Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
28-12-2023, 16:33
Xankəndi şəhərində bir neçə bina yenidən qurulur


Xankəndi şəhərində bir neçə bina yenidən qurulur

Yaxın günlərdə Xankəndi şəhərində bir neçə binanın yenidən qurulmasına başlanılacaq.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.
Onun sözlərinə görə, antiterror əməliyyatından sonra minalardan təmizlənmiş digər ərazilərdə də tikinti-quruculuq işlərinə başlanılıb.
28-12-2023, 16:26
XİN Başçısı: “Hazırda müzakirə olunan paket əvvəlkinin təkrarı deyil”


XİN Başçısı: “Hazırda müzakirə olunan paket əvvəlkinin təkrarı deyil”

Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh müqaviləsi paketində müsbət məqamlar çoxdur.
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
“Demək olar ki, mənfi məqamlar çox azdır. Hazırda tərəflər arasında müzakirə olunan paket əvvəlkinin təkrarı deyil”, - o qeyd edib.
28-12-2023, 16:19
Fransayla münasibətlərin mövcud durumu ən aşağı nöqtədədir - XİN Başçısı


Fransayla münasibətlərin mövcud durumu ən aşağı nöqtədədir - XİN Başçısı

Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu ən aşağı nöqtədədir.
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
Nazir vurğulayıb ki, bundan sonra iki ölkə arasında münasibətlərin davamı Fransadan asılı olacaq.
"Münasibətlərin belə olmasının səbəkarı Azərbaycan deyil. Amma bildirim ki, Azərbaycan Fransaya qarşı hər hansısa addımlar atmaq niyyətində deyildi”, - o qeyd edib.
28-12-2023, 16:10
Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ikitərəfli məsələdir


Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ikitərəfli məsələdir

Azərbaycanla Rusiya arasında iki ölkə arasında münasibətləri tənzimləyən çoxsaylı sənədlər var.
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, bu sənədlərə əsasən Rusiya Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir:
“Amma Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ikitərəfli məsələdir. Rusiya Prezidenti Vladimir Putin də Qarabağın Azərbaycan ərazisi olduğunu deyib. Rusiya hər zaman bu mövqeyini təsdiq edib”.
28-12-2023, 15:53
Ermənistanla bütün görüşlərdə işğaldakı kəndlər müzakirə olunur


Ermənistanla bütün görüşlərdə işğaldakı kəndlər müzakirə olunur

Ermənistanla bütün görüşlər zamanı işğal altındakı kəndlər məsələsi müzakirə olunur.
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, ciddi ərazi münaqişəsi olmayan dövlətlər arasında belə delimitasiya məsələsi uzun illər çəkə bilər: "Biz sülh müqaviləsinin daha tez zamanda başa çatmasında maraqlıyıqsa, iki prosesi bir-birinə bağlamağımız düzgün olmaz".
Delimitasiya komissiyasının iclası zamanı 8 kəndin məsələsinə baxılacağını söyləyən nazir deyib:
“Amma o kəndlərin də spesifikaları var. Onlardan 4-ü anklav kəndlərdir, 4-ü isə bizim digər kəndlərə bitişikdir. Bununla belə, Ermənistanın da öz iddiaları və sərhədlərlə bağlı baxışları var. Biz isə konkret olaraq yaşayış məskənlərindən danışırıq. Onların kimə məxsusluğu heç zaman mübahisə mövzusu olmayıb, orada minlərlə insan yaşayıb. Hamı bilir ki, sovet Azərbaycanında bu kəndlər kimə aid olub. Ona görə də bizim tələbimiz ədalətlidir”.
Nazir vurğulayıb ki, delimitasiya prosesi kifayət qədər spesifik və texniki məsələdir. "Sərhəd məsələsi delimitasiya prosesinin tərkib hissəsi olaraq həllini tapmalıdır. Azərbaycan sülh məsələsinin mümkün qədər tez həllini tapmasında maraqlıdır. Amma delimitasiya məsələsi daha uzun çəkə bilər", - Ceyhun Bayramov bildirib.
Qeyd edək ki, 8 kənd dedikdə Naxçıvanın Sədərək rayonunun Kərki, Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri nəzərdə tutulur.
28-12-2023, 15:42
İrandakı səfirliyimizin bağlanmasının səbəbləri var idi - Ceyhun Bayramov


İrandakı səfirliyimizin bağlanmasının səbəbləri var idi - Ceyhun Bayramov

Tehrandakı səfirliyimizin bağlanmasının çox konkret səbəbləri var idi.
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov İrandakı səfirliyin nə vaxt açılacağı ilə bağlı suala cavab olaraq bildirib.
O qeyd edib ki, əsas məsələ səfirliyimizin təhlükəsizlik məsələsi idi: "Təhlükəsizlik məsələləri ilə bağlı qiymətləndirmələrimizə əsasən, insanların həyat və təhlükəsizliyi üçün ciddi risk var idi. Ona görə də səfirlik məlum terror hadisəsindən sonra tam şəkildə təxliyə edilmişdir".
Nazirin sözlərin görə, terror hadisəsindən sonra Azərbaycanın İrandakı səfirliyinin yenidən açılması məsələsinin İran tərəfi ilə müzakirə mövzusu olduğu sirr deyil.
"Bizim gözləntimiz budur ki, məhkəmə prosesində cinəyətkarın ən ağır cəza ilə cəzalandırılmasıdır. Eyni zamanda İranın səfirliyimizin təhlükəsizliyinə zəmanət verməlidir.
Bizə artıq məhkəmə tarixləri ilə bağlı tarixlər verilib. Məhkəmə prosesi və onun nəticələrindən asılı olaraq, növbəti qərar qəbul ediləcək. Qeyd etdiyim məsələlər müsbət həllini taparsa, səfirliyimizin İranda fəaliyyətinin bərpa edilməsi mümkün olacaq", - nazir vurğulayıb.
Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.
Bir neçə gün əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani gündəlik mətbuat konfransıda bildirib ki, səfirliyin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb. O bildirib ki, İran və Azərbaycan prokurorluğunun görüşlərində bu məsələ müakirə edilib. "Bu görüş iki ölkənin münasibətləri prosesində və Azərbaycanın İrandakı səfirliyi məsələsində qalan məsələlərin həlli istiqamətində iki ölkənin səylərinin bir hissəsidir. Proses indiyədək müsbət olub və bu işin bir çox aspektləri həll edilib. Azərbaycan səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb və səylər uğurla davam etdirilib. Biz, iki ölkə arasında münasibətlərin digər sahələrində də yaxşı hadisələrin şahidi olduq. Ticarət sahəsində də yaxşı danışıqlar aparılıb" - Kənani qeyd edib.
28-12-2023, 15:23
Sonrakı təmaslar İranla olan gərginliyi yumşaltdı - XİN Başçısı


Sonrakı təmaslar İranla olan gərginliyi yumşaltdı - XİN Başçısı

Bu il Azərbaycanın İrandakı səfirliyinə hücum Bakı-Tehran münasibətlərində gərginlik yaratmışdı.
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
O bildirib ki, sonradan təmaslar nəticəsində bu gərginliyi yumşaltmaq mümkün olub.
28-12-2023, 04:59
XİN ilin yekunlarına dair mətbuat konfransı keçirdi


XİN ilin yekunlarına dair mətbuat konfransı keçirdi

Xarici İşlər Nazirliyində ilin yekunlarına dair mətbuat konfransı keçirilir.
XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırır.

[media=https://youtu.be/mLiybDOQXd4]
27-12-2023, 23:39
Türkiyədə minimum əmək haqqının məbləği artırıldı


Türkiyədə minimum əmək haqqının məbləği artırıldı

Türkiyədə minimum əmək haqqının məbləği artırılıb.
Bu barədə qərar müvafiq komissiyanın iclasından sonra açıqlanıb.
Plkənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan bildirib ki, 1 yanvar 2024-cü il tarixindən etibarən minimum əmək 49% artırılacaq və 17 002 türk lirəsi (982 AZN - red.) olacaq.
Xatırladaq ki, hazırda Türkiyədə minimum əmək haqqının məbləği 11 402 lirədir (659 AZN - red.).
27-12-2023, 22:28
Kəlbəcərin Ağcakənd kənd sakinləri yenidən doğma yurdlarında - VİDEO


Kəlbəcərin Ağcakənd kənd sakinləri yenidən doğma yurdlarında - VİDEO

Kəlbəcər rayonunun Ağcakənd kənd sakinləri bu ilin avqust ayında yenidən doğma yurdlarında bir araya gəlib.
Bu barədə görüntülər sosial mediada yayılıb.
Yaylaqda yığışan kənd sakinləri dağlardan çiçək toplayıb, köhnə adət-ənənələri yada salıb, söhbətlər ediblər.
Qeyd edək ki, kənd 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Ağcakənd kəndi 25 noyabr 2020-ci ildə boşaldılıb.
Sözügedən görüntüləri təqdim edirik:

[media=https://youtu.be/lC9jdil-Ql8]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!