Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
27-11-2023, 12:25
Dərələyəz icmasının nümayəndələri Naxçıvan Xalça və İplik İstehsalı müəssisəsində olublar


Dərələyəz icmasının nümayəndələri Naxçıvan Xalça və İplik İstehsalı müəssisəsində olublar

25.11.2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Unversitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Dərələyəz icmasının rəhbəri, professor Mahirə Nağıqızı və Dərələyəz icmasının üzvləri Möhübbət Səmədoğlu, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova, Mehparə Calalova, hüquqşünas Səməd Vəkilov, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova, filologiya elmləri doktoru Könül Səmədova, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadə və digər qonaqlar Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətində olublar.
Butov.az xəbər verir ki, cəmiyyətin direktoru Rövşən Abbasov (Vəkilov) qonaqlara müəssisə və xalçalar haqqında ətraflı məlumat verib.
Direktorun verdiyi məlumata əsasən müəssisədə Azərbaycanın bölgələrinə aid qədim naxışların yenidən xalçalarda həyat tapması ilə yanaşı sifariş (loqolar, istəyə uyğun adlar, imzalar, portretler və s.) və Naxçıvana məxsus abidə xalçalar da toxunur.
Qonaqların nəzərini cəlb edən xalçalardan bəziləri də Dərələyiz-İrəvan torpaqlarının qədim naxışları əsasında toxunmuş xalçalar oldu.







27-11-2023, 07:03
Dərələyəz icması xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarını ziyarət edib


Dərələyəz icması xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarını ziyarət edib

Dərələyəz icması xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarını ziyarət edibNaxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak edən Dərələyəz icmasının üzvləri Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarını ziyarət ediblər.
Bu barədə Dərələz icmasının sədr müavini Möhübbət Səmədoğlu məlumat verib. O, bildirib ki, icma rəhbəri professor Mahirə Nağıqızının təşəbüsü ilə Naxçıvanda səfərdə olan Dərləyəz İcmasının üzvüvələri 25 noyabr 2023-cü il tarixində Naxçıvan şəhər qəbristanlığında uyuyan Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarını ziyarət ediblər. Məzarın önündə çıxış edən professor Mahirə Nağıqızı bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad edilməsi onu göstəriki biz qəhrəman xalqıq. Bu qəhrəmanlıq tarixi şura əsaslanır. Odur ki biz tariximizi yaxşı öyrənməliyik.
Sonra professor Mahirə Nağıqız 1918-1920-ci illər erməni-müsəlman qırğınlarına toxunar bu dövrü Azərbaycan tarixinin ən mürəkkəb və çətin dövrü adlandırmışdır.Professor M.Nağıqızı:” Bir tərəfdən Andoluda erməni dövləti yaratmaq istəyən qüvvələrin xülyaları boşa çıxmışdı. Digər tərəfdən isə Çar Rusiyası süquta uğarmışdır. Fürsətdən istifadə edən ermənilər Qafqaz Hərbi dairəsindəki silahları ələ keçirmiş, Osmanlıda qırğınlar törədən Andranik Ozanyana saxta general rütbəsi verilmişdi. Belə bir şəraitdə Azərbaycan öz müstəqilliyini elan etmişdir. Andarnik Ozanyanın hərbi dəstləri Anadoludan Azərbaycan ərazisinə daxil olaraq silahsız mülki əhaliyə qarşı kütləvi qətllər həyata keçirirdi.

Belə bir şəaritdə məhz Xalq Qəgrəmanı Balo bəy Vəkilov Çivə özünümüdafiə taborunu yaradaraq Şərur-Dərələyəz qəzasında Andarnikin qoşunlarına qarşı milli mücadiləni təşkil etmişdir.Təsadüfi deyil ki, ermənilər nə qədər mübarizə aparsalarda Çivə kəndini aylarla mühasirədə saxlasalarda kəndi təslim edə bilməyiblər. Belə qəhrəmanlar unudulmamalıdır. Keçmişinə sahib çıxmayanın gələcəyi olmaz deyib atalar. Balo bəy Vəkilov kimi qəhrəmanlarımızın ehtiramını saxlamaq hər birimizin borcudur”.
M.Nağıqızı tarixçi alim Əli Əliyevin xatirələrində Balo bəy Vəkilov haqqında yazılanların maraqlı bir mənbə olduğunu da söylədi. Sonra o, Balo bəy Vəkilovun irsinin tədqiq edilməsi onun haqqında ayrıca kitabın yazılması, səndli filimin çəkilməsinin zəruriliyini vurğuladı. M.Nağıqızı onu da qeyd etdi ki, Balo bəy Vəkilov haqqında onu görən tanıyan şəxslərin şəxsi xatirlərini də toplamaq olduqca vacibdir və bu işləri təxirə salınmadan həyata keçirmək lazımıdr.

Sonra Balo bəy Vəkilovun oğlu görkəmli dövlət xadimi Tofiq Vəkilovun da məzarı ziyarət edilmişdir.
Qeyd edək professor Mahirə Nağıqızı ilə bərabər Dərələyəz icmasının üzvləri Möhübbət Səmədoğlu, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova, həkim Mehparə Calalova, hüquqşünas Səməd Vəkilov, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova, filologiya elmləri doktoru Könül Səmədova, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadə və digər qonaqlar Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rövşən Vəkilov, müsəssisənin əməkdaşı Ülvi Əsgərov, Şərur rayonu Dan Yeri kədinin sakini müharibə veteranı Tofiq Calalov, kənd sakini Yusif Yusifli də iştirak ediblər.
Tədbirin sonunda hüquqşünas Səməd Vəkilov Dərləyəz icmasının rəhbəri professor Mahirə Nağıqızına vəkilovlar ailəsi adından təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan tarixində müstəsna xidmətləri olmuş vəkilovlar nəslinin nümayəndəsi Xalq qəhərmanı Balo bəy Cəlil bəy oğlu Vəkilov 1898-cu ildə Şərur-Dərələyəz qəzasının Çivə kəndində doğulub.İlk təhsilini mədrəsədə alıb.

Uşaq yaşlarında (1905-1907) erməni-müsəlman qırğınlarının şahidi olmuşdur. 1918-ci il hadisələri başlayandan Balo bəy ermənilərin elə ilk hücumlarından sonra silaha sarılır. Könüllülərdən ibarət güclü müdafiə dəstəsi yaradır. Dəstədə Əhməd bəy (Amo), İsmayıl bəy, Əli bəy, Hüseyn bəy, Qafar bəy, Yusif bəy, Kərbəlayı Əşrəf bəy, Kərbəlayi Firudin bəy, Paşa bəy vəkilovlar və kəndin qəhrəman əhalisidə şücaətlə iştirak edirlər.
Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq kəndin camaatı igidliklə vuruşur, ermənilərin bütün hücumlarını dəf edir, onlara sarsıdıcı zərbələr vururdu. Bir müddətdən sonra Naxçıvan və Qərbi Azərbaycanın əhalisi kütləvi şəkildə öz doğma yurdlarını tərk edərək İran ərazisinə keçmək zorunda qalırlar. Həmin vaxtı Balo bəyin rəhbərlik etdiyi Çivə müdafiəçiləri də İrana keçməli olurlar. İrandan geri qayıtdıqdan sonra Balo bəy Bakıya gedir, Məhəmməd Əmin Rəsulzadə ilə görüşür.
Məhəmməd Əmin Rəsulzadə öz kəndlərinə qayıtmağı məsləhət görür. Bu dövrdə Dərələyəzin əhalisinin bir hissəsi Qarabağa köçür. Balo bəy və Çivə müdafiəçiləri isə öz kəndlərinə qayıdır. Yenidən döyüşlər şiddətlənir. Bu döyüşlərdə Balo bəy və müdafiəçilər özlərini məğlubedilməz qəhrəman kimi göstərirlər. Ermənilər Balo bəy və Abbasqulu bəy Şadlinskinin başına mükafat təyin edirlər. Lakin yenə də bu igidləri öldürmək azğın düşmənə qismət olmur.
30-cu illərin ağır repressiyalarında Balo bəyin də adı repressiya olunanların siyahısına salınır. Lakin Balo bəyə olan xalq sevgisi onun gizlənməklə repressiyadan xilas olmasına kömək edir. Lakin Naxçıvanda olan vəzifəli ermənilərə Balo bəyin sağ qalması ağır gəlirdi. Böyük Vətən müharibəsi başlayanda ermənilər Balo bəyi müharibəyə göndərməyə cəhd etsələr də onun yaşının çoxluğu ermənilərin murdar niyyətini həyata keçirməyə mane olur.

1943-cü ildə Balo bəy Naxçıvanda dükanda satıcı işləyir. Balo bəy burada da ermənilərin hiyləsindən xilas ola bilmir. Ermənilərin şahidlik ilə Balo bəyi guya ticarətdə etdiyi saxtakarlığa görə həbsinə nail olurlar. Məhkəmə hətta Balo bəy haqqında ölüm hökmü çıxarır (gələcəkdə oxucuları məhkəmə sənədləri ilə tanış edəcəyik), lakin hökm icra edilmir. Balo bəy iki il həbsdə olur. Sonra isə Naxçıvan MR Nazirlər Sovetində işləyən əmisi oğlu İlyas Vəkilovun köməyi ilə həbsdən azad olur. Ömrünün sonuna qədər Naxçıvan şəhərində yaşayan Balo bəy Vəkilov 1982-ci ildə Naxçıvan şəhərində vəfat etmiş və Naxçıvan şəhər məzarlığında dəfn edilmişdir.
26-11-2023, 23:50
İranda polisə qarşı silahlı hücum - 2 nəfər yaralandı


İranda polisə qarşı silahlı hücum - 2 nəfər yaralandı

Bu gün günorta saatlarında İranın Şiraz şəhərində polis əməkdaşlarına qarşı silahlı hücum baş verib. Nəticədə 2 polis ağır yaralanaraq xəstəxanaya aparılıb.
Stasionar postda patrul xidməti aparan polislər şübhələndikləri avtomobili saxlamaq üçün “saxla” işarəsi veriblər. Bu zaman avtomobilin sürücüsü avtomatdan polislərə atəş açıb. Sürücünün özü silahlı atışma nəticəsində ağır yaralanıb. Bununla yanaşı, 2 polis əməkdaşı da ağır yaralanaraq Şiraz şəhər xəstəxanasına çatdırılıb.
Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının mütəxəssisləri araşdırma aparmağa başlayıblar.
Qeyd edək ki, cari il ərzində İranın Tehran, Sistan-Bəlucistan, Kürdüstan, Əhvaz və digər bölgələrində də polis silahlı hücuma məruz qalıb.
26-11-2023, 23:32
Məktəbdəki hadisəylə bağlı DİN-dən açıqlama


Məktəbdəki hadisəylə bağlı DİN-dən açıqlama

Paytaxtın Sabunçu rayonunda 90 saylı tam orta məktəb şagirdinin göz nahiyəsindən xəsarət alması ilə bağlı polisə daxil olan məlumat araşdırılıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla şagirdin göz nahiyəsində xəsarət faktında qəsd müəyyən olunmayıb. Müəyyən edilib ki, hadisə məktəbin akt zalında digər şagirdin ona dəyməsi nəticəsində baş verib.
Bütün sorğular və aparılan araşdırmalarla məktəblinin hansısa formada qəsdə məruz qalması ilə bağlı iddialar təsdiqini tapmayıb.
26-11-2023, 22:24
Amerikalı milyarder İsrailə səfər edəcək


Amerikalı milyarder İsrailə səfər edəcək

Amerikalı milyarder İlon Mask bazar ertəsi İsrailə səfər edəcək.
Bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
O, İsrailin baş naziri Binyamin Netanyahu və prezident İsxaq Hersoq ilə görüşəcək.
Netanyahu sentyabrın 18-də Kaliforniyada Mask ilə görüşüb və ona "X" platformasının antisemit məzmunu ilə bağlı məlumat verib
26-11-2023, 22:09
Türkiyə və İran Prezidentləru Qəzzanı müzakirə etdi


Türkiyə və İran Prezidentləru Qəzzanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Məlumatı Türkiyə tərəfi yayıb.
Telefon danışığı zamanı Qəzza zolağındakı vəziyyət, fələstinlilərə humanitar yardım və bölgədə daimi atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.
Liderlər Ankarada keçiriləcək Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının hazırlıqları və gündəliyi ətrafında da fikir mübadiləsi aparıblar.
26-11-2023, 21:27
İsrailin Baş naziri Qəzza zolağına getdi


İsrailin Baş naziri Qəzza zolağına getdi

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına gedib.
Bu barədə "Times of Israel" nəşri yazıb.
Bildirilir ki, Baş nazir İsrail ordusunun əsgərləri ilə görüşüb. O, HƏMAS qruplaşmasına qarşı müharibənin davam edəcəyini bildirib.
26-11-2023, 20:55
Məktəbdə insident: Şagird döyüldü, müəllim töhmət aldı


Məktəbdə insident: Şagird döyüldü, müəllim töhmət aldı

Bakıda 90 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi ilə bağlı məlumat yayılıb.
Məktəbdən bildirilib ki, 07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub.
Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.
Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.
Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı jurnalist İntiqam Valehoğlu sosial şəbəkə hesabında paylaşıb.
26-11-2023, 20:44
“Sumqayıt” və “Zirə” oyunu qolsuz başa vurdu


“Sumqayıt” və “Zirə” oyunu qolsuz başa vurdu

Noyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunun sonuncu görüşündə “Sumqayıt” və “Zirə” komandaları üz-üzə gəliblər.
“Kapital Bank Arena”da keçirilən qarşılaşmada qapılara top vurulmayıb və komandalar meydandan qolsuz heç-heçə ilə ayrılıblar.
Bununla da Azərbaycan Premyer Liqasının XIV turuna yekun vurulub.
On dörd turdan sonra Premyer Liqaya 29 xalla “Qarabağ” klubu liderlik edir. “Zirə” 28 xalla ikincidir. Aktivlərində 22 xal olan “Sumqayıt” üçüncü, “Səbail” isə dördüncü pillədə yer alıb. Çempionatda sonrakı yerləri “Araz-Naxçıvan” (21 xal), “Neftçi” (19), “Sabah” (16), “Turan Tovuz” (15), “Qəbələ” (11) və “Kəpəz” (10) tutur.
26-11-2023, 20:10
HƏMAS daha 14 israillini sərbəst buraxdı


HƏMAS daha 14 israillini sərbəst buraxdı

HƏMAS girov saxladığı daha 14 israillini sərbəst buraxıb.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Qırmızı Xaç Cəmiyyətindən alınan məlumata görə, oktyabrın 7-dən Həmas hərəkatının əsirliyində saxlanılan 14 israilli girov və digər 3 əcnəbi yardımçılara təhvil verilib. Beləliklə, HƏMAS girovların üçüncü qrupunu azad edib.
Qeyd edək ki, bundan əvvəl HƏMAS ilk mərhələdə 13 İsrailli, 10 taylandlı və 1 filippinlini azad etmişdi. 13 İsrail və 4 Tayland vətəndaşından ibarət ikinci qrup noyabrın 26-na keçən gecə sərbəst buraxılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!