Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
15-12-2023, 17:13
İrəvan və Moskva arasında müqavilə imzalandı


İrəvan və Moskva arasında müqavilə imzalandı

İrəvan və Moskva Ermənistan Atom Elektrik Stansiyasının ikinci enerji blokunun istismar müddətinin yenidən uzadılması (daha 10 il) üçün çərçivə müqaviləsi imzalayıb.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Sənədi Ermənistan tərəfdən baş direktor Eduard Martirosyan, Rusiya tərəfdən isə “Rusatom Servis” ASC-nin kompleks layihələr idarəsinin rəhbəri Yuri Sviridenko imzalayıblar.
İmzalama mərasimində Rusiya və Ermənistanın baş nazir müavinləri Aleksey Overçuk və Mher Qriqoryan da iştirak ediblər.
15-12-2023, 17:06
Türkiyə dəmiryolu şəbəkəsini Zəngəzur dəhlizinə qədər genişləndirir


Türkiyə dəmiryolu şəbəkəsini Zəngəzur dəhlizinə qədər genişləndirir

Türkiyə dəmiryolu şəbəkəsini 13 min 919 kilometrdən 17 min 11 kilometrədək genişləndirəcək.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatında qeyd edilib.
Məlumata görə, bununla bağlı layihələr tamamlanmaq üzrədir. Həmçinin, 2 min 452 kilometrlik yeni xətlər üçün yol xəritəsi də artıq müəyyənləşib.
Qeyd edilib ki, ümumi layihələr sırasında Qars-Iğdır-Aralık-Dilucu (Zəngəzur) dəmiryolu xətti strateji baxımdan əhəmiyyət kəsb edir. Xəttin uzunluğu 224 kilometr olacaq. Marşrut üzrə 5 stansiyanın quraşdırılması planlaşdırılır. Saatda 160 kilometr/saat sürətlə hərəkət nəzərdə tutulan xətdə il ərzində 5,5 milyon sərnişin və 2 milyon ton yük daşınması planlaşdırılıb.
Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "Naxçıvan Dəmir Yolları" MMC də gələn il yanvarın 1-dən yüklərin vaxtında, tam təhlükəsiz mənzil başına çatdırılması, sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə dəmiryolu infrastrukturunu müasir standartlara cavab verəcək şəkildə yenidən quracaq.
15-12-2023, 16:26
XİN Başçısı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Şurasının iclasında çıxış etdi


XİN Başçısı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Şurasının iclasında çıxış etdi

15 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov video-konfrans formatında baş tutmuş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında çıxış edib.
Bu barədə XİN-dən məlumat verilib.
2023-cü il ərzində QDİƏT-ə sədrlik edən qardaş Türkiyə Respublikasını uğurlu və dinamik sədrlik münasibətilə təbrik edən nazir Ceyhun Bayramov, bu istiqamətdə QDİƏT-i praktiki əməkdaşlıq və konkret layihələrə fokuslanan Təşkilata çevirməklə bağlı Türkiyə tərəfindən göstərilən səylərin təqdirəlayiq olduğunu ifadə edib.
Çıxış zamanı QDİƏT-in növbəti illər ərzində prioritetlərini müəyyən edəcək İqtisadi Gündəliyinin yekunlaşdırılmasının, xüsusilə nəqliyyat və bağlantıların genişləndirilməsi istiqamətində fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Ölkəmizin bölgədə nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində əməli addımlar atdığını, bu istiqamətdə görülən işlərin öz növbəsində Orta Dəhlizin imkanlarının genişləndirilməsinə də töhfə verəcəyi vurğulanıb. Bu sahədə, tranzit axınlarının rəqəmsallaşması, habelə “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi istiqamətində Mərkəzi Asiya və Qara dəniz regionlarından olan tərəfdaşlarla yaxından fəaliyyət göstərdiyimiz diqqətə çatdırılıb.
Enerji təhlükəsizliyi sahəsində Cənub Qaz Dəhlizi layihəsinin genişlənməsinin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, bu istiqamətdə "yaşıl enerji" sahəsinin inkişafının prioritetimiz olduğunu bildirib.
Növbəti il ərzində ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası - COP29-a ev sahibliyi edəcəyini qeyd edən nazir Ceyhun Bayramov, sözügedən tədbirin qlobal iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə olması üçün ölkəmizin bütün səylərini səfərbər edəcəyini söyləyib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları məlumatlandıran nazir Ceyhun Bayramov, hazırda bölgədə sülh quruculuğu üçün münbit şəraitin, habelə Təşkilat çərçivəsində də qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanların yarandığını qeyd edib. Ölkəmizin Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlı olduğu bir daha vurğulanıb.

15-12-2023, 16:12
Azərbaycanla BƏƏ arasında sənədlər imzalandı


Azərbaycanla BƏƏ arasında sənədlər imzalandı

Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb.
Azərbaycan İnvestisiya Holdinqi və Abu Dabi İnkişaf Holdinq Şirkəti arasında Birgə sərmayə çərçivə razılaşması imzalanıb.
Razılaşmanı Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzalayıblar.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında data mərkəzləri layihələrində investisiya əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzalayıblar.
15-12-2023, 16:01
Rusiyadan Ermənistana idxal olunan qazın qiyməti bahalaşmayacaq


Rusiyadan Ermənistana idxal olunan qazın qiyməti bahalaşmayacaq

Rusiyadan Ermənistana idxal olunan qazın qiyməti 2024-cü ildə dəyişməyəcək və müvafiq olaraq istehlakçılar üçün tarif də dəyişməyəcək.
Bu barədə “Armenpress”ə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.
“Hazırda bizdə dəqiq məlumat var ki, qazın qiyməti 2024-cü ildə dəyişməyəcək. Və əminəm ki, buna görə də tarif dəyişməyəcək”.
Baş nazirin müavininin sözlərinə görə, “Qazprom Ermənistan” artıq Rusiyanın “Qazprom” şirkətilə 2024-cü il üçün müqavilə imzalayıb və bu müqavilədə heç bir qiymət dəyişikliyi nəzərdə tutulmayıb.
Rusiya qazının Ermənistandakı qiyməti 1000 kubmetr üçün 165 dollar təşkil edir.
15-12-2023, 15:51
İlham Əliyev BƏƏ-nin investisiya nazirini qəbul etdi


İlham Əliyev BƏƏ-nin investisiya nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydini qəbul edib.
Dövlətimizin başçısı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-in Dubayda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
Məhəmməd Həssən Əl Suveydi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinə səfərini və səfər çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünü məmnunluqla xatırladı.
Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli dostluq münasibətlərin bir çox sahədə uğurla inkişaf etdiyi bildirildi, müxtəlif səviyyələrdə təmasların əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət etdiyi qeyd olundu.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərar beynəlxalq aləmdə ölkəmizə göstərilən böyük etimadın və hörmətin nümunəsi kimi dəyərləndirildi.
Söhbət zamanı bu gün imzalanacaq sənədlərin önəmi qeyd edilərək bunun iqtisadi sahədə əməkdaşlığın və ümumilikdə əlaqələrimizin uğurlu inkişafının yaxşı göstəricisi olduğu bildirildi.
Sonra sənədlərin imzalanması mərasimi oldu.
Azərbaycan İnvestisiya Holdinqi və Abu Dabi İnkişaf Holdinq Şirkəti arasında Birgə sərmayə çərçivə razılaşması imzalandı.
Razılaşmanı Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzaladılar.
15-12-2023, 15:18
SOCAR və BP-dən yeni əməkdaşlıü təşəbbüsü: Memorandum imzalandı


SOCAR və BP-dən yeni əməkdaşlıü təşəbbüsü: Memorandum imzalandı

Bu gün SOCAR və bp Azərbaycanın neft-qaz sektorunda metan səviyyələrinin azaldılmasına yönəlmiş yeni əməkdaşlıq təşəbbüsünü elan etmək üçün birgə tədbir keçirib.
BP-dən verilən məlumata gorə, qlobal “Metan Rəhbər Prinsipləri”ni (MGP) imzalamış bu iki şirkət Azərbaycanda metan emissiyalarının azaldılması səylərini irəli aparmaq məqsədilə öyrətmək və başqalarından öyrənmək, təcrübələri bölüşmək və birgə fəaliyyət üçün metan sahəsindəki öz təcrübə və biliklərini bir araya gətirərək sıx əməkdaşlıq edəcək.
Bundan iki həftə əvvəl 30 noyabr 2023-cü il tarixində “MGP” ölkələr səviyyəsində metan emissiyalarının azaldılmasını sürətləndirmək üçün özünün yeni Qlobal Metan Emissiyalarının Azaldılmasının Təşviqi (AGMR) təşəbbüsünü elan etmişdi. SOCAR və bp həmin təşəbbüs çərçivəsində birgə işləyərək Azərbaycanda enerji sektorunun tələblərinə cavab verən xüsusi yol xəritəsi hazırlamaq səylərinə dəstək məqsədilə əsas maraqlı tərəfləri, tərəfdaşları, tədqiqat institutlarını və hökumət rəhbərliyini bir araya gətirəcək.
Tədbirdə həmçinin SOCAR-la BP arasında qarşılıqlı anlaşma memorandumu imzalandı. Bu sənəd çərçivəsində şirkətlər metan səviyyələrinin azaldılması sahəsində bilik və bacarıqların inkişafı, emissiyaların ölçülməsi, hesabatlılıq, yoxlama, texnologiyalar və texniki təcrübənin artırılması yönümündə birgə işləyəcək.
15-12-2023, 14:23
İrəvanla Bakı arasında dəmir yolu açıla bilər - Sənədlər hazırdır


İrəvanla Bakı arasında dəmir yolu açıla bilər - Sənədlər hazırdır

"Rusiya Ermənistan kimi nəqliyyat marşrutlarının şaxələndirilməsində və ölkələr arasında yüklərin daşınması üçün yeni marşrutların yaradılmasında maraqlıdır".
Bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk İrəvanda hökumətlərarası komissiyanın iclasında bildirib.
"Yuxarı Lars keçid məntəqəsi təbii və iqlim səbəblərinə görə ilboyu nəqliyyat əlaqəsini tam təmin edə bilmir. İrəvan və Moskva Ermənistanda yeni atom enerji bloklarının tikintisi ilə bağlı danışıqlar aparır" - Overçuk deyib.
Onun sözlərinə görə, İrəvanla Bakı arasında dəmir yolunun açılması üçün sənədlər ən yüksək səviyyədə hazırdır. Overçuk əlavə edib ki, kommunikasiyaların açılması üzrə işlər aparılır və bu məqsədlə üçtərəfli işçi qrup yaradılıb: "Emissiyanın maliyyə komponenti hesablanır, hələlik konkret rəqəmlər yoxdur".
"Rusiya burada daha çox vasitəçi rolunu oynayır və əgər tərəflər bu işi davam etdirməyə hazırdırsa, o zaman biz də təbii ki, iştirak etməyə hazırıq. Əsas nəticə tərəflərin birbaşa işə başlaması olub", - Rusiya baş nazirinin müavini söyləyib.
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan da danışıb.
"İlin sonuna qədər Azərbaycanla delimitasiya ilə bağlı yeni görüş olmayacaq. Növbəti komissiya danışıqlarının tarixi və yeri hələ müəyyən edilməyib. Buna baxmayaraq, iş reqlamenti artıq ölkələr tərəfindən təsdiqlənib, ona görə də yaxın gələcəkdə tarixi razılaşdırmaq mümkün olacaq", - Qriqoryan vurğulayıb.
Onun sözlərinə görə, delimitasiya və demarkasiya illər çəkə bilər: "Çünki bu, kifayət qədər mürəkkəb prosesdir - sərhədin hər bir hissəsi razılaşdırılmalıdır. İşin alqoritmi təxminən belədir: iclaslar zamanı komissiyaların hər biri öz xəritəsini və ya onun fraqmentini, hüquqi sənədlərini təqdim edir, sonra fikir mübadiləsinə başlanır".
“Ticarət dövriyyəsinin dinamikası çox yaxşıdır. Rurist axınında artım qeydə alınıb. Tərəflər bir sıra mühüm iqtisadi məsələlərin həllinə kömək edəcək yeni razılaşmalar əldə edə bildilər və əvvəlkilər uğurla həyata keçirilib", - Paşinyanın müavini Rusiya ilə münasibətlərə də toxunub.
15-12-2023, 13:51
Türkiyə Böyük Millət Məclisində müxalifət fraksiyası ləğv oldu


Türkiyə Böyük Millət Məclisində müxalifət fraksiyası ləğv oldu

Türkiyə Böyük Millət Məclisində (TBMM) Səadət və Gələcək Partiyasının birgə yaratdığı parlament fraksiyasının fəaliyyətinə xitam verilib.
Bu barədə NTV məlumat yayıb.
Buna səbəb fraksiyada təmsil olunan Səadət Partiyasının deputatı Hasan Bitmezin ötəngünkü vəfatı ilə fraksiya üçün minimal hədd olan 20 deputatın üzvlüyünün 19-a düşməsi olub.
Qeyd edək ki, Təhlil və Araşdırma Qrupu dünən bunun baş verəcəyi ilə bağlı material hazırlamışdı.
Xatırladaq ki, Səadət Partiyasının sədr müavini olan H.Bitmez parlament tribunasındakı çıxışı zamanı qəfil özündən getmişdi. O, xəstəxanada dünyasını dəyişib.
Səadət və Gələcək Partiyalarının hər biri 10 deputatla parlamentə düşə bilmişdi ki, bunların cəmi fraksiya qurmaq üçün minimal həddi təşkil edirdi.
15-12-2023, 13:20
2023-cü il üçün əhalinin sayı açıqlandı


2023-cü il üçün əhalinin sayı açıqlandı

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il noyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10172823 nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!