Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
28-01-2024, 14:17
İstanbulda kilsəyə silahlı hücum - Ölən var


İstanbulda kilsəyə silahlı hücum - Ölən var

Türkiyənin İstanbul şəhərində italyan kilsəsi “Santa Maria”ya silahlı hücum olub.
Hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib. İlkin məlumata görə, hücum zamanı 1 nəfər ölüb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında məlumatı təsdiqləyib. Nazir bildirib ki, hücum 2 maskalı şəxs tərəfindən həyata keçirilib. O, hadisə ilə bağlı araşdırmanın aparıldığını, cinayətkarların saxlanılması üçün tədbirlərin görüldüyünü qeyd edib. Nazir hücumu kəskin pisləyib.
28-01-2024, 13:41
ABŞ-nin təxribatçı hərəkəti nüvə müharibəsinə səbəb ola bilər


ABŞ-nin təxribatçı hərəkəti nüvə müharibəsinə səbəb ola bilər

ABŞ-nin təxribatçı hərəkətləri Koreya yarımadasında nüvə müharibəsinə səbəb ola bilər.
Bu barədə Koreya Fəhlə Partiyasının nəşri olan “Nodong Sinmun” məlumat yayıb.
“Koreya yarımadasında münaqişə qızışarsa, bu, dünya nüvə müharibəsinə çevriləcək və bəşəriyyətə saysız-hesabsız fəlakətlər gətirəcək”, – Şimali Koreya qəzetində dərc olunan məqalədə deyilir.
Nəşr hesab edir ki, təcavüzkar müharibəyə başlamağa və qlobal təhlükəsizliyi tapdalamağa çalışan “imperialistlərə” qarşı bütün ölkələr birləşməlidir. Məqalə müəllifləri bildirirlər ki, KXDR münaqişə üçün yer olmayan dünya qurmaq üçün mübarizəni davam etdirəcək.
Bundan əvvəl Şimali Koreyanın şərq sahillərindən Yapon dənizinə doğru bir neçə qanadlı raket atdığı bildirilib. Cənubi Koreya ordusu monitorinqi gücləndirdiyini və Şimali Koreyanın hərəkətlərini izləmək üçün ABŞ ilə koordinasiya apardığını qeyd edib.
28-01-2024, 13:08
Şəhid olan hərbiçimiz son mənzilə yola salındı


Şəhid olan hərbiçimiz son mənzilə yola salındı

Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan, uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alsa da, həkimlərin səylərinə baxmayaraq şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu ilə Tovuz rayonu, Qaraxanlı kəndində vida mərasimi keçirilib.
Onun nəşi doğulub boya-başa çatdığı Qaraxanlı kəndinə gətirilib.
Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, Tovuz rayon ictimaiyyəti nümayəndələri və sakinlər iştirak ediblər.
Şəhidimiz vida mərasimindən sonra Qaraxanlı kənd qəbirstanlığında dəfn olunub.
Qeyd edək ki, onlar ailədə 4 övlad olublar. Onun əkiz qardaşı və 2 bacısı var. H.Qasımov hərbi xidmətə qardaşı ilə birlikdə, 18 yaşında gedib. Həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra xidmətini müddətdən artıq hərbi xidmət qulluqçusu kimi davam etdirib.
28-01-2024, 12:30
Sabahın havası


Sabahın havası

Yanvarın 29-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilərlə yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə yağışın qısamüddətə sulu qar ilə qarışıq yağması ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-6° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
28-01-2024, 11:18
Hərbiçimiz uzun sürən komadan sonra şəhid oldu


Hərbiçimiz uzun sürən komadan sonra şəhid oldu

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub.
Şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğludur.
Şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcəyi bildirilir.
28-01-2024, 00:34
Mən Vətənə sadağa


Mən Vətənə sadağa

Mən bu gün sizə vətənimizin bir şəhid oğlu haqda yazacam. Hüseynov Elxan Məhəmməd oğlu. Elxan məktəbi doğulub böyüdüyü Lahıcda bitirib. Hərbi xidmətini vətəndən uzaqlarda Almaniyada başa vurub. Vətənə dönəndə Azərbaycan Politexnik İnstitutunun radio texnika fakültəsinə qəbul olub və elə institutdan könüllü olaraq 1- ci Qarabağ müharibəsinə gedib. 3 il vətən uğrunda döyüşəndən sonra şəhid olub. Məzarı Lahic qəbristanlığındadır.
Elxan doğma kəndinin vurğunu idi. Yazdığı şeirlərdən görünür ki, həm də bir Lahıc gözəlinin vurğunu olub. O, özünün sadəliyi, mədəniyyəti ilə sevilib- seçilib. Şəhid Elxan Hüseynov öz ilhamını elə Lahıcın öz gözəl təbiətindən, dağ çaylarının nəğməsindən, bulaqların zümzüməsindən alıb. O gözəllik, o vüqarlı dağlar çoxlarına ilham verib. Mən 2023-cü ilin yayında Lahica şəhid oğlumuz Teymur Allahi oğlunun anım gününə gedəndə tanış olmuşam Elxan Hüseynovun bacısı Nəcibə xanımla. Qardaşı haqda danışanda göz yaşlarında boğulurdu. Nəcibə xanım qardaşının öz əlləri ilə yazdığı şeir dəftərini mənə təqdim etdi. Mən bu igid oğlanın şeirlərini oxucuların ixtiyarına verirəm ki, bu şair ürəkli mərd oğlumuzu hamı tanısın. Bəlkə də yaşasa onun şeirləri indi dildə -dodaqda gəzərdi. Adı şəhidlik zirvəsinə yazılan bu gənc vətən oğlunun arzuları ürəyində, tam deyə bilmədiyi könül sözləri bir neçə şeirdə qaldı. Həmin şeirlərin bir qismini sizə təqdim edirəm. Bəlkə Şəhidimizin ruhuna sayğımız bacısı Nəcibə xanıma bir az təsəlli olar...
GƏLİR
Açıb yaşıl örpəyini,
Kəndimizə yay gəlir,
Güldən dəstə bağlayıb
Toy -büsatlı ay gəlir.

Qızlar gülə bənzəyir,
Çölü - düzü bəzəyir.
Bülbül gülə baş əyir
Bir - birinə tay gəlir.

Çiçək düzür telinə,
Xına yaxır əlinə,
Şəkər qatıb dilinə
Taleyinə pay gəlir.


GETMƏ

Getmə məndən uzağa,
Köksümün altda döyün.
Gözlərimdə çıraq ol,
Qələbənlə sən öyün.

Gözüm səni izləyir,
Körpə tək əzizləyir.
Gülüm bizi gözləyir
Qarşıdakı toy-düyün.

Sən ay eşqimin şahı,
Eşqin olmur günahı.
Elxan atacaq ahı,
Sən gəldiyin həmin gün.


Arzulara bir baxın. Düzüm -düzüm, bir - birindən gözəl. Amma " sən saydığını say, görək fələk nə sayır" deyiblər. Bu arzulara qovuşmaq üçün də əlinə silah alıb vətəni qorumağa getdi. Getdi ki, qayıdıb sevdiklərinin üzünə dik baxa bilsin. Amma...
SEVDİYİM
Dilimdə nəğmə gəzir,
Ürəyimdə məhəbbət.
Bu kənddə bir gözələ,
Vurulmuşam mən əlbət.

Ürəyim od yeridi,
Könlüm sanki dağ çayı.
Təzə -təzə gül açır,
Eşqimizin sarayı.

Sevənlər yaxşı bilir,
Nədi eşqin heyrəti.
Sediyi qadın olur,
Kişilərin qeyrəti.

Ağlımı başdan alıb,
O şirin dil, qara saç.
Elxan onun naz yeri,
O Elxana qızıl tac.

LAHIC

Dağlarına boylanıb,
Baxdıqca göy çəmənə,
Hər dəfə can, can deyib,
Vuruluram mən sənə.

Grdimanım daşanda,
Dağlar da səsə gəlir.
Burdakı gözəlliyə,
Baxan həvəsə gəlir.

Adın tarixdə gəzir,
Şanı var, şöhrəti var.
Bu dağların qüdrəti,
Torpağın hikməti var.

Elxanın dağ vüqarı,
Ocağı, pir yerisən.
İlk eşqimin şahidi,
And yeri, sirr yerisən.

KƏNDİM
Qəlbimdədi hər zaman,
Mənim öz doğma kəndim.
Torpağından güc aldım,
Sevgisinə bələndim.

Bu gözəllik, bu hikmət,
Hey dolaşır ruhumda.
Gündüzlər gözümdədi,
Gecələri yuxumda.

Bu dağlardan güc alıb,
Olub burda bəxtiyar.
Bu kənddə doğulanlar,
Hər vaxt kəndə qayıdar.

Elxanın ürəyi, canı,
Bağlıdı bu torpağa.
Təki vətən var olsun,
Mən də ona sadağa.


Məhəbbətin böyüklüyü bax budur. "Təki vətən var olsun, Məndə ona sadağa" - deyən Elxan Hüseynov elə vətənə qurban verdi canını.
BAHARDA
Baharın gəlişindən
Oyanır ana torpaq.
Min cür gülə, çiçəyə
Boyanır ana torpaq.

Qayaların dibindən
Bənövşələr boylanır.
Quşların cəhcəhindən,
Sanki dünya oyanır.

Qatar - qatar durnalar,
Yerə meydan oxuyur.
Yaşıl çəmən, göy orman,
Sanki xalı toxuyur.

Bahardı fəsillərin,
Bir nazənin pərisi.
Bağçaları büerüyr,
Bülbüllərin şən səsi.

Çox sevdiyi dağlara,
Sığınıb oğlun Elxan.
Bu vətənin yolunda,
Lazım gəlsə verər can.


Azərbaycana olan məhəbbətini doğruldan şəhidimizi unuda bilmərik. Şəhid Elxan Məhəmməd oğlunun qisasını onun adını daşıyan qardaşı oğlu Hüseynzadə Elxan Fərman oğlu aldı. Aprel döyüşlərində iştirak edən Elxan Fərman oğlu 44 günlük müharibədə də iştirak etdi. Qələbə müjdəsi ilə doğma Lahica dönəndə əmisi Elxan Məhəmməd oğlunun məzarı üstə Qarabağdan gətirdiyi torpaqla döndü. Bax bu şəkildə məzarın üstünə torpaq tökən oğlumuzdu Elxan Fərmanoğlu. Allah şəhidlərimizə rəhmət eləsin! Allah Azərbaycanımızın mərd oğullarını qorusun! Amin!
Zamanla qoşa addımlayan şəhidlərimiz öz qanıyla yazdı şanlı qələbəmizi. Qazilərimizin, şəhidlərimizin ömür yollarını, döyüş yollarını gələcək nəsillərə tanıtmaq, yaddaşlara yazmaq hər birimizin vətəndaşlıq borcumuzdur.

Südabə İRƏVANLI,
Şair





27-01-2024, 23:23
Zəngəzur mahalında Kurud mədrəsəsi

Səxavət HACIYEV
Tarixçi


Zəngəzur mahalında Kurud mədrəsəsi

Məlumat üçün qeyd edim ki, hələ XIX əsrin sonlarında Zəngəzur mahalının Kurud kəndində mədrəsə fəaliyyət göstərmişdir.
Mətləbə keçməzdən əvvəl oxucularımızın yaddaşını təzələmək naminə mədrəsə barədə qısaca xatırlatma:
Mədrəsə - ərəb sözü olub “dərs oxumaq, dərs deyilən yer” deməkdir. İslamın yayıldığı ilk dövrlərdə ilahiyyatçı alimlərin mühazirə oxuduqları yer, eləcədə böyük məscidlərdə daima məktəb və ya mühazirə kursları mövcud idi ki, burada da dini və dünyəvi elmlər tədris olunurdu. Mədrəsə adlanan xüsusi tipli orta və ali ilahi-hüquqi məktəblər tarixinə nəzər saldıqda görərik ki, Zəngəzur mahalının Kurud kəndində 1880-ci ildə Molla Əbdurrəhimin açdığı mədrəsə bu tip tədris mərkəzi idi.
1038-ci ildə Nişapurda öz dövlətlərini qurmuş Səlcuqlar tərəfindən yaradılmış mədrəsə təhsil sistemi daha sonra Nişapurda, Mərvdə, Xorasanda və oradan da dovlətin qərb vilayətlərinə yayılmışdır. Mədrəsələr yalnız inzibati idarəetmə sistemi üçün kadrlar hazırlanması məqsədi ilə yaradılmışdır. Lakin gələcək inzibatçılar öz fəaliyyətləri üçün vacib olan elmləri də öyrənirdilər. Bəzi tətqiqatçıların fikrincə, mədrəsədə Qazı vəzifəsi hazırlanırdı ki, bu da dini xarakter daşıyırdı və məhkəmələrdə şəriət qanunlarına istinad edərək fətvalar verib hakimlik edirdilər. C.Maqdisi və K.Klauzer kimi alimlər hesab edirdilər ki, mədrəsədə təhsil almış şəxslər fiqhdə yəni qanunvericilik və hüquqşünaslıqda mükəmməl məlumatlı olan şəxs hesab olunurdu. O məhkəmədə Qazı vəzifəsində çalışa bilər, mədrəsədə müdərris kimi işləyə bilər və tədris hissəsində başçılıq edə bilərdi. Bu baxımdan bütün müsəlman dünyasının tədris mərkəzi sayılan Bağdad Nizamiyə mədrəsəsi dövrün tələbi idi. Səlcuq sultanı Alp Arslanın hakimiyyəti illərində onun vəziri olmuş Nizamülmülkün təşəbbüsü ilə 1067-ci ildə açılmış Bağdad Nizamiyyə mədrəsəsi əslində orta əsrin ilk universiteti sayılır. Mədrəsə elmi inkişaf etdirmək üçün açılmışdır ki, sonralar bütün islam alimlərini özündə birləşdirmiş bu mədrəsədə ildə 6000 tələbə təhsil alırdı.
Bu tələbələrdən biri də 1853-cü ildə Zəngəzur mahalının Kurud kəndində dünyaya göz açmış Molla Hacıbaba oğlu Əbdürrəhim olub. Qeyd etmək yerinə düşər ki, Molla Əbdürrəhimin atası Molla Hacıbaba və babası Molla Allahyar da ilk təhsilini atalarından aldıqdan sonra ata-babalarının yolu ilə gedərək Əhərdə sonra isə Nəcəf və Bağdad şəhərlərində Ali Ruhani məktəblərində təhsillərini başa vuraraq mükəmməl ilahiyyatçı, müdərris (günümüzün professoru) olmuşlar. Molla Əbdürrəhim də 1880-ci ildə Bağdad da Ali dini təhsilini başa vurub Kurud kəndinə qayıdaraq orada mədrəsə açıb. (Mənbə: S.Qarayev “ Qazangöl həsrəti səh.201 Bakı-2002-ci il)
Molla Əbdürrəhimin mədrəsəsində təhsil almış tələbələrin bizə məlum olan qisminin siyahısını təqdim edirik:

Kurud kəndi 1988-ci ildə

1) Molla Əbdülsəlam (qardaşı) – Kurud kəndi;
2) Molla Ziyad – Kurud kəndi;
3) Molla Həsənxan – Kirs kəndi;
4) Molla Dosdu – Çiriş kəndi;
5) Molla Alı Rzaqulu oğlu- Kurud kəndi;
6) Molla Hacı Hacıyev-Kurud kəndi;
7) Ziyəddin Hacıyev-Kurud kəndi;
8) Canıbaba Hacıyev- Kurud kəndi;
9) Əminə Hacıyeva-Kurud kəndi;
10) Maral Hacıyeva-Kurud kəndi;
11) Molla Pəpiş (əsl adı Həsənov İsrafil Hacı Səməd oğlu)-Qubadlı rayonunun Qiyaslı kəndi.
12) İbiş Nəzərəliyev(Sovet dövründə Naxçıvan Muxtar Respublikasının Prokuroru olub)-Qubadlı rayonunun Göyyal kəndi.

Atam və əmilərim bizə söyləyirdi ki, babanız Molla Hacıbaba Pirdavdan kəndində bacısı Səlbigildə qonaq olarkən bir gün mal növbəsinə getməli olur və çöldə kənd uşaqları ilə savaşıb döyülür. Bacısı Səlbi nənə qardaşını Qazının yanına aparıb şikayət edir ki, qardaşımı kənd uşaqları döyüblər.
Qazı babamdan soruşur:
-Bala kimin oğlusan?
-Cavab: Molla Allahyarın.
Cavabı eşidən Qazı Hacıbabaya bir şapalaq vurub deyir: Gərək səni elə vurardılar ki, gözün çıxardı. Molla Allahyar ölüb deyə,- çoban olacaqsan? Niyə Dədə-babalarının təhsil yolunu yarımçıq qoymusan?!
Rəhmətlik Səlbi nənə bu sözdən sınaraq pul-para toplayıb qardaşını Təbrizə oxumağa göndərir. Qeyd etmək yerinə düşər ki, Səlbi nənənin övladları 1918-1920-ci illərdə Pirdavdan kəndi ermənilər tərəfindən dağıdılıb əhalisi qırılanda, Mustafa kimi igidin köməkliyi ilə, Ordubada-Qoruqlar, Kələki, Bis, Əbrəqunus kəndlərinə pənah aparıblar.
Mən 1971-ci ildə Culfa rayonunda yaşayan bibimoğlu Məhəmməd İmaməliyev ilə Naxçıvan Muxtar Respublika Prokurorluğunda yüksək vəzifə tutan İbiş Nəzərəliyevin evinə getdik. Cay süfrəsində tanışlıqdan sonra biləndə ki, mən Hacının oğluyam, dedi- sənin atanın adı Hacıbabadır. Əbdürrəhim baba öz atasının adını oğluna qoymuşdu. İbiş müəliim qohumluq və kimliyimiz haqqında xeyli söhbət eləyəndən sonra dedi ki, Molla Əbdürrəhim- sizin babanız bizə həftədə 3 dəfə dərs keçirdi. Hacıbaba, Canıbaba, Ziyəddin, Əminə, Maral, Alı, Əsəd, Davud, Pəpiş, Həsənxan və.s yadımdan çıxan tələbələr də vardı. Hər cümə namazından sonra yarış keçirərdi. Molla Pəpiş ilə Alı hamımızdan əzbərçi və savadlı idilər. Hər ikinci gün bizim dərsimiz hədrə-cavablıq yəni hazır cavablıq dərsi idi. Mərhum Molla Əbdürrəhim mütəmadi olaraq Gığıdan Molla Fərzalını, Molla Gəncalını Kuruda-mədrəsəyə dəvət edib bizi imtahana çəkərdi...
Əslində sizin soyadınız da Hacıyev yox, Əfəndiyev olmalıdır. Çünkü siz Əfəndi uşağı gedirsiniz. Canılı tayfası-Əfəndilər yəni oxumuş, təhsilli adamlar.
Bu məqamda hörmətli oxucuların diqqətini Əfəndi sözünün mahiyyətinə yönəltmək istərdim;
Əfəndi-Sünnü din alimlərinə verilmiş xüsusi tituldur. Əfəndi fiqh elmini mükəmməl bilən, Qazı rütbəsi almış, şəriət məhkəmələrini aparan ilahiyyat alimlərinə deyilir. İslami fətvaların verilməsində səlahiyyəti olan sünnü alimlərinə Əfəndi titulu verilirdi ki, bizim babalarımız bu titula laiq olduğu üçün el-oba arasında bizlərə Əfəndilər, Əfəndi uşağı deyə,- müraciət edirdilər.

Ermənilərin viran qoyduğu Kurud kəndi

Arxiv sənədlərinə əsasən 1853-cü ildə Kurud kəndində anadan olmuş Molla Əbdürrəhim Molla Hacıbaba oğlu haqqında Azərbaycan MTN-nin iyun 1993-cü il tarixli 11/14-H631 saylı arayışında babamızın soyadı Əfəndiyev Molla Əbdürrəhim Hacıbaba oğlu olaraq qeyd olunub. O, bir sentyabr 1937-ci ildə Sovet Höküməti əleyhinə fəaliyyətdə ittiham olunaraq üçlüyün qərarı ilə güllələnmiş, məscidi mədrəsəsi isə sökülüb dağıdılmışdır.
Beləliklə sənədlərə baxdıqda görürük ki, hələ 1832-ci ildə çar I Nikolayın fərmanına əsasən Qafqazda əhalinin siyahıya alınması və vergi sisteminin tətbiqi ilə keçirilmiş siyahıyaalma zamanı babalarımızın adı, soyadı, doğum tarixi və ödədiyi vergi dərəcələri qeyd olunmuşdur. 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi ilə Azərbaycan xanlıqları Araz çayı sərhəd olmaqla digər xanlıqlar kimi Naxçıvan və İrəvan xanlıqları da, o cümlədən Zəngəzur Rusiyanın tərkibinə qatıldı. 1801-ci ildən Gürcüstanı işğal etmiş Rusiya Qafqazda öz hökmranlığını, vergi sistemini həyata keçirməyə başladı. Belə ki, Zəngəzurda da yeni iqdisadi layihə 1826-1828 Rusiya-İran müharibəsi başa çatdıqdan sonra maliyyə naziri Kankrinin təqdimatı ilə I Nikolayın fərmanına əsasən həyata keçirildi. 1830-cu ildən Zəngəzur mahalında komeral təsvir aparılır.
Kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədlinin “Zəngəzur mahalının komeral təsviri” 1832-1833 -cü illər kitabında Kurud mədrəsəsinin qurucuları haqqında məlumata rast gəlirik. Belə ki, kitabın 277-ci səhifəsində Gığılı obası haqda yazılır. 3978 nomrəli arxiv işində Abdulla Canı oğlu 35 yaşında, 1797-ci il doğumlu, oğlu Allahverdi 6 yaşında, 3979 nömrəli arxiv vərəqində yazılmışdır-Molla Allahyar Canı oğlu 58 yaşında-1774-cü il doğumlu. Hər ikisi gümüş pulla 2 rubl və məhsulun 1/5 hissəsini mal-cahat olaraq ödəyiblər. Babalarımın demiyyə yararlı torpağı və dəyirmanı var idi. Həmin müəllifin kitabının 403-ü səhifəsində qeyd olunur ki, Kurud kəndi elmin inkişafı və fəaliyyətində dövlətə xidmətində mollaların xüsusi rolu olmuşdur. 54 nömrəli arxiv işində göstərilir ki, Molla Hacıbaba Molla Allahyar oğlu- 1834-cü il təvəllüdlü. Qeyd edək ki, yoxlamanı həyata keçirtdi Zəngəzur qəza rəisi Artunov. (bax N.Əhmədli Zəngəzur mahalının komeral təsviri səhifə 277. Bakı 2021 )
Arxiv materiallarından aydın olur ki, Nəcəf və Bağdad şəhərləində təhsil almaqlarına baxmayaraq babalarımız Zəngəzur mahalı Kurud kəndinin daim yaşayan sakinləri olaraq kənddə hökumətə vergi vermiş, Mədrəsə açmış, ilahiyyatçı alimlər kimi özlərinə sünnü alimlərinə verilən Əfəndilər titulunu qazanmışlar.
Bu faktlar bir daha sübut edir ki, Zəngəzur mahalında XIX əsrin 80-ci illərindən ilk təhsil ocaqlarından biri kimi Kurud mədrəsəsi fəaliyyət göstərmişdir.
19.01.2024
"Bütöv Azərbaycan" qəzeti
26 Yanvar 2024
27-01-2024, 22:11
BMT-nin Cenevrədəki bölmısi qarşısında aksiya təşkil olundu - FOTO


BMT-nin Cenevrədəki bölmısi qarşısında aksiya təşkil olundu - FOTO

Yanvarın 27-də Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi tərəfindən BMT-nin Cenevrə bölməsinin qarşısında aksiya təşkil edilib.
Aksiyanın məqsədi İsveçrənin və dünya ictimaiyyətinin diqqətini Ermənistanın Azərbaycan ərazilərini minalarla çirkləndirməsi probleminə yönəltmək və Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etmək olub.
Aksiya zamanı “Mina sahəsi” adlı simulyasiya təlimi keçirilib, yerli sakinlərə və şəhərin qonaqlarına Azərbaycan barəsində ətraflı informasiya verilib və məlumat vərəqələri paylanılıb.



27-01-2024, 21:56
Qətlə yetirilən hərbiçinin fotosu yayıldı


Qətlə yetirilən hərbiçinin fotosu yayıldı

Xəbər verdiyimiz kimi, Azərbaycan ordusunun zabiti Amil Abdullayev xidmət vaxtı qətlə yetirilib. Cinayət əməli ilə bağlı onun zabit yoldaşı, kapitan Nizami Abdullayev şübhəli şəxs qismində saxlanılıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, qətlə yetirilən mayor İkinci Qarabağ Müharibəsinin iştirakçısı olub.

27-01-2024, 21:10
Toy karvanında qəza: Üç nəfər xəsarət aldı


Toy karvanında qəza: Üç nəfər xəsarət aldı

Sabirabadda toy karvanında avtomobil qəzaya uğrayıb, bir ailənin üç üzvü xəsarət alıb.
Hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib.
Avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 2013-cü il təvəllüdlü Nihad Xalid oğlu Qasımlı, 2010-cu il təvəllüdlü Kazım Xalid oğlu Qasımlı və uşaqların nənəsi -1954-cü il təvəllüdlü Cəmilə Musa qızı Qasımova müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!