Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
10-01-2024, 20:07
Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayıb


Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayıb

Sentyabra qədər (2023-cü il – red.) getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
“İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayıb.
10-01-2024, 20:07
Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayıb


Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayıb

Sentyabra qədər (2023-cü il – red.) getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
“İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayıb.
9-01-2024, 17:42
Japarov Türkiyənin XİN Başçısını qəbul etdi


Japarov Türkiyənin XİN Başçısını qəbul etdi

Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, H.Fidan Qırğızıstanda səfərdədir. O, daha əvvəl həmkarı Cinbek Kulubayevlə görüşüb.

9-01-2024, 17:33
Zəngilan və Qubadlıda iştirak edəcək seçicilərin sayı açıqlandı


Zəngilan və Qubadlıda iştirak edəcək seçicilərin sayı açıqlandı

Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi Zəngilan və Qubadlı rayonlarında 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə 4 məntəqədə keçiriləcək. Həmin məntəqələrdən 3-ü Zəngilan, 1-i isə Qubadlı rayonu ərazisində yerləşir.
Bu barədə Dairə Seçki Komissiyasının sədri Əli Mönsümov açıqlama verib.
Bildirib ki, dairə üzrə Zəngilan və Qubadlı rayonlarında yerləşən seçki məntəqələrində səsvermə prosesinə hazırlıq işləri gedir. Məntəqələrdən biri Zəngilanın Ağalı kənd tam orta məktəbində yerləşən 33 saylı seçki məntəqəsidir. Bu günə qədər həmin məntəqə üzrə 994 seçici qeydə alınıb ki, onlardan da səsvermə hüququ olan 603 nəfər Ağalıda məskunlaşan sakinlərdir. Kənd üzrə ilk dəfə səsvermədə iştirak edənlərin sayı isə 31 nəfərdir. Ən yaşlı seçici isə 1933-cü il təvəllüdlüdür.
Əli Mönsümovun sözlərinə görə, 33 saylı seçki məntəqəsinə yaxın ərazilərdə çalışan işçilər də bu məntəqədə səsvermədə iştirak edə biləcəklər. Zəngilan rayonu ərazisində çalışan işçilərin səsvermədə iştirakı üçün fəaliyyət göstərəcək digər seçki məntəqəsi Alıbəyli kəndi ərazisində yerləşən 61 saylı məntəqədir. Bu günədək məntəqə üzrə 570 nəfər seçici qeydə alınıb. Üçüncü seçki məntəqəsi isə Ağbənd qəsəbəsindəki 62 saylı seçki məntəqəsidir və burada 561 seçicinin qeydiyyatı aparılıb.
125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin Qubadlı rayonu üzrə fəaliyyət göstərəcək seçki məntəqəsi isə Xanlıq kəndi ərazisində yerləşən 63 saylı seçki məntəqəsidir və bu günədək məntəqə üzrə 1466 seçici qeydiyyata alınıb.
9-01-2024, 17:26
Vətəndaşlarımız İraqa səyahət zamanı giriş vizalarını sərhəd-keçid məntəqələrindən əldə edəcəklər


Vətəndaşlarımız İraqa səyahət zamanı giriş vizalarını sərhəd-keçid məntəqələrindən əldə edəcəklər

Azərbaycan Respublikasının vətəndaşlarının İraq Respublikasına səyahət edərkən giriş vizalarını artıq bu ölkənin sərhəd-keçid məntəqələrində əldə edə biləcəkləri ilə bağlı İraqın daxili işlər naziri müvafiq əmr imzalayıb.
Bununla bağlı Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov paylaşım edib.
“Bununla əlaqədar başda İraq Respublikasının Baş naziri olmaqla, bu ölkənin Daxili İşlər və Xarici İşlər Nazirliklərinə təşəkkürümüzü bildiririk”, - paylaşımda deyilir.
9-01-2024, 17:05
DİM sınaq imtahanı verən bakalavrlara müraciət etdi


DİM sınaq imtahanı verən bakalavrlara müraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 14-də magistratura səviyyəsi üzrə sınaq imtahanı keçiriləcək.
DİM-dən bildirilib ki, iştirakçılar “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı DİM-in saytından çap edə bilərlər.
Bakalavrlar özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.
Qeyd edək ki, sınaq imtahanında iştirakçılara sual kitabçalarını imtahanın sonunda özləri ilə aparmağa icazə veriləcək.
Bundan əlavə, imtahandan sonra saat 17:00-da DİM-in youtube kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
9-01-2024, 16:53
Klinikada ölüm hadisəsi: Prokurorluq araşdırma aparır


Klinikada ölüm hadisəsi: Prokurorluq araşdırma aparır

Sabunçuda qadının klinikada ölməsi ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Mediacare" klinikasında ölməsi ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdlr.
Qeyd edilir ki, hadisədən sonra Səhiyyə Nazirliyi "Medicare" klinikasında yoxlamalara başlayıb və klinikanın fəaliyyəti dayandırılıb.
9-01-2024, 16:38
Vilayət Eyvazov gənclərin növbəti sıra baxışını keçirdi - VİDEO


Vilayət Eyvazov gənclərin növbəti sıra baxışını keçirdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 9-da respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 177 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 21 nəfəri Vətən müharibəsinin iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

[media=https://youtu.be/2VxtqTNy2t0]
9-01-2024, 16:25
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini təyin olundu


Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini təyin olundu

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini təyinatı olub.
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin olunub.
Qeyd edək ki, Əminağa Sadıqov bundan öncə Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun direktor müavini vəzifəsində çalışırdı.
9-01-2024, 16:13
Metroda dava salan hər iki xanım sərnişin həbs olundu


Metroda dava salan hər iki xanım sərnişin həbs olundu

Bir neçə gün əvvəl Bakı Metropoliteninin “28 May” stansiyasında xuliqanlıq əməli törətmiş 2 nəfər həbs edilib.
Barələrində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanunui tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilən şəxslər Nəsimi Rayon Məhkəməsinə aparılıb.
Məhkəmənin qərarı ilə Masallı rayon Türkoba kənd sakini, 2002-ci il təvəllüdlü Azər Salahova (soyad şərtidir) 10, onun həmkəndlisi 2000-ci il təvəllüdlü Xanəli Məmmədova isə 15 sutka həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, dostlar paytaxtın Yasamal rayonu ərazisindəki restoranlardan birində yeyib-içiblər. Sərxoş vəziyyətdə metronun “20 Yanvar” stansiyasına daxil olan hər iki şəxs digər dostları ilə birgə “Həzi Aslanova” getmək istəyiblər.
Lakin onlar qatarda sərxoş halda səs-küy salmağa, insanları narahat etməyə başlayıblar. Qatarda olan mülki geyimli polis əməkdaşı onları “28 May” stansiyasında qatardan düşürüb və bu zaman dava-dalaş baş verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!