XİN Başçısı sülh haqqında danışdı - VİDEO“44 günlük Vətən müharibəsi dövründən - 2020-ci ilin oktyabr ayından bu günə kimi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Azərbaycana qarşı yeddi sənədin qəbul edilməsi çağırışları olub. Təkcə bu il üç belə cəhd olub”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “AzTV”də yayımlanan “Əsas Məsələ” verilişinə müsahibəsində bildirib.
O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasında irəli sürülən təşəbbüslər və çağırışlar Azərbaycanı beynəlxalq səviyyədə tanınan ərazisində süverenliyini bərpa etməsi üçün keçirdiyi antiterror əməliyyatlarına mane olmaq cəhdləri idi.
Nazir onu da bildirib ki, bu ilin 19-20 sentyabr 2023-cü il tarixində keçirilən antiterror əməliyyatını zəruri edən hallar var idi:
“Ermənistan və üçüncü tərəflərin Qarabağda qalmış qanunsuz silahlı birləşmələri gücləndirmək və Azərbaycanın ərazi bütövlüyünü təhlükə altına qoymaq cəhdləri var idi”.
Həmin müsahibəni təqdim edirik:
[media=https://youtu.be/XUrfUtkZPVI]