Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
26-01-2024, 20:56
Qaribaşvili: “Ümid edirik ki, Azərbaycan və Ermənistan tezliklə sülh sazişini imzalayacaq”


Qaribaşvili: “Ümid edirik ki, Azərbaycan və Ermənistan tezliklə sülh sazişini imzalayacaq”

Biz həmişə regionda uzunmüddətli sülh və sabitliyin tərəfdarı olmuşuq, bu məsələyə öz töhfəsini verməyə hazırıq.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.
“İrəvanla Bakı arasındakı dialoqu böyük nikbinliklə izləyirik. Ümid edirik ki, tərəflər tezliklə sülh sazişini rəsmiləşdirəcəklər”, - o bildirib.
26-01-2024, 20:36
Sahibə Qafarova Avropa Şurasına üzv olan dövlətlərə məktub ünvanladı


Sahibə Qafarova Avropa Şurasına üzv olan dövlətlərə məktub ünvanladı

Yanvarın 26-da Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan nümayəndə heyətinin AŞPA-nın qış sessiyası zamanı üzləşdiyi əsassız ittihamlar barədə Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb.
Milli Məclisdən bildirilib ki, məktubda Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əlaqələrin mahiyyətinə toxunulur. Bildirilir ki, Azərbaycan Respublikası 2001-ci ildə ölkədə insan hüquqlarını və qanunun aliliyini daha yaxşı təbliğ etmək və müdafiə etmək niyyəti ilə Avropa Şurasına üzv olmuşdur. Ölkəmizin fundamental insan hüquqlarının və qanunun aliliyinin müdafiəsi üçün yaradılmış bu qurumla dialoq və əməkdaşlıq vasitəsilə üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək istiqamətində göstərdiyi səylər diqqətə çatdırılır.
Qeyd olunur ki, bu müddət ərzində ölkəmizin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktına, bu ərazilərdə aparılan etnik təmizləmə siyasətinə, yüz minlərlə azərbaycanlı qaçqın və məcbur köçkünün pozulmuş hüquqlarına Avropa Şurasının biganə qalmayacağına dair gözləntiləri puç olmuşdur. Azərbaycan hər zaman regionumuzda davamlı sülhə nail olmaq üçün Avropa Şurası və onun qurumlarının köməyi və dəstəyi ilə ədalətin siyasi mülahizələrə qələbə çalaraq üstün olacağına ümid edib. Məhz Azərbaycan öz ərazilərinin 30 ilə yaxın davam edən işğalına baxmayaraq, münaqişənin sülh yolu ilə həlli prosesində iştirak etməyə davam etməklə bu istiqamətdə səylərini əsirgəməyib, eyni zamanda Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə böyük əhəmiyyət verib.
Məktubun mətnində bildirilir ki, bu gün təcavüzkarla qurbana münasibətdə süni tarazlığın mövcud olduğu Avropa Şurasında fundamental dəyərlərin tənəzzülü təəssüf doğurur. Eyni zamanda, azərbaycanlıların etnik təmizləmə siyasətinin qurbanı olması, onların əsas hüquqlarının pozulması faktına qurum çərçivəsində uzun illər ərzində göz yumulub, bu məsələ ilə bağlı Azərbaycanla müxtəlif səviyyələrdə əsaslı dialoqdan yayınılıb.
Qeyd olunur ki, bu yanaşmaya rəğmən, Azərbaycan hər zaman Avropa Şurası Parlament Assambleyasının bir sıra üzvləri və müxtəlif qruplaşmalardan gələn qərəzli və əsassız təzyiqlərə qarşı mübarizə aparıb. Məktubda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu dəfə də parlament nümayəndə heyətimizin AŞPA-dakı səlahiyyətlərinin "əsaslı" səbəblərdən mübahisələndirilməsi kimi növbəti riyakar kampaniya ilə üzləşdiyi bildirilir. Qeyd olunur ki, göstərilən səbəblər həqiqəti əks etdirmir, heç bir əsası yoxdur.
Eyni zamanda, bildirilir ki, bu addım Azərbaycanın Avropa Şurası və onun qurumları ilə indiyə qədər həyata keçirdiyi əməkdaşlığa, habelə son razılaşmalara da kölgə salır. Ölkəmiz Avropa Şurasına üzv olduğu vaxtdan qurumun 65-ə yaxın sazişinə qoşulmuş, insan hüquqlarının bərabər şərtlərlə daha səmərəli müdafiəsi üçün milli qanunvericiliyini Avropa Şurasının standartlarına uyğunlaşdırmışdır. Azərbaycan təşkilatın qurumları ilə sıx əməkdaşlıq edir. Məktubda bundan başqa, ölkəmizin Avropa Şurası ilə insan alverinə və məişət zorakılığına qarşı mübarizə, habelə uşaqların müdafiəsi sahələrində də əməkdaşlığı qeyd olunub. Azərbaycanın Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyətlərarası dialoqun təşviqi üzrə Bakı Prosesi kimi tanınan ilk əməkdaşlıq platformasının təşəbbüskarı olduğu bildirilib.
Məktubda nəzərə çatdırılır ki, parlament nümayəndə heyətimizin səlahiyyətlərinin Azərbaycanın qurumla əməkdaşlığı çərçivəsində, Avropa Şurasının insan hüquqları üzrə komissarının və baş katibinin ölkəmizə yüksək səviyyəli səfərlərinin, eləcə də milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyasının məşvərət komitəsi ilə davam edən əməkdaşlığı fonunda mübahisələndirilməsi faktı iddianın əsassız, siyasi motivli və qərəz xarakterli olduğunun sübutudur. AŞPA üzvləri tərəfindən Azərbaycana qarşı irəli sürülən ittihamlar digər beynəlxalq qurumların, əsasən də bu yaxınlarda Azərbaycana səfər etmiş Avropa Şurasının təmsilçilərinin birbaşa müşahidələrini və gəldikləri nəticələri əks etdirmir.
Məktubda vurğulanır ki, qeyd olunan faktları və AŞPA-nın bəzi üzvlərinin mövqeyini nəzərdən keçirdikdən sonra biz bu addımı qətiyyətlə rədd edirik. Azərbaycana qarşı qeyd olunan son dərəcə məsuliyyətsiz davranışa etiraz olaraq Azərbaycan Respublikası Milli Məclisinin Parlament Assambleyasında iştirakını dayandırmaqdan başqa çarəsi qalmamışdır. Bu akt bütövlükdə Azərbaycana qarşı qərəzli və ikili standartların açıq təzahürüdür, eyni zamanda Assambleyanın və bütövlükdə Şuranın nüfuzuna ciddi zərbədir.
Bildirilib ki, bu münasibət Azərbaycan nümayəndə heyətinin AŞPA ilə qarşılıqlı əməkdaşlığını qeyri-mümkün edir və bununla da müxtəlif ölkələrdən olan parlamentarilər arasında dialoq platforması kimi xidmət etmək üçün nəzərdə tutulan bu orqanın əsas məqsəd və məramını pozur. Təəssüf ki, bu vəziyyət Avropa Şurasının bölgəmizlə əlaqəli məsələlərdən, o cümlədən təşkilatın mandatı ilə birbaşa bağlı olan fəaliyyətlərdən daha da təcrid olunmasına səbəb olacaq.
Məktubun sonunda bildirilir ki, AŞPA-da müxtəlif mexanizmlərdən siyasi təzyiq vasitəsi kimi istifadə edilməsinə yönəlmiş belə tendensiya onun qərəzsizliyini və inklüzivliyini təhdid edir və belə davam edəcəyi təqdirdə Avropa Şurasının bütün fəaliyyətinin tam siyasiləşməsi və qütbləşməsi ilə nəticələnəcək.
26-01-2024, 19:54
Ərdoğan NATO-nun baş katibiylə telefon danışığı apardı


Ərdoğan NATO-nun baş katibiylə telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefonla danışıb.
Bu barədə TRT HABER məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı qlobal və regional məsələlər, eləcə də Türkiyənin İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi müzakirə edilib.
26-01-2024, 17:57
Moskva İrəvanın tərəfdaşı olaraq qalır - Zaxarova


Moskva İrəvanın tərəfdaşı olaraq qalır - Zaxarova

Moskva İrəvanın tərəfdaşı olaraq qalır və hərbi əməliyyatların dayandırılmasına həlledici töhfə verir.
Bunu yanvarın 26-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın İrəvanın yeni mina sahəsi xəritələrinin Bakıya verilməsi məsələsində tərəfdaş olmağa hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
O deyib ki, Rusiya 2020-ci ilin payızında Ermənistanın məğlubiyyətinin qarşısının alınmasına həlledici rol oynayıb.
"Eyni zamanda, biz Ermənistan-Azərbaycan arasında humanitar məsələlərə daim diqqət yetirmişik. Rusiya hərbi əsirləri mübadiləsi, itkin düşmüş şəxslərin axtarışı, minalanmış ərazilərin xəritələrinin verilməsində fəal kömək göstərib.
Moskva Cənubi Qafqazda sülh və sabitliyin əldə edilməsinə səbəb olan bu səyləri davam etdirməyə hazırdır”, - deyə o bildirib.
Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bir müddət öncə bəyan etmişdi ki, etimad mühiti yaradılarsa, beynəlxalq ictimaiyyətin iştirakı ilə Ermənistan Azərbaycana minalanmış ərazilərin yeni xəritələrini verə bilər.
Ermənstan Milli Təhlükəsizlik Xidməti isə Azərbayacana 8 yeni mina xəritəsi verə biləcəklərini bəyan edib.
26-01-2024, 17:50
Azərbaycanda prezident seçkilərindən sonra sülh prosesi tam sürət qazanacaq


Azərbaycanda prezident seçkilərindən sonra sülh prosesi tam sürət qazanacaq

"Mən həmkarıma Ermənistan hökumətinin Azərbaycanla münasibətləri normallaşdırmaq səyləri barədə də məlumat verdim".
Bunu ölkənin baş naziri Nikol Paşinyan Gürcüstanda verdiyi açıqlamada deyib.
"Ümidvaram ki, Azərbaycanda prezident seçkilərindən sonra sülh müqaviləsini başa çatdırmaq üçün artıq razılaşdırılmış və məlum prinsiplər əsasında danışıqlar prosesi tam sürət qazanacaq", - deyə o qeyd edib.
26-01-2024, 17:49
Ermənistan və Gürcüstan strateji tərəfdaş oldu - RƏSMİ


Ermənistan və Gürcüstan strateji tərəfdaş oldu - RƏSMİ

Ermənistan və Gürcüstan strateji tərəfdaşlıq sazişi imzalayıblar.
Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclasına yekun vurarkən deyib.
“De-fakto, biz artıq strateji tərəfdaş idik. Bu gün demək olar ki, bu reallıq rəsmiləşib. Bu gün biz rəsmi olaraq strateji tərəfdaşlıq sazişi imzaladıq”, - Qaribaşvili bildirib.
26-01-2024, 17:46
Ərdoğan İngiltərənin XİN Başçısını qəbul etdi


Ərdoğan İngiltərənin XİN Başçısını qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın xarici işlər naziri Devid Kameronu İstanbuldakı Vahdetdin sarayında qəbul edib.
Bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib.
Qeyd edək ki, D.Kameron Türkiyədə səfərdədir.
O, daha əvvəl həmkarı H. Fidanla görüşüb.
26-01-2024, 17:35
Keçirilən iclaslarda məktəb direktorlarına tapşırıqlar verildi


Keçirilən iclaslarda məktəb direktorlarına tapşırıqlar verildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ikinci yarımilə hazırlıq məqsədilə Pedaqoji şuraların iclaslarının keçirilməsinə başlanıb.
Bu barədə BŞTİ-dən bildirilib.
İlk olaraq paxtaxtdakı 317, 188 nömrəli tam orta məktəblərdə və Məktəb-Lisey Kompleksində keçirilən iclaslarda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, MÜTDA-nın direktor müavini Orxan Abbasov, BŞTİ-nin müdir müavinləri Xəyalə Əhmədzadə, Anar Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə, MÜTDA-nın baş məsləhətçisi Heyran Səfərova, BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin psixoloq-metodisti Aysel Novruzova, müəllimlər, valideynlər, məktəb-icma birliyinin nümayəndələri iştirak ediblər.
İclaslarda ümumi təhsil müəssisələrində uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəblərdə psixoloji xidmətin təşkili, ümumi təhsil müəssisələrində valideynlərlə işin səmərəliliyinin artırılması və digər vacib məsələlər müzakirə olunub, məktəb psixoloqlarının altı aylıq hesabatı dinlənilib.
Pedaqoji şura iclaslarında ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşmasına diqqətin artırılması, təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi və məktəb psixoloqunun onlarla apardığı sistemli işin gücləndirilməsi, məktəb-valideyn əməkdaşlığının genişləndirilməsinin və təhsil müəssisələrinə ictimai dəstəyin əhəmiyyətindən danışılıb.
İclaslarda müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, MÜTDA tərəfindən ümumi təhsil müəssisələrinə sağlam mənəvi-psixoloji mühitin daha da yaxşılaşdırılması məqsədilə xüsusi təlimatlar göndərilib, məktəb rəhbərlərinə idarəetmədə səmərəliliyin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Paytaxtın digər ümumi təhsil müəssisələrində də müvafiq mövzular üzrə Pedaqoji şura iclaslarının keçirilməsi nəzərdə tutulur.
26-01-2024, 17:27
Beynəlxalq Ədalət Məhkəməsi İsraillə bağlı qərar verdi


Beynəlxalq Ədalət Məhkəməsi İsraillə bağlı qərar verdi

Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının Fələstin soyqırımı ilə bağlı İsrailə qarşı iddiası ilə əlaqədar aralıq qərar verib.
Haaqa məhkəməsi İsrail dövlətinə Qəzza zolağında soyqırımın qarşısını almaq üçün bütün tədbirləri görməyi tapşırıb.
Qərarı 17 hakimdən 15-i dəstəkləyib. İclası Beynəlxalq Ədalət Məhkəməsinin rəhbəri Coan Donoqyu açıb: “Məhkəmə regionda baş verən insan faciəsinin miqyasını dərindən dərk edir və davam edən insan itkisi və iztirabdan dərin narahatdır”.
O, İsrail hərbçilərinə ünvanlanmış ittihamı oxuyub, həmçinin bəzi israilli siyasətçilərin çıxışlarından sitat gətirib.
Hakimin sözlərinə görə, iddia üzrə müvəqqəti qərar ona görə verilib ki, işə tam baxılana qədər Qəzza zolağında humanitar vəziyyət geridönməz ola bilər. Bundan əlavə, məhkəmənin qərarı İsraildən əhalinin güzəranını təmin etmək üçün zəruri olan xidmətləri təqdim etməyi tələb edir.
Hakimlər kollegiyasının qərarına əsasən, İsrail rəhbərliyi də təyin olunmuş qərarların icrası ilə bağlı hesabat təqdim etməlidir. Məhkəmə həmçinin İsrailə heç bir şərt qoymadan girovları dərhal azad etməyi tapşırıb.
"Associated Press" qeyd edir ki, iddianın həlli illər çəkə bilər. İsrail soyqırım ittihamlarını rədd edir. Beynəlxalq Məhkəmədə yəhudi dövlətinin mövqeyini vəkil Gilad Noam təmsil edir. Yanvarın 12-də cənab Noam bildirib ki, Cənubi Afrikanın tələbinin təmin edilməsi "terror qruplarına müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törədə biləcəkləri və sonra bu məhkəmədə müdafiə axtara biləcəkləri barədə siqnal göndərəcək".
26-01-2024, 17:20
6 nömrəli məktəbdə baş vermiş hadisəni Ombudsman nəzarətə götürdü


6 nömrəli məktəbdə baş vermiş hadisəni Ombudsman nəzarətə götürdü

Bakı şəhəri T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə zorakılıq hadisəsinin baş verməsi ilə bağlı mediada yayılan məlumat dərhal Ombudsman Aparatı tərəfindən nəzarətə götürülüb.
Bu barədə Ombudsman Aparatından bildirilib.
Qeyd edilib ki, sözügedən məsələ ilə bağlı Ombudsman Aparatına daxil olmuş müraciətlə əlaqədar aidiyyəti səlahiyyətli dövlət qurumlarına sorğular göndərilib, məktəbin direktoru ilə əlaqə saxlanılıb.
"Hazırda araşdırma davam etdirilir. Nəticəsi barədə müraciət müəllifinə əlavə məlumat veriləcək", - deyə cavabda qeyd edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!