Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 18-01-2024, 08:16
Rəşad Mahmudov – insanlıq məlhəmi


Rəşad Mahmudov – insanlıq məlhəmi

Adətən, yubiley yaşları 50-dən qeyd edilir. Amma hər kəs yubiley yaşını qeyd etməyə layiqmi? Geriyə baxanda kimi bu illəri yaşamaq xətrinə başa vurur, kimi də illərə, bir ömrə sığmayan əməllərilə...
Tibb elmləri doktoru, Əməkdar həkim, Milli Məclisin deputatı Rəşad Mahmudov ömrünün yarıməsrlik zirvəsindən geriyə boylananda neçə insan ömrünə sığası uzun bir ömür yolu görür. Tibb aləmində ürək-damar cərrahı olaraq, neçə ilklərə imza atan həkim, cərrah, alim, müəllim, ictimai-siyasi xadim olaraq mənalı, şərəfli, gərəkli ömür yolu...
Ən azyaşlı pasienti – ürək qüsuruyla dünyaya göz açan 5 günlük çağa, ən yaşlı pasienti isə - yaşamaqdan doymayan, həyat eşqi güclü olan 94 yaşlı kişi olubdur. 25 illik həkimlik-cərrahlıq fəaliyyəti müddətində 10 mindən çox ürəyin fəaliyyətini bərpa edib, 20 mindən çox insana müalicə vasitəsilə şəfa verib. Rəşad Mahmudov şəfqətli əllərilə həyata qaytardığı pasientlərinin yəqin ki, çoxunu unudub. Amma yenidən həyat verdiyi pasientin hər biri xilaskarı olan Rəşad Mahmudovu unutmur, ona minnətdarlıqla dualar yağdırırlar. Elə biri mən... Xəstəxanadan çıxandan sonra təşəkkürdolu məktubumda belə yazırdım: “Tarix boyu insan övladı yaranandan xəstəliklər də onunla baş alıb gedir. Xəstəlik qorxulu deyil. Qorxulusu mükəmməl həkimə rast gəlincədir... Ürəyimin ağrılarından xeyli vaxt idi əziyyət çəkirdim. Heç bir dərman ağrılarımı azaltmırdı. Anjoqrafik əməliyyatdan sonra ürək damarlarımın tutulması müəyyən edildi. Əlacı cərrahi əməliyyat idi. Tanıdığım kardioloqlar - tibb elmləri doktoru Rza Səmədov, həkimkar­dioloq Nurəddin Əhədov, qızı – tibb üzrə fəlsəfə doktoru Mədinə xanım ürək-damar cərrahı Rəşad Mahmudovla görüşməyi məsləhət bildilər. Əvvəllər də bir neçə dəfə görüşümüz olmuşdu – tədbirlərdə və s. yerlərdə. Bu dəfə isə pasienti kimi görüşürdüm. Müayinənin cavablarına baxıb, açıq əməliyyatı məsləhət gördü. “Əməliyyat” sözü məni qorxutsa da, çöhrəsindən nur yağan həkimin “insanlıq məlhəmi”ndən sanki elə həmin anda şəfa tapıb sağaldım və əməliyyata razılıq verdim.
Əməliyyatım növbəti həftə baş tutdu. Həkimin dediyinə görə, mənimki çox ağır əməliyyat olsa da, uğurla başa çatmışdı. Rəşad Mahmudov məni gözləyənlərə bu xəbəri sevinclə bildirmişdi.
Reanimasiyadan palataya köçürüldüm. Cərrahım məni müayinəyə gələndə üzündə xüsusi məmnunluq var idi. Eyni diqqəti palata yoldaşım, başqa cərrah tərəfindən əməliyyat olunmuş Lalə Əzimovaya da göstərdi.
Xilaskarım Rəşad Mahmudov başda olmaqla, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayevdən tutmuş, texniki işçilərə qədər hamıdan diqqət və qayğı gördüm, razı qaldım.
Əməliyyat xərclərinin icbari tibbi sığorta hesabına yerinə yetirildiyinə görə, dövlətimizə minnətdarlığımı bildirirəm. Məni yenidən həyata qaytaran Rəşad Mahmudova və onun komandasına ömrüm boyu minnətdaram.
Xilaskarlarıma sağlam canla sağlamlığımızın keşiyində durmalarını arzulayıram”.
Sevimli loğmanımızla yubiley ərəfəsində bircə dəfə görüşmək imkanımız oldu. Əməliyyatlar, müayinələr, tədbirlər, görüşlər, bir sözlə başdan aşan qayğılar çox mətləblərə aydınlıq gətirməyə imkan vermədi. Fəqət bu gün də xatirəsini ən doğması kimi əziz tutduğu professor Fəxrəddin Cavadov barədə xatirələrini oxucularımızla bölüşməsini xahiş etdim. O, unudulmaz simanı yanğı ilə yad etdi: “Türkiyədəki tibb və uzmanlıq təhsilimi bitirdikdən sonra Azərbaycana gəldim. Fərqli xəstəxanalarda müxtəlif baş həkimlərlə işləməli oldum. Hər biri seçilmişlərdən idi. Fəqət tibb elmləri doktoru, professor Fəxrəddin Cavadov alim olaraq, rəhbər olaraq, ən başlıcası insan olaraq Allah-təalanın mənə hədiyyəsi, böyük neməti idi.
İlk tanışlıqdan yaranan dostluğumuz, birgə olduğumuz 4 ilə yaxın bir müddətdə qarşılıqlı olaraq dilə gətirilməsi mümkün olmayan ata-övlad münasibətlərinin dərin bağlarına gedib çıxacaq qədər yaxınlaşdıq. Fəqət belə bağlılığın tez qırılması bu gün də məni sarsıdır. Kaş ki... Kaş ki, bu “kaşkilər” olmayaydı. Fəxrəddin Cavadovun varlığı Azərbaycan səhiyyəsi üçün çox böyük qazanc olduğu kimi, yoxluğu da çox böyük, ağır itki oldu. 14 illik ayrılığa baxmayaraq, təkcə doğum, anım günlərində deyil, adi günlərində də məzarına baş çəkir, onunla yenə də söhbətləşirəm.
Həyatda olmayanda da bunca sevilmək nə gözəlmiş!..
Cənab Prezident İlham Əliyev DNŞ-nin bütün təşkilati işlərini Fəxrəddin Cavadova həvalə etmişdi. İnsanların rifahı naminə Azərbaycan səhiyyəsinin inkişafı naminə atılan yeni addımlar - Lənkəranda Diaqnostika Mərkəzinin və daha sonra 10 yerdə belə mərkəzlərin açılması, onların tikintisindən tutmuş kadr potensialına kimi bütün məsələlər Fəxrəddin müəllimin nəzarətində idi. Bizi də bir komanda olaraq arxasınca aparırdı. Arzuları çox idi. Həyatdan qəfil getməsi çox planlarını yarımçıq qoydu...
Nə etməli... Deyirlər, Ulu Tanrı məhz sevdiklərini öz dərgahına tez qovuşdurur ki, insanlar həmin şəxs üçün daim yanıb-yaxılsınlar.
Alın yazısı da var, ömür qisməti də... Bəzən ömür qismətini tezləşdirən amillər də... Bəzən biz həkimlər doğru əvəzinə səhvlər də edirik. Fəxrəddin müəllim Azərbaycanda bugünkü sistem qurulmamışdan qabaq Almaniyada anjoqrafiya olunmuşdu. Əməliyyat əvəzinə ürəyinə stend qoydurmuşdu.
Təəssüf ki, Fəxrəddin müəllimin ölümlə çarpışdığı günlərdə Bakıda deyildim. Ürəyi dayanandan 5 saat sonra Avropadan qayıtdım. Komanda olaraq dünyünın bütün güclərini bura yığdıq. Azərbaycan tarixində ilk dəfə olaraq süni ürək aparatı Fəxrəddin Cavadova taxıldı. Əl çəkmirdik. Sonda ürəyi bərpa etsək də, məlum oldu ki, beyni oksigensizlikdən zədə alıb. Beyin ölümü də artıq son demək idi. Odur ki, aparatın söndürülməsi qərarı verildi. Azərbaycanda ürək-damar cərrahiyəsi sahəsində inqilabi dəyişikliklər heç biri köməyinə çatmadı.
Fəxrəddin müəllimlə bağlı bir məqamı da heç vaxt unuda bilmirəm. Ruhu şad olsun deyə, onu da xatırlamaq istəyirəm. Birgə çalışdığımız ilk aylar idi. Doğulduğum diyara getmək istədiyini bildirdi. Vaxt ayırıb getdik. İlk öncə atamın məzarına baş çəkdik, sonra oxuduğum məktəbə. Qış ayları idi. Məktəbdə istilik sistemi olmadığından şagirdlər paltoyla oturmuşdular. Nəsə bu vəziyyəti yaxşı qəbul etmədi. Məktəbin rəhbərliyilə görüşdü. Söylədi ki, buranın istilik sistemi bir aya düzəlməsə, mənim yüksək dəyər verdiyim, Tanrının xalqımıza hədiyyəsi olan Rəşad Mahmudov (Fəxrəddin müəllimin ifadələrini olduğu kimi deyirəm - R.M.) gözümdə həmin şəxs olmayacaq və direktora qətiyyətlə çatdırdı ki, əgər Rəşad Mahmudov işi yubatsa, mənə müraciət edə bilərsiniz. Bu da telefon nömrəm. Elə bu gündən ustaları çağıra bilərsiniz...
Fəxrəddin müəllimin süni tənəffüs aparatı ilə yaşadığı hər tərəfə yayılmışdı. Onu tanıyanların hamısının əlləri göydə idi. Bizim məktəbin nəinki müəllim, şagird kollektivinin, hətta valideynlərinin də bütövlükdə bütün Astara camaatının əlləri ümidlə Allaha sarı uzanmışdı. Professorun həyat mübarizəsi savaşında qalib gəlməsi üçün Allahdan kömək diləyirdilər. Doğulub boya-başa çatdığı Buzovnada da, Azərbaycanın digər yerlərində də eləcə... Təəssüf ki, Yaradan sevimli bəndəsini öz dərgahına apardı.”
Youtubenin yaddaşında Rəşad Mahmudovla bağlı xeyli videogörüntü var ki, bölgələrdə əməliyyatlardan sonra lentə alınaraq əbədiləşdirilib. Lənkəran Diaqnostika Mərkəzinin açılışından sonra 2006-cı ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ilk xeyriyyə aksiyaları keçirilib. Bu aksiyalar bir qədər sonra Qəbələdə, Qubada, Gəncədə, Şamaxıda, Naxçıvanda və digər yerlərdə də baş tutub. Heydər Əliyev Fondunun və Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə baş tutan əməliyyatların demək olar ki, hamısı uğurla nəticələnib.
Bölgələrdə ilk dəfə açıq ürək əməliyyatları, ürək əməliyyatıyla birgə qaraciyər transplantasiyası aparılıb. Kovidli xəstələrə süni ürək köçürülməsi baş tutub. “Uşaq ürəkləri Qarabağda döyünür” - cəbhə bölgələrində keçirilən aksiyanı həkimlər belə adlandırırlar. Füzuli rayonunda 1-10 yaş arası uşaqların ürək qüsurları aradan qaldırılır. Həkimlər cəbhə bölgəsindəki yaşlı sakinlərin də ürək qüsurlarını aradan qaldırmağa nail olurlar.
Astarada Mərkəzi Gömrük Hospitalının təcrübəli həkimlərinin istəyilə xeyriy¬yə aksiyası keçirilib. 3 gün müddətində 500 nəfərə yaxın insan EKQ, EXO, dopler və s. müayinədən keçib.
Hər əməliyyatdan sonra Rəşad Mahmudov müsahibə verir - savaşdan zəfərlə çıxmış qəhrəman kimi. Ürəyinin nuru çöhrəsində də əksini tapıb, səsində də bir məmnunluq duyulur: “Gərgin bir mübarizəyə başladıq. Şükür Allaha ki, gözəl keçdi. I Qarabağ müharibəsinin qazisi, Xocalı soyqırımının canlı şahidi və o qanlı mübarizə iştirakçısına ağır COVİD xəstəliyi keçirməsinə baxmayaraq, süni ürək cihazının köçürülməsinə nail olduq.
Bu xəstəmizin timsalında bir daha göstəririk ki, Azərbaycan səhiyyəsi bu gün də, gələcəkdə də artan daha güclü imkanları ilə hər zaman hər bir müharibə iştirakçısının, qazisinin, əsgərinin, bir sözlə, hər bir vətəndaşımızın arxasında olacaq, onların sağlamlıqlarının qorunmasına kömək edəcəkdir”.

* * *
Yazını tamamladığım ərəfədə sosial şəbəkələrdə bir videogöruntü yayımlandı. Rəşad Mahmudov Özbəkistanda keçirdiyi əməliyyatın sevincini hamımızla bölüşür. Uğurlu əməliyyatının sevinci səsində də əks-səda verir: “Hamınızı qardaş Özbəkistan Respublikasının Namanqan şəhərindən salamlayıram. Bu gün çox dəyərli dostlarımla iki həftəlik körpədə ortaq ürək əməliyyatı keçirdik. Qızda anadangəlmə üç ürək qüsuru və digər çatışmazlıqlar da vardı. Hər şey uğurla başa çatdı. Mən düşünürəm ki, bu əməliyyat sadəcə bir uşağın həyatının xilası deyil, Qarabağ savaşında zəfər qazanan Azərbaycana Özbəkistan Respublikasının göstərdiyi qardaşlıq münasibətinə bir vətən oğlu kimi mənim minnətdarlığımın təcəssümüdür.
Minlərcə azərbaycanlının təhsil almasına kömək məqsədilə Qarabağda ilk məktəbin açılması və hər iki ölkənin Prezidentinin bu açılışda iştirakına qarşılıq olaraq Azərbaycan-Özbəkistan Tibb günlərində kiçik də olsa, töhfə vermək istədik.
Körpə qızın kiçik ürəyində əməliyyatımızla iki xalq arasındakı körpünü daha da möhkəmləndirməkdir məqsədimiz.
Xalqlarımız var olsun!
Qardaşlığımız var olsun!”
Biz də deyirik:
“Rəşadların var olsun, Vətən!
Rəşadların var olsun, Dünya!”
***
Yarım əsrdə, daha doğrusu, 25 illik fəaliyyəti dövründə gördüyü işlərin lap cüzi hissəsini gələcək nəsillər üçün qələmə aldım. Həm yubiley vaxtı yaxınlaşır, həm də təvazökarlıq edib haqqında yazılmasını istəmirdi. Əməlləri təkcə həyata qaytardığı insanların deyil, tarixin yaddaşında da əbədiləşəcək. Gələcəyin içərisində ömrünün ikinci 50 illiyində də, inşallah üçüncü 50 illiyində də dünənin işığı parlayacaq.
Rəşad Mahmudov elmini, zəkasını, enerjisini bəxşiş elədiyi nəinki vətən övladlarının, dünyanın müxtəlif ölkələrində həyata qaytarıb ömür verdiyi insan¬ların dualarında da yaşayacaq. Çünki təkcə Azərbaycana yox, bütün dünyaya gərək olan həkimdir. Yüksək ziyalı mədəniyyəti, yanğılı vətəndaşlıq qətiyyətli, düzgün dövlətçilik mövqeyi təkcə Azərbaycanla məhdudlaşmır. Etiraf edirəm ki, qələmə sığmayan, dilə gəlməyən əməllərini bütün aydınlığı ilə göstərə bilmədim. Qiymətli oğul, dəyərli ziyalı barədə ürəyim istəyən yazı yazmaq çətinliyi qarşısında qaldım. İnanıram ki, nə vaxtsa yazacağam. Axı yazılan söz yadigardır!.. Təki sağlıq olsun.

Sevda Əlibəyli
SÖZARDI:
Tanınmış simaların ailə həyatı oxucular üçün maraqlı olur. Bu mənada görü¬şümüz zamanı Rəşad müəllimdən ailəsi barədə də məlumat əldə etdim.
Ömür-gün yoldaşı Aylin xanım türk qızıdır. Bu sevgidən 3 övlad dünyaya gəlib.
Biz də bu cütlüyə xoşbəxtlik arzulayıb, övladlarının toylarını görməklə nəvə-nəticə sahibi olmalarını arzulayırıq.










Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!