Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
19-12-2023, 13:23
Prezident 800 min manatlıq Sərəncam imzaladı


Prezident 800 min manatlıq Sərəncam imzaladı

Prezident İlham Əliyev Astara rayonunun Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 800,0 (səkkiz yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
19-12-2023, 12:24
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə çiskinli yağış yağacağı ehtimalı var.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, gecə və səhər duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
19-12-2023, 00:27
Paşinyan Azərbaycanla razılaşdırılan sülh gündəliyinə sadiq olduğunu bildirdi


Paşinyan Azərbaycanla razılaşdırılan sülh gündəliyinə sadiq olduğunu bildirdi

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla razılaşdırılan üç prinsip əsasında sülh gündəliyinə sadiq olduğunu bildirib.
Bu barədə o, Xarici İşlər Nazirliyində xarici diplomatlar üçün keçirilən Yeni il qəbulunda danışıb.
O vurğulayıb ki, Cənubi Qafqazda hələlik sülh bərqərar olmayıb.
“Ümid edirik ki, son vaxtlar regionda və region ölkələrində baş verən hadisələr sülh prosesinin qəsdən ləngiməsinin baş verdiyini göstərmir”, - Paşinyan qeyd edib.
18-12-2023, 21:20
G7 ölkələri Kiyevi dəstəkləməyə davam edəcək - Blinken


G7 ölkələri Kiyevi dətsəkləməyə davam edəcək - Blinken

İtaliyanın sədrlik etdiyi “Yeddilik qrupu” (G7) Yaxın Şərqdəki vəziyyətin nizamlanması istiqamətində fəaliyyətini davam etdirəcək.
Bu sözləri Romada açılacaq İtaliya səfirlərinin konfransına videomüraciət göndərən ABŞ-ın Dövlət katibi Antoni Blinken deyib.
“Biz İtaliyanın G7-yə sədrliyi ilə beynəlxalq səviyyədə fayda gətirəcək konkret öhdəlikləri ehtiva edən bir gündəm üzərində işləyəcəyik... Yaxın Şərqdəki münaqişənin həlli üçün işləməyə davam edəcəyik”, - deyə o bildirib.
Blinken əlavə edib ki, G7 ölkələri “Ukraynanın hərbi, iqtisadi və demokratik baxımdan ayağa qalxması üçün lazım olan hər şeyə malik olması üçün” Kiyevi dəstəkləməyə davam edəcək.
18-12-2023, 20:44
Azərbaycanın ABŞ-dakı səfiri Blinkenlə görüşdü


Azərbaycanın ABŞ-dakı səfiri Blinkenlə görüşdü

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Bu barədə azərbaycanlı diplomat X hesabında bildirib.
18-12-2023, 19:22
Macarıstanın Baş naziri Ərdoğana at hədiyyə etdi


Macarıstanın Baş naziri Ərdoğana at hədiyyə etdi

Budapeştdə səfərdən olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Viktor Orbanla görüşüb.
Görüş zamanı liderlər bir-birinə hədiyyə veriblər.
Ərdoğan Orbana Türkiyənin yerli istehsalı olan “Togg” elektromobil hədiyyə edib.
Orban isə Ərdoğana Macar atı hədiyyəsini təqdim edib.
Qeyd edək ki, Ərdoğan Türkiyə-Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısına qatılacaq.

18-12-2023, 18:32
Milli Məclisdə ATƏT nümayəndələri ilə görüş keçirildi


Milli Məclisdə ATƏT nümayəndələri ilə görüş keçirildi

Dekabrın 18-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyaclarının Qiymətləndirilməsi Missiyasının (DTİHB EQM) nümayəndələri Martina Barker Çiqanikova və Qoran Petrovla görüşüb.
Qonaqları salamlayan birinci vitse-spiker ölkəmizdəki yeni siyasi mühit, onun qanunvericiliyə təsiri, yeni qəbul olunmuş “Media haqqında” və “Siyasi partiyalar haqqında” qanunlar barədə məlumat verib. O, qeyd edib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi tarixi zərurətdir.
Ölkəmizin ATƏT DTİHB ilə əməkdaşlıq əlaqələrindən danışan Əli Hüseynli diqqətə çatdırıb ki, Azərbaycanda Seçki Məcəlləsi 20 ildən artıqdır ki, qəbul edilib. Ötən illər ərzində bu Məcəllə daha da təkmilləşdirilib, hər ötən seçkidən sonra DTİHB-nin tövsiyələri izlənilib və hazırkı Seçki Məcəlləsi ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirilməsinə tam imkan verir. O, bildirib ki, hazırda Azərbaycanda professional seçki administrasiyası mövcuddur və ilk dəfə olaraq seçkilər müstəqil Azərbaycanın bütün suveren ərazisində keçiriləcək.
Görüş üçün minnətdarlığını ifadə edən DTİHB EQM-nin nümayəndəsi Qoran Petrov bildirib ki, səfər seçki öncəsi vəziyyət və seçki mühiti ilə tanış olduqdan sonra bu barədə hesabat hazırlanması məqsədi daşıyır.
Sonra Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli seçki prosesi və qanunvericiliklə bağlı DTİHB EQM-nin nümayəndələri Martina Barker Çiqanikovanı və Qoran Petrovu maraqlandıran suallara aydınlıq gətirib.
Həmin gün Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyaclarının Qiymətləndirilməsi Missiyasının (DTİHB EQM) nümayəndələri Martina Barker Çiqanikova və Qoran Petrovla görüşüblər.
Görüşdə iştirak edən siyasi partiyaların təmsilçiləri – Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli, Yeni Azərbaycan Partiyasının üzvü Hikmət Məmmədov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Respublikaçı Alternativ Partiyasının üzvü Erkin Qədirli və Vəhdət Partiyasının sədri Tahir Kərimli çıxış edərək bildiriblər ki, gələn il keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymuş Vətən müharibəsindən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində baş tutacaq.
Qeyd olunub ki, görüşdə iştirak edən partiya sədrləri - Qüdrət Həsənquliyevin, Fazil Mustafanın və Razi Nurullayevin namizədlikləri qarşıdan gələn növbədənkənar prezident seçkilərində iştirak etmək üçün irəli sürülüb.
DTİHB EQM-nin nümayəndələrinin Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı suallarını cavablandıran deputatlar, növbədənkənar prezident seçkilərinin elan olunmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olduğunu bildiriblər, seçki prosesinə hazırlıq, təbliğat və təşviqat kampaniyası, namizədlərin qeydiyyatı barədə məlumat veriblər, həmçinin azad olunmuş əraziləri əhatə edən seçki dairəsi və məntəqələrin yaradıldığını diqqətə çatdırıblar.
Görüşün sonunda Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli gələn il keçiriləcək növbədənkənar prezident seçkilərinin şəffaf, ədalətli, azad şəkildə baş tutacağına əminliyini ifadə edib.
18-12-2023, 17:58
Azərbaycanda ilin ən yaxşı futbol məşqçisinin adı açıqlandı


Azərbaycanda ilin ən yaxşı futbol məşqçisinin adı açıqlandı

Azərbaycanda 2023-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.
Jurnalistlər arasında keçirilən ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.
Qurbanov 66 jurnalistin qatıldığı sorğuda 56 səs toplamaqla, 2023-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 13-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb.
Sorğuda iştirak edənlərdən 5-i “Sabah” klubunun baş məşqçisi Murad Musayevə, 3-ü “Qəbələ”nin çalışdırıcısı Elmar Baxşiyevə, 2-si isə “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova səs verib. Azərbaycan milli komandasının keçmiş çalışdırıcısı Canni De Byaziyə səs verən olmayıb.
18-12-2023, 17:50
Türkiyə və Macarıstan prezidentləri görüşdü


Türkiyə və Macarıstan prezidentləri görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb.
Bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı Türkiyə-Macarıstan ikitərəfli əlaqələri, qlobal və regional problemlər, İsrailin Qəzzaya hücumları ilə bağlı inkişaflar müzakirə edilib.
Prezident Ərdoğan Türkiyənin bütün münaqişə bölgələrində sülhü təmin etmək və qlobal sülhə xidmət etmək səylərinin davam etdiyini vurğulayıb. O əlavə edib ki, regional və qlobal sülh, insan haqları və beynəlxalq hüququn qorunması üçün İsrailin Fələstin torpaqlarına hücumlarına son qoyulmalıdır.
Prezident Ərdoğan, həmçinin Budapeştə səfərindən sonra Türkiyə ilə Macarıstan arasında əlaqələrin daha da dərinləşəcəyinə əminliyini bildirib.
18-12-2023, 17:41
Putin Mərkəzi Seçki Komissiyasına baş çəkdi


Putin Mərkəzi Seçki Komissiyasına baş çəkdi

Rusiya prezidenti Vladimir Putin Mərkəzi Seçki Komissiyasına baş çəkib.
Bu barədə TASS məlumat yayıb.
O, 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədləri təqdim etmək məqsədilə MSK-ya gedib.
Qeyd edək ki, seçkilər martın 17-nə təyin olunub.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!