Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
18-01-2024, 14:33
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - Ailələrə açarları təqdim olundu - FOTO


Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - Ailələrə açarları təqdim olundu - FOTO

Yanvarın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, mərasimdə Komitənin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 127 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 410 ailə, 1519 nəfərin daimi məskunlaşması təmin edilib.





18-01-2024, 14:25
İordaniya Suriyaya hava zərbələri endirdi


İordaniya Suriyaya hava zərbələri endirdi

İordaniyanın Suriyanın cənubuna hava zərbələri endirib.
Nəticədə 10 nəfər həlak olub.
Onların arasında uşaqların da olduğu deyilir. İordaniya rəsmilərindən hələlik hər hansı şərh verilməyib. İordaniyanın hava zərbələri ölkənin cənubundakı Suveyda əyalətinin Arman şəhərində iki evə endirilib. Onların narkotik daşıyanlar olduğu bildirilir.
İordaniya və onun Qərb müttəfiqləri narkotik qaçaqmalçılığında artımın səbəbkarı kimi Livanda yerləşən, İranın dəstəklədiyi Hizbullah və Suriyanın cənubuna nəzarət edən digər iranpərəst qrupları günahlandırır. İran və Hizbullah bu ittihamları müttəfiqləri Suriyaya qarşı Qərbin konspirasiya planı olduğunu iddia edir və narkotik istehsalı və qaçaqmalçılığında iştirakını inkar edir.
Müharibədən əziyyət çəkən Yaxın Şərq ölkəsi olan Suriya narkotik ticarəti üçün regionun əsas məkanına çevrilib, İordaniya isə əsas tranzit marşrutu kimi istifadə olunur.
18-01-2024, 14:02
Lavrov İrandan və Ermənistandan keçən yolların müqayisəsini çətin anlandırdı


Lavrov İrandan və Ermənistandan keçən yolların müqayisəsini çətin anlandırdı

Rusiya xarici işlər naziri Sergey Lavrov İrandan və Ermənistandan keçən yolların müqayisəsini çətin adlandırıb.
Bu barədə o, bu gün keçirilən mətbuat konfransında danışıb.
Nazir Paşinyanın təklifinin yersiz olduğunu bildirib.
“Cənab Paşinyanın Ermənistan ərazisindən tranzit üçün eyni şərtləri istədiyi barədə dediklərində heçir məntiq görünmür, açığını desəm, bunları müqayisə etmək çətin və yersizdir".
O qeyd edib ki, Ermənistan indi Sünik vilayətindən (Zəngəzur - red.) keçən yolu açmaqda çətinlik edir, bu üçtərəfli bəyanatda deyilib.
"İrəvan yeni tələblər irəli sürür, orada Rusiya sərhədçilərinin yerləşdirilməsini istəmir. Bu, razılaşmalara ziddir. Qərbin eqoist istəklərinin maraqlarının Ermənistan və Azərbaycanın maraqlarının reallaşmasına mane olması təəssüf doğurur", - nazir belə söyləyib.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bir neçə gün əvvək Qavar şəhərində keçirilən görüş zamanı deyib ki, İrəvan İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır.
“Biz də İranın təqdim etdiyi şərtlərlə Azərbaycan və Naxçıvan arasında dəmir yolu və avtomobil əlaqəsini təmin etməyə hazırıq”, - Paşinyan bildirib.
18-01-2024, 13:58
Ankara Pakistanla İran arasında vasitəçilik təklif etdi


Ankara Pakistanla İran arasında vasitəçilik təklif etdi

Rəsmi Ankara Pakistanla İran arasında vasitəçilik təklif edib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Türkiyə Tehran və İslamabad arasında yaranan gərginlikdən narahatdır: “Problemin BMT prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü və suverenliyi əsasında həllinin vacib olduğuna inanırıq. Məsələnin regional təhlükəsizlik və sabitliyə daha çox təhdid yaratmadan, dialoq və əməkdaşlıq əsasında həllini arzulayırıq”, - bəyanatda bildirilib.
Rəsmi Ankara tərəfləri dialoqa çağırıb: “Türkiyə təcrübəsini bölüşməyə və prosesə töhfə verməyə hazırdır”.
Qeyd edək ki, bir neçə gün əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Pakistanda yerləşən “Ceyş əl-Adl” qruplaşmasına zərbələr endirib. Yanvarın 17-də Pakistan buna cavab olaraq İran ərazisinə zərbələr endirib. Nəticədə 9 nəfər həlak olub. Pakistan Silahlı Qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib.
18-01-2024, 13:52
Lavrov bir sıra məsələlərlə bağlı açıqlama verdi


Lavrov bir sıra məsələlərlə bağlı açıqlama verdi

"Üçtərəfli bəyanatda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılacağı və Ermənistanın Azərbaycanla Naxçıvan arasında nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə zəmanət verdiyi, nəzarətin isə Rusiya Federasiyası FTX tərəfindən həyata keçiriləcəyi bildirilib. Biz yaxşı başa düşürük ki, əldə edilmiş razılaşmalardan geri çəkilmələr qeyri-adi deyil. Onların tamamlanmasına nə mane oldu, bilmirik, amma yaxşı bilirik ki, Qərb dostlarının yaxşı məsləhətləri Cənubi Qafqazda həmişə mövcuddur və bəzən prosesin bu və ya digər iştirakçısı tərəfindən qəbul edilir".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, delimitasiya problemi də nəzərdən keçirilə bilər.
"Moskva ora dəvət olunmur və Mişel açıqladı ki, xəritə Rusiya Federasiyasında olsa da, bununla Avropa İttifaqı məşğul olacaq. Rusiya heç vaxt Ermənistanla münasibətlərin soyumasının təşəbbüskarı olmayıb. Ermənistanın indiki rəsmilərinin çoxu müxalifətdə olduqları vaxt KTMT və Aİİ-dən çıxmağa çağırıblar. Paşinyan hakimiyyətə gələndə İrəvandan uzaqlaşmağa zərrə qədər həvəsimiz yox idi, hər şey onun sələfi dövründə olduğu kimi inkişaf etdi.
İrəvan KTMT ilə bağlı sənədi imzalamadı, eyni zamanda Aİ missiyası gəldi. Aİ missiyası Rusiya sərhədçilərinin işi ilə fəal maraqlanmağa başladı. Rusiya Federasiyasının bölgədəki hərəkətlərini gözdən salmağa çalışdı. Moskva bunu İrəvanla müzakirə edib.
Qərb Rusiya Federasiyasını Cənubi Qafqazdan çıxaracağını açıq şəkildə bəyan edir, onlar İrəvanın etirazını görməyiblər. Ya biz günahkarları axtarırıq və sərhədləri möhkəmləndirmək üçün bugünkü imkanlardan imtina edirik, ya da artıq İrəvanda açıq şəkildə bəyan edildiyi kimi, qərbli həmkarlarımızla işləyirik. Rusiya və KTMT məyus oldu, Qərb isə yox. Bizim erməni xalqı ilə çox isti münasibətlərimiz var. Əminik ki, tarix hər şeyi öz yerinə qoyacaq, lakin biz bütün problemləri təkbaşına həll etməyəcəyik", - o qeyd edib.
"Aİ-nin Ermənistandakı missiyası etimad yaratmaqla məşğul olmadı. Qərb Moskva, İrəvan və Bakı arasında üçtərəfli razılaşmaların həyata keçirilməsinə imkan vermək istəmir. Aİ və ABŞ Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını Moskvadan yan keçməklə özlərinə məxsus şəkildə təşkil etmək istəyirlər", - rusiyalı nazir dövlətinin mövqeyini belə ifadə edib.
Lavrov bildirib ki, Azərbaycan Rusiya Federasiyası ərazisində Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, lakin İrəvanın mövqeyi qeyri-müəyyən olaraq qalır: "Məhz Moskvada məsələyə son qoymaq və bütün məsələləri həll etmək üçün bütöv qarşılıqlı fəaliyyət sistemi qurmaq üçün səylər başladı".
"İrəvanın buna nə dərəcədə hazır olduğunu bilmirəm, baxmayaraq ki, Ermənistan paytaxtına müvafiq siqnallar çoxdan göndərilib", - deyə o əlavə edib.
18-01-2024, 12:21
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gündüz bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
18-01-2024, 08:16
Rəşad Mahmudov – insanlıq məlhəmi


Rəşad Mahmudov – insanlıq məlhəmi

Adətən, yubiley yaşları 50-dən qeyd edilir. Amma hər kəs yubiley yaşını qeyd etməyə layiqmi? Geriyə baxanda kimi bu illəri yaşamaq xətrinə başa vurur, kimi də illərə, bir ömrə sığmayan əməllərilə...
Tibb elmləri doktoru, Əməkdar həkim, Milli Məclisin deputatı Rəşad Mahmudov ömrünün yarıməsrlik zirvəsindən geriyə boylananda neçə insan ömrünə sığası uzun bir ömür yolu görür. Tibb aləmində ürək-damar cərrahı olaraq, neçə ilklərə imza atan həkim, cərrah, alim, müəllim, ictimai-siyasi xadim olaraq mənalı, şərəfli, gərəkli ömür yolu...
Ən azyaşlı pasienti – ürək qüsuruyla dünyaya göz açan 5 günlük çağa, ən yaşlı pasienti isə - yaşamaqdan doymayan, həyat eşqi güclü olan 94 yaşlı kişi olubdur. 25 illik həkimlik-cərrahlıq fəaliyyəti müddətində 10 mindən çox ürəyin fəaliyyətini bərpa edib, 20 mindən çox insana müalicə vasitəsilə şəfa verib. Rəşad Mahmudov şəfqətli əllərilə həyata qaytardığı pasientlərinin yəqin ki, çoxunu unudub. Amma yenidən həyat verdiyi pasientin hər biri xilaskarı olan Rəşad Mahmudovu unutmur, ona minnətdarlıqla dualar yağdırırlar. Elə biri mən... Xəstəxanadan çıxandan sonra təşəkkürdolu məktubumda belə yazırdım: “Tarix boyu insan övladı yaranandan xəstəliklər də onunla baş alıb gedir. Xəstəlik qorxulu deyil. Qorxulusu mükəmməl həkimə rast gəlincədir... Ürəyimin ağrılarından xeyli vaxt idi əziyyət çəkirdim. Heç bir dərman ağrılarımı azaltmırdı. Anjoqrafik əməliyyatdan sonra ürək damarlarımın tutulması müəyyən edildi. Əlacı cərrahi əməliyyat idi. Tanıdığım kardioloqlar - tibb elmləri doktoru Rza Səmədov, həkimkar­dioloq Nurəddin Əhədov, qızı – tibb üzrə fəlsəfə doktoru Mədinə xanım ürək-damar cərrahı Rəşad Mahmudovla görüşməyi məsləhət bildilər. Əvvəllər də bir neçə dəfə görüşümüz olmuşdu – tədbirlərdə və s. yerlərdə. Bu dəfə isə pasienti kimi görüşürdüm. Müayinənin cavablarına baxıb, açıq əməliyyatı məsləhət gördü. “Əməliyyat” sözü məni qorxutsa da, çöhrəsindən nur yağan həkimin “insanlıq məlhəmi”ndən sanki elə həmin anda şəfa tapıb sağaldım və əməliyyata razılıq verdim.
Əməliyyatım növbəti həftə baş tutdu. Həkimin dediyinə görə, mənimki çox ağır əməliyyat olsa da, uğurla başa çatmışdı. Rəşad Mahmudov məni gözləyənlərə bu xəbəri sevinclə bildirmişdi.
Reanimasiyadan palataya köçürüldüm. Cərrahım məni müayinəyə gələndə üzündə xüsusi məmnunluq var idi. Eyni diqqəti palata yoldaşım, başqa cərrah tərəfindən əməliyyat olunmuş Lalə Əzimovaya da göstərdi.
Xilaskarım Rəşad Mahmudov başda olmaqla, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayevdən tutmuş, texniki işçilərə qədər hamıdan diqqət və qayğı gördüm, razı qaldım.
Əməliyyat xərclərinin icbari tibbi sığorta hesabına yerinə yetirildiyinə görə, dövlətimizə minnətdarlığımı bildirirəm. Məni yenidən həyata qaytaran Rəşad Mahmudova və onun komandasına ömrüm boyu minnətdaram.
Xilaskarlarıma sağlam canla sağlamlığımızın keşiyində durmalarını arzulayıram”.
Sevimli loğmanımızla yubiley ərəfəsində bircə dəfə görüşmək imkanımız oldu. Əməliyyatlar, müayinələr, tədbirlər, görüşlər, bir sözlə başdan aşan qayğılar çox mətləblərə aydınlıq gətirməyə imkan vermədi. Fəqət bu gün də xatirəsini ən doğması kimi əziz tutduğu professor Fəxrəddin Cavadov barədə xatirələrini oxucularımızla bölüşməsini xahiş etdim. O, unudulmaz simanı yanğı ilə yad etdi: “Türkiyədəki tibb və uzmanlıq təhsilimi bitirdikdən sonra Azərbaycana gəldim. Fərqli xəstəxanalarda müxtəlif baş həkimlərlə işləməli oldum. Hər biri seçilmişlərdən idi. Fəqət tibb elmləri doktoru, professor Fəxrəddin Cavadov alim olaraq, rəhbər olaraq, ən başlıcası insan olaraq Allah-təalanın mənə hədiyyəsi, böyük neməti idi.
İlk tanışlıqdan yaranan dostluğumuz, birgə olduğumuz 4 ilə yaxın bir müddətdə qarşılıqlı olaraq dilə gətirilməsi mümkün olmayan ata-övlad münasibətlərinin dərin bağlarına gedib çıxacaq qədər yaxınlaşdıq. Fəqət belə bağlılığın tez qırılması bu gün də məni sarsıdır. Kaş ki... Kaş ki, bu “kaşkilər” olmayaydı. Fəxrəddin Cavadovun varlığı Azərbaycan səhiyyəsi üçün çox böyük qazanc olduğu kimi, yoxluğu da çox böyük, ağır itki oldu. 14 illik ayrılığa baxmayaraq, təkcə doğum, anım günlərində deyil, adi günlərində də məzarına baş çəkir, onunla yenə də söhbətləşirəm.
Həyatda olmayanda da bunca sevilmək nə gözəlmiş!..
Cənab Prezident İlham Əliyev DNŞ-nin bütün təşkilati işlərini Fəxrəddin Cavadova həvalə etmişdi. İnsanların rifahı naminə Azərbaycan səhiyyəsinin inkişafı naminə atılan yeni addımlar - Lənkəranda Diaqnostika Mərkəzinin və daha sonra 10 yerdə belə mərkəzlərin açılması, onların tikintisindən tutmuş kadr potensialına kimi bütün məsələlər Fəxrəddin müəllimin nəzarətində idi. Bizi də bir komanda olaraq arxasınca aparırdı. Arzuları çox idi. Həyatdan qəfil getməsi çox planlarını yarımçıq qoydu...
Nə etməli... Deyirlər, Ulu Tanrı məhz sevdiklərini öz dərgahına tez qovuşdurur ki, insanlar həmin şəxs üçün daim yanıb-yaxılsınlar.
Alın yazısı da var, ömür qisməti də... Bəzən ömür qismətini tezləşdirən amillər də... Bəzən biz həkimlər doğru əvəzinə səhvlər də edirik. Fəxrəddin müəllim Azərbaycanda bugünkü sistem qurulmamışdan qabaq Almaniyada anjoqrafiya olunmuşdu. Əməliyyat əvəzinə ürəyinə stend qoydurmuşdu.
Təəssüf ki, Fəxrəddin müəllimin ölümlə çarpışdığı günlərdə Bakıda deyildim. Ürəyi dayanandan 5 saat sonra Avropadan qayıtdım. Komanda olaraq dünyünın bütün güclərini bura yığdıq. Azərbaycan tarixində ilk dəfə olaraq süni ürək aparatı Fəxrəddin Cavadova taxıldı. Əl çəkmirdik. Sonda ürəyi bərpa etsək də, məlum oldu ki, beyni oksigensizlikdən zədə alıb. Beyin ölümü də artıq son demək idi. Odur ki, aparatın söndürülməsi qərarı verildi. Azərbaycanda ürək-damar cərrahiyəsi sahəsində inqilabi dəyişikliklər heç biri köməyinə çatmadı.
Fəxrəddin müəllimlə bağlı bir məqamı da heç vaxt unuda bilmirəm. Ruhu şad olsun deyə, onu da xatırlamaq istəyirəm. Birgə çalışdığımız ilk aylar idi. Doğulduğum diyara getmək istədiyini bildirdi. Vaxt ayırıb getdik. İlk öncə atamın məzarına baş çəkdik, sonra oxuduğum məktəbə. Qış ayları idi. Məktəbdə istilik sistemi olmadığından şagirdlər paltoyla oturmuşdular. Nəsə bu vəziyyəti yaxşı qəbul etmədi. Məktəbin rəhbərliyilə görüşdü. Söylədi ki, buranın istilik sistemi bir aya düzəlməsə, mənim yüksək dəyər verdiyim, Tanrının xalqımıza hədiyyəsi olan Rəşad Mahmudov (Fəxrəddin müəllimin ifadələrini olduğu kimi deyirəm - R.M.) gözümdə həmin şəxs olmayacaq və direktora qətiyyətlə çatdırdı ki, əgər Rəşad Mahmudov işi yubatsa, mənə müraciət edə bilərsiniz. Bu da telefon nömrəm. Elə bu gündən ustaları çağıra bilərsiniz...
Fəxrəddin müəllimin süni tənəffüs aparatı ilə yaşadığı hər tərəfə yayılmışdı. Onu tanıyanların hamısının əlləri göydə idi. Bizim məktəbin nəinki müəllim, şagird kollektivinin, hətta valideynlərinin də bütövlükdə bütün Astara camaatının əlləri ümidlə Allaha sarı uzanmışdı. Professorun həyat mübarizəsi savaşında qalib gəlməsi üçün Allahdan kömək diləyirdilər. Doğulub boya-başa çatdığı Buzovnada da, Azərbaycanın digər yerlərində də eləcə... Təəssüf ki, Yaradan sevimli bəndəsini öz dərgahına apardı.”
Youtubenin yaddaşında Rəşad Mahmudovla bağlı xeyli videogörüntü var ki, bölgələrdə əməliyyatlardan sonra lentə alınaraq əbədiləşdirilib. Lənkəran Diaqnostika Mərkəzinin açılışından sonra 2006-cı ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ilk xeyriyyə aksiyaları keçirilib. Bu aksiyalar bir qədər sonra Qəbələdə, Qubada, Gəncədə, Şamaxıda, Naxçıvanda və digər yerlərdə də baş tutub. Heydər Əliyev Fondunun və Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə baş tutan əməliyyatların demək olar ki, hamısı uğurla nəticələnib.
Bölgələrdə ilk dəfə açıq ürək əməliyyatları, ürək əməliyyatıyla birgə qaraciyər transplantasiyası aparılıb. Kovidli xəstələrə süni ürək köçürülməsi baş tutub. “Uşaq ürəkləri Qarabağda döyünür” - cəbhə bölgələrində keçirilən aksiyanı həkimlər belə adlandırırlar. Füzuli rayonunda 1-10 yaş arası uşaqların ürək qüsurları aradan qaldırılır. Həkimlər cəbhə bölgəsindəki yaşlı sakinlərin də ürək qüsurlarını aradan qaldırmağa nail olurlar.
Astarada Mərkəzi Gömrük Hospitalının təcrübəli həkimlərinin istəyilə xeyriy¬yə aksiyası keçirilib. 3 gün müddətində 500 nəfərə yaxın insan EKQ, EXO, dopler və s. müayinədən keçib.
Hər əməliyyatdan sonra Rəşad Mahmudov müsahibə verir - savaşdan zəfərlə çıxmış qəhrəman kimi. Ürəyinin nuru çöhrəsində də əksini tapıb, səsində də bir məmnunluq duyulur: “Gərgin bir mübarizəyə başladıq. Şükür Allaha ki, gözəl keçdi. I Qarabağ müharibəsinin qazisi, Xocalı soyqırımının canlı şahidi və o qanlı mübarizə iştirakçısına ağır COVİD xəstəliyi keçirməsinə baxmayaraq, süni ürək cihazının köçürülməsinə nail olduq.
Bu xəstəmizin timsalında bir daha göstəririk ki, Azərbaycan səhiyyəsi bu gün də, gələcəkdə də artan daha güclü imkanları ilə hər zaman hər bir müharibə iştirakçısının, qazisinin, əsgərinin, bir sözlə, hər bir vətəndaşımızın arxasında olacaq, onların sağlamlıqlarının qorunmasına kömək edəcəkdir”.

* * *
Yazını tamamladığım ərəfədə sosial şəbəkələrdə bir videogöruntü yayımlandı. Rəşad Mahmudov Özbəkistanda keçirdiyi əməliyyatın sevincini hamımızla bölüşür. Uğurlu əməliyyatının sevinci səsində də əks-səda verir: “Hamınızı qardaş Özbəkistan Respublikasının Namanqan şəhərindən salamlayıram. Bu gün çox dəyərli dostlarımla iki həftəlik körpədə ortaq ürək əməliyyatı keçirdik. Qızda anadangəlmə üç ürək qüsuru və digər çatışmazlıqlar da vardı. Hər şey uğurla başa çatdı. Mən düşünürəm ki, bu əməliyyat sadəcə bir uşağın həyatının xilası deyil, Qarabağ savaşında zəfər qazanan Azərbaycana Özbəkistan Respublikasının göstərdiyi qardaşlıq münasibətinə bir vətən oğlu kimi mənim minnətdarlığımın təcəssümüdür.
Minlərcə azərbaycanlının təhsil almasına kömək məqsədilə Qarabağda ilk məktəbin açılması və hər iki ölkənin Prezidentinin bu açılışda iştirakına qarşılıq olaraq Azərbaycan-Özbəkistan Tibb günlərində kiçik də olsa, töhfə vermək istədik.
Körpə qızın kiçik ürəyində əməliyyatımızla iki xalq arasındakı körpünü daha da möhkəmləndirməkdir məqsədimiz.
Xalqlarımız var olsun!
Qardaşlığımız var olsun!”
Biz də deyirik:
“Rəşadların var olsun, Vətən!
Rəşadların var olsun, Dünya!”
***
Yarım əsrdə, daha doğrusu, 25 illik fəaliyyəti dövründə gördüyü işlərin lap cüzi hissəsini gələcək nəsillər üçün qələmə aldım. Həm yubiley vaxtı yaxınlaşır, həm də təvazökarlıq edib haqqında yazılmasını istəmirdi. Əməlləri təkcə həyata qaytardığı insanların deyil, tarixin yaddaşında da əbədiləşəcək. Gələcəyin içərisində ömrünün ikinci 50 illiyində də, inşallah üçüncü 50 illiyində də dünənin işığı parlayacaq.
Rəşad Mahmudov elmini, zəkasını, enerjisini bəxşiş elədiyi nəinki vətən övladlarının, dünyanın müxtəlif ölkələrində həyata qaytarıb ömür verdiyi insan¬ların dualarında da yaşayacaq. Çünki təkcə Azərbaycana yox, bütün dünyaya gərək olan həkimdir. Yüksək ziyalı mədəniyyəti, yanğılı vətəndaşlıq qətiyyətli, düzgün dövlətçilik mövqeyi təkcə Azərbaycanla məhdudlaşmır. Etiraf edirəm ki, qələmə sığmayan, dilə gəlməyən əməllərini bütün aydınlığı ilə göstərə bilmədim. Qiymətli oğul, dəyərli ziyalı barədə ürəyim istəyən yazı yazmaq çətinliyi qarşısında qaldım. İnanıram ki, nə vaxtsa yazacağam. Axı yazılan söz yadigardır!.. Təki sağlıq olsun.

Sevda Əlibəyli
SÖZARDI:
Tanınmış simaların ailə həyatı oxucular üçün maraqlı olur. Bu mənada görü¬şümüz zamanı Rəşad müəllimdən ailəsi barədə də məlumat əldə etdim.
Ömür-gün yoldaşı Aylin xanım türk qızıdır. Bu sevgidən 3 övlad dünyaya gəlib.
Biz də bu cütlüyə xoşbəxtlik arzulayıb, övladlarının toylarını görməklə nəvə-nəticə sahibi olmalarını arzulayırıq.








18-01-2024, 01:59
TƏBİB əhali arasında yayılan xəstəliklə bağlı açıqlama verdi


TƏBİB əhali arasında yayılan xəstəliklə bağlı açıqlama verdi

Hər il olduğu kimi, payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar tənəffüs yolu infeksiyalarında artım müşahidə edilir.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, son günlərdə insanlar arasında boğaz qıcıqlanması, boğaz ağrısı, yüksək olmayan temperatur, oynaqlarda ağrı, burun tutulması simptomları ilə müşayiət olunan tənəffüs yolu infeksiyalarından şikayətlər artıb.
"Hətta bəzi xəstələrdə iybilmə, dadbilmə duyğusunun itirilməsi də müşahidə olunur. Xəstələr bunun COVID-19 virusunun yeni variantlarından biri olduğunu düşünərək təşviş keçirirlər, lakin buna heç bir əsas yoxdur. Tənəffüs yolu infeksiyalarının (qrip, kəskin respirator xəstəliklər və s.) bəzilərində iybilmə və dadbilmə duyğusunun itirilməsi şikayətləri müşahidə edilə bilər. Mövsümlə əlaqədar sadaladığımız şikayətlərlə həkimə müraciət sayında artım olması, hər zamankı kimi, gözləniləndir. Payız-qış fəsli daxil olandan bəri, TƏBİB respirator infeksiyaların artacağı ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edib, respirator gigiyena qaydalarına əməl etmələri tövsiyə olunub, qrip vaksinlərinin tətbiqi həyata keçirilib və keçirilməkdə davam edir", - deyə əlavə edilib.
18-01-2024, 01:18
Ötən il paytaxtda 51 qətl cinayəti qeydə alınıb


Ötən il paytaxtda 51 qətl cinayəti qeydə alınıb

Bakıda ötən il 51 qəsdən adam öldürmə cinayəti qeydə alınıb.
Bu barədə Bakı şəhər prokurorluğunda 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində bildirilib.
Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə törədilən 51 qəsdən adam öldürmə cinayətlərindən 50-nin və 23 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib.
18-01-2024, 00:46
Yataqxanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar - Rəsmi


Yataqxanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar - Rəsmi

Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, FHN-in yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub.
Sumqayıt Dövlət Universitetinin rektoru, kollecin rəhbərliyi hadisə yerinə gəliblər. Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!