Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
23-02-2024, 13:43
Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədriylə görüşdü


Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədriylə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında əlaqələrin dövlət başçılarının səyləri nəticəsində strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı bildirilib.
Dövlət başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyə Respublikasına etməsinin önəmi qeyd olunub, bunun iki ölkə rəhbərliyi arasında bir ənənəyə çevrilməsindən məmnunluq ifadə olunub.
23-02-2024, 13:26
Ermənistan və Fransa hərbi sahədə əməkdaşlığı davam etdirəcək


Ermənistan və Fransa hərbi sahədə əməkdaşlığı davam etdirəcək

“Heç kim Ermənistan ordusunu müdafiə qabiliyyətini gücləndirdiyinə görə tənqid edə bilməz”.
Bunu İrəvanda keçirdiyi mətbuat konfransında Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekorn deyib.
“Ermənistana hansı texnikanın gələcəyi barədə təfərrüata varmayacağam, lakin onların hamısının müdafiə əhəmiyyəti var, çünki bu regionda həm əhalinin, həm də sərhədlərin mühafizəsi prioritet məsələdir.
Hava hücumundan müdafiə sistemləri haqqında da deməliyəm ki, əgər Ermənistana bu sistemlər lazımdırsa, o zaman sizin də ixtiyarınızda qısa, orta və digər uzaqmənzilli raketlər olacaq”, - deyə fransız nazir bildirib.
Fransalı nazir bildirib ki, hazırda əsas məsələ silahların alınması və onlardan istifadənin öyrədilməsidir.
“Biz müəyyən nəzarət materialları olmadan sərhəd təhlükəsizliyindən danışa bilmərik. Biz hər dəfə erməni tərəfdaşlarımızın ifadə etdiyi əməliyyat ehtiyaclarından çıxış edəcəyik. Və biz bu ehtiyaclara uyğun olaraq müvafiq təkliflər verəcəyik, istər silah, istərsə də müdafiə məqsədilə təlim”, - deyə Sebastyen Lekorn bildirib.
O, Ermənistan və Fransanın hərbi sahədə əməkdaşlığı davam etdirəcəklərini bildirib.
Nazir xatırladıb ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə səfəri zamanı Ermənistanın bir sıra silahlar almasına dair sənədlər imzalanıb.
Lekorn xatırladıb ki, Ermənistanla imzalanmış sənədlər Ermənistana hava hücumundan müdafiə sistemlərinin tədarükünü də nəzərdə tutur.
Nazir əlavə edib ki, onlar Ermənistan hərbçilərinin yenidən hazırlanması ilə bağlı sənəd imzalayıblar və bu sənəd çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin zabitləri Fransada yenidən hazırlıq keçəcəklər.
“Fransa hərbi müəssisələri zabitlərin hazırlanması üçün sizin ixtiyarınızdadır. Biz bütün təlim proseslərinə çox sürətlə başlayacağıq”, - Fransanın Silahlı Qüvvələr naziri vurğulayıb.
Sebastyen Lekorn onu da əlavə edib ki, “Bastion” zirehli texnikasının partiyası yaxın vaxtlarda İrəvana gələcək.
“Sizin Parisə səfəriniz zamanı biz gecəgörmə cihazlarının satışına dair müqavilə imzaladıq. Dünən gecə ilk göndərişinizi aldınız. “Bastion” markalı avtomobillərin partiyası tezliklə İrevanda olacaq”, - fransalı nazir bildirib.
23-02-2024, 13:17
Cəbrayılda ilk yaşayış kompleksinin inşası bu il yekunlaşacaq


Cəbrayılda ilk yaşayış kompleksinin inşası bu il yekunlaşacaq

Cəbrayıl şəhərində ilk yaşayış kompleksinin inşası bu il yekunlaşacaq.
Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, Cəbrayıl şəhərində tikilən Cəbrayıl Yaşayış Kompleksinin ümumi sahəsi 7,87 hektar təşkil edir. Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq.
Qeyd edək ki, dördmərtəbəli və beşmərtəbəli binalarda mənzillərin 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 40-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək.
Altı kvartaldan ibarət kompleksdə bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək.
Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.
23-02-2024, 12:51
Papikyan: “..rusiyalı həmkarlar da eyni cür hərəkət etməlidir”


Papikyan: “..rusiyalı həmkarlar da eyni cür hərəkət etməlidir”

"Fransa və İran İrəvanın digər tərəfdaşlarla əməkdaşlıq hüququna hörmətlə yanaşır, rusiyalı həmkarlar da eyni cür hərəkət etməlidir".
Bunu Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı ilə keçirdiyi brifinqdə deyib.
Papikyan Fransa ilə əməkdaşlığın İrəvanın KTMT çərçivəsində öhdəliklərinə zidd olmadığı və İranın mövqeyinin nəzərə alınıb-alınmaması sualına cavab verib.
Onun sözlərinə görə, Ermənistan diversifikasiya vəzifəsini qarşısına qoyub.
23-02-2024, 12:42
Bakıda Dünya Kubokunun açılış mərasimi keçirildi


Bakıda Dünya Kubokunun açılış mərasimi keçirildi

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə əvvəlcə yarışda iştirak edəcək ölkələr təqdim olunub, dövlət bayraqları zala gətirilib.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva Bakının artıq yeddinci dəfə bu yarışa ev sahibliyi etdiyini bildirib. O, beynəlxalq arenada keçirilən idman yarışlarında Azərbaycan gimnastlarının müxtəlif əyarlı medallar qazandıqlarını, etimadı layiqincə doğrultduqlarını diqqətə çatdırıb. Həmçinin qeyd edilib ki, əldə olunan uğurlar ölkəmizdə mötəbər idman yarışlarının yüksək səviyyədə təşkilinə möhkəm zəmin yaradıb. M.Vasilevanın sözlərinə görə, üç gün davam edəcək turnirdə batut üzrə 32, tamblinq üzrə 6 ölkə təmsilçisi çıxış edəcək. Dünya Kubokunda ümumilikdə hər iki növ üzrə 300 idmançının mübarizə aparacağını vurğulayan nazir müavini əlavə edib ki, turnir fərdi proqramda "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Rəsmi çıxışdan sonra Dünya Kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Batut gimnastikası üzrə yarışda Azərbaycanı qadınlar arasında Selcan Mahsudova (fərdi çıxış), kişilər arasında Hüseyn Abbasov (fərdi və sinxron çıxışlar), Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış) təmsil edirlər.
Tamblinq üzrə yarışda isə Mixail Malkin, Adil Hacızadə və Tofiq Əliyev, gənclərdən Bilal Qurbanov çıxış edəcəklər.
Yarışda həm kişilər, həm də qadınlar arasında fərdi proqramda batut gimnastikası və tamblinq üzrə ən yüksək icra xalı, eləcə də ilk dəfə olaraq batut gimnastikası üzrə sinxron proqramda ən yüksək sinxron xalı toplayan gimnastlar “AGF Trophy” kuboku ilə təltif ediləcəklər.
23-02-2024, 12:34
Ermənistan əsirlərinin sayını açıqladı


Ermənistan əsirlərinin sayını açıqladı

Ermənistan tərəfi Azərbaycanda saxlanılan erməni əsirlərin sayı barədə məlumat açıqlayıb.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin 2023-cü il üçün (2021-2026-cı illər) dövlət proqramının icrasının gedişi və nəticələri haqqında hesabatda bildirilib.
Qeyd edilib ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçrilən antitteror tədbirləri zamanı 16 nəfər Azərbaycana əsir düşüb.
Ermənistan Nazirlər Kabinetinə görə, hazırda Azərbaycan tərəfində 23 nəfər saxlanılır.
Rəsmi İrəvanın iddiasına görə, 2020-ci ildə baş vermiş 44 günlük müharibədən indiyədək Ermənistandan və Qarabağdan olan 215 erməni itkin düşüb və onların taleyi naməlum olaraq qalır.
Ermənistan Nazirlər Kabinetinin hesabatına görə, Birinci Qarabağ müharibəsi nəticəsində 777 erməni itkin düşüb.
23-02-2024, 12:20
Papikyan: “Ermənistan öz səmasını qorumaq üçün müdafiə sistemləri alır”


Papikyan: “Ermənistan öz səmasını qorumaq üçün müdafiə sistemləri alır”

"Ermənistan öz səmasını qorumaq üçün hava hücumundan müdafiə sistemləri alır".
Bunu ölkənin müdafiə naziri Suren Papikyan fransalı həmkarı ilə keçirdiyi brifinqdə deyib.
Papikyan İrəvanın Fransanın hava hücumundan müdafiə sistemlərini almasının Ermənistan-Rusiya birgə hava hücumundan müdafiə sistemi ilə müqayisəsi ilə bağlı sualı cavablandırıb.
O qeyd edib ki, İrəvan heç bir müttəfiqi, dost və ya tərəfdaşı üçün silah almır.
23-02-2024, 00:33
Türkiyə beşinci nəsil hərbi təyyarələrini 2028-ci ildə əldə edəcək


Türkiyə beşinci nəsil hərbi təyyarələrini 2028-ci ildə əldə edəcək

Türkiyənin istehsal etdiyi beşinci nəsil hərbi təyyarələrin 2028-ci ildə döyüş növbətçiliyinə təhvil verilməsi planlaşdırılır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizli əyalətinin cənub-qərbində hakim Ədalət və İnkişaf Partiyasının mitinqində deyib.
Onun sözlərinə görə, beşinci nəsil təyyarənin işlənib hazırlanması prosesi Türkiyədə təxminən 15 ildir davam edir və hazırda KAAN təyyarəsinin uçuş sınaqlarının başlanmasını nəzərdə tutan kritik mərhələ arxada qalıb. “Döyüş təyyarəsinin ilk uçuşu uğurla başa çatıb. İlk KAAN təyyarələrini 2028-ci ilin sonuna qədər Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verməyi planlaşdırırıq”, - deyə Türkiyə rəhbəri bildirib.
Dövlət başçısı Türkiyənin hərbi təyinatlı məhsullarının ixrac həcminin artdığını da vurğulayıb.
Ərdoğan xatırladıb ki, 2023-cü ilin yekunlarına görə Türkiyənin müdafiə sənayesi məhsulları ixracının həcmi 5,5 milyard dollara çatıb. "Bu gün Türkiyə öz hərbi gəmilərini inşa edə bilən on ölkənin siyahısına daxildir. Üstəlik, biz yalnız hərbi gəmilərin layihələndirilməsi və istehsalı ilə məşğul olmuruq, həm də onları yerli silahlarla, o cümlədən radarlarla təmin edirik”, - Türkiyə Prezidenti bəyan edib.
Türkiyə Prezidenti Türkiyənin müdafiə sənayesinin nailiyyətləri sırasında zərbə endirən pilotsuz uçuş aparatlarını (PUA) və pilotsuz KIZILELMA təyyarəsini qeyd edib.
23-02-2024, 00:23
“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəldi


“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəldi

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.
Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək, bunu reallaşdırıb.
Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.
Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib.
Beləliklə, “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!