Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
13-01-2024, 05:25
Obasından uzaqlaşammayan adam...


Obasından uzaqlaşammayan adam...

“Üzünə üz, başına baş qoyduğum, Yurdum! Canımda gəzdirdiyim ən qudsal doğmalıqsan. Dörd fəslin ürəyimin başında çiçəkləyir, qara-tufana boyanır. Yaz ağzı buzların əriyir həsrət-həsrət duyğulu könlümdən. Payız yellərin əsir canımda sərt ruzigarlar kimi. Avqust günəşinin istisi içimdəki həsrəti, ayrılığı tüstü kimi başımdan çıxardır. Bütün dəyişən fəsillərinlə, düşən axşamınla, açılan gül üzlü səhərlərinlə, dağınla, düzünlə, göz işlədikcə uzanan genişliyinlə həsrət-həsrət canımdan, ruhumnan axırsan. Qoynundan çox uzağa getmədim, Ulu Yurdum. Hava məsafəsiylə beş-on kilometr uzaqlıqda məsgən saldım. Doğma qoynunda bəxtəvər-bəxtəvər yaşayanda “aranın aranı” bildiyimiz Quzanlıda özümə ev-eşik qurdum. Yurd-yuva şenəltdim. Qonşuluğundan uzağa getməyə ayağım yerimədi, dumana, tüstüyə bürünən hüsnünə uzaqdan baxmağa ürəyim gəlmədi. Dedim vəfasızlıqda qınayarsan məni.
Ancaq sənə bir sirr açım. Sinəni əzən düşmən əsgərlərinin kobud çəkmələri kənara atılsa da, görüşünə gəlməmişəm hələ. Ürəyim gəlməyib səni dağınıq görkəmdə görməyə. Öz əlimlə qurduğum iki mərtəbəli imarətimi dağınıq halda seyr eləsəm bağrımın başı şan-şan olar, Ana yurdum, Ata ocağım. Elə bilirəm ki, dağın-daşın, yol-yol, ev-ev, yamac-yamac üstümə gələr. Abrından utanan ayaqlarım torpağın təkinə batar. Göy gurlayar, buludlar oynaşar...Yurd sevgim muncuq dənələri kimi sökülüb dağılar. Daş-divar ayağım altından qaçar. Dünyanın bütün ağırlığı üstümə çökər. Dözmərəm ağırlığına Ulu Yurdum. Bu elə sənlə özüm arasında xəyali bir söhbətdi. Elədim ki, bir qədər yüngülləşim. Danışdım ki, səninlə görüşə niyə gələ bilmədiyimi söyləyib üzrxahlıq eləyim. Neyləyim özümlə bacarmıram. Məni də belə yaradıb, fidəsi olduğum.
İnşallah, ağrın-acın azalar, sinəndəki dağıntılar əzəlki görkəminə qayıdar. Mən də dəfə- daraqla gələrəm hüzuruna...
Yurdla bağlı duaları hər səhər üzü doğmalığa çevrilib dodaqaltı pıçıldayır Sahib Qasımov. On altı mart min doqquz yüz əlli səkkizinci ildə Pirizatlı kəndinin Bağmanlar sovetliyində anadan olub. Bu oba Avdal Gulablıyla, Novruzluyla, böyük alim Xudu Məmmədovun doğulduğu Mərzili obasıyla iç-içə, kürək-kürəyədir. Bir-birindən öyməli yurdlar, obalardır ki, dağ-ətəyi yaylada durna qatarı kimi sıralanır. Gözəl təbiəti, meyvə bağları, sonsuza qədər uzanan yamyaşıl yaylalar hər bir yurd oğluna dirilik, təpər, cəsarət,zəhmətsevərlik pıçıldayıb beşiyi başında. Torpağı, yurdu,zəhməti, hallalığı sevən olub Sahib Qasımovun Şəcərəsi.
Səkkiz övlad olublar, dörd oğul,dörd qız. Eldə obada Qasım törəmələri kimi tanınır. Sahib ailədə kiçik övlad olsa da, evin, elin- obanın ən çox küsəndiyi oğullardan olub. Hələ cavan yaşlarından zəhmətdən qorxmayıb. Özünün sözü olmasın Bağbanlarda iki mərtəbəli “imarət” tikib başa gətirmişdi. Ağzıbağlı, içi dolu qaldı kafirlərə. Odur ki,dağıdılan evlə, talan olan yurdla görüşə getməyə imkan olduğu halda, özü bir az sonraya saxlayır. Gözləyir ki, qoy bir az ağrısı, acısı ovazıısın, köhnəlsin. Zaman ən yaxşı məlhəmdir-deyib babalar. Fikirləşir ki, qoy yaranın qaysağı bir az bitişsin. Ürəyin yanğısı bir az ovazısın. Bu bir insan psixologiyasıdır.
Özü də insafən deyim ki, abırlı xasiyyətdir. Tez-tələsik özünü irəli atmır ,addımını atanda qabağı, sonranı fikirləşir. Az görünüb, çox iş görməyi sevir. Elin, obanın məğlubiyyəti ilə tez barışıb öldüm, yandım-deyə özünü qanı axan bulağın üstünə salmır. Qayğıda, ehtiyacda olan yurddaşlara ən çox köməklik göstərən mərhəmətli kişilərdən biridir, bəlkə də birincisidir. Fəqət, yurdla görüşə birincilər sırasında can atmadığı kimi, elədiklərini də hamıya car çəkməyi sevmir. Sağ əl verdiyini, sol əl bilməməlidir-deyir. Beləcə kadr arxasında qalmağa öyrəşib Sahib kişi. Ancaq elədiklərini saysan qəzetin bir səhifəsini tutar bəlkə də. Özü xahiş elədi ki, mənim elədiklərimi yox dövlətimizin düşmən tapdağından azad olunan yurdlarımızda gördüyü abadlıq, quruculuq işlərini daha çox qabardın. Çünki ərazilərimizi azğın düşməndən Ali Baş komandanın rəhbərliyiylə şir biləkli oğullarımız azad elədi. Hazırda o ərazilərdə əhalinin yaşaması üçün böyük işlər görülür. O cümlədən Ağdamda da. İndi-indi torpağın rəngi-ruhu özünə qayıdır. Dağlar, dərələr, geniş düzənlər, boz biçənəklər halallıq libasına bürünür. Torpaq cana gəldikcə mən də öz içimdə rahatlıq tapıram deyir-Sahib Qasımov.
Hazırda məskunlaşdığım Quzanlı kəndiylə doğulduğum yurdun arası elə də uzaq deyil. Təxminən torpağın rəngi, bərəkəti eynidir. Bizim obalar dağ ətəyidir. Amma aranın aranıdır. Burda bomboz quraqlıq olanda, o ərazilər yamyaşıl rəngdə göz-könül oxşayır. Oranın havası, suyu hələm-hələm ələ düşməz. Təbiətin, gözəl mənzərənin insana təsiri danılmazdır. Sən özün bilmədən ruhuna, varlığına ulu təbiət öz xəttini yazır. Bizim obalardan çıxan böyük alim və sənətkarların hamısını yetirən məhz oraların havasıdır, suyudur. Xudu Məmmədov kimi dünya şöhrətli alim, Azərbaycanın ünlü sənətkarları Sara Qədimova, Səxavət Məmmədov və onlarca alim və şairlər o torpağın qoynunda yetişib. Səmimi etiraf eləyim; mənim də xasiyyətimdəki, davranışımdakı müsbət meyillərə görə öz genimə və o yurda borcluyam. Kişi elədiyini söyləməz...
-İnsanlara yaxşılıq eləyəndə, əlindən tutanda, işinə yarayanda özümdən razı qalıram, özümü dünyanın xoşbəxti hesab eləyirəm...
P.S. Danışdıqca baxıram ki, qəhrəmanımın sifəti işıqlanır, üzünə, gözünə məsum körpə təbəssümü qonur. Ömrün ahıllıq çağını yaşayan, altmış altını doqqazdan o tərəfə ötürən Sahib Qasımov yaşına, başına görə xeyli cavan və gümrah görünür. Onun elədikləriylə, onun qurduğu şəraitlə özümünkünü ürəyimdə müqayisə eləyib əlimin arxasını yerə qoyuram. Mən özümü zorla saxlayıram, bir kəsə də kömək eləməyə imkanım yoxdu, ancaq Sahib Qasımov öz alın təriylə qazandığı gəlirlə həm ailəsinə, doğmalarına həm də neçə-neçə imkansıza arxa, dayaqdır. Var ol söyləyirəm, Sahib Qasımov, bar verən ağacın qurumasın, axar suların bulanmasın...
Tikdirdiyin yeni binanı da özün demişkən,uşaq baxçası elə ki, böyük Nazim Hikmət demişkən “Dünyanı verək uşaqlara...”
Dərin sayğılarla:
Avdı QOŞQAR





12-01-2024, 21:33
Azərbaycan və Bolqarıstanın XİN Başçıları danışıqlar apardı


Azərbaycan və Bolqarıstanın XİN Başçıları danışıqlar apardı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Bolqarıstan Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel ilə telefon danışığı baş tutub.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı Azərbaycanla Bolqarıstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələr üzrə ikitərəfli münasibətlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub.
Ötən il ərzində həyata keçirilmiş yüksək səviyyəli səfərlərin, dekabr ayında Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərə müsbət töhfə verdiyi vurğulanıb. Energetika sahəsində səmərəli əməkdaşlığın, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması, habelə enerji təchizatının şaxələndirilməsində rolu və əhəmiyyəti qeyd olunub.
Daha sonra, qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
12-01-2024, 20:46
İNSAN SAF NİYYƏTİ,  XOŞ XASİYYƏTİYLƏ UCALIR


İNSAN SAF NİYYƏTİ, XOŞ XASİYYƏTİYLƏ UCALIR

Ta uşaqlıqdan həmişə dağın zirvəsinə, əlçatmaz sıldırım qayalara, ucalığa çıxmaqdan, aşırımlı yollar qət etməkdən xoşum gələrdi. Həyat yolumu da belə seçmişdim. Taleyim elə gətirdi ki, çətin də olsa həyatda püxtələşdim, yaxşı-yamanı düz seçməyi və ədalətli qiyməti verməyi bacardım. Axı ömrün ucalığından baxanda hər şeyi daha aydın görürsən. Xüsusən də arxada qalan gənclik illərinin yaddaqalan, tapdaq görməyən bakirə xatirələri Dan ulduzu kimi gözünün qarşısında apaydın dayanır. Ona görə də o illərdən çox xatirələr, çox insanlar, çox dost-tanışlar bu gün mənim yaddaş evimin mehmanıdırlar. Bu mehmanlar içərisində ən çox mənə əziz olan, sadə, təvazökar, öz həyat yolunu zəhməti, ağılı, insanlara xoş münasibəti, gərəkliyi ilə qazanan adamlardır. Belə insanlar tək mənim yox, milyonların ürəyində illərlə yaşayır. Bunlar şərəfli insanlardır.
Belə şərəfli, halal nəfsli, öz sadə həyat yolunu, bərəkətli çörəyini alın təri, şirin ləfisi, şaqraq zəngulələri ilə qazanan, ta gəncliyindən bəri tanıdığım Məmmədov Mirheydər Məhər oğludur. Nə xoş təsadüfdür ki, hamı onu el arasında Seyid Əli kimi tanıyır! Bu, elin qoyduğu addır. Bu ad heç də təsadüfdən yaranmayıb (bundan sonra mən də bu adla tanıdığıma görə yazımda Seyid Əli deyə müraciət edəcəyəm).
Seyid Əli 1952-ci ildə Bərdə rayonunun Mustafaağalı – Boyəhmədli kəndində inam-inan yerimiz olan ocaqda – Seyid Məhərin ocağında dünyaya göz açıb. Seyid Əli haqqında bu yazını yazmaq istəyəndə nədənsə yadıma dahilər tərəfindən deyilmiş nəsihətamiz bir kəlam düşdü. Namaz qılanda qəlbinə, el içində dilinə, süfrədə əlinə, qonşuda gözünə nəzarəti unutma. Seyid Əlini bu kəlamın hansı müddəası ilə sınağa çəksən, onu dupduru görərsən. Ağır nəfəsli (yaxşı mənada, yəni nəyə nəzərin salsa niyyəti hasil olar), Allah yollu, ağzı dualı, xeyirxah bir ocaqda dünyaya göz açıb. Qulağı amin kəlməli, dili şükürlü böyüyüb. Sitayişi uca Allah, qibləsi Kəbə, diləyi cənnət olan bir ata xeyir-duası ilə el hörmətini qazanmaq Seyid Əlinin ta uşaqlıqdan amalı olub və bu yolun da yolçusudur.
Belə bir deyimlə oxucularım qarşısında fikrimi tamamlamaq yerinə düşər; “Doğulmaq dünyaya gəlməkdir, yaşamaq deyil, bu, bütün canlılara məxsusdur. Amma insanların cəmiyyətdə şərəfli ömür sürüb, iz qoyub haqq evinə qovuşmağı yaşamaqdır.”
Bax, Seyid Əli belə ömürü yaşamaq şərəfinə əl uzadıb, həyat sürən xoşbəxtlərdəndir. O, maddiyyət üçün yox, mənəviyyat üçün yaşayır. Heyf ki, bu da hər kəsə nəsib olmur.
Burada Azərbaycan xalqının çox parlaq simalarından olan, sadə əməyi, səxavəti və alın təriylə Şərq aləminin maarifpərvər milyonçu titulunu qazanmış Hacı Zeynalabdin Tağıyevin bir tarixi kəlamı yadıma düşdü: “Pul qazanmağa çalış, amma şərəfini itirmə. Pul gedər, yenə də gələr. Amma şərəf itsə, qayıtmır”. Bir atalar misalı da var: “Qızını varlı dəliyə vermə, var gedər, dəli qalar”.
Bu mənada Seyid Əli şərəfini qoruyan, ocağının nurunda ağır təbiəti, şirin səsi, xoş avazı, axarlı xırda zəngulələri ilə tanınan sənətkardır. Ona sənətin hansı çalarlarından, insani davranışın hansı yanından, yaşının cavan və ahıl çağının hansı pilləsindən baxsan, Seyid Əlinin həyat süzgəcindən süzülüb durulaşdığının şahidi olursan.
Mən Seyid Əlini elin toy şənliklərində hamı tərəfindən dinlənilən şirin səsi ilə məclisi feyziyab edib rövnəqləndirən bir xanəndə kimi görmüşəm. Həmişə alqışlarla qarşılanıb, yola salınıb. Yas mərasimlərində isə ağayana hərəkəti, ağzıdualı ibrətamiz söhbətləriylə seçilən görmüşəm. Seyid Əli yaşından asılı olmayaraq, böyükdən-kiçiyə. Hər kəs tərəfindən qiymətləndirilib. Bu qiymət taleyin ona verdiyi el istəyidir. Allah əskik eləməsin! Yəqin ki, bu nuranilik onun müqəddəs ata-baba ocağındandır. Qoy bu müqəddəslik onun övladlarından, nəvələrindən, nəsl-nəcabətindən əskik olmasın!
Aqillər yaxşı deyib: “Xoş xasiyyət, şirin avaz, ağ üzdə qara xal, ağıllı övlad – Allah töhfəsidir”.
Mən deyərdim ki, Seyid Əli bu töhfələrdən barınmış yaxşı övlad, yaxşı ata, yaxşı baba və yaxşı el sənətkarıdır.
Əmək fəaliyyətinə gəldikdə, Seyid Əli sadə həyat tərzindən başlayıb, hərbi xidmət keçib, uzun müddət Su Meliorasiya sistemində işləyib. Torpağa bağlanıb, halal çörəyi alın təriylə yoğrulub bərəkətlənib. Ömür yolu cılız uşaqlıqdan başlayıb indiki ahıllıq, ağsaqqallıq, nuranilik xoşbəxtliyini yaşamaqdadır.
Seyid Əli heç bir ali təhsil almasa da, məntiqli və hərtərəfli insandır. Onun rəvan nitqi, müstəqil fikri, mövzu seçimi, özünəməxsus dərki və şairlik qələmi vardır. Təvazökarlıq göstərib şairliyini bildirməsə də, dövrü mətbuatda və bir neçə şairlərin kitablarında ithaf şeirləri çap olunub.
Onun bədii yaradıcılığı ilə tam tanış olduqda görürsən ki, özünəməxsus şairlik, yaradıcılıq təbi var. Lirikası, təbiət və məhəbbət şeirləri ilə yanaşı ən çox sevdiyi mövzu vətənpərvərlik, dövlətə və dövlətçiliyə sadiqlik, xalqa məhəbbətidir.
Torpaqlarımızın işğaldan azad olunması, Ali Baş Komandanın cəsarətli addımı və “Dəmir yumruğu” əsrin tarixi hadisəsidir, deyir. Ordumuzun gücü, qazilərimizin şərəfi, şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir. İtkilərimizlə yanaşı, böyük qələbələrimizi də bir şair təxəyyülü ilə əvvəldən görürdü Seyid Əli.

Şanlı ordu bu qisası alacaq,
Qalib gəlib qələbəni çalacaq.
Şuşamızda toy büsatı quracaq,
Səs salacaq bu cahana şəhidlə!.

Seyid Əli alqış deyir gərdişə,
Sizi anmaq çevrilibdir vərdişə.
Qarşınızda baş əyəcək həmişə,
Hər gələndə bu ünvana, şəhidlər!


Göründüyü kimi, şeirin misraları ürəkdən gələn sadə sözlərlə, yapışqanlı ifadələrlə bəzədilərək qızıl qanı sərt qayaları xınalayan şəhidlərimizin ruhunu əbədiləşdirir.
Başqa bir şeirində Ali Baş Komandan möhtərəm prezidentimiz cənab İlham Əliyevin hünər və cəsarətini böyük ürək sevinciylə qələmə alır və yağı düşməni başa salır ki, tanıyın bu Azərbaycan sərkərdəsini və onun qarşısında bu məğlub başınızı endirin dizə qədər. Havadarlarına isə üz tutub deyir.
Düşmən sizə yalan satdı, sözü doğru olmadı,
O ATƏT-dən, BMT-dən bircə dayaq olmadı.
“Dəmir yumruq” kara yetsin, çıxsın onların canı,
Özləri dərk eləyib, tanısınlar İlhamı!
Seyid Əlinin bu sadə deyim tərzi sadə olduğu qədər də kəskindir. Eyni zamanda bu sətirlərdə nə qədər ölkə rəhbərini dünyaya tanıtmaq sevinci var!
Seyid Əli bu vətənpərvərlik, torpağa bağlılıq hissini, öz kəndinin, elinin-obasının böyüklərindən, başbilənlərindən öyrəndiyini misralarına düzür və hər birinin ucalığını adbaad deyir.
Ağsaqqalı hər bir yerdə ad alıb,
Qazı, Cəlal el gözündə ucalıb.
Nadir baba elçilikdə qocalıb,
Söz-söhbəti şirin, pəsdən olubdur.

Qulam Cavadovu əmək ucaldıb,
Əkib-biçib, xarüqələr yaradıb.
Dar günündə millətinə əl atıb,
Əməksevər nəsil-kökdən olubdur.

Zaman yetdi, Azay gəldi cahana,
Yetim oldu, o yüksəldi ad-sana.
Bərdə üçün çevrilibdir qurbana,
Ona zərbə gədalardan olubdur.

Qeyd. Qazı kişi, Cəlal kişi, Nadir kişi kəndin nüfuzlu ağsaqqalları olub. Qulam Cavadov Sosialist Əməyi Qəhrəmanı, uzun müddət kolxoz sədri işləmişdir. Azay Abdıyev isə Bərdə rayonunun keçmiş İcra başçısı olmuşdur.
Əziz oxucu, mən Seyid Əlinin yaradıcılığına kiçik gəzintilər elədim. Yəqin ki, söz-sənət adamları gələcəkdə onun yaradıcılığına daha yaxından nəzər salacaq və geniş təhlillər verəcəklər.
Seyid Əli eyni zamanda gözəl ailə başçısı, mülayim ata, şirin babadır. Üç övladı, dörd nəvəsi var. Qoy ömür boyu onlarla fəxr etsin, bəhrin, barın görsün. Seyid Əli, qardaşım, Sizə bir arzum var – Nəvən görsün nəvəsini, Sən də görəsən hər ikisini!

Vəliyəddin Misiroğlu (İsmayılov),
yazıçı-publisist, “Qızıl Qələm mükafatı” laureatı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

“Bütöv Azərbaycan” qəzeti
12 Yanvar2024-cü il.
12-01-2024, 20:39
Kömür mədənində qəza: 14 nəfər itkin düşdü


Kömür mədənində qəza: 14 nəfər itkin düşdü

Çinin Henan əyalətinin Pindinqşan şəhərində kömür mədənində baş verən qəzada azı 14 nəfər itkin düşüb.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
İlkin araşdırmalara görə, mədəndə 61 nəfər olub. Ərazidə xilasedicilər işləyir.
Qəzaya səbəbin havalandırma sistemində baş verən qaz sızıntısı olduğu ehtimal edilir.
12-01-2024, 19:52
Naxçıvanda reyd: Azyaşlılara siqaret satanlar cəzalandırıldı


Naxçıvanda reyd: Azyaşlılara siqaret satanlar cəzalandırıldı

Naxçıvan polisi tərəfindən yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib.
Bu barədə Naxçıvan MR DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində Naxçıvan polisi tərəfindən reyd keçirilib. Reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə obyekt aşkar edilib.
Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri Məmiyev Nihad, Qasımov Ülvi və Bağırov Mənsum barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib və xəbərdarlıq ediliblər.
Nəzərinizə çatdıraq ki, qeyd edilən məhsulları satan şəxslərdə onlardan siqaret və spirtli içki alanın azyaşlı olduğu barədə şübhə yarandığı təqdirdə satışı dayandırmalı həmin müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb etməlidirlər. Sənəd təqdim etmədikdə həmin şəxsə tütün məmulatı və spirtli içki satılmamalıdır.
Qeyd edək ki, bu cür tədbirlər polis əməkdaşları tərəfindən mütamadi olaraq bundan sonra da davam etdiriləcək.
12-01-2024, 19:24
“Marqara” keçid məntəqəsində tikinti və bərpa işləri başa çatıb


“Marqara” keçid məntəqəsində tikinti və bərpa işləri başa çatıb

Ermənistan Türkiyə ilə quru sərhədində yerləşən və 30 ildən artıq bağlı qalan “Marqara” keçid məntəqəsində tikinti və bərpa işlərini başa çatdırıb.
Bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədr müavini Karen Tamazyan mətbuat konfransında deyib. “Gömrük və texniki imkanlar, pasport nəzarəti, o cümlədən sərhəd xidməti baxımından sərnişinlərə lazımi xidmət göstərilməsi üçün bütün infrastruktur hazırdır”, - deyə o bildirib.
Türkiyə ilə Ermənistan arasında sərhəd 1993-cü ildən bağlıdır. Ötən ilin martında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhəd keçidinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açması barədə razılığın əldə olunduğunu bəyan etmişdi. Həmin ilin aprel ayında İrəvan “Marqara” keçid məntəqəsində bərpa işlərinə başlamışdı.
Qeyd edək ki, Ermənistan hökuməti 2021-ci ildə Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətində olduğunu bildirib. Ankara və İrəvan bunun üçün xüsusi nümayəndələr təyin edib. 2022-ci ilin iyulunda Vyanada tərəflər arasında üçüncü ölkə vətəndaşlarının Türkiyə ilə Ermənistan arasında quru sərhədini keçmək imkanlarının təmin edilməsi, həmçinin yük daşımalarının həyata keçirilməsi barədə razılıq əldə olunub. 2023-cü ilin yanvarında Ankara birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığı barədə İrəvanı məlumatlandırıb.
12-01-2024, 17:06
Qəzza zolağında ölənlərin sayı 24 minə çatır


Qəzza zolağında ölənlərin sayı 24 minə çatır

Oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı 23708-ə çatıb.
Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Məlumata görə, yaralananların sayı isə 60005 nəfərdir.
Səhiyyə qurumu bildirib ki, son 24 saat ərzində İsrailin zərbələri nəticəsində 151 fələstinli ölüb, 248 nəfər yaralanıb. Təxminən 7000 nəfərin dağıntılar altında itkin düşdüyü və öldüyü ehtimal edilir, lakin onlar rəsmi ölənlərin sayına daxil edilmir.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.
12-01-2024, 16:59
İlham Əliyevin fərqli formatda çıxışı diqqət mərkəzindədir


İlham Əliyevin fərqli formatda çıxışı diqqət mərkəzindədir

Son illər Azərbaycan Prezidenti İlham Əliyevin fərqli formatlarda ictimaiyyət qarşısına çıxması diqqəti cəlb edir. Bu formatlardan biri Prezidentin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirələrdir. Əvvəlkindən fərqli olaraq artıq belə müşavirələrə müzakirə olunan mövzu ilə bağlı sırf aidiyyəti qurumların rəhbərləri qatılır; format daha cəlbedici, daha uğurlu şəkil alıb.
Başqa bir format ADA Universitetinin xətti ilə keçirilən görüşlərdir. Burada iştirak edən nüfuzlu xarici ekspertlər və beyin mərkəzlərinin təmsilçiləri ilə açıq ünsiyyətdə olan Prezident bu yolla Azərbaycanın mövqeyini bir neçə dildə bütün dünyaya çatdırır.
Ən uğurlu formatlardan digəri isə sözsüz, Prezidentin yerli televiziya kanallarına müsahibələridir. Bu müsahibələr, ilk növbədə Prezidentin Azərbaycan mediasına verdiyi dəyər və qiymətin göstəricisidir. Belə olmasaydı, Prezident elə yuxarıda qeyd etdiyimiz formatlarda və ya ayrı-ayrı tədbirlərdə çıxışında ölkənin qarşısında duran məsələlərə aydınlıq gətirdiyini nəzərə alıb yenidən yerli media ilə bu şəkildə təmasa lüzum görməzdi.
Kimsə Azərbaycan xalqı və dünya ilə media vasitəsilə dialoqun bu uğurlu formasına kölgə salmaq üçün müəyyən fikirlər irəli sürə bilər. Amma reallıq budur ki, Prezidentin yaratdığı səmimi mühit, tam açıq atmosferin mövcudluğu ölkəmizin gündəmi, gələcəyi ilə bağlı sualların verilməsinə imkan yaradır. Elə sonuncu müsahibədə Azərbaycan cəmiyyəti birinci şəxsin dilindən növbədənkənar Prezident seçkilərindən tutmuş, ölkənin bu günü, gələcək planları, Qarabağ probleminin həlli, sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizi, Fransa və digər Azərbaycana qarşı qərəzli münasibətdə olan ölkələr, Azərbaycan-Türkiyə dostluğu və başqa digər məsələlərlə bağlı dolğun məlumat ala bildi. Düzdür, Prezident ayrı-ayrı müstəvilərdə Azərbaycanla bağlı məsələlərə daim münasibət bildirir. Amma bu, daha çox beynəlxalq aləmə çatdırılması gərəkən mesajlar olur. Prezidentin yerli televiziya kanallarına müsahibəsi isə Azərbaycana cəmiyyətinə ünvanlanmış mesajlar, bir növ Prezidentin xalq qarşısında hesabatı baxımından xüsusi çəkiyə malik olur.
Digər tərəfdən, bu format Prezidentin mediaya açıqlığının bariz nümunəsidir. Azərbaycan cəmiyyəti, o cümlədən dünya 44 günlük Vətən müharibəsində bunun əyani şahidi oldu. Prezident İlham Əliyev Vətən müharibəsində xalq və dünya ilə media vasitəsilə dialoqun nadir nümunəsini yaratdı. İndiyə qədər, elə indinin özündə də belə bir nümunə tapmaq mümkün deyil ki, müharibə aparan ölkənin Ali Baş Komandanı hər iki müstəvidə bu şəkildə aktiv çalışsın. Vətən müharibəsində bütün dünya təkcə cəbhədə müharibəyə sərkərdəlik edən Lideri deyil, həm də diplomatik müstəvidə, heç də cəbhədəkindən az əhəmiyyət kəsb etməyən, mübarizə aparan Lideri gördü. Ali Baş Komandan Vətən müharibəsinin hər günündə bir yandan xalqla birbaşa dialoqa girir, tvitlər paylaşır, müraciətlər edir, digər yandan beynəlxalq mediaya müsahibələr verirdi. Diplomatik və informasiya savaşı cəbhəsində misilsiz nümunənin təməlini qoyan İlham Əliyev Azərbaycana qarşı informasiya blokadasını yarmağı bacardı. Müharibənin gedişində və müharibədən sonra nüfuzlu medialar vasitəsilə elə onların öz dilində ən sərt suallara cavab verdi, tarixi həqiqətləri sübutlarla, faktlar əsasında dünya ictimaiyyətinə çatdırdı. Dövlət başıçımız bu dövrdə dünyanın aparıcı media orqanlarına 30-a yaxın müsahibəsində əsl diplomatiya, natiqlik, məlumatlılıq, dəmir məntiq sərgilədi. Prezident İlham Əliyev Ermənistanın onilliklərlə beynəlxalq ictimaiyyəti zəhərləyən təbliğatını darmadağın etdi, həm münaqişə, həm də müharibə haqqında həqiqətləri çəkinmədən dilə gətirdi, kimin işğalçı, kimin isə işğala məruz qalan tərəf olduğunu faktlarla isabatladı. Həmin müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudir. Məhz media vasitəsilə aparılan bu mübarizə beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli təzyiqlər cəhdinin qarşısının alınmasında önəmli rol oynadı.
Müharibə arxada qalsa da, Azərbaycanın suverenliyi tam bərpa olunsa da, arxayınlaşmaq olmaz. Necə ki bunu Prezident yerli televiziya kanallarına müsahibəsində xüsusi vurğuladı və cəmiyyətə önəmli mesajlar ötürdü. Qalib, tam müstəqil siyasətə, güclü Liderə malik Azərbaycanı istəməyən qüvvələrin həmlələri, çirkin planları hələ də davam edir. Bütün bunları böyük diplomatik ustalıqla dəf edən Prezident İlham Əliyev həm yerli, həm də xarici medianın imkanlarından və gücündən də elə eyni ustalıqla yararlanmağı bacarır. Bir yandan xalqa hesabat verir, digər yandan Azərbaycana qarşı olan qüvvələrə lazımi fikirləri çatdırır. Ən nəhayət, məmurların üzərinə fərdi şəkildə məsuliyyət qoyur və verilən tapşırıqlar, aparılan islahatlar istiqamətində konkret iş tələbi meydana çıxarır. Bütün bunlardan çıxan nəticə isə birdir- xalqın, dövlətin mənafeyi naminə taixi nəticələr, qələbələr!
12-01-2024, 16:41
“Azəriqaz” rəsmisi ictimaiyyəti maraqlandıran məsələlərə aydınlıq gətirdi


“Azəriqaz” rəsmisi ictimaiyyəti maraqlandıran məsələlərə aydınlıq gətirdi

"Azəriqaz" İstehsalat Birliyində növbəti açıq qapı aksiyası keçirilib. İctimaiyyəti maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Qaz istifadəçiləri bu ay ötən aylara nisbətən sayğacdakı məbləğin daha artıq olması ilə bağlı postlar paylaşıb.
"Azəriqaz"ın istehsalçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev məsələ ilə bağlı bildirib ki, problemi olan vətəndaşlar aidiyyəti üzrə müraciət etməlidir:
"Mexanik sayğaclarla bağlı problem varsa, bizə müraciət edə bilərlər. Mexaniki səhv tək-tük ola bilər. Ona biz düzəliş edirik. Lakin kütləvi halda belə bir məsələ yoxdur. Bu suallar qazın limit ilə bağlı olur. Qazın həcmi başqa bir şeydir, həcminə uyğun qazın dəyərinin hesablanması başqa bir şeydir. Ola bilsin ki, limitlə hesablandığından fərq olur".
Qurumun mətbuat xidmətinin rəisi Eldəniz Vəliyev isə bu halın fəsil dəyişikliyi ilə bağlı ola biləcəyini söyləyib:
"Dekabr ayı soyuq hava kütləsi olan aylardan biridir. Eyni zamanda bayramda insanların tələbatının artması kimi məsələlər müəyyən rol oynayır. 30 günün müqabilində bu bildirişlər gəlib. Bu il yanvar ayıının sərfiyyatı ilə bağlı bildiriş gəlir, adamlar fikirləşir ki, məbləğ çoxdur. Tutaq ki, siz kombini siz 60 dərəcəyə qoyursunuz. Kombi istidə daha çox isti verir və daha az yazır. Soyuqda isə daha çox yazır. Çünki kombilər müəyyən fasilə ilə işləyir. Soyuq hava kütləsi olan günlərdə fasilə çox gec yaranır. Ona görə insanlar mart ayının sərfiyyatı ilə noyabr-dekabr aylarının sərfiyyatını heç vaxt eyniləşdirə bilməzlər. Əlbəttə ki, iki-üç dəfə fərq olacaq".
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında 1 milyon 199 min 375 abonent 12 qəpik tariflə, 998 min 946 abonent 20 qəpik tariflə təbii qazdan istifadə edib.
12-01-2024, 16:28
Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşdi


Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşdi

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşib.
İki günü əhatə edəcək mərhələnin görüşləri aşağıda göstərilən saatlarda başlayacaq:

30 yanvar (çərşənbə axşamı)

“Səbail” – “Zirə”
“ASCO Arena”, 15:00

“Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”, 19:00

31 yanvar (çərşənbə)

“Araz-Naxçıvan” – “Qəbələ”
“Dalğa Arena”, 16:00

“Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”, 19:00
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!