Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
26-12-2023, 19:52
MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb


MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb

Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb.
Prezident İlham Əliyev tədbirdə iştirak edir.

26-12-2023, 19:33
Ermənistan və Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdılar - Peskov


Ermənistan və
Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdılar - Peskov


Ermənistan və Azərbaycan liderləri - Nikol Paşinyan və İlham Əliyev sülh danışıqlarını yekunlaşdırmağa və sülh müqaviləsini imzalamağa hazır olduqlarını bəyan ediblər.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci Kanala müsahibəsində bildirib.
"Müharibə edən tərəflər nədir? Onlar sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bildirirlər, heç bir risk yoxdur", - Peskov bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak etmək üçün Rusiyaya səfər ediblər.
26-12-2023, 19:18
YAP 50 minlik seçici imzasını Mərkəzi Seçki Komissiyasına təqdim etdi


YAP 50 minlik seçici imzasını Mərkəzi Seçki Komissiyasına təqdim etdi

Yeni Azərbaycan Partiyası 50 min seçici imzasının olduğu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
Bu barədə Yeni Azərbaycan Partiyasının rəsmi sosial şəbəkə hesablarında məlumat verilib.
Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə bu gün, dekabrın 26-da Mərkəzi Seçki Komissiyasına təqdim edib.
26-12-2023, 19:10
İrəvanla Bakı arasında Sazişin bağlanması mümkündür


İrəvanla Bakı arasında Sazişin bağlanması mümkündür

Sülh heç vaxt bu qədər yaxın olmayıb.
unu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
“Biz sülh prosesini irəli aparırıq. Azərbaycan tərəfinin də oxşar yanaşması var. Bəzi məsələlər qalır, amma düşünürəm ki, biz bunu danışıqlar yolu ilə həll edə bilərik", - o qeyd edib.
Simonyan vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına kömək edən addımlar atır, İrəvanla Bakı arasında Sazişin bağlanması mümkündür.
26-12-2023, 18:31
Yaralı ANAMA əməkdaşı Gəncə klinik xəstəxanasına təxliyə olundu


Yaralı ANAMA əməkdaşı Gəncə klinik xəstəxanasına təxliyə olundu

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində yaralanan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun vəziyyəti qənaətbəxşdir.
Bu barədə Ağdam Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, xəsarət alan şəxsə bütün zəruri ilkin tibbi dəstək göstərilib və Gəncə klinik xəstəxanasına təxliyə olunub.
Qeyd edək ki, işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
26-12-2023, 18:12
Naxçıvanda “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi ləğv edildi


Naxçıvanda “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi ləğv edildi

“Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi ləğv edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb.
Sərəncama əsasən, agentlik ləğv edilib və bu sərəncamdan irəli gələn bütün məsələlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılıb.
26-12-2023, 17:57
Prezident “Yekaterina sarayı” ilə tanış oldu


Prezident “Yekaterina sarayı” ilə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda “Yekaterina sarayı” ("Екатерининский дворец") ilə tanış olublar.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
XVIII əsr memarlığının şah əsəri sayılan “Yekaterina sarayı”nın inşası 1744-cü ildən 1756-cı illəri əhatə edib. 1918-ci ildə “Yekaterina saray-park ansamblı” muzeyə çevrilib.
İkinci Dünya müharibəsi illərində faşist istilası zamanı bu tarixi abidə dağıdılaraq talan edilib, muzey kolleksiyasının əhəmiyyətli hissəsi itirilib, dağıntılar və talan nəticəsində abidəyə ciddi ziyan dəyib. “Yekaterina sarayı”nın bərpası 1957-ci ildən bəri davam edir.

26-12-2023, 16:29
ANAMA əməkdaşının minaya düşərək xəsarət alması faktı araşdırılır


ANAMA əməkdaşının minaya düşərək xəsarət alması faktı araşdırılır

Şəxsin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.
Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 26-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
26-12-2023, 16:20
Seçkilərdə iştirak etmək istəyən daha 8 nəfərin namizədliyi təsdiqləndi


Seçkilərdə iştirak etmək istəyən daha 8 nəfərin namizədliyi təsdiqləndi

Növbədənkənar prezident seçkisində iştirak etmək istəyən daha səkkiz nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub.
Bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qəbul edilib.
Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən səkkiz nəfər aşağıdakılardır:

– Sərvan Kərimov
– Mətləb Mütəllimli
– Abutalıb Səmədov
– Fikrət Yusifov
– Yusif Bağırzadə
– Arzuman Abdulkərimov
– Yunus Oğuz
– Qulamhüseyn Əlibəyli.

Xatırladaq ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu günə qədər yeddi nəfərin seçkidə namizədliyi təsdiq edilmişdi. Beləliklə, növbədənkənar prezident seçkilərində namizədliyi təsdiq edilənlərin sayı 15-ə çatıb.
Qeyd edək ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Daha sonra MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.
26-12-2023, 15:55
"Qalatasaray"ın sabiq baş məşqçisi Yunanıstan komandasıyla anlaşdı


"Qalatasaray"ın sabiq baş məşqçisi Yunanıstan komandasıyla anlaşdı

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Yunanıstanın “Panatinaikos” komandası ilə anlaşıb.
Tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət yekunlaşıb.
70 yaşlı mütəxəssis yeni komandası ilə müqavilə imzalamaq üçün dekabrın 27-də Afinaya yollanacaq.
Qeyd edək ki, Fatih Terim son olaraq "Qalatasaray"a başçılıq edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!