Sumqayıt hadisələrinin günahsız qurbanı .....                        RƏQSDƏ FONOQRAM YOXDUR .....                        Hamsa (Xəmsə) yazma ədəbi ənənəsi .....                        Amerikada koronavirusun yeni ştammı yayılır .....                        "Bu, kişiliyə yaraşan bir hərəkət deyil" .....                        Ağdamın Xıdırlı kəndindən FOTOLAR .....                        “İmarət” stadionunun təməli qoyuldu - FOTO .....                        Dövlət başçısı Xankəndidə uşaq bağçasının açılışında .....                        Bakıda körpünün üzərində iki maşın yanır .....                       
5-11-2023, 16:38
Xankəndi stadionunda bərpa işləri gedir


Xankəndi stadionunda bərpa işləri gedir

Xankəndi stadionunda hazırda bərpa işləri aparılır.
Bu barədə Xankəndi şəhərinin "X" sosial şəbəkəsindəki hesabında məlumat verilib.
Qeyd olunub ki, Xankəndi şəhər stadionu 1956-cı ildə istifadəyə verilmişdir.
5-11-2023, 15:33
İranın yeni döyüş gəmisi Xəzər dənizinə buraxılacaq


İranın yeni döyüş gəmisi Xəzər dənizinə buraxılacaq

“Dilman” esminesi Xəzər dənizinə qatılacaq.
Bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani IRNA-ya açıqlamasında deyib.
Qeyd edilib ki, ordu donanmasının yeni “Dilman” esminesi noyabrın 28-də təqdim olunacaq və Xəzər dənizinə buraxılacaq.
5-11-2023, 14:40
Tərtərdə minaya düşən şəxsin ayağıamputasiya edildi


Tərtərdə minaya düşən şəxsin ayağıamputasiya edildi

2023-cü il 5 noyabr tarixində Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.
Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, piyada əleyhinə mina partlayışı nəticəsində Tərtər rayon Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu xəsarət alıb.
Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.
“ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!”-deyə, məlumatda vurğulanıb.
5-11-2023, 14:12
Zəfər Günü münasibətilə veloyürüş keçirildi


Zəfər Günü münasibətilə veloyürüş keçirildi

Azərbaycan Velosiped Federasiyası (AVF) və Müdafiə Sənayesi Nazirliyinin (MSN) birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Səbail rayonunda yerləşən Veloparkın ərazisində 8 Noyabr - Zəfər Günü münasibətilə veloyürüş keçirilib.
Vətən müharibəsində qazanılmış tarixi qələbəyə həsr olunan veloyürüşdə Azərbaycan millisinin, AVF-nin, MSN-in Velosiped İdman Klubunun üzvləri, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, digər peşəkar və həvəskar velosipedçilər iştirak ediblər.
Ümumilikdə 100 nəfərdən çox velosipedçi Veloparkın mərkəzindən start götürərək, təyin olunmuş marşrut üzrə 2 dairə vurublar.
İştirakçılar sonda xatirə şəkli çəkdiriblər.
5-11-2023, 13:42
İdmançımız beşqat dünya çempionu oldu


İdmançımız beşqat dünya çempionu oldu

Azərbaycan karateçisi Musa Musazadə beşqat dünya çempionu olub.
O, Yaponiyanın Matsuyama şəhərində keçirilən Aşihara növü üzrə mundialın qızıl medalını qazanıb.
60 kq çəki dərəcəsində mübarizə aparan M.Musazadə bütün rəqiblərinə qalib gəlib.
14-15 yaşlı idmançıların yarışında Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Digər karateçi Fərman Rəhimov isə dünya çempionatını bürünc medalla başa vurub.
5-11-2023, 13:13
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Noyabrın 6-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz 11-16° isti olacaq.
5-11-2023, 13:02
Tərtərdə mina partladı - Xəsarət alan var


Tərtərdə mina partladı - Xəsarət alan var

Noyabrın 5-də saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, rayonun Seyidimli kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
"Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq",- deyə məlumatda vurğulanıb.
5-11-2023, 13:02
Tərtərdə mina partladı - Xəsarət alan var


Tərtərdə mina partladı - Xəsarət alan var

Noyabrın 5-də saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, rayonun Seyidimli kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
"Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq",- deyə məlumatda vurğulanıb.
4-11-2023, 20:10
Azərbaycan hökuməti bu regionda daha parlaq gələcək qurur - Səyyah


Azərbaycan hökuməti bu regionda daha parlaq gələcək qurur - Səyyah

Ağdamda, Şuşada dağılmış binaları, yaşayış yerlərini görmək həqiqətən də kədərlidir. Dünyanın bir çox yerində olmuşam, müharibəni və müharibədən sonrakı vəziyyəti, oxşar tarixi bir neçə yerdə görmüşəm. Müharibə və qarşıdurmalar həmişə ürəyimi parçalayır. Bu binalar, bu evlər bir tarixdir və tarixi məhv etmək çox üzücüdür.
Bu sözləri Küveytdən gəlmiş səyyah Bader Alşuaib söyləyib.
Qarabağ bölgəsinə ilk dəfə səfər etdiyini bildirən Küveytli səyyah deyib: “Mən tarixi öyrənmək üçün buradayam. Buranın keçmişini gördüm və indi gələcəyinin necə olacağının az da olsa təsəvvür edirəm. Burada gördüyüm odur ki, Azərbaycan hökuməti bu regionda daha parlaq gələcək qurur. Əgər investisiya şirkətləri buradakı turizm sektoruna maraq görsətsələr, əminəm ki, regionda turizmi inkişaf etdirmək üçün yaxşı potensial var”.
4-11-2023, 19:34
Ceyhun Bayramov alman həmkarıyla görüşdü


Ceyhun Bayramov alman həmkarıyla görüşdü

Bakıda Azərbaycan və Almaniya XİN rəhbərlərinin görüşü başlayıb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov XİN-də almaniyalı həmkarı Annalena Berboku qarşılayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!