Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
23-02-2024, 16:26
Taksilərlə bağlı yeni qayda qəbul edildi: 40 min manat cərimələnəcəklər


Taksilərlə bağlı yeni qayda qəbul edildi: 40 min manat cərimələnəcəklər

Artıq buraxılış kartı olmadan minik avtomobilləri ilə sərnişinlərə taksi xidməti göstərənlər cərimələnəcək. Bu barədə qərar bir müddət əvvəl qüvvəyə minib.
Prezident İlham Əliyevin dünən imzaladığı fərmanla Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyətlər verilib.
Beləliklə, Daxili İşlər Nazirliyi və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar əlli manat məbləğində, təkrar törədildikdə 80 manat cərimələnəcək. Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınması da əlli manat məbləğində cərimə ediləcək.
Taksilərə buraxılış vəsiqəsi barədə məlumatlar Yol Polisi İdarəsinin sisteminə ötürüləcək. Əlaqəli fəaliyyət çərçivəsində ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi və taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək.
40 min manatlıq cərimə...
Digər cərimə isə vəzifəli şəxslərlə bağlıdır. Hazırlıq keçməmiş sürücülərə daşıyıcının sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış kartı verməsinə görə vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 1200 manat cərimə ediləcək.
Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq. Buraxılış kartının alınması üçün əsas sənədlərdən biri də sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən şəhadətnamədir. Bu sənədi almaq üçün sürücülər AYNA-nın Təlim-Tədris Mərkəzinə müraciət edərək təlimlərdə iştirak etməlidirlər. Qeyd edək ki, indiyədək 14 minə yaxın sürücü təlimlərdə iştirak edəcək.
Bu günə qədər Azərbaycanda 10 fiziki və hüquqi şəxs taksi sifarişi operatoru kimi fəaliyyət göstərmək üçün icazə alıb. İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 10 000 manat, hüquqi şəxslər 40 000 manat cərimə ediləcək.
Avtobuslar da cəzalandırılacaq...
“Avtomobil nəqliyyatı haqqında” qanuna görə, bilet-uçot vərəqi olmadan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişindaşımalarının həyata keçirilməsinə yol verilmir. Şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında bilet-uçot vərəqi elektron qaydada doldurulan elektron yol vərəqəsi ilə rəsmiləşdirilir. Bilet-uçot vərəqi olmadan sərnişin daşınması həyata keçirənlər 50 manat cərimələnəcək.
Taksi qiymətlərinin bahalaşacağı deyilir.
Bəzi ekspertlər taksilərlə bağlı cərimələrin qüvvəyə minməsindən sonra Azərbaycanda taksilərin bahalaşcağını deyir. Son aylarda taksi şirkətlərinin bəziləri qiymətləri artırıb. Fərqi taksi fəaliyyəti ilə məşğul olan şəxslər də qiymətlərdə artım tətbiq edib.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, buraxılış kartı olmadan minik avtomobilləri ilə sərnişin daşınmasına tətbiq ediləcək cərimələr taksidə qiymət artımına səbəb ola bilməz.
O bildirib ki, taksi sürücüsü öz məsuliyyətsizliyinə görə olunduğu cəriməni sərnişinin cibindən çıxartmamalıdır. "Qayda pozmayan sürücüyə heç kəs cərimə yaza bilməz. Qanun tələb edir ki, taksi sürücü buraxılış kartı almalıdır. Artıq buna ciddi nəzarət tətbiq ediləcək. Qeyri-müntəzəm sərnişin daşınması ilə məşğul olan şəxslər, eləcə də taksi sürücüləri bunu nəzərə alaraq qaydalara əməl etməlidirlər", - ekspert "Sputnik"ə açıqlamasında belə deyib.
23-02-2024, 15:51
Ağdamda partlamamış döyüş sursatları aşkarlandı - VİDEO


Ağdamda partlamamış döyüş sursatları aşkarlandı - VİDEO

Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlif çaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib.
Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir", - məlumatda qeyd olunub.

[media=https://youtu.be/b94Fi_bTmNM]
23-02-2024, 15:43
Ərdoğan gənc qızla Çanakkale türküsünü ifa etdi


Ərdoğan gənc qızla Çanakkale türküsünü ifa etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Denizliyə səfəri zamanı maraqlı anlar yaşanıb.
O, skripka ifadə edən gənc qızı müşayiət edərək Çanakkale türküsünü ifa edib.
Türkiyə prezidenti qızı öz avtobusuna dəvət edib. Ərdoğan istedadlı ifaçıya ud çalmağı da öyrənməyi tövsiyə edib.
O, qızın anasından və şəhərin merindən skripka ifaçısı olan gənclə maraqlanmağı xahiş edib.
23-02-2024, 15:22
ABŞ Rusiyaya 500-dən çox sanksiya tətbiq etdiyini təsdiqlədi


ABŞ Rusiyaya 500-dən çox sanksiya tətbiq etdiyini təsdiqlədi

ABŞ prezidenti Co Bayden Vaşinqtonun Rusiya Federasiyasına qarşı 500-dən çox sanksiya tətbiq etdiyini təsdiqləyib.
Bu barədə Ağ Evdən bildirilib.
Bayden bildirib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyasına dəstək verdiyi üçün təxminən 100 şirkətə ixrac məhdudiyyətləri tətbiq edir.
Ətraflı
O, ABŞ-ın Rusiya Federasiyasına qarşı yeni tədbirlərin bir hissəsi olaraq enerji resurslarından gəlirlərini "azaltmaq" üçün tədbirlər görəcəyini söyləyib.
Baydenin sözlərinə görə, Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə görə də sanksiyalar tətbiq edilib.
“Bu sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxsləri, o cümlədən Rusiyanın maliyyə sektorunu, müdafiə sənayesi bazasını, təchizat şəbəkələrini və bir çox qitələrdə sanksiyalardan yayınanları hədəf alacaq”, - Amerika prezidenti bildirib.
23-02-2024, 15:18
“Qarabağ”ın 1/8 final mərhələsində rəqibi bəlli oldu


“Qarabağ”ın 1/8 final mərhələsində rəqibi bəlli oldu

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
"Qarabağ" Almaniyanın "Bayer" klubuna rəqib olub.
"Qarabağ" bu mərhələdə ilk oyununu öz meydanında keçirəcək.

1/8 final cütləri

"Sparta" Praqa (Çexiya) - "Liverpul" (İngiltərə)

"Marsel" (Fransa) - "Vilyarreal" (İspaniya)

"Roma" (İtaliya) - "Brayton" (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

"Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə)

"Sportinq" (Portuqaliya) - "Atalanta" (İtaliya)

"Milan" (İtaliya) - "Slaviya" Praqa (Çexiya)

"Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya)

Qeyd edək ki, 1/8 mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq.
23-02-2024, 15:11
“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirildi.


“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirildi.

22.02.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis mayoru Anar İbrahimov, Yasamal Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi polis polkovnik – leytenant Nəbi Nəcəfov, Yasamal rayon Polis İdarəsinin Veteranlar Şurasının Sədri Xanlar Ağayev, Yasamal rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev, “Miqrasiya sahəsinin inkişafı” İctimai Birliyin Sədri Vidadi Fətullayev və məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.
Məktəbin direktor səlahiyyətlərini icra edən Hüseynova Rəna çıxış edərək tədbirin məqsədindən, ölkə prezidentinin narkomaniya ilə mübarizədə gordüyü tədbirlərdən, gənclərə xüsusi qayğısından danışdı. Qeyd etdi ki, müasir gənclərimiz “bizim milli-mənəvi dəyərlərimizə sadiq , yad təsirdən uzaq, bilikli, savadlı, vətənpərvər insan” olmalıdırlar.
Polis mayoru Anar İbrahimov çıxış edərək müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları barədə nümunələr əsasında ətraflı məlumat verdi.
Vidadi Fətullayev öz çıxışında narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi vurğuladı.
Nəbi Nəcəfov gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdü, müəllimlərə, məktəblilərə müəyyən tövsiyələr verdi.
Sonda qonaqlar məktəb şagirdlərini maraqlandıran sualları cavablandırdılar.



23-02-2024, 14:55
Şagird sayı 500-dən çox olan məktəblərdə direktorların yerdəyişməsi başlayıb


Şagird sayı 500-dən çox olan məktəblərdə direktorların yerdəyişməsi başlayıb

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500 nəfərdən çox olan ümumi təhsil müəssisələrinin vakant direktor vəzifəsinə yerdəyişmə məqsədilə qeydiyyat başlanıb.
Bu barədə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində sonuncu iş yeri üzrə 3 ildən artıq müddətdə direktor vəzifəsində çalışan şəxslər müraciət edə bilərlər.
Vakant yerlərin siyahısı linkdə yerləşdirilib.
Qeyd edək ki, müraciətlər fevralın 27-dək qəbul ediləcək.
23-02-2024, 14:41
Fransa və Ermənistan nazirlərinin birlikdə fotosu yayıldı


Fransa və Ermənistan nazirlərinin birlikdə fotosu yayıldı

Xəbər verdiyimiz kimi, Fransa müdafiə naziri Sebastian Lekornu Ermənistana səfər edib.
Lekornu İrəvanda bir sıra görüşlər keçirib.
Nazir ermənistanlı həmkarı Suren Papikyan, eləcə də baş nazir Nikol Paşinyanla görüşüb.
Birgə brifinq keçirən Fransa və Ermənistan MN başçıları mühüm açıqlamalar veriblər. Brifinqin sonunda tərəflər sağollaşıb.
23-02-2024, 14:30
Xocalıda basdırılmış kütləvi insan qalıqları aşkarlandı


Xocalıda basdırılmış kütləvi insan qalıqları aşkarlandı

İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı rayon prokurorluğuna məlumat daxil olub məlumat daxil olub.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi» Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.
Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Axtarış işləri tam yekunlaşdıqdan və müavfiq ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
23-02-2024, 13:52
Ağalı kəndində Şərqi Zəngəzur Regional Məşğulluq şöbəsi istifadəyə verildi


Ağalı kəndində Şərqj Zəngəzur Regional Məşğulluq şöbəsi istifadəyə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin dayanıqlı məşğulluğunun təminatı sahəsində tədbirləri davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əhalinin məşğulluq xidmətlərinə əlçatanlığının təmini məqsədilə Zəngilan rayonunun Ağalı kəndində agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının xidmət şöbəsi istifadəyə verilib.
Xidmət şöbəsində məşğulluq xidmətləri ilə bağlı müraciət edən sakinlərin qeydiyyatı aparılaraq, onların məşğulluq imkanları qiymətləndirilir. Fərdi məşğulluq proqramları tərtib edilməklə sakinlərin aktiv məşğulluq proqramlarına cəlb olunması, habelə onlara karyera məsləhəti xidmətlərinin göstərilməsi işləri aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!