Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
30-12-2023, 12:02
Saytlara bu məlumtala bağlı xəbər dərc etmək qadağan olundu - Əks halda..


Saytlara bu məlumtala bağlı xəbər dərc etmək qadağan olundu - Əks halda..

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymağa görə cinayət məsuliyyəti müəyyənləşir.
Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında lII oxunuşda müzakirəyə çıxarılıb və qəbul olunub.
Dəyişikliklə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni əməllər ağır nəticələrə səbəb olduqda isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil edilməyəcək.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə 10 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 614-1-ci maddəsinin qüvvəsi şamil edilməyəcək.
29-12-2023, 22:47
Şəhidin atasına direktor vəzifəsi verildi


Şəhidin atasına direktor vəzifəsi verildi

Astara Pedoqoji Kollecinə direktor təyin olunub.
Bu vəzifəyə filologiya elmləri doktoru Kamran Kazımov təyin edilib.
Kamran Kazımov bu vəzifəyədək Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru işləyib.
Qeyd edək ki, Lənkəran rayonunun Yuxarı Nüvədi kəndindən olan Kamran Kazımov Vətən müharibəsi şəhidi Vüsal Kazımovun atasıdır.

29-12-2023, 21:48
"Qalatasaray" və "Fənərbaxça" arasında keçiriləcək matç təxirə salındı


"Qalatasaray" və "Fənərbaxça" arasında keçiriləcək matç təxirə salındı

Türkiyənin "Qalatasaray" və "Fənərbaxça" arasında keçirilməsi planlaşdırılan matç təxirə salınıb.
Səudiyyə Ərəbistanının paytaxtına təyin olunan "derbi" artıq bu ölkədə oynanılmayacaq. Buna səbəb Ər-Riyaddakı qarşılaşma öncəsi Türkiyə himninin səslənməsinə və komandaların Türkiyənin qırıcısı Mustafa Kamal Atatürkün "Yurtta Sulh Cihanda Sulh" sitatının yer aldığı pankartla meydana çıxmasına qoyulan qadağa olub.
Bildirilir ki, hər iki komandanın oyunçuları matça çıxmayıb.
Ər-Riyaddakı oteldə Türkiyə Futbol Federasiyası rəhbərliyi və klub prezidentlərinin görüşü davam edir.
Türkiyə Futbol Federasiyasının və klubların rəsmi açıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlamalı idi.
29-12-2023, 20:29
İsrail Suriyanın hava limanına zərbələr endirdi: 11 SEPAH üzvü həlak oldu


İsrail Suriyanın hava limanına zərbələr endirdi: 11 SEPAH üzvü həlak oldu

İsrail Suriyanın Dəməşq Beynəlxalq Hava Limanına aviazərbələr endirib.
Bu barədə "Əl-Ərəbiyyə" kanalı məlumat yayıb.
Zərbələr nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 11 üzvü həlak olub.
Telekanalın məlumatına görə, ölən silahlılar yüksək rütbəli nümayəndə heyətini qarşılamaq üçün hava limanına gəliblər.
Ölən SEPAH üzvləri Suriyanın şərqində İranın dəstəklədiyi qüvvələrə nəzarət edirdi.
Qeyd edək ki, dekabrın 25-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı, uzun illər Suriyada hərbi müşavir vəzifəsində çalışmış Seyid Razi Musəvi Dəməşqdə endirilən zərbə nəticəsində öldürülüb. Zərbəni İsrail Hərbi Hava Qüvvələri həyata keçirib. SEPAH İsraildən qisas alacağına söz verib.
29-12-2023, 20:15
Vilayət Eyvazov şəhid polislərin ailə üzvlərini mükafatlandırdı


Vilayət Eyvazov şəhid polislərin ailə üzvlərini mükafatlandırdı

Dekabrın 29-da Daxili İşlər Nazirliyində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında şəhidlik zirvəsinə ucalmış əməkdaşların ailə üzvlərinə, həmçinin qarşıya qoyulan tapşırıqların icrasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup əməkdaşa dövlət mükafatlarının təqdim olunmasına həsr olunmuş tədbir keçirilib.
DİN-dən verilən xəbərə görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən silahlı qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının Vətən müharibəsində şərəfli döyüş yolu keçdiyini vurğulayıb. Hərbi qulluqçularımızın Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak etdiyini qeyd edən nazir torpaqların azad olunması zamanı şəxsi heyətdən 66 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını qeyd edərək, 4 hərbi qulluqçunun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyünü, minlərlə hərbi qulluqçumuzun isə orden və medallarla təltif olunduğunu diqqətə çatdırıb.
General-polkovnik V.Eyvazov Vətən müharibəsində olduğu kimi bu ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri zamanı Daxili İşlər Nazirliyinin 20 əməkdaşının şəhid olduğunu, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi zamanı hərbi qulluqçuların, eləcə də polis əməkdaşlarının yüksək peşəkarlıq göstərdiklərini, şəxsi heyətin bundan sonra da Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır olduğunu bildirib.
Sonra nazir V.Eyvazov antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının və hərbi qulluqçuların ailə üzvlərinə, döyüş tapşırıqlarının icrası zamanı fədakarlıq göstərən, eləcə də xidməti vəzifələrin öhdəsindən layiqincə gələn əməkdaşlara ali mükafatları təqdim edib.
Nazir hər bir təltifin, eyni zamanda, məsuliyyət doğurduğunu xatırladıb, öz andına həmişə sadiq olan daxili işlər orqanları əməkdaşlarının bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcəyinə, bu yolda qüvvə və bacarığını əsirgəməyəcəyinə əminliyini bildirib.
29-12-2023, 17:46
COP29-la bağlı İqtisadiyyat Nazirliyinin görüşü keçirildi


COP29-la bağlı İqtisadiyyat Nazirliyinin görüşü keçirildi

Prezident İlham Əliyevin sədrliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-la bağlı bu ilin dekabrın 15-də keçirilən müşavirədən irəli gələn məsələlərlə bağlı İqtisadiyyat Nazirliyinin videokonfrans formatında görüşü keçirilib.
Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və Nazirliyin struktur bölmələrinin rəhbərləri iştirak edib.
Tədbirdə SOCAR tərəfindən COP-la bağlı nümunəvi beynəlxalq təcrübəyə dair təqdimat nümayiş olunub, COP-un ev sahibi ölkələrə iqlim hədəfləri ilə bağlı verdiyi üstünlük, COP28-in fokus sahələri, dekarbonizasiya gözləntiləri barədə məlumat verilib.
Qeyd olunub ki, 2024-cü ildə ölkəmizdə keçiriləcək COP29 dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformadır. Bu tədbirin Azərbaycanda keçirilməsi böyük etimadın göstəricisi olmaqla, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş mövqeyini təsdiqləyir.
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə öz töhfəsini verir. SOCAR-ın COP28-də metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkəmizin iqlim problemlərinə həssaslığının təzahürüdür.
Qeyd edək ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.

29-12-2023, 17:36
2023-cü ilin yekub iclasında hərbiçilər təltif edildi


2023-cü ilin yekub iclasında hərbiçilər təltif edildi

Nazirliyinin baş idarə, idarə, xidmət və müstəqil şöbələri, eləcə də bütün qoşun növləri və xüsusi təyinatlı təhsil müəssisələrində 2023-cü ilin sonuna dair yekun iclaslar keçirilib.
Keçirilən iclaslar zamanı Azərbaycan Ordusunun cari ildəki fəaliyyəti geniş təhlil edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ordu qarşısında qoyduğu tapşırıqlar bir daha şəxsi heyətə çatdırılıb.
Hərbi qulluqçuların döyüş hazırlığının və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğu bildirilib. Şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərtərəfli təminatı, o cümlədən qoşunların peşəkar kadrlarla komplektləşdirilməsi istiqamətində görülən işlərdən danışılıb.
Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar nəticəsində əldə edilən nailiyyətlər qeyd edilib və şəxsi heyətin bundan sonra da Ali Baş Komandanın istənilən tapşırığına hər an hazır olduğu xüsusi vurğulanıb.
İclaslarda növbəti ildə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili, sosial-məişət şəraitinin yaxşılaşdırılması, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçiriləcək tədbirlər və perspektiv planlar müzakirə olunub.
Sonda cari ilin yekununa əsasən hərbi xidmətdə fərqlənən hərbi qulluqçular təltif olunublar.












29-12-2023, 17:17
Cəlilabadda kanalda azyaşlı bacılar boğuldu


Cəlilabadda kanalda azyaşlı bacılar boğuldu

Cəlilabadda kanalda boğulanlar azyaşlı bacılardır.
Kanalda boğulanların 4 yaşlı Abdullayeva Nərmin Vüsal qızı və onun bacısı 7 yaşlı, birinci sinif şagirdi Leyla olduğu bildirilir.
İlkin məlumata görə, 4 yaşlı Nərmin kanala düşüb, bacısı ona kömək etmək istəyən zaman suya yıxılıb.
Azyaşlılardan birinin meyiti sudan çıxarılıb, digərinin axtarışları davam edir.
29-12-2023, 17:09
Azərbaycanla sərhəddə yerləşən avtomobil buraxılış məntəqəsi açıldı


Azərbaycanla sərhəddə yerləşən avtomobil buraxılış məntəqəsi açıldı

Rusiyanın nəqliyyat naziri Vitali Savelyevin iştirakı ilə Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar avtomobil buraxılış məntəqəsi telekörpü vasitəsilə açılıb.
Bu barədə TASS məlumat yayıb.
Nazir qeyd edib ki, Yaraq-Kazmalyar məntəqəsinin yenidən qurulması yükdaşıma qabiliyyətini iki dəfədən çox artırmağa imkan verib. Hərəkət zolaqlarının sayı 14-dən 22-yə yüksəlib.
“Bu il biz yük avtomobillərinin keçidi üzrə rekord vurduq - 2 mindən çox yük maşını. Bu, 2022-ci illə müqayisədə 10% çoxdur”, - Savelyev bildirib.
Dağıstan Nazirlər Kabinetinin rəhbəri Əbdülmüslim Əbdülmüslimovun sözlərinə görə, Yaraq-Kazmalyar məntəqəsinin yenidən qurulması həm Rusiya mallarının ixracını, həm də Rusiyaya beynəlxalq malların idxalını artıracaq.
"Bu, öz növbəsində, Dağıstan Respublikasının və bütövlükdə ölkənin sosial-iqtisadi inkişafına əlavə təkan verəcək", - o çıxış edib.
Gürcüstanla sərhəddə yenidən qurulan “Yuxarı Lars” avtomobil buraxılış məntəqəsinin də telekörpü vasitəsilə açılışı olub. Təkmilləşdirmədən sonra yükdaşıma qabiliyyəti iki dəfədən çox artaraq gündə 1,5 min yük avtomobilinə çatdırılıb.
“Bu il Yuxarı Lars sərhəd-keçid məntəqəsindən 335 mindən çox yük maşını keçib ki, bu da keçən illə müqayisədə 19% çoxdur. Bu da mütləq rekorddur”, - Savelyev əlavə edib.
Yaraq-Kazmalyar çoxtərəfli avtomobil keçid məntəqəsi Azərbaycan, İran, Hindistan və Cənubi Asiya, eləcə də Fars körfəzinin digər ölkələrinə yüklərin tranzitinin, ixracının və idxalının təmin edilməsində strateji əhəmiyyətə malikdir.
O, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən əsas obyektlərdən biridir. Yuxarı Lars Gürcüstanla sərhəddəki yeganə avtomobil keçid məntəqəsidir və Rusiyanın ən işlək məntəqələrindən biridir.
29-12-2023, 16:26
Erməni eks-prezident Azərbaycandan qisas almaqdan danışıb


Erməni eks-prezident Azərbaycandan qisas almaqdan danışıb

Ermənistan parlamentinin müxalifətdən olan deputatı, “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan revanşist açıqlama ilə çıxış edərək, Azərbaycandan qisas almaq haqda danışıb.
Eks-prezident Serj Sarkisyanın Respublika Partiyasında təmsil olunan Tiqran Abramyanın sözlərinə görə, Azərbaycandan qisas almaq ilk növbədə Ermənistanda hakimiyyətin ən yüksək eşelonunda olan şəxslərin vəzifədən dərhal kənarlaşdırılması deməkdir
“Azərbaycan anlayır ki, Ermənistanda hazırkı reallıqlarla (Qarabağın itirilməsi-red.) sadəcə barışa bilməyən qüvvələr var və bunu özləri üçün təhlükə kimi görürlər”, - Tiqran Abramyan revanşistləri nəzərdə tutaraq deyib.
Abramyanın fikrincə, Ermənistanın hazırkı iqtidarı da “qisas” sözündə hakimiyyətdən məhrum edilmə ehtimalını görür, buna görə də onun səsləndirilməsinə qarşıdır.
“Azərbaycandan qisas almaq, ilk növbədə, Ermənistanda hakimiyyətin ən yüksək eşelonunda Azərbaycanın ideoloji baxımdan həmfikir adamları olan şəxslərin dərhal kənarlaşdırılması deməkdir, çünki Bakı ilə “hesablaşmaq” yalnız bundan sonra mümkündür”.
T.Abramyan deyib ki, Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyan da bir gün əvvəl bu mövzuya toxunaraq, belə bir istəyin indiki şəraitdə nəinki normal, həm də təbii olduğuna işarə edib.
“Bakı hər şeyi edə bilər, biz isə heç nə? Onda belə həyat kimə lazımdır? Serj Sarkisyan da qeyd edib ki, xalqı layiqli həyatın əsas axınına qaytarmaq ideyası, əslində, həm də qisas ideyası ilə səsləşir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!