaşa hava əlaqəsinin yaradılmasının müsbət addım olduğu bildirilib, bunun turizm sahəsində əməkdaşlığa və insanlar arasındakı təmaslara müsbət təsir göstərəcəyi vurğulanıb. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.
Söhbət zamanı dünyada islamofobiya meyillərinin artmasından narahatlıq ifadə edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!