"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
20-12-2023, 16:18
Müdafiə naziri Laçında xidmət edən hərbi qulluqçularla görüşdü - VİDEO


Müdafiə naziri Laçında xidmət edən hərbi qulluqçularla görüşdü - VİDEO

Dekabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi cənab Məsim Məmmədov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.
Müdafiə naziri şəxsi heyətin fərdi hazırlığının təkmilləşdirilməsi, bilik və bacarığının daha da artırılması üçün üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Ali Baş Komandanın istənilən tapşırıqlarının icrasına hər an hazır olmaları hərbi qulluqçuların diqqətinə çatdırılıb.
Cənab M.Məmmədov Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı sayəsində ölkəmizin bütün bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə hərbi qulluqçuların maddi-texniki təminatının, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bu işlərin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə edib.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif edilib.
Nazir təqdim edilən hərbi texnikalara baxış keçirib, onların heyətlərinin hazırlığını yoxlayıb.
Hərbi hissədə yaradılan şəraitlə maraqlanan müdafiə nazirinə məruzə edilib ki, burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, camaşırxana-qazanxana və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur.
General-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksək səviyyədə saxlanması ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
Sonda şəxsi heyətlə birgə nahar edilib.











[media=https://youtu.be/cMBWzpUbhh8]
20-12-2023, 15:51
İranın XİN Başçısı HƏMAS-ın rəhbəriylə görüşdü


İranın XİN Başçısı HƏMAS-ın rəhbəriylə görüşdü

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullaiyan Qətərdə HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, danışıqlar zamanı tərəflər Qəzza zolağı və İordan çayının qərb sahilindəki siyasi vəziyyəti, həmçinin beynəlxalq durumu müzakirə ediblər.
Abdullahian Fələstin xalqına dəstəyini ifadə edib və ABŞ-ı İsrailə yardım etdiyinə görə qınayıb.
20-12-2023, 15:22
Şuşaya giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı AÇIQLAMA


Şuşaya giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı AÇIQLAMA

"Bu gün bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb".
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndələyinin məlumatında qeyd olunub.
"Bildirik ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb", - məlumatda deyilir.
20-12-2023, 14:59
Azərbaycanın heç bir xarici yardıma, dəstəyə ehtiyacı yoxdur - Hikmət Hacıyev


Azərbaycanın heç bir xarici yardıma, dəstəyə ehtiyacı yoxdur - Hikmət Hacıyev

Prezident Co Bayden administrasiyasının üzvləri Ağ Evin Azərbaycan-Ermənistan arasında çətin və strateji baxımdan həyati əhəmiyyət kəsb edən sülh danışıqlarında vasitəçilik rolunu oynaya bilməsi üçün fərqli münasibət göstərməlidirlər.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Newsweek"ə müsahibəsində bildirib.
Hikmət Hacıyev deyib ki, Amerikanın onillər boyu davam edən Qarabağ münaqişəsi ilə bağlı əlaqəsiz mövqeyi Bakıda narahatlığa səbəb olub.
Prezidentin köməkçisi ABŞ-nin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəlişdən də bəhs edib: "Bakı 907-ci düzəlişi anlaşılmaz və ABŞ Konqresinin tarixində ən ədalətsiz düzəlişlərdən biri hesab edir. Azərbaycanın heç bir xarici yardıma, dəstəyə ehtiyacı yoxdur. Azərbaycan özünü təmin edən ölkədir. Amma burada psixoloji aspekt və siyasi aspekt çox vacibdir, çünki bu, Azərbaycana qarşı ədalətsiz münasibət idi".
O, həmçinin qeyd edib ki, sentyabr ayındakı antiterror əməliyyatı Moskva ilə razılaşdırılmayıb: "Bu, erməni tərəfinin növbəti yalançı rəvayətidir. Bu əməliyyatın başlaması üçün heç bir planımız yox idi. Amma başqa seçimimiz qalmamışdı".
20-12-2023, 14:50
Prezident seçkilərində onlayn səsvermə sistemi tətbiq ediləcək


Prezident seçkilərində onlayn səsvermə sistemi tətbiq ediləcək

Rusiyada prezident seçkilərində ilk dəfə olaraq onlayn səsvermə sistemi tətbiq ediləcək.
Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası qərar verib.
Məlumata görə, 30 region onlayn səsvermədə iştirak edə biləcək. Moskvada da elektron səsvermədən istifadə ediləcək.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək.
20-12-2023, 14:21
Xankəndi stadionunda keçirləcək oyun ilə bağlı hazırlıq işləri yekunlaşdı - FOTO


Xankəndi stadionunda keçirləcək oyun ilə bağlı hazırlıq işləri yekunlaşdı - FOTO

Sabah – dekabrın 21-də Xankəndi şəhər stadionunda keçirləcək "Qarabağ" - MOİK oyunu ilə bağlı hazırlıq işləri yekunlaşıb.
Sosial şəbəkələrdə stadiondan çəkilən fotolar paylaşılıb.
Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK matçı dekabrın 21-i, saat 14:00-da Xankəndi stadionunda başlayacaq.
Bu, işğaldan azad olunduqdan sonra Xankəndidə keçiriləcək ilk futbol qarşılaşması olacaq.


20-12-2023, 13:37
Rusiya və Qazaxıstan Prezidentləri görüşdü


Rusiya və Qazaxıstan Prezidentləri görüşdü

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevlə görüşüb.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, görüş Moskvada baş tutub və təkbətək keçirilib.
"Bəli, o, həqiqətən də Moskvada idi, prezidentlə təkbətək görüşü olub. Biz bunu təsdiqləyə bilərik", - Peskov bildirib.
Görüşün gündəliyi açıqlanmayıb.
20-12-2023, 13:33
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub.
Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis kapitanı Toğrul Nəsirli Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi təyin edilib.
Qeyd edək ki, adıçəkilən bölmənin əvvəlki rəisi polis polkovniki Vaqif Əsədov olub. O, yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından təqaüdə göndərilib. İndiyə qədər isə polis mayoru Araz Əsgərli həmin bölmənin rəisi vəzifəsini müvəqqəti icra edib.

20-12-2023, 13:07
Azad edilmiş ərazilərə köçənlər də səsvermədə iştirak edə biləcək


Azad edilmiş ərazilərə köçənlər də səsvermədə iştirak edə biləcək

Azad edilmiş ərazilərə növbədənkənar prezident seçkilərinə qədər köçürülmə olsa, orada səs verə biləcəklər.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
“Qanunvericiliyə əsasən, seçici 6 ay ərzində yaşadığı yer üzrə qeydiyyata alınır. Bu gün azad olunmuş ərazilərdə 23 mindən çox seçici var. Yeni seçicilər gedərsə, yeni köç olarsa, 6 ay tamamlanmasa da biz qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edəcəyik ki, onlar da orada səs verə bilsin”.
20-12-2023, 13:06
“Qırmızı Körpü” gömrük postunda hazırda 647 avtomobil gözləyir -Rəsmi


“Qırmızı Körpü” gömrük postunda hazırda 647 avtomobil gözləyir -Rəsmi

Azərbaycan-Gürcüstan sərhədində “Qırmızı Körpü” gömrük postunda hazırda 647 avtomobil gözləyir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
Gömrük-sərhəd məntəqələrində çıxışda olan nəqliyyat vasitələrinin sayı əsasında, “Biləvar” gömrük postunda 65 , “Mazımqara” gömrük postunda 27 , “Samur” gömrük postunda 48, “Xanoba” gömrük postunda 17 yük maşını var. “Astara” gömrük postunda maşın yoxdur.
"AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılması davam etdirilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!